Məlum olduğu kimi, bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub.
Bakıda ekoloji
vəziyyətin yaxşılaşdırılması, sağlam ekoloji mühitin formakaşdırılması
baxımından paytaxtda bu cür parkların salınması nə dərəcədə önəmldir?
Moderator.az-a açıqlama
verən “Türk-Azəri” Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu kimi layihələrin
gerçəkləşməsinə böyük ehtiyac olduğunu vurğuladı:
“Bu cür parkların salınması
olduqca önəmlidir. Bu addımı atan hər kəs kimliyindən asılı olaraq alqışlanmalı,
ona təşəkkür edilməlidir.
Bakıda yaşıllıqların artırılmasına
o qədər ehtiyac var ki, bunu sözlə təsvir
etmək çətindir. Yaşıllıqların artırıılması, havanın təmizlənməsi, sağlam ekoloji
mühitin yaradılması olduqca vacibdir. Bunun üçün isə bu cür parkların,
yaşıllıqların salınması vacibdir. Bunun fərqində olanlar, bu cür gözəl layihələrə
imza atanlar millətini, vətənini,
torpağını sevən adamlardır.
Heydər Əliyev Azərbacan və
Bakı şəhərində hər ağacın üstündə əsirdi. Hər bir ağacın aqibətindən narahat
idi. Deyirdi ki, bir ağac kəsiləndə elə bilirəm ki, qolum kəsilir. Odur ki, bu ənənənin
davam etdirilməsi, yaşıllıqların artırılması alqışlanmalıdır”.
Seymur ƏLİYEV