\"Bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət prinsiplərinin dayandığını bir daha təsdiq edir\"
Oxunub: 1008
07 Aug 2020 | 11:53
\
Koronavirus ÜST tərəfindən pandemiya elan edildikdən bəri Azərbaycan dövlətinin istər qlobal həmrəyliklə, istərsə də, əhalinin sosial rifah ilə bağlı həyata keçirdiyi ardıcıl tədbirlər, görülən işlər, özlüyündə bir örnək təşkil edir. Biz bu yazıda ölkənin sosial-iqtisadi sferası, pandemiyadan irəli gələn sosial-iqtisadi problemlərin əhaliyə, o cümlədən işgüzar aləmə təsirinin minimum endirilməsi, bu planda, dövlət dəstəyinə dair məsələlərə diqqət çəkmək istərdik. 

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli Sərəncamının icrası ilə bağlı “Tədbirlər Planı”nda məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 əsas istiqamət üzrə 12 tədbir öz əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb. 
Rəsmi bilgilərə görə, “Tədbirlər Planı” üzrə ayrılan vəsaitin ümumi həcmi, təqribən 3,5 milyard manat təşkil edir.

Bu tədbirlər sayəsində dövlət və özəl sektorda muzdla çalışanların iş yerləri və əməkhaqqı gəlirləri qorundu. Dövlət dəstəyini rəqəmlərlə ifadə edib, sıralayası olsaq belə bir mənzərə ortalığa çıxar:
-Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz vətəndaşı əhatə edən (aylıq 190 manat) birdəfəlik ödəmə proqramı icra olunub;
-İşini itirən şəxslərin dəstəklənməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması qərarına uyğun olaraq, artıq 65 min insan “Əmək müqaviləsi” ilə ictimai işlərə cəlb edilib; 

-20 minədək vətəndaşın işsizlikdən sığorta ödənişi əhatə olunması işləri aparılmaqdadır. Bundan başqa, məşğulluq imkanlarının genişləndirilməsi, insanların yoxsulluqdan qorunması üçün özünüməşğulluq proqramı qapsamında 50 min nəfəri əhatə edən – minimum 12 min ailə ilə kiçik təsərrüfatların qurulması işləri aparılmaqdadır;

-Dövlətin sosial siyasətinin tərkib hissəsi olaraq 85 min ailə (bu, 350 mindən çox üzvü əhatə edir) ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Pandemiyaya görə elan olunmuş karantin müd-dətində 100 minədək aztəminatlı ailə (bu, 400 min ailə üzvünü əhatə edir) ərzaq yardımı ilə təmin edilib;

-Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin (və işçilərin əməkhaqqı gəlirlərinin) qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Görülən tədbirlər sonucunda “Əmək müqaviləsi” sayında azalma deyil, əksinə, artım baş verib. Belə ki, 2020-ci ilin yanvarın ilk günündən özəl sektorda “Əmək müqavilələrin”in sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. “Əmək müqavilələri”nin sayının artımı sonucunda əməkhaqqı fondunda 8,24 faiz artım müşahidə edilib (o cümlədən özəl sektor üzrə bu artım 14 faizdən çoxdur);

-Şəffaflığın, ictimai nəzarətin təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də, ictimai işçilərin hər birinin siyahısı e-portal vasitəsi ilə ictimaiyyətə açıqlanıb;

- Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə bu yardımın, habelə əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur;
-Ünvanlı sosial yardım alan ailələrin sayı artmaqda davam edərək, son aylarda isə 15 minədək artaraq 85 min olub. Onlarda ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Eyni zamanda, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə sadələşdirmə və şərtlərin yumşaldılması üçün hazırlanmış qanun layihəsi parlamentdə qəbul olunub və cənab Prezident 14 iyulda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanununu təsdiq edib. (Bu Qanuna əsasən tətbiq edilən yeniliklər proqramın daha da genişlənməsini şərtləndirəcək).
Beləliklə, ölkə üzrə ümumilikdə 1,3 milyon nəfərə yaxın şəxsin pensiyaları üçün – 
2 milyard 250 milyon manat (2019-cu ilin müvafiq dövrünə nisbətən 24,09 faiz çox), 
743 min nəfərə sosial müavinət və təqaüd üçün - 475 milyon manat (2019-cu ilin müvafiq dövrünə nisbətən 46,6 faiz çox), 

85 minə yaxın ailənin 350 mindən çox üzvü üçün 105 milyon manat (2019-cu ilin müvafiq dövrünə nisbətən 62 faiz çox) ünvanlı sosial yardım ödənilib.

Əhali üçün nəzərdə tutulan digər dəstək tədbirləri də var əlbəttə; bizim məqsədimiz statistikanı bütünlüklə bura köçürmək deyil. Biz misal çəkdiyimiz, xatırlatdığımız faktları da yalnız ona görə sadalayırıq ki ümumi mənzərə daha aydın görünsün; görünsün ki həyata keçirilən sosial-iqtisadi siyasət milyonlarla dövlət vəsaiti tələb edir. Və bu vəsaitlərin qazanılması zamanında düzgün dövlət idarəçilyi, düzgün iqtisadi siyasət sayəsində mümkün olub. Necə deyərlər, vaxtında yığılmış vəsait olmasaydı, bugün xərcləri qarşılamaq yaxud dövlət dəstək zərflərini qəbul etmək ya mümkün olmazdı ya da çox çətin olardı. Belə olan halda, bir çox yaxın-uzaq dövlətlər kimi biz də beynəlxalq donorlardan kredit almaq məcburiyyətində qala bilərdik. Habelə, söhbət yalnız pandemiyanın ilk aylarında xərclənən vəsaitlərdən getmir, dövlət büdcəmiz, dövlətin malik olduğu maliyyə resursları, yığımlar əsas verir ki qarşı aylar ərzində də əhalinin sağlamlığını prioritet tutub, karantin rejiminin uzanacağı təqdirdə də, əhalinin sosial müdafiəsini təşkil etmək mümkün olsun.

Bu yerdə mən istərdim son 1 ayda sosial-iqtisadi planda cənab Prezidentin şəxsən iştirakı ilə baş tutmuş açılış törənlərinin, mühüm yeniliklərin, dövlət tədbirlərinin və cənab Prezidentin uyğun sahə ilə bağlı Sərəncamlarından bir neçəsini xatırladım:   

- Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (06 avqust 2020);

-Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (05 avqust 2020);

-“Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (04 avqust);
-Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul);

-Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul); 

-Balakən rayonunun Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul); 
-Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul); 

-İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul); 

-Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul); 

-İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul); 

-İsmayıllı rayonunun Sumağallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul)… 

- Prezident koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib (06 avqust 2020);

- Ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib (30 iyul); 

- Əmirvan-Vəndam avtomobil yolunun açılışı olub (29 iyul);

-Prezident Qobustan, İsmayıllı, Qəbələ və Şəkidə modul tipli xəstəxanalarda yaradılan şəraitlə tanış olub (29 iyul); 

-Şəkidə Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub (29 iyul);
Prezident Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub (29 iyul);
Prezident yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib (29 iyul); 
-“Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib (29 iyul); 
Balakən regional “ASAN xidmət” mərkəzinin açılışı olub (29 iyul); 
-Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib (29 iyul);

-Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun bir hissəsinin yenidən qurulub (29 iyul); 
Prezidentin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib
(23 iyul);

İlham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib (21 iyul); 
-
“Böyükşor” yarımstansiyasının açılışı olub (16 iyul); 
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib (15 iyul); 

-Paytaxtın Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışı olub (09 iyul); 

Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışı olub (06 iyul) və s.

Bu – siyahısı tam olmayan 1 aylıq fəaliyyətlər bir çox ölkənin 1 illik gündəmini təşkil edir; bizdə isə cəmi 1 ay içində bu qədər irimiqyaslı tədbirlər həyata keçirilib, sənədlər imzalanıb, işlər görlüb.
Göründütü kimi, Prezident İlham Əliyev tərəfindən görülən işlər, ölkəmizin davamlı inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi yönündə atılan addımlar, ölkənin inkişaf reysindən çıxmaması, bütün digər həyati vacib dövlət işləri ilə yanaşı əhalinin sosial rifahının yaxşılaşdırılması, gələcəkdə daha da yaxşı olması işinə xidmət edir. Azərbaycanın hər bir vətəndaşının problemlərinin mümkün olan ən qısa zamanda və ən yaxşı şəkildə həlli Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində durur. Bu da, ölkədə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlığın təmin edilməsi ilə şərtlənir. 

Cənab Prezidentin imzaladığı sosialyönümlü Sərəncamların insanların həyatına, rifah halının yüksəldilməsinə təsirini özəlliklə pandemiya dönəmində mahiyyəti üzrə görmək mümkün oldu. Yəni, pandemiyadan öncəki dönəm bir başqaydı – o dövrün öz rahatlığı, üstünlükləri vardı və pandemiya, necə deyərlər, xəbərsiz gəldi – belə bir ortamda heç də hər dövlət inkişafdan geri qalmamağı bacarmadı. Qlobal pandemiya təhdidləri hələ davam edir və belə olan halda, bayaq da vurğuladığımız kimi, dövlətin malik olduğu resurslar və o resurslardan səmərəli, məqsədyönlü istifadə etmək sahəsində artıq bir Azərbaycan modeli yaranmaqdadır. Bu modelin müəllifi cənab Prezidentdir. 
Cənab İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir və bu işlər arasıkəsilmədən davam və inkişaf edir. 

Son Prezident seçkilərindən sonra imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olan İlham Əliyevin, ölkənin sosial həyatında inqilabi addımları da ən yaxın illərin payına düşür. – Minimum pensiya məbləği, minimum əməkhaqqı önəmli ölçüdə artırıldı; 2019-cu il 25 fevral tarixli Prezident Sərəncamı ilə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər böyük ölçüdə  artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu; məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı. Həmçinin 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. 

Bir sözlə, Prezident İlham Əliyevin hər bir vətəndaşın yanında olduğunu təsdiqləyən çoxsaylı tədbir, sənəd, tapşırıq və digər zəruri addımlar pandemiya dönəmini daha az itkilərlə, xüsusi gərginliklərdən sığortalanaraq keçirməyimizi təmin etmişdir. Son illər sosial sahədə atılan mütərəqqi addımlar Prezidentin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət prinsiplərinin dayandığını bir daha təsdiq edir.

Qənirə PAŞAYEVA
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Oxşar xəbərlər
15:20, Bu gün
“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO/VİDEO
15:15, Bu gün
İlham Əliyev: “Ermənistan istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”
15:10, Bu gün
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
15:05, Bu gün
Ukraynanın yeni səfiri Azərbaycana gəlib - FOTO
15:00, Bu gün
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
14:55, Bu gün
QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə "Bakı Bəyannaməsi" qəbul edilib
14:50, Bu gün
DSMF daha iki beynəlxalq mükafata layiq görüldü
14:45, Bu gün
"Qızlarıma cehiz vermək üçün bağımı satdım"
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:36, Bu gün
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
14:30, Bu gün
BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:12, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edir - FOTO/CANLI YAYIM
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı - VİDEO
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
GÜNLÜK
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:44
Rusiyalı voleybolçu 21 yaşında dünyasını dəyişdi
22 Apr 2024 | 16:20
Azərbaycan əsgərinin 4 kəndə qaytarılması o demək olacaq ki... - İLGİNC AÇIQLAMA
22 Apr 2024 | 15:50
İran səfirinin saxtakarlığı: Xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL + FOTO
22 Apr 2024 | 16:18
İrana məxsus qayıq Azərbaycan sərhədini pozdu: Saxlanılanlar var - FOTO/VİDEO
22 Apr 2024 | 15:56
Erməni bloger: “Kəndlər üçün etiraz edən ermənilər bir-iki gün də hay-küy salıb qaçacaqlar”
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:44
Rusiyalı voleybolçu 21 yaşında dünyasını dəyişdi
22 Apr 2024 | 16:20
Azərbaycan əsgərinin 4 kəndə qaytarılması o demək olacaq ki... - İLGİNC AÇIQLAMA
22 Apr 2024 | 15:50
İran səfirinin saxtakarlığı: Xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL + FOTO
22 Apr 2024 | 16:18
İrana məxsus qayıq Azərbaycan sərhədini pozdu: Saxlanılanlar var - FOTO/VİDEO
22 Apr 2024 | 15:56
Erməni bloger: “Kəndlər üçün etiraz edən ermənilər bir-iki gün də hay-küy salıb qaçacaqlar”