“Ölkənin taleyində rolu olan dövlət şirkətləri öz statuslarına uyğun şəkildə hərəkət etməldirlər. Lakin çox təəssüflər olsun ki, Azərbaycanda bəzi qurumlar dövlətin mövqeyindən daha çox, öz fərdi mövqeyindən çıxış edirlər”.
Bunu Moderator.az-a
açıqlamasında siaysi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Ekspertin
sözlərinə görə, bəzi qurumlarda məmurlar korrupsiya yolu ilə daha çox vəsait
qazanmaq üçün olduqca hiyləgər üsul və vasitələr fikirləşib tapıblar:
“Bu qurumlarda hər şey fərdi
maraqlara hesablanıb. Onlar müxtəlif fırıldaqlarla məşğuldurlar. Onlar korrupsiya
ilə bağlı elə şeylər fikirləşib tapırlar ki, bunu şeytan da fikirlərşib tapa
bilməz. Bunu yalnız DTX tapıb, ifşa edə bilər. Buna inanıram. Çünki DTX-nın fəaliyyəti
onu göstərir ki, bu qurum iqtisadi fırıldaq mexanizmilərini açmaq istiqamətində
də ciddi iş ortaya qoyur, bu yöndə zamanla daha da püxtələşir. Bu baxımdan DTX-nin
bu qurumlarla bağlı da lazımi addımlar atması tamamilə mümkündür.
Hesab edirəm ki, fəaliyyətində
ciddi nöqsanlara yol verən, dövlət büdcəsinin formalaşmasında lazımınca iştirak
etməyən, korrupsiayaya yol verən qurumlarda islahatların həyata keçirilməsi,
onların fəaliyyətinin yenidən, daha sağlam şəkildə təşkili istiqamətində konkret
addımların atılması gözləniləndir”.
Seymur ƏLİYEV