Ölkəmizdə pandemiya səbəbi ilə iqtisadi artım tempinin səngiməsi son günlərin müzakirə edilən əsas problemləri sırasındadır.
Maraqlıdır, koronavirusun
yaratdığı bu problem vətəndaşalrın sosial rifahına mənfi şəkildə təsir göstərə
bilərmi?
Moderator.az-a açıqlama verən
ADP sədri Sərdar Cəlaloğlu bu tendensiyanın uzanacağı təqdirdə, bunun digər
problemlərə də yol açacağını vurğulayıb:
“Təbii ki, pandemiya səbəbi
ilə iqtisadi artım tempinin səngiməsi arzuedilən deyil. Çünki bu prosesin
uzanması sadəcə vətəndaşların sosial durumuna təsir göstərməyəcək. Bu,
ümumilikdə dövlətin zəifləməsinə də yol aça bilər. Bu isə olduqca təhlükəlidir.
Buna görə də iqtisadi artım tempinin artırılması üçün lazımi tədbirlərin görülməsi
vacibdir. Bu prosesin uzun müddət davam
etməsinə imkan vermək olmaz”.
Seymur ƏLİYEV