Məlum olduğu kimi, Tovuz döyüşlərinin qəhrəmanlarından olan general Polad Həşimovla bağlı “Qanun” nəşrlər evi tərəfindən kitabın çap edilməsi cəmiyyətdə böyük təqdirlə qarşılanıb. Bəs şəhidlərimizin qəhrəmanlığının müxtəlif musiqi əsərləri, mahnılar vasitəsi ilə təbliği nə dərəcədə aktualdır?
Moderator.az-a açıqlama
verən xalq artisti Mübariz Tağıyev bu istiqamətdə də konkret addımlar atmağın zəruriliyinə
diqqət çəkdi:
“Vətənimizin müdafiəsində
iştirak edən, bu müqəddəs işdə şəhid olan qəhrəmanlarımızla bağlı kitabların
yazılması, filmlərin çəkilməsi təbii ki, təqdirəlayqidir. Bu məsələdə musiqiçilərimiz
də öz sözünü deməli, şəhdilərimizin qəhrəmanlığının təbliğ edilməsinə, onların
adının əbədiləşdirilməsinə öz töhfəsini verməlidir. Şəhidlərimizin hər birinə
mahnı qoşulmalı, onların hər biri haqqıdna film çəkilməlidir. Çünki onlar ən
böyük zirvə olan şəhidlik zirvəsini fəth ediblər. Hansı ki, şəhdilikdən daha
uca bir zirvə yoxdur.
Hesab edirəm ki, bu məsələdə
müsabiqələrin elan edilməsi daha faydalı olar. Mədəniyyət və incəsənətin müxtəlif
qolları üzrə təşkil ediləcək belə bri müsabiqə bu məsələdə həm kütləviliyi təmin
edər, həm də daha keyfiyyətli əsərlərin meydana çıxmasına şərait yaradar”.
Seymur ƏLİYEV