Prezident İlham Əliyev bu gün Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə bir daha ictimai nəzarətin önəmini xatırladıb, bu məsələnin vacibliyinə dqiqət çəkib.
Maraqlıdır, media ictimai
nəzarət funksiyasını lazımınca həyata keçirə bilirmi? KİV-in bu məsələyə daha
çox diqqət yetirməsinə ehtiyac varmı?
Moderator.az-a
açıqlama verən BDU-nun
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri,
professor Cahangir Məmmədli medianın bu məsələdəki önəmini şərh edib:
“KİV hər zaman problemlərin
həllində, müxtəlif layihələrin həyata keçirilməsində dövlətin yanında
olmalıdır. Sovet dönəmində, 70-cı illərdə, Heydər Əliyevin I katib olduğu
vaxtlarda hər dəfə mətbuatda yer alan tənqidi
felyetonlarla bağlı Mərkəzi Komitədə ayrıca büro çağırırdı və həmin yazı
müzakirə olunurdu. Göyçay rayonundakı zavoddakı yeyintidən tutmuş, Kür çayında
qanunsuz balıq tutmağa qədər bir sıra məsələlərlə bağlı mediada yer alan
yazılarla bağlı bu cür bürolar çağırılmışdı.
90-cı və 2000-ci illərin əvvəllərində
də media ictimai nəzarət funksiyasını yüksək səviyyədə həyata keçirdi. Sonra bu
funksiya bir qədər zəiflədi. Lakin yaxşı və ya pis yerinə yetirməsindən asılı
olmayaraq, KİV hər zaman ictimai nəzarət funksiyasını yerinə yetirib. Bu gün bu
nəzarət daha da güclənib. Çünki prezident əksər çıxışlarında ictimai nəzarət məsələsində
KİV-in roluna diqqət çəkir, jurnalistlərin vəzifələrini xatırladır.
KİV hər zaman prezidentin
yanındadır. Biz ölkə başçısınmıən mediaya verdiyi önəmi unutmamalı, bu yüksək
qiyməti nəzərə almalı və bir az da ictiami nəzarət funksiyamızı gücləndirməliyik.
Dövlət qurumları mediada
yer alan tənqidi materiallara xüsusi diqqət yetirməlidir. Mətbuat hansı
problemləri qaldırırsa, hansı məsələdə boşluq varsa, müvafiq qurumlar bu
problemlərin aradan qaldırılması istiqamətində lazımi addımlar atmalıdır.
Bu gün ölkəmizdə KİVDF
kimi bir qurum fəaliyyət göstərir. Hansı ki, bu qurum dövlətin mediaya göstərdiyi
diqqət və qayğının bariz nümunəsidir. Belə olan halda bizim də öz üzərimizə düşən
işin öhdəsindən gəlmək üçün daha çox səy göstərməyimiz vacibdir. Media dördüncü
hakimiyyət kimi nəzarət mexanizmini lazımi səviyyədə həyata keçirməlidir. Bu,
dövlətimizin inkişafı və tərəqqisi baxımından da olduqca əhəmiyyətlidir”.
Seymur ƏLİYEV