\"Əgər mükəmməl icra mexanizmi olmasa, qəbul edilən qərarların heç bir əhəmiyyəti yoxdur\"
Oxunub: 1681
07 Aug 2020 | 09:39
\
Tanınmış jurnalist, “Azərxalça” ASC-nin mətbuat katibi Tural Səfərovun “Xalq qəzeti”nin bugünkü sayında “İslahatlar Azərbaycanı sürətlə dəyişir” adlı məqaləsi dərc olunub. 

Yazının aktuallığını nəzərə həmin məqaləni oxuculara təqdim edirik:

Qədim tarixə və zəngin mədəniyyətə sahib olan Azərbaycan xalqı Qafqazın və dünyanın sivilizasiya marafonuna bu bölgədə başqa heç bir ölkəyə və millətə qismət olmayan tarixi töhfələr verib.
Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə ölkəmizə rəhbər seçilməsindən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən əsrin 70-ci illərində geniş inkişaf yoluna çıxan, 1993-cü ildən sonra ulu öndərimizin xilaskarlıq missiyası sayəsində öz varlığını qoruyub saxlayan, böyük tərəqqi, tikinti-quruculuq meydanına çevrilən Azərbaycan son 17 ildə misilsiz uğurlar qazanıb. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər, inkişaf və tərəqqi proqramı uğurla həyata keçirilir, ölkəmiz ulu öndərimizin arzuladığı, görmək istədiyi kimi qurulur. 
Hələ 2003-cü ildə qarşıya qoyulmuş məqsəd, müəyyənləşdirilmiş strateji hədəflər, qəbul edilmiş qərarlar xalqımızı Heydər Əliyevdən sonrakı dövrün necə olacağı qayğılarından qısa müddətdə azad etdi. Tezliklə cəmiyyətin bütün təbəqələrinin ölkəmizin inkişafı üçün həyata keçirilən tədbirlərə cəlb olunması, elmin, təhsilin, səhiyyənin və mədəniyyətin inkişafına yüksək qayğı göstərilməsi, yerli xammala və müasir texnologiyalara əsaslanan istehsal müəssisələrinin yaradılması, bütün sahələrin tərəqqisi məqsədilə ixtisaslı kadrların yetişdirilməsi, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, genişmiqyaslı quruculuq işlərinin aparılması, insanların rifah halının yaxşılaşdırılması Azərbaycanı qüdrətli dövlətə çevirmək yolunda qarşıya qoyulan əsas məqsədlərdən idi. 
İnfrastrukturu çağdaş dünya standartları səviyyəsində bütünlüklə yeniləşdirilən Azərbaycan inkişafın yeni mərhələsindədir. Həqiqət budur ki, tarixin heç bir dönəmində belə geniş, rahat yolları, hər gün, hər ay, hər il sayı artan müasir binaları, memarlıq inciləri, küçələri, bağları, parkları, seyrəngahları olmayıb Azərbaycanın. Tarixin heç bir dövründə belə müasir məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları görməyib Azərbaycan. Tarixin heç bir dövründə ixracyönümlü keyfiyyətli məhsullar istehsal edən, müasir innovasiyalara əsaslanan nəhəng sənaye müəssisələri, orbitə buraxılan peykləri olmayıb Azərbaycanın. Bəli, Azərbaycan tarixinin heç bir dövründə sərhədləri etibarlı qoruyan belə güclü orduya, güclü iqtisadiyyata sahib olmayıb. 
Tarix üçün çox qısa bir zamanda – cəmi 17 ildə bunlara nail olunub, inkişafın Azərbaycan modeli yaradılıb. 
Azərbaycanın mənəvi qazancları maddi qazanclarından heç də az deyil. Ölkəmizdə bütün sahələrdə quruculuq işləri aparılıb. Buna paralel olaraq həm də yeni cəmiyyət qurulub. 
Son 17 ilin ən böyük uğurlarından biri də odur ki, savadlı, dünyagörüşlü, vətənpərvər nəsil yetişdirilib. Ölkəmizin şəhər və rayon mərkəzlərində, qəsəbələrində, kəndlərində inşa olunan müasir məktəb binalarında oxuyan şagirdlər, dünya standartlarına cavab verən universitetlərdə təhsil alan tələbələr çağdaş dövrün ən son nailiyyətləri hesab edilən texnologiyalardan bəhrələnməklə yanaşı, öz milli dəyərlərini öyrənir və milli ruhda böyüyürlər. Orta və ali məktəblərdə milli ruhda yetişdirilən gənclər dövlətimizin dəstəyi ilə xaricdə təhsil almağa göndərilir. Və bu milli ruhda yoğrulan gəncləri təhsillərini davam etdirdikləri ölkələrdə heç bir qüvvə öz təsiri altına sala bilmir. Və onlar Qərb təhsili almış, müasir düşüncəli kadr kimi ölkəmizə qayıdırlar, dövlətimizin inkişafına töhfələrini verirlər. Məhz Prezident İlham Əliyevin xeyir-duası ilə xaricdə təhsil almağa göndərilən, onun qayğısı ilə müasirləşdirilən ali məktəblərdə təhsil alan, müxtəlif dövlət orqanlarında işlə təmin edilən, bacarıqlı kadr kimi formalaşmasına böyük qayğı ilə yanaşılan gənclər indi ölkə rəhbərinin komandasının istedadlı, sədaqətli, yenilikçi üzvləri kimi Azərbaycanımızı dövlət başçısının rəhbərliyi ilə sürətlə dəyişir, yeniləşdirir, inkişaf etdirirlər. 
Son illər müxtəlif dövlət oqanlarına istedadlı gənc kadrların rəhbər təyin edilməsi, hökumətin rəhbərliyinə isə kifayət qədər peşəkar bir kadrın gətirilməsi ölkəmizdə əksər sahələrdə mühüm islahatların aparılması, illərlə yığılıb qalmış problemlərin həll edilməsi ilə nəticələnir. Gəncləri yüksək vəzifələrə irəli çəkən dövlətimizin başçısı bunun əhəmiyyətini belə qiymətləndirir: “Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük”. 
İqtisadi sahədə aparılan kadr islahatları sonrakı mərhələdə struktur islahatlarının aparılmasına gətirib çıxardı. Əvvəlcə Vergilər Nazirliyinin rəhbərliyinin dəyişdirilməsi və nazirliyə Qərb təfəkkürlü, islahatçı kadrın təyin edilməsi bu sahədə köklü dəyişiklərin aparılmasına şərait yaratdı. Prezident İlham Əliyevin dediyi kimi, hesab olunurdu ki, bizdə elə sahələr var, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. 
Ötən il Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin ləğv edilərək xidmət kimi İqtisadiyyat Nazirliyinə birləşdirilməsi iqtisadi sahədə vahid idarəetmə sistemini təmin edib və beləliklə, bu sahədə aparılan islahatları daha da sürətləndirib. Son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, “kölgə iqtisadiyyatı” ilə mübarizə, iqtisadiyyatın “ağardılması” istiqamətində görülən işlər artıq öz bəhrəsini verir. Bütün bu islahatlar büdcə daxilolmalarını xeyli artırıb, iqtisadiyyatımızın sürətli inkişafına rəvac verib. 
Bir faktı qeyd edək. Cari ilin birinci yarısında iqtisadiyyatın 2,7 faiz kiçilməsinə, o cümlədən, qeyri-neft sektorunda əlavə dəyərin 2,5 faiz azalmasına baxmayaraq, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar proqnozdan 327 milyon manat və yaxud 8,9 faiz çox olub. 
Müxtəlif dövlət orqanlarının hesabatlarından görünür ki, 2015-ci illə müqayisədə bu ilin ötən dövründə idxalın həcmi eynidir. Lakin buna baxmayaraq, əgər büdcə daxilolmaları 2015-ci ildə 700 milyon manat idisə, bu il 2 milyard 19 milyon manata çatır. Bu da kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində aparılan uğurlu islahatların nəticəsidir. 
Kölgə iqtisadiyyatının həcmi ölçülərkən dövriyyələrə fikir verilir – xüsusilə, elektron qaimə ilə rəsmiləşən dövriyyələrə. Bunların həcmi ötən ilin 5 ayına nisbətən 6,8 faiz artıb. Halbuki, dövr ərzində qeyri-neft ÜDM-i 2,1 azalıb. Bu göstəricinin artması dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir. Qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri fəaliyyət sahələri üzrə aşağıdakı kimi olub: sənayedə 3,2 faiz, ticarətdə 6 faiz, o cümlədən, pərakəndə ticarətdə 15,3 faiz. Halbuki, pərakəndə ticarətin ümumi dövriyyəsinin 1,7 faiz azalması, hətta ictimai iaşədə 36,8 faiz azalma nəzərə alınır, amma rəsmiləşən dövriyyədə 5,3 faiz artım var. Cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8 faiz artıb. Resessiya şəraitində özəl sektor üzrə mədaxilin artması şəffaflaşmanın mühüm göstəricilərindən biridir. Mərkəzi Bankın məlumatına əsasən, 1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2 faiz artıb ki, bu da bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm göstəricidir. 
2019-cu ildə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondu 29,1 faiz artmışdırsa və əhalinin gəlirlərinin artım tempini 3,9 dəfə üstələyirdisə, 2020-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə artım davam edərək 23,6 faiz olub və əhalinin gəlirlərinin artım tempini 3,5 dəfə üstələyib. 
Xüsusi qeyd olunmalıdır ki, bu uğurlar pandemiya şəraitində, istehsal müəssisələrinin, xidmət sahələrinin əksəriyyətinin işləmədiyi bir dövrdə qazanılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı pandemiya zamanı itirdiklərini post pandemiya dövründə qısa müddətdə geri qaytara biləcək, yeni inkişaf mərhələsinə qədəm qoyacaq, daha da güclənəcəkdir. Əlbəttə ki, bu nəticələr son vaxtlar iqtisadi sahədə aparılan islahatların bəhrəsidir. 
İqtisadi sferada olduğu kimi, sosial sahədə də aparılan islahatlar əhalinin rifah halının yaxşılaşdırılmasına, hər bir vətəndaşımızın daha rahat və keyfiyyətli həyat yaşamasına xidmət edir. Prezident İlham Əliyevin tapşırıqlarını uğurla icra edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son bir neçə il ərzində sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönələn mühüm islahatlar aparılıb. Dövlət başçısının 9 avqust 2018-ci il tarixli fərmanı əsasında nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi yaradılıb və DOST mərkəzlərinin tikintisinə başlanılıb. 2025-ci ilə qədər paytaxtda və respublikanın regionlarında 31 belə mərkəzin yaradılması nəzərdə tutulub. Birinci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan “DOST” layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. “DOST” Mərkəzi də “ASAN” Xidmət kimi Azərbaycan brendidir və onun dünyada analoqu yoxdur. Prezident İlham Əliyev bu sahədə görülən işlərdən danışarkən deyib: “Bu, çox gözəl sosial təşəbbüsdür. Bildiyiniz kimi, Azərbaycan bu sahədə də liderlik göstərir və “DOST” mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır”. 
Budur, Azərbaycan daha bir brendini bütün dünyaya qürurla təqdim edir. İndi, hətta, bir sıra inkişaf etmiş ölkələrin belə Azərbaycandan öyrənmək istədiklərinin sırasına daha bir yenilik – “DOST” layihəsi əlavə olunub. 
Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin genişləndirilməsi üçün mühüm addımlar atılıb. Ölkədə ilk dəfə sosial reyestri formalaşdıran, vətəndaşlara onlarla bağlı əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və s. üzrə məlumatlara bir ünvanda çıxış imkanı verən “e-sosial” internet portalı yaradılıb. 
Bundan başqa, “Pensiyaçının dostu” proqramı hazırlanaraq işə salınıb və bununla da elektron texnologiyalar üzərində şəffaf və operativ pensiya təyinatı mexanizmi qurulub. İndi pensiya hüququ çatan şəxslərə pensiya hüququ yaranan gün heç yerə müraciət etmədən, sənəd təqdim olunmadan, məhz, elektron qaydada pensiya təyinatı həyata keçirilir. 
Sosial sahədə geniş miqyas alan elektronlaşdırma proqramı çərçivəsində ötən il 2-si pensiya, 19-u müavinət-təqaüd növü olmaqla, 21 sosial təminat növünün e-təyinat sistemi işə salınıb, bu əsasda cari ildə 200 minədək təyinatın e-qaydada aparılması nəzərdə tutulub. Son illər uğurlu inkişafı ilə seçilən sahələrdən biri də təhsildir. 
Dövlət başçısının diqqət və qayğısı ilə son illər təhsil quruculuğu istiqamətində də mühüm işlər görülüb. Ölkə rəhbərinin dediyi kimi: “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər. Onların fəallığı, bilikləri, müasir texnologiyalara marağı ölkəmizi gücləndirir. Bizim sərhədlərimizi də, xalqımızın əmin-amanlığını da səngərdə düşmənlə üz-üzə olan döyüş məntəqələrində gənclərimiz ləyaqətlə qoruyur”. 
Ölkə rəhbəri tərəfindən xüsusi diqqət yetirilən iki mühüm sahə var – ordu və təhsil quruculuğu. Dövlət başçısı bu iki sahənin paralel inkişafını təmin edərək Azərbaycanı qoruyur, ölkəmizi xoş gələcəyə aparır. Çünki bu iki sahədə işlər düzgün qurulmasa, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, ölkəmizin sərhədlərinin və mənəvi sərhədlərimizin qorunmasından söhbət gedə bilməz. Əgər ordumuz ölkəmizin sərhədlərini qoruyursa, təhsilli insanlarımız da mənəvi sərhədlərimizi, müstəqilliyimizi qoruyurlar. Ölkəmizin sərhədlərini qoruyan Azərbaycan gəncidir. O, mütləq təhsilli olmalıdır, tariximizi, keçmişimizi öyrənməli və bilməlidir. O, sərhəddə nə üçün dayandığını anlamalıdır. Anlamalıdır ki, müstəqilliyimizi, son nəticədə isə Azərbaycanımızı qoruya bilsin. 
Prezident İlham Əliyev ökəmizin gələcəyinin vətənpərvər gənclərdən asılı olduğu reallığını düzgün qiymətləndirir. Ona görə də dövlət başçısı yeni təhsil nazirini qəbul edərkən bütün təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyub: “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir”. 
Zaman sübut edib ki, hansısa bir sahənin inkişafı, xüsusən insan kapitalının, vətənpərvər gəncliyin yetişdirilməsi üçün qəbul olunan siyasi qərarlar qədər o qərarların düzgün icrası da önəmlidir. Əgər mükəmməl icra mexanizmi olmasa, qəbul edilən qərarların heç bir əhəmiyyəti yoxdur. Azərbaycan təhsilində olan yeniliklərin, uğurların əsas səbəblərindən biri də odur ki, dövlət başçısı tərəfindən milli təhsilimiz etibarlı kadrlara tapşırılıb. Təhsilimizin dünya standartları səviyyəsinə qaldırılması üçün son illər görülən işlər yaxın gələcəkdə özünü göstərəcəkdir. Təkcə təhsil müəssisələrində korrupsiya hallarının kökünün kəsilməsi, müəllim nüfuzunun qorunması və yüksəldilməsi, tədrisin keyfiyyətinin artırılması, gənclərin milli ruhda tərbiyə olunması istiqamətində görülən işləri qeyd etmək kifayətdir ki, bu sahədə qazanılan uğurlar barədə dolğun təəssürat yaransın. Əgər müəllim şagird və tələbəyə hansısa maddi maraq üçün qiymət yazarsa, gənclər öz müəllimlərinin təhsil işçisinə yaraşmayan hərəkətlərini müşahidə edərlərsə, öyrədənlər ədalət hissini itirərsə, vətən naminə yaşamağı deyil, şəxsi mənafeləri üstün tutmağı aşılayarsa, o zaman gənclər vətənpərvər olmayacaqdır. Sevindirici haldır ki, Azərbaycan təhsili bu neqativ hallardan xilas edilməkdədir. Bütün bunlara görə, dövlət başçısı gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirir: “Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər”. 
Dövlət başçısı burada çox incə məqamlara toxunub və təhsil işçilərini manqurtlaşma, eyniləşmə siyasətinə qarşı ciddi mübarizəyə səsləyib. Çünki uzun illər ərzində Şimaldan və Cənubdan, Qərbdən idxal edilən və təhsilimizdə kök salan bizə yad olan ideyaların daşıyıcılarına, başqa sözlə, “5-ci kalon”nun üzvlərinə çevrilənlər ciddi problemlər yaradıblar. Onlar, nəinki Azərbaycan dövlətçiliyinin, eyni zamanda, xalqımızın varlığı üçün təhdidə çevriliblər. Ancaq qüdrətli Azərbaycan dövləti onları neytrallaşdırmaq gücündədir və belə insanlar dövlətçiliyimizə zərər verə bilməyəcəklər. Ona görə də ölkəmizi və xalqımızı gələcəkdə yarana biləcək təhdidlərdən qorumaq üçün bu gündən ciddi tədbirlər görülməlidir və görülür. Fikrimizcə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilini idarə edənlərin ən böyük uğuru yeni texnologiyaların tətbiqi, infrastrukturun çağdaş dünya standartlarına uyğunlaşdırılması ilə bərabər, müasir biliklərə yiyənlənmiş, yeni təfəkkürlü milli gəncliyin yetişdirilməsidir. Heç şübhə yoxdur ki, biz yaxın gələcəkdə təhsil sahəsində daha böyük nailiyyətlərin şahidi olacağıq.
2017-ci ildən ölkəmizin idarəetmə sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər bir çox sahələri əhatə edir. Ötən dövr ərzində Azərbaycan hökumətində, hüquq-mühafizə və gömrük orqanlarında, nəqliyyat, rabitə, yeni texnologiyalar, energetika, kənd təsərrüfatı, turizm, kosmik sənaye və digər sahələrdə, yerli icra hakimiyyəti orqanlarında aparılan islahatların real nəticələrini artıq cəmiyyətimiz ciddi şəkildə hiss edir. 
Azərbaycan xalqı yaxın vaxtlarda vətəndaş cəmiyyəti institutlarında, xarici siyasət idarəsindəki yeniliklərin, islahatların da şahidinə çevriləcəkdir. İnanırıq ki, bu sahələrə rəhbərlik edən istedadlı insanların sayəsində Azərbaycan mediası və vətəndaş cəmiyyəti institutları qısa zamanda öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq, ölkəmizin imicini daha da yüksəldəcək, ümumi tərəqqimizin əsas hərəkətverici qüvvəsinə çevriləcəkdir. 
Sual oluna bilər ki, genişmiqyaslı sturktur, kadr islahatları, innovativ layihələr nəyə görə son illərdə reallaşdırılıb? Niyə 5-10 il qabaq islahatlar belə sürətlə həyata keçirilmirdi? Son illərdə ölkədə nə dəyişib? Doğrudur, son illər ölkədə çox şey dəyişib. Ancaq bu sualların əsas cavabı odur ki, Prezident İlham Əliyevin yetişdirdiyi insan kapitalı artıq ölkəmizə və millətimizə xidmət etmək səviyyəsinə çatıb, dövlət başçısının ətrafında, məhz, Onun özünün hazırladığı yüksək intellektli, vətənpərvər, vicdanlı, məsuliyyətli, dəqiq icraçılıq qabiliyyəti olan kadrlar var. Hər kəs artıq anlayır ki, tələblər dünyanın ən inkişaf etmiş ölkələrindəki tələblərlə eynidir – savadlı, müasir dünyagörüşlü, yüksək intellektli, məsuliyyətli, bacarıqlı, vicdanlı, vətənpərvər və sədaqətli olmaq. Əgər kimsə yüksək səviyyəli kadr kimi irəli çəkilmək istəyirsə, o, bu meyarlara cavab verməli, yalnız öz biliyinə güvənməlidir. Ölkəmizin işıqlı gələcəyi naminə dövlət idarəçiliyində irəli çəkilən belə kadrları dəstəkləmək, onlara kömək etmək hər birimizin mənəvi borcudur. Çünki onlar Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın xoşbəxtliyi üçün yorulmadan çalışır, əllərindən gələni əsirgəmirlər. Ancaq təəssüf ki, hər kəs belə düşünmür. Dövlətimizin qüdrətli olmasını istəməyən, öz hikkəsinin qurbanına çevrilən, yenilikçi kadrların qısa müddətdə bacardığını uzun illər ərzində reallaşdıra bilməyən qüvvələr həyata keçirilən islahatları sabotaj etməyə çalışır, bu islahatları dəstəkləyənlərə qarşı çirkin kampaniya aparırlar. Ancaq heç bir imtiyaz, şəxsi mənafe uca millətimizin taleyindən, müstəqilliyimizdən, dövlətimizin işıqlı gələcəyindən daha önəmli ola bilməz. Unutmayaq ki, biz hamımız eyni gəmidəyik. Deməli, bu gəminin mənzil başına təhlükəsiz çatması hər birimizin marağı olmalıdır. 
Konfutsi yazırdı ki, pis fikirlərin olmasa, pis əməllərin də olmaz. Pis fikir yox, yaxşı əməl sahibi olaq. Dövlətimizi qoruyaq, müstəqilliyimizin möhkəmləndirilməsinə, ölkəmizin inkişafına, xalqımızın rifahının yaxşılaşdırılmasına öz töhfəmizi verək. O zaman Yer üzünün ən xoşbəxt bəndəsi, məhz, biz olacağıq. Bunun əksini düşünmək belə millətə və dövlətə xəyanətdir. Xəyanətkarları isə xalq heç vaxt bağışlamır.
 
Tural SƏFƏROV, 
tədqiqatçı-jurnalist
Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ