RUSİYANIN VARŞAVA KABUSU - Polşa niyə rus qazına qənim kəsilib?
Oxunub: 1883
04 Aug 2020 | 13:46
RUSİYANIN VARŞAVA KABUSU  - Polşa niyə rus qazına qənim kəsilib?

Ötən gün Polşanın Antiinhisar İdarəsi Rusiyanın “Qazprom” şirkətini cərimələdi. Məlumata görə, şirkət Antiinhisar İdarəsinin “Şimal axını-2″nin tikintisi ilə bağlı tələblərini yerinə yetirmədiyindən 57 milyon avro məbləğində cəriməyə layiq görülüb. Bu isə Antiinhisar İdarəsinin tətbiq edə biləcəyi ən yüksək cərimə miqdarıdır.

Polşanın dövlət qurumunun “Qazprom”-dan istədiyi isə “Şimal axını-2” layihəsinin səhmləri ilə bağlı sənəddir. Belə ki, Avropa Birliyinin qanunvericiliyinə görə, istehsalçı şirkətin təchizatçılıq fəaliyyəti ilə məşğul olması qadağandır. Daha loru dillə ifadə ilə desək, “Qazprom” bu qanunvericiliyə görə, məhsulu həm özü istehsal edib, həm də abonentlərə sata bilməz. Bunun inhisarçılığa yol açacağını düşünən Avropa Birliyi istehsalçı ilə təhcizatçı ayırmağı məsləhət bilib və bunu qanuniləşdirib.

Şimal axını-2” layihəsinin səhmlərinin isə böyük hissəsi isə “Qazprom”-a aiddir. Dolayısıyla “Qazprom” ondan tələb olunan sənədləri təqdim etsəydi belə, eyni cəzaya layiq görüləcəkdi və layihənin tikintisinin dayandırılması barədə hökmlə üzləşəcəkdi. Görünür, məhz buna görə də Rusiya şirkəti Polşanın tələblərini yerinə yetirmək istəmir.

Polşa Antiinhisar İdarəsinin cərimə qərarı Rusiyada birmənalı qarşılanmadı. Bu da başadüşüləndir. Son vaxtlar Varşavanın atdığı bir çox addımların Rusiyanın milli maraqlarının əleyhinə yönəldiyi ortadadır. Xüsusilə Polşanın Almaniyadan çıxarılan ABŞ əsgərlərinə qucaq açması, ölkə prezidentinin bu məqsədlə Vaşinqtona qədər minnətə getməsi Kremli xeyli qəzəbləndirib. Bir vaxtlar Şərqi Avropa ölkələri ilə SSRİ-nin yaratdığı hərbi ittifaqının mərkəzi qərargahı sayılan və subyektlər arasında bağlanan müqaviləyə (Varşava Paktı) öz adını verən bir paytaxtın bu addımı həqiqətən də asan həzm ediləcək zərbə deyildi. Kremlin qəzəbi elə yüksək həddə yüksəlmişdi ki, Varşava ABŞ-ın hərbi-strateji təyyarəsi sayılan F-35-ləri Polşada yerləşdirmək arzusundan vaz keçmişdi. Əks təqdirdə ehtimal edilən müharibə zamanı ilk hədəfin həmin təyyarələr və onların yerləşdiyi coğrafiya olacağını anlamışdı.

İki ölkə arasında gərginliyin bu həddə çatması azmış kimi, Varşava həm də “Qazprom”-a cərimə kəsir, onun Avropaya qaz ixracatını dayandırmağa məcbur edir. Üstəlik, bu onun ilk addımı da deyildi. Ötən may ayının 17-də Varşava öz ərazisindən keçən Yamal-Avropa qaz kəməri ilə bağlı müqaviləni də ləğv edib. Halbuki müqavilə 2022-ci ilə qədər dövr üçün nəzərdə tutulmuşdu. Rəsmi Varşavanın bu qərarından sonra Rusiya indi müqavilə bağlayacaq yeni tərəfdaş axtarışına çıxmalıdır. ABŞ-ın “kim rus qazına tamah salsa sanksiya ilə üzləşəcək” mənasına gələn tövrlərinin sərgiləndiyi indiki şəraitdə belə bir tərəfdaşı tapmaq, sözsüz ki, müşkül məsələdir. Rusiyanın təkbaşına bu işi yürütməsi isə, yuxarıda da qeyd etdiyimiz kimi, Avropanın Antiinhisar qanunvericiliyinə əsasən qadağan olunub. Beləcə, Moskva ən azı 2 ay əvvəl keçmiş müttəfiqinin ilk dost şapalağını dadıb.

Polşadan keçən Yamal-Avropa qaz kəməri düşündüyümüz kimi az həcmli də deyil. Rəsmi məlumatlara görə, bu xəttlə ildə 32,9 milyard kub metr mavi yanacaq nəql olunurdu. Polşa özünün illik 15 milyard kub metrlik qaz tələbatının hardasa 3/2-ni (10 milyard kub metr) bu mənbədən alırdı. Kəmərlə nəql olunan 22,9 milyard kub metr həcmində qaz isə Almaniyaya ixrac olunurdu. Azərbaycanın TANAP-TAP kəməri ilə ildə 16 milyard kub metr qaz nəql edildiyini nəzərə alsaq, Yamal-Avropa xəttinin ondan 2 dəfə böyük potensiala sahib olduğu ortaya çıxır.

Yamal-Avropa qaz xəttinin çəkilməsinə Rusiya az xərc çəkməyib. Uzunluğu 2 min kilometrdən çox olan bu layihə üçün Moskva 10 milyardlarla dollarından keçib. İndisə qoyduğu xərci çıxarıb-çıxarmadığı bəlli olmayan həmin xəttin aqibəti müttəfiqinin üz döndərməsi səsəbindən qeyri-müəyyənliyə sürüklənib.

Kreml üçün Polşanın həmin layihədən uzaqlaşması tezliklə həllini tapa biləcək problem deyil. Çünki 2 min kilometrlik kəmərin 683 km-i Polşa ərazisindən keçir və xəttin həmin hissəsində 5 kompressor stansiyası qurulub. Polşanın Europol Qaz Tərəfdaşlığı tərəfindən idarə olunan xətdən aldığı qazı ABŞ-ın LNG-si (sıxılmış qaz) ilə əvəz etməyə həvəslənməsi də Rusiyanı qıcıqlandıracaq əsas amillərdəndir. Çünki ABŞ Polşada böyük qaz santralı tikib və özünün Şərqi Avropaya və Balkan ölkələrinə satdığı sıxılmış qazını həmin santraldan nəql etməyə çalışır. Bu da öz növbəsində Polşanın Şərqi Avropa üzərində üstünlüyünü təmin edir, Rusiyanın isə qoca qitədəki qaz inhisarçılığını zəiflədir.

ABŞ-ın himayədarlığı ilə Polşanın Avropada yeni güc mərkəzinə çevrilməsi Almaniya və Fransanı da ciddi narahat edir. Nədən ki, bu ölkələr Avropa Birliyindəki “söz ağası” statuslarını itirmək istəmirlər. Polşanın “qoca qitə”də yeni güc mərkəzi kimi ortaya çıxması isə xüsusilə Şərqi Avropa ölkələrinin ona meyllənməsinə yol açır. Bu da Almaniya və Fransa liderliyində Avropa Birliyinin genişlənmə siyasəti üçün potensial təhlükə deməkdir. Görünür, bir-birindən fərqli əsaslara söykənsə belə, eyni nöqtədə birləşən maraqlar Rusiya, Almaniya və Fransanı yaxınlaşdırır. Hər 2 Avropa ölkəsinin “Şimal axını-2” layihəsində Rusiyanın tərəfdaşı kimi çıxış etməsinin başlıca səbəblərindən biri də budur. Məsələyə bu aspektdən nəzər salanda Polşanın öz quru və dəniz sərhədlərindən keçən 2 rus kəmərinə qarşı çıxmasının bir başqa səbəbi də aydınlaşır.

Rəsmi Varşava da eyni anda bir neçə istiqamətdə Rusiyanın maraqlarının ziddinə getməsinin yaratdığı qəzəbin fərqindədir. Görünür, elə buna görə də ölkənin Baş naziri Polşa Antiinhisar İdarəsinin çıxardığı qərarı əsaslandırmaq zərurəti hiss edib. “Biznes Alert” nəşrinin məlumatına görə, dünən axşam Polşanın Baş nazir Mateuş Moravetski “Qazprom”-un cəzalandırılması məsələsinə aydınlıq gətirib və Rusiya ilə aradakı gərginliyi azaltmağa çalışıb. Moravetski bildirib ki, Polşada güclü anti-Rusiya əhval-ruhiyyəsi yoxdur. “Ancaq bizim sevmədiyimiz bəzi məqamlar var” deyən Baş nazir, həmin “sevilməyən şey”lərin “Şimal Axını-2 “kimi layihələr olduğunu vurğulayıb.

Moravetski layihənin region üçün təhlükəli olduğunu da iddia edib. Maraqlıdır ki, Baş nazir layihənin hansı səbəbdən təhlükəli olduğu məsələsinə aydınlıq gətirməyib. Bununla belə, layihənin hansı səbəbdən təhlükəli olduğu əslində gizli də deyil. Varşava üçün bu layihə ABŞ-ın LNG-sı sayəsində Avropanın qaz təminatçısı olmaq yolunda bir əngəl, qitə üçün isə rus qazından asılılığın simvoludur.

 

Strateq.az

Heydər Oğuz

Oxşar xəbərlər
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO