İşğalçı ölkə mediası avqustun 10-nun simvolik tarix olduğunu vurğulayıb, çünki həmin gün – 1920 -ci ildə imzalanmış Sevr Sülh Müqaviləsinin 100 ili tamam olur. “Ermənistanın tarixi və siyasi hüquqları haqqında təəssüf ki, bir sıra hərbi-siyasi şərtlər üzündən kağızda qalmış müqavilə” – yazan “Lragir” erməni nəşri “Təlimləri hazırlayarkən Türkiyə və Azərbaycan bu gün barədə düşünübmü?” sualını verir.
Xatırladaq ki, 10 Avqust 1920-ci ildə Birinci Dünya Müharibəsindən sonra Parisin 3 km qərbində, Sevres (Sevr) şəhərinin ətrafındakı Keramika Muzeyində (Musée National de Céramique) imzalanmışdır. Müqavilənin imzalandığı dövrdə davam edən Türk İstiqlal Müharibəsi nəticəsində türklərin qələbəsi ilə bu müqavilənin əvəzinə 24 İyul 1923-cü ildə Lozanna Müqaviləsi imzalanaraq həyata keçirildiyi üçün Sevr müqaviləsi qüvvəsini itirmişdir.
Türkiyənin bir sıra vilayətlərinin onlara verilməsi tələbilə çıxış edən ermənilər iddia edirlər ki, Ermənistan SSR keçmiş SSRİ-nin bir hissəsi olub və dünyada heç bir ölkə tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Ermənistan və Türkiyə arasındakı hazırda mövcud olan sərhədlər isə keçmiş SSRİ və Türkiyənin sərhədləridir. Lakin müasir Ermənistan özünü Ermənistan SSR-in yox, 1918-1920-ci illərdə mövcud olmuş Ermənistan Respublikasının hüquqi varisi hesab etdiyi üçün, iddia edir ki, Türkiyə və Ermənistanın de-yure sərhədləri SSRİ və Türkiyə arasında bağlanmış 23 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə əsasən yox, (Rusiya SFSR, Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR və Türkiyə Böyük Millət Məclisi arasında), ABŞ prezidenti Vudro Vilsonun I Dünya müharibəsi başa çatdıqdan sonra təklif etdiyi və Türkiyə daxil olmaqla, Fransa, İngiltərə, İtaliya, Yaponiya kimi dövlətlərin tanıdığı və 10 avqust 1920-ci ildə imazalanmış Sevr müqaviləsinə əsasən müəyyən edilməlidir.
Lakin ermənilərin bu iddiaları tarixi faktları öz xeyrinə saxtalaşdırmaq cəhdindən başqa bir şey deyil...