Belarusda “sükut günü” – “Batya” öz kreslosunu saxlaya biləcəkmi?
Siyasət
Oxunub: 1757
08 Aug 2020 | 10:08
Belarusda “sükut günü” –  “Batya” öz kreslosunu saxlaya biləcəkmi?
Avqustun 9-da Belarusda sayca altıncı prezident seçkiləri keçiriləcək. Bu gün ölkədə “sükut günü”dür. Seçkiöncəsi bu ölkə daxilində ciddi gərginlik yaşanır. Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko növbəti müddətə öz kürsüsünü qorumağa çalışır.

Amma bu dəfə Lukaşenko üçün hər şeyin asan olmayacağı açıq görünür. Belə ki, indiyədək müttəfiqi hesab etdiyi Rusiya ilə münasibətlər son zamanlar kəskin şəkildə pisləşib. Babarikonun həbsinin ardından iyulun 28-dən 29-na keçən gecə 33 nəfər Rusiya vətəndaşının - 32-nin Minsk yaxınlığında, bir nəfərin isə ölkənin cənubunda “ÇVK Wagner”in döyüşçüləri adı altında həbs edilməsi gərginliyi daha da artırıb.

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasını çağıraraq, rusların Belarusda saxlanmasını əsassız adlandırıb və onların tezliklə azad olunacağına ümidlərini bildirib. Onun mətbuat katibi Dmitri Peskov tutulanların Minsk üzərindən tranzit olaraq İstanbula getdiklərini və qanunsuz bir şey etmədiklərini söyləyib: “Bu, seçki öncəsi bir klounluq və sirkdir”.

Dövlət Dumasının MDB ölkələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin isə BBC ilə söhbətində Belarus rəsmilərinin muzdlular barədə dediklərini cəfəngiyat sayıb: “Lukaşenko öz kürsüsündə həddindən çox oturub, geniş xalq etirazları ilə qarşılaşıb və indi axmaq hərəkətlər edir. Rusiya vəziyyəti sakitləşdirməyə çalışır, lakin Xarici İşlər Nazirliyinin açıqlamalarına görə, Lukaşenkonun bu illər ərzində ona kömək edən Rusiya Federasiyasından bu cür istifadə etdiyindən razı deyil”.

Zatulinin fikrincə, muzdlular əhvalatı Belarus prezidentinə inandırıcı qələbə qazana bilməyəcəyi təqdirdə seçkiləri ləğv etmək imkanı verir.

Rusiya rəsmilərinin dilindən səslənən belə fikirlər açıq şəkildə göstərir ki, şimal qonşumuz “Batka” ilə yola davam etmək fikrində deyil. Artıq iş o yerə çatıb ki, indiyə qədər keçirilən seçkilərin hər birində Lukaşenkonun prezidentliyində Rusiyanın əlinin olduğunu iddia edən Belarus müxalifəti bu dəfə nəinki susqun görünür, Kremlə yönəlik tənqidi fikir belə səsləndirmir. Bu fakt çox şeyi deməyə əsas verir.

Ekspertlərin Lukaşenko üçün 9 avqust tarixinin necə keçəcəyi ilə bağlı proqnozları birmənalı deyil.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyanın belə, çətin seçim qarşısında qaldığını söylədi: “Belarusda prezident seçkisindən sonra hadisələrin inkişafının bir neçə ssenarisi mümkündür. Birinci ssenari odur ki, Belarusun müstəqillik tarixində ilk dəfə olaraq müxalifətin təşkilatlanmasına və güclü seçki kampaniyası keçirməsinə baxmayaraq, Aleksandr Lukaşenko yenidən özünü prezident elan edir. Bu zaman müxalifətin ölkənin müxtəlif şəhərlərində etirazları başlayır. Lukaşenko bu etirazların ”Maydan" hərəkatına çevrilməməsi üçün polisə mitinqləri və küçə yürüşlərini dağıtmaq əmrini verəcək. Bu zaman Qərb kəskin bəyanatlar verəcək və Avropa İttifaqının Belarusa qarşı yeni sanksiyaları gündəmə gələcək. Bunların baş verməməsi üçün Lukaşenko maksimum ona çalışacaq ki, polis mitinq və küçə yürüşlərini dağıdarkən zorakılığa yol verməsin.

Elxan Şahinoğlu: “Kreml pislə ən pis arasında pisi seçmək məcburiyyətində qalacaq”

İkinci ssenari odur ki, Lukaşenko müxalifətin və müxalifətin ətrafına toplanan fəal gənclərin etirazına tab gətirməyərək siyasətdən kənara çəkilir. Onun öz istəyi ilə hakimiyyətdən gecədəyini proqnozlaşdırmıram. O, sonadək müqavimət göstərəcək. Ən maraqlısı bu halda Kremlin Lukaşenkonun müxalifəti yenidən əzərək hakimiyyətini qorumasına reaksiyasının necə olacağıdır? Lukaşenko son illər Kremllə münasibətləri gərginləşdirib. Üstəgəl, Belarus polisinin Rusiyanın muzdlu “Vaqner” qruplaşmasının üzvlərini həbs etməsi də Kremllə Lukaşenko arasındakı münasibətləri gərginləşdirib. Buna baxmayaraq, Kreml Lukaşenkonun növbəti dəfə prezident kürsüsünü qorumasını tanıyacaq. Əlbəttə, Rusiya Belarusda Lukaşenkonun daha sözəbaxan liderlə əvəz olunmasını istəyərdi. Ancaq prezident kampaniyasında bir Lukaşenko var, bir də ona rəqib olan qərbpərəst müxalifət. Buna görə də Kreml pislə ən pis arasında pisi seçmək məcburiyyətində qalacaq. Lukaşenko da buna ümid edir. Prezident seçkisindən sonra Lukaşenko yenidən Kremllə münasibətləri nisbətən normallaşdırmaq üçün böyük ehtimalla “Vaqner” muzdlularını Rusiyaya qaytaracaq. Lukaşenkonun yenidən prezident kürsüsünü qoruması Avropanın xoşuna gəlməsə də, Vaşinqton Lukaşenkoya qarşı ehtiyatlı mövqe ortaya qoyacaq. Birincisi, indiki ABŞ Administrasiyasını müxtəlif ölkələrdə demokratiya məsələləri az maraqlandırır, ikincisi Vaşinqtona Belarus hakimiyyətində daima Kremllə qovğa içində olan Lukaşenko tipində şəxs lazımdır. Lukaşenko da mahir siyasətçi kimi Moskva ilə Vaşinqton arasındakı mövcud ziddiyətlərdən istifadə edərək, həm də iki qütb arasında oyun oynayacaq".

Əhəd Məmmədli: “Xalq Lukaşenkonu dəstəkləyir”

Siyasi şərhçi Əhəd Məmmədli Belarus xalqının Lukaşenkonun tərəfində olduğunu qeyd etdi: “Rusiya nə Lukaşenko, nə də Belarusla vidalaşacaq. O yenidən prezident seçiləcək, Moskva da onunla hesablaşacaq. Necə ki, Lukaşenko Moskva ilə hesablaşır. Pandemiya dövründə Lukaşenko heç bir karantin elan etmədi və bu sınaqdan demək olar ki, üzüağ çıxa bildi. O, Belarusu daxili təminatla təmin edib. Belarus kənd təsərrüfatı ilə özünü dolandıra bilir. Ölkənin kənd məhsullarını əsasən Rusiya MDB ölkələrinə ixrac edir - o cümlədən Azərbaycana. Son illərdə Rusiyanın ekspansiya siyasətinə əks addım olaraq Avropa Birliyi və ABŞ Belarusa emissarlarını göndərməyə, münasibətlər qurmağa başladı. Fikir verirsinizsə, axır vaxtlar Qərb əvvəlkindən fərqli olaraq daha az Lukaşenkonu diktator adlandırır. Üstəlik onu Rusiyanın Ukraynaya etdikləri qorxutmaya bilməzdi. Yuxarıda qeyd etdiyim nüanslar Avropa Birliyi və Belarusu bir-birlərinə yaxınlaşdırdı. Lukaşenko son çıxışında Rusiyanı yenə də qardaş və ən yaxın ölkə adlandırdı. Və bu da təbiidir. Amma sətiraltı Rusiyanın nə etmək istədiyini də vurğuladı. Belarus indi Rusiyaya qarşı açıq şəkildə çıxan deyil və düz də edəcək. Lukaşenko Nazarbayev tipli balans siyasəti aparır. Rusiya ilə müttəfiq, lakin Qərblə də yaxın ünsiyyət qurmağa çalışır. Düzü də budur, əks halda Ukraynanın vəziyyətinə düşə bilər. Lukaşenko son çıxışında Rusiyaya qardaş dedi, lakin Belarusun müstəqilliyini də son anadək qoruyacağını söylədi. O, Rusiyanı qardaşlıqdan daha çox Belarusa partnyor gözü ilə baxmaqda qınadı. Rusiya indi Lukaşenkonu devirən deyil. Buna bir neçə səbəb var. Xalq Lukaşenkonu dəstəkləyir. Üstəlik, rusların Belarusda Lukaşenkonu əvəzləyə biləcək güclü, nüfuzlu liderləri, siyasi təşkilatları yoxdur. Rusiyanın özü də asan dövrlər yaşamır. İqtisadi sanksiyalar ardınca pandemiya onsuz da Rusiyada çətin sosial vəziyyəti daha da ağırlaşdırıb. Putinin reytinqi Krımın anneksiyasından əvvəlki kimi aşağı səviyyəyə düşdü. Xabarovskda çoxminlik silsilə mitinqləri, etirazları da göstərmək olar. Bütün bunlar onu göstərir ki, Putin üçün daxildəki problemlərini həll etmək indiki vaxtda daha vacibdir. O, bütün iş-gücünü atıb Lukaşenkonu devirməyə qalxan deyil”.(Musavat.com)
Oxşar xəbərlər
21:47, Bu gün
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
21:44, Bu gün
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
21:42, Bu gün
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
21:36, Bu gün
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
21:30, Bu gün
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
21:20, Bu gün
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
21:15, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
21:02, Bu gün
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb