\"Akademiyada ”islahat”a başlayanlar Cümhuriyyət banilərinə qarşı kif basmış konsepsiyanı dirçəltməyə çalışır...\"
Oxunub: 9877
05 Aug 2020 | 11:06
\
Moderator.az redaksiyasına BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru  Boran Əzizin 1918-1920-ci illərdə, cəmi 23 ay fəaliyyət göstərmiş, fəqət, 71 il sonra hələ də sağlam qalmış ideoloji-siyasi təməlləri üzərində çağdaş dövlətimiz qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, onların gerçək amal və əməlləri,  həmin dövlət xadimlərinə sovet dövründə və bu gün edilən böhtan və qarayaxma cəhdlərindən bəhs edən “Cümhuriyyət qurucularına sevgi və nifrət: səbəbləri  və nəticələri...” adlı yeni məqaləsi təqdim olunub. Aktuallıını nəzərə alaraq sözügedən materialı dəyərli oxucularımızın müzakirəsinə buraxırıq.

“Sovetlər dönəmində Cümhuriyyətə və onun qurucularına olan böhtanlar, başlıca olaraq işğal rejimi və ona xidmət edən ideologiya ilə bağlı olmuşdur. Təəssüf ki, müstəqillik illərində, o cümlədən yaşadığımız indiki zamanda da qurucu babalarımıza qarşı olduqca hiyləgər formada, məkrli məqsədlərlə hucumlar edilməkdədir. Ancaq belə qarayaxma cəhdləri nə o dövrdə, nə də indi Cümhuriyyəti qurarkən ordusu,  büdcəsi olmayan, məlum səbəblərdən hətta paytaxtına belə gələ bilməyən,”yoxdan bir bayraq yaradan”qurucu babalarımıza insanların sevgisini, ürəklərdən onlara olan məhəbbəti silə bilməmişdir...

Apardığımız araşdırmalar, mənbələrin və müxtəlif tədqiqatların müqayisəli təhlili nəticəsində gəldiyim qənaətə görə bunun bir çox səbəbləri var.
 

Məlumdur ki, Azərbaycanın dövlətçilik tarixi e.ə. III-II minillikdən başlayır. Bu zamandan Cümhuriyyətə qədər olan müddətdə xalqımızın yaratmış olduğu dövlətlərin adları və paytaxtları müxtəlif olmuşdur. Adı - Azərbaycan, paytaxtı - Bakı olan dövləti tarixdə ilk dəfə torpağı nurla dolmuş M.Ə.Rəsulzadə və onun silahdaşları yaradıb. 

Cümhuriyyətə qədər Vətənimizin ərazisində qurulan dövlətləri ayrı-ayrı ailələr, sülalələr yaratmışlar. İlk dəfə olaraq əhalinin müxtəlif təbəqələri içərisindən çıxmış ziyalılar, müxtəlif bölgələrdən olan insanlar bir inam, bir ideologiya əsasında birləşib milli təəssübkeşliyi yüksək olan sahibkarların  da yaxından köməyi ilə Milli dövlət - Cümhuriyyət qurmuşdular.

Qurucu babalarımız min bir əziyyətlə yaratdıqları dövlətin yeraltı və yerüstü zənginliklərindən şəxsi məqsədləri üçün istifadə etməmişdilər. Onlar var-dövlət yığmamış, xarici ölkələrin banklarına pul köçürməmiş, çoxlu sayda imarət, villa ucaltmamış, gəlirli obyektlər ələ keçirməmişdilər. Əksinə, onlar özləri ilə bərabər ata və babalarının var-dövlətini, mal-mülkünü yaratdıqları dövlətin möhkəmlənməsi və tanınması yolunda böyük ürək açıqlığı ilə sərf etmişdilər. Torpağı nurla dolmuş bu dahi insanlar acgözlükdən, görməmişlikdən, qohumbazlıq düşüncəsindən uzaq, gözü-könlü tox şəxsiyyətlər olmuşlar.  Buna aid çoxsaylı misallardan cəmisi bir neçəsi bu şəxslərin hansı əxlaqa, dünyagörüşünə sahib olduqlarını tam sübut edir. Bunlardan biri Cümhuriyyətin Baş naziri olarkən Nəsib bəyin atasına məktub yazaraq bağını qamış ilə hasarlamaq üçün borc pul istəməsi və atasının ona tarixi cavabıdır. (Bax: N. Şeyxzamanlı. Azərbaycan istiqlal mücadiləsi xatirələri. B., 1999). 

Digər bir xarakterik çıxış Cümhuriyyət parlamentinin üzvü F.Xoyski və N.Yusifbəylinin təşkil etdiyi hökumətdə Yollar, Poçt və Teleqraf naziri olmuş Xudadat bəy Məlikaslanovun  parlamentin 1919-cu il noyabrın 6-da  keçirilən 93-cü iclasındakı çıxışıdır: 

“Möhtərəm məbuslar! Siz bilirsiniz ki, hökumət üzvlərinin və nümayəndələrinin o qədər iqtidarları yoxdur ki, öz evləri üçün lazım olan əşyaları alsınlar ki, xaricdən gələn qonaqları da qəbul etsinlər. Qeyri yerdən gələn çox olur. Məsələn, İngiltərədən, İtaliyadan, Fransada, Amerikadan çox nümayəndələr gəlirlər. Onları qəbul etmək üçün küçəbəküçə gəzib yer axtarırıq. Ya gəlməmişdən fikir edirik ki, hansı yerdə və kimin evində onları qəbul edəcəyik. Hökumət qərar qoymuşdur ki, o cür nümayəndələri qəbul üçün bir ev tədarükündə olsunlar. Onun üçün də bir şey alınsın. ...Sizin özünüzə də məlumdur ki, sədrimizin (N.Yusifbəyi nəzərdə tutulur- B.Ə.)  evi burada deyil və o şeylər ki, alınacaqdır, sədrin olmayıb, hökumətin olacaqdır. ... sədr hökumət başından çıxandan sonra yenə hökumətə qalacaqdır. ...Sədrimiz Nəsib bəy başqa hökumət nümayəndələrini qəbul etmək üçün əşya alınması üçün heyəti vükaləyə müraciət eylədi....  Ucuz olmaq üçün və bir nəfər buranı tərk edib şeylərini satmalı olduğu üçün bu iş də əmələ gətirildi. ...Bu işlər hökumət sədrinə və xariciyyə nazirinə (F.Xoyski nəzərdə tutulur-B.Ə)  şəxsi deyil, hökumət malı hesabı ilə verilmişdir. Siz özünüz bilirsiniz ki, bu son zamanlarda, ... gələn-gedən çoxdur. Biz quru yerdə oturub çörək yeyə bilərik. Amma qonaqlara belə müamilə etmək olmaz. ... Onların adəti ilə rəftar etmək lazımdır. Məsələn, mən Tiflisdə bir əcnəbi nümayəndəsinin yanına getmək üçün sürtük (pencək- B.Ə.)  tapmağa məcbur oldum. Nə isə bu halları nəzərə alaraq, bu şeylərin alınması lazım görüldü ki, nümayəndələr gəldikdə avaraçılıq olmasın”. Baş nazirin evi üçün ikinci əldən alınan əşyalar da o vəzifədən gedərkən ya pulu alınmalı, ya da dövlətə qaytarılmalı idi. (Bax:Azərbaycan Xalq Cümhuriyyəti(1918-1920)Parlament.II.,c.B.,1998;N.Yaqublu.Cümhuriyyət qurucuları .B.,2018) 

Cümhuriyyəti qurarkən onun nə dövlət büdcəsi, nə bir manat pulu, nə silahlı qüvvələri, hətta paytaxtları belə var idi. Hökumətin hansı şəraitdə, necə çətin bir vəziyyətdə yarandığıı söyləyən F.Xoyski deyirdi: 
“...Fəqət vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əsgər və xəzinəsi olan hökumətmi?  Yoxsa iki gündə təşkil olunmuş, pulsuz və əsgərsiz hökumətmi? ... Hökumət bir zamanda təşkil olundu ki, Batum nümayəndələrinə pul göndərmək lazım olduğu halda, on min manat tapılmayıb Tiflisdən borc axtarılırdı...Yalnız böyük zəlalət bu idi ki, hökumətimiz hədər olan kimi idi. Zira, hürriyyət, ədalət və əxvət bayrağı daşıyan firqələr Bakını əlimizdən almış idi, bizi paytaxtsız buraxmış idi. Azərbaycanın köksü, paytaxtının sahibi olan müsəlman milləti qətliam edilmiş idilər...”

Məsələ burasındadır ki, çar Rusiyası “XIX əsrin başında Azərbaycanı istilaya girişdiyi zaman qarşısında sözün müasir mənasında milli birliyini anlamış bir Azərbaycan deyil, bir-birinin müqəddəratına laqeyd xanlıqlardan ibarət zəif bir məmləkət görmüşdü” (M.Məmmədzadə. Milli Azərbaycan hərəkatı. B., 1992,)

Qurucu babalarımız çar Rusiyasının məqsədyönlü şəkildə param-parça edib müxtəlif quberniya və qəzalara böldüyü torpaqlarımızda yoxdan bir dövlət, Şimaldakı torpaqlarımızın əksər hissəsini əhatə edən, 97, 3 min kv. km mübahisəsiz ərazidən ibarət olan, müsəlman türk dünyasında ilk demokratik, dünyəvi dövləti – Azərbaycan Cümhuriyyətini yarada bildilər. Nəticədə buna qədər yalnız coğrafi məfhum olan Azərbaycan ilk dəfə beynəlxalq hüququn subyektinə çevrildi. 

Çar Rusiyası insanlarımıza “inorodsı”,”yadelli”,” gəlmə”, müsəlman, tatar kimi adlar vermişdi. Ziyalılar insanların öz kökünün türk olmasını anlaması üçün müqəddəs bir işə başladılar. Amma bunun üçün onlar əvvəlcə Vətənimizin adını dəqiq bilməli idilər.  “Haradır və haradadır Azərbaycan” sualına cavab tapmalı idilər. (Geniş məlumat üçün bax: K.Şükürov. “Akademik Bartoldun  səhvi və Stalin mifi, yaxud Azərbaycan və azərbaycanlılar haqqında” 525-ci qəzet, 28.11.2016; B.Əziz. “Azərbaycan adının anlamı və tarixi ərazisi”. Azərbaycan, rus və ingilis dillərində. B., 2017; Solmaz Rüstəmova -Tohidi. “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti”. B., 2018).

Cümhuriyyətin adına vaxtilə çar Rusiyası və Müvəqqəti Hökumətin xarici işlər naziri işləmiş Sazanov, Milyukov, rus bilim adamları - Bartold, Paxomov, Krımski, Sisoyev, bolşevik Rusiyası, qonşu İran dövləti və onların rəsmi qəzetləri etiraz etmiş, I Dünya müharibəsinin qalibləri olan ingilis və ABŞ hərbçiləri isə, ən yumşaq şəkildə desək, bu adı təəccüblə qarşılamış, bunu Türkiyə hərbçilərinin intriqası hesab etmişlər...

Bütövlükdə dövlətçilik tariximizdə  xüsusi yeri olan Cümhuriyyət qurucuları  350-dən çox ilkə imza atmışdılar. 

Dünyanın müxtəlif ölkələrinə səpələnmiş əlli milyonluq bir xalqa belə möhtəşəm bir əsər yadigar qoyub getmiş qurucu babalarımızı ehtiramla yad etmək, xatirələrini uca tutmaq çiyinlərimizin borcudur. Bu səbəbdən belə dəyərləri yaşadan, bölüşən insanların qəlbində onlar özlərinə əbədi, əzəmətli heykəl qoymuşlar.

Cümhuriyyətimiz XI Qırmızı Ordu tərəfindən işğal edildikdən sonra 1920-ci ilin mayın 16-da Moskvadan Bakıya gələn Nəriman Nərimanov “Təzə Pir” məscidinin qarşısında “... xalqa xitabən söylədiyi nitqində deyir ki, “Xüsusi bir komissiya təşkl etdik. Bu komissiya keçmiş hökumətin sənədlərini tədqiq edir. Bir neçə gün sonra nəticəni elan edəcək, o vaxt siz də görəcəksiniz ki, nə kimi xainlər sizi idarə edirmiş”. Bir neçə gün deyil, bir neçə illər keçdi, o komissiya bu nəticəni hələ elan etməmişdir. Heç elan edəməz də” (M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. B., 1990). Çünki onlar Vətənin, qurduqları Cümhuriyyətin sərvətlərinə xain kimi baxmamışdılar...

L.Mirzoyandan sonra Azərbaycan KP-na 1929-1930-cu illərdə rəhbərlik etmiş N.Gikola da M.Rəsulzadənin və Cümhuriyyət hökumətinn fəaliyyətini yoxlatmış və onlara qarşı “çox şiddətli tədbirlər görmək, onları ifşa etmək üçün” var qüvvəsi ilə çalışmışdı.  Gikalo Cümhuriyyət qurucularını “Azərbaycan kəndlisi ilə mübarizə aparmaqda, Bakı fəhləsinə istehza ilə yanaşmaqda ittiham etdikdən sonra qəzəblə soruşurdu ki, “o dövrlərə aid sənədlər haradadır? “Müsavat”a qarşı ideologi mübarizə aparmaq üçün bu sənədlərə ehtiyac vardır” (M.B.Məmmədzadə. “Milli Azərbaycan hərəkatı”, B., 1992). Onlar da heç nə tapmadılar.

Məsələ burasındadır ki, artıq 30 ilə yaxındır müstəqilliyi bərpa olunmuş çağdaş Azərbaycan Respublikasının Milli Elmlər  Akademiyasında ”yenidənqurmaya”,”islahatlar"a başlayan şəxslər Cümhuriyyət qurucularına qarşı yeni, əslində köhnə, kif basmış ideologi konsepsiyanı dirçəltməyə cəhd göstərirlər. Ancaq bunlar əbəsdir...

Bir zamanlar hətta  qəmzəsi belə adamların əlini kəsən Sovet hakimiyyətinə yarınaraq  balalarına  çörək, özünə şan-şöhrət, orden-medal, “malodes” qazanmaq üçün dəridən-qabıqdan çıxmış tanınmış Azərbaycan sovet şairi S.Rüstəm belə yazmışdı: 

“Mənasını itirmişdir köhnə çürük sözləriniz
O üç rəngli bayrağısa görməyəcək gözləriniz.
Firqənizlə bayrağınız torpaqlara gömülmüşdür.
Çürük, murdar firqəniz də özünüzdən tez ölmüşdür.
“Ergünə qon boz qurd” kimi əfsanələr sizin olsun
İstanbulda qab yalayan divanələr sizin olsun...
...Yetər, yetər həyasızlıq, qıpqırmızı yalan yetər
Siz hey hürün, nə eybi var: “İt hürsə də karvan keçər” . 

Tarixi qanunauyğunluğun nəticəsində o üçrəngli bayrağı yüksəldən,”yoxdan bir dövlət” yaradan  kişilərə olan el məhəbbətini, sevgisini,ürəklərində heykəl qoyduqlarını gördük və görürük. Bu sovet şairinin söylədiklərindən nəvə və nəticələrnin indi hansı hissləri keçirdiklərini isə Tanrı heç kimə qismət etməsin... 

Başqa bir tanınmış gənc sovet ədəbiyyatçısı, sovetlərin N.Nərimanovun sözləri ilə desək”simasızlaşdırma”siyasətindən, anti-Azərbaycan, anti-xalq ideologiyasından ilhamlanan  Ə.Cəfər isə deyirdi: 

“İnsanların içində
 Görməmək üçün
Nə burjuy və dilənçi, 
Olacağam o rəhbərin qapısında dilənçi”.

Özün bilərsən, haranı seçmək sənin müstəsna hüququndur...

Böhtançılara başqa daha bir ibrətamiz hadisəni yada salmaq istəyirəm. Azərbaycan xalqının milli oyanışında, milli azadlıq hərəkatının ideoloji prinsipləri və nəzəri əsaslarının formalaşmasında müstəsna xidməti olmuş H.Zərdabinin dəfnində xalqımızın ictimai-siyasi fikir tarixində mühüm yeri olan Ə.Ağaoğlu demişdir: 

”Ey müqəddəs ruh,sən indi bu bədəndən ayrılıb bizim babalarımızın,əcdadlarımızın yanına gedirsən. Həmin babalarımızı gör, əvvəla, bizdən onlara salam deyərsən. Sonra da, onların yaxalarından tut ki, bu, nə məmləkətdir ki, bizə qoyub getdiniz?...Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biriləri ilə didişir”(Bax:Ş.Hüseynov.Tarixi bir dəfn mərasimi.525-ci qəz.,2007,24 noyabr-15 dekabr;V.Quliyev.525-qəz.2009,25 iyul-avqust) 

Cümhuriyyət qurucularına böhtan atanlar bilsinlər ki, gələcək nəsillər o dünyaya sizin yanınıza gedənlərdən salam göndərmək əvəzinə, böyük Mirzə Cəlilin sözləri ilə söyləsək deyəcək :”Tfu sizin üzünüzə, ölülər!..”

Oxşar xəbərlər
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”