Məlum olduğu kimi, 10 avqust tarixinə qədər Türkiyə-Azərbaycan birgə təlimləri davam edəcək. Bəs gələcəkdə bu təlimlərə ölkəmizə dost olan Pakistan və s. kimi dövlətlərin də daxil edilməsi, çoxtərəfli təlimlərin keçirilməsi nə dərəcədə arzuedilən olar? Azərbaycana dost dövlətlərin birgə təlimləri düşmənlərə daha təsirli mesaj ola bilərmi?
Moderator.az-a açıqlama
verən Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu
bu cür təlimlərin faydalı olacağını vurğuladı:
“Dəfələrlə ifadə etdiyim
kimi, Azərbaycan Türkiyə qardaşlığı, strateji ortaqlığı çox dərin köklərə
sahibdir və bütün regionun təhlükəsizlik və stabilliyin dəvamlı xarakter alması,
ekspansionist müstəmləkəçi niyyət daşıyan güclərin dəf edilməsi, Azərbaycanın
işğal altındakı torpaqlarının azad edilməsi baxımından olduqca mühumdür.
Hər iki dövlətin kimsənin
torpağında gözü yoxdu. Lakin haqqımizı, hüququmuzu müdafiə edə bilmək üçün güc
olmaq məcburiyətindəyik. Gücə
dayanmayan ədalət acız, ədalətə dayanmayan güc də zalımdır.
Bizim tarixi
torpaqlarımizı işğal edərək orada bir erməni dövləti quranlar Qarabağ və ətraf
rayonları da işğal edərək ikinci bir erməni dövlətini qurma cəsarəti göstərirlər.
Üstəlik
Tovuza hücüm edərək müstəqilliyimizi, milli dövlətçiliyimizi təhdit edirlər. Bu
həyasızlığı durdurmaq, bütün milli güc ünsürlərini səfərbər edərək vətənimizi
qorumaqdan başqa yolumuz yoxdu. Bu mənada xarici siyasət, diplomatiq güc
baxımından da biz dost ölkələrin sırasını genişlətməli, beynəlxalq dəstəyimizi
artırmalıyıq. Pakistan kimi bir nüvə dövlətinin də bizə, Türkiyəyə qardaş ölkə
olması ayrı bir üstünlüyümüzdür. Gələcək təlimlərdə Pakistan və Ukraynanın,
GUAM ölkələrinin Azərbaycan və Türkiyə ilə birgə iştirak etməsi düşmənlərimizə daha ciddi mesajlar ünvanlamaq
baxımından çox
faydalı olardı”.
Seymur ƏLİYEV