Cari ilin iyul döyüşləri və bu döyüşlər zamanı böyük qəhrəmanlıqlar göstərərək şəhidliyə yüksələn hərbçiəlrimiizn xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən ciddi addımlar atılmaqdadır. Tovuz döyüşlərində şəhid olan general Polad Həşimovun adının Qəbələdəki küçərlərdən birinə verilməsi ilə bağlı ökə başçısının göstərişi buna nümunədir.
Bəs sənət adamları, ədəniyyat
və incəsənət nümayəndələrinin də bu məsələyə öz töhfəsini verməsi nə dərəcədə
arzuedilən olar?
Moderator.az-a açıqlama verən
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, ədəbiyyat
və mədəniyyət təmsilçilərinin bu yöndə daha aktiv fəaliyyətinə ehtiyac olduğunu
vurğuladı:
“Şəhdilərimizin, qəhrəmanlarımızın
xatirəsinin əbədiləşdiirlməsi, habelə onların göstərdiyi igidliklərin təbliği
istiqamətində dövlətimizin gördüyü işlər göz önündədir və bu, bütün cəmiyyətdə
böyük məmnunluqla qarşılanır. Lakin təbii ki, bu məsələdə yaradıcı insanlarımız
da aktiv olmalı, ədəbiyyat da, incəsənət də qəhrəmanlarımızla bağlı öz sözünü
deməlidir.
Şəhidlərimizlə bağlı
romanlar, povestlər, poemalar yazılmalı, filmlər çəkilməlidir. Heykəltəraşlarımız,
rəssamlarımız da bu prosesdən kənarda qalmamalı, bu müqəddəs işdə dövlətimizə dəstək
verməlidir. Bu, həm şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, həm də gənc nəslin
qəhrəmanlıq ruhunda tərbiyəsi baxımındn vacibdir. Çünki dünyanın hər yerində qəhrəmanlıq
ruhu məhz bu cür əsərlər vasitəsi ilə aşılanır, təbliğ edilir. Bu cür təbliğat
torpaqları işğal altıdna qalan ölkəmiz üçün ikiqat əhəmiyyətə malikdir.
Bu baxımdan hesab edirəm
ki, həm ədəbiyyat, həm də mədəniyyət və incəsənət nümayəndələri bu məsələyə həssaslıqla
yanaşacaq, şəhdilərimizin xatirəsinin əbədiləşdirilməsi, onların sadəcə Azərbaycan
deyil, həm də dünya ictimaiyyətinə tanıdılmasında əlindən gələni əsirgəməyəcək”.
Seymur ƏLİYEV