Avqustun 5-dən etibarən ölkəmizdə karantin qaydalarının qismən yumşaldılması vətəndaşların ictimai nəqliyyatdan daha çox istifadəsi ilə müşahidə edilməkdədir. Bəs ictimai nəqliyyatda aktivliyin artması yeni yoluxma hallarına yol aça bilərmi? İctimai nəqliyyatda sosial məsafə amilinin gözlənilməsini təmin etmək üçün bnu sahəyə nəzarətin artırılmasına ehtiyac varmı?
Moderator.az-a açıqlama
verən yol-nəqliyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bu sahəni
davamlı olaraq diqqət mərkəzində saxlamağın vacibliyinə toxundu:
“Ictimai nəqliyyatda
sıxlıq məsələsi diqqətdə saxlanılmalıdır. Nə qədər ki, pandemiya var, bu məsələ
aktual olaraq qalır.
Yumşaldılmadan sonra insanların aktivliyinin artması gözlənilən
idi. Yay vaxtıdır. Insanlar evdən çıxmağa daha çox cəhd edir. Metro da işləmir.
Buna görə də bütün yük avtobusların üzərinə düşür.
Hesab edirəm ki, insanların
karantin qaydalarına əməl etməsini təmin etmək üçün təbliğat işlərini bir az da
genişləndirmək lazımdır. Avtobusların sayını pik saatlarında maksimuma
çatdırmaq lazımdır. Elə etmək lazımdır ki, imkan daxilində sosial izolyasiya,
sosial məsafə qaydaları gözlənilsin”.
Seymur ƏLİYEV