Məlum olduğu kimi, ölkə başçısı Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə bağlı fərman imzalayıb.
Azərbaycan İnvestisiya
Holdinqinin yaradılması ölkəmizin iqtisadi həyatı və bzines mühiti üçün nə vəd
edir?
Moderator.az-a açıqlama
verən millət vəkili Vahid Əhmədov Azərbaycan İnvestisiya Holdinqinin
yaradılmasının bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Cənab prezident koronavirusla
bağlı böyük bir iclas keçirdi. Həmin iclasda həm də dövlət payı olan şirkətlərlə
bağlı iradlar bildirdi. Qeyd olundu ki, dövlət zəmanəti ilə kreditlər
götürülür. Lakin sonra bunlar lazımi effekti vermir. Dövlət büdcəsinə əlavə gəlirlər
gəlmir. İnvestisiya Holdinqi bu qurumlara nəzarəti gücləndirəcək. Orada müşahidə
şurası olacaq ki, bütün bu məsələlərə onlar baxacaq. Bu, Azərbaycan
iqtsiadiyyatı üçün mühüm əhəmiyyət kəsb edə bilər.
Təbii ki, orada iş düzgül
qurulsa, şəffaflıq olsa, nəzarət mexanizmi güclü olsa, o zaman, biz müsbət nəticələr
əldə edə bilərik. Həm götürülən kreditlərin vaxtında qaytarılması, həm dövlət
büdcəsinə əlavə vəsaitlərin daxil olması üçün bunun mühüm əhəmiyyəti var”.
Seymur ƏLİYEV