Azərbaycan Türk fəlsəfi fikir xəzinəsinə möhtəşəm töhfə...
Oxunub: 1518
08 Aug 2020 | 16:22
Azərbaycan Türk fəlsəfi fikir xəzinəsinə möhtəşəm töhfə...
Bu günlərdə XXI əsr Azərbaycan Türk dünyasının tanınmış filosofu, görkəmli alim Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər” (II hissə, Bakı, Elm və təhsil, 2020, 864 səh.) adlı sanballı monoqrafiyası işıq üzü görmüşdür. Uzun illərin gərgin zəhmətinin bəhrəsi olan bu əsərdə (həmin kitabın I hissəsi 2018-ci ildə nəşr olunub) filosof Azərbaycan Türk mütəfəkkir və filosoflarının fəlsəfi və ictimai-siyasi baxışlarını dərindən və sistemli şəkildə təhlil etmiş, fəlsəfənin kateqorial aparatından bəhrələnərək uğurlu tədqiqat aparmışdır. İncə təfəkkür tərzi və dəmir məntiqi müəllifə imkan vermişdir ki, fəlsəfəmizin tarixini ətraflı və obyektiv araşdırsın, indiyədək buraxılan səhvlər aradan qaldırılsın, mütəfəkkirlərimizin fikirləri yeni baxış bucağından yeni müstəvidə həqiqətə uyğun olaraq təhlil edilsin. Əlbəttə, sovet dövründə də filosoflarımız haqqında maraq doğuran tədqiqatlar az olmamışdır və bunlar haqqında müəllif əsərində yeri gəldikcə məlumat verir, araşdırıcılara hörmətini bildirir. Bununla belə, həmin tədqiqatlardakı yol verilmiş nöqsanlar, qüsurlardan da yan keçmir, onlar barəsində fikirlərini oxuculara çatdırmağı özünə borc bilir.
Böyük bir dövrü əhatə edən iri həcmli kitabda (I və II hissələr) filosofların irsini araşdırmaq millət sevgisi, xeyli əziyyət, gərgin zəhmət, elmi təhlil, yaradıcı yanaşma, dərin bilik, düzgün metodologiya, səlis məntiq, müstəqil fikir yürütmək qabiliyyəti, müqayisəli təhlil və elmi tədqiqat aparmaq bacarığı tələb edir. Bu keyfiyyətləri özündə ehtiva edən dəyərli ziyalımız F.Ələkbərli həmin işin öhdəsindən uğurla gəlmiş, nəhəng fikir sahiblərimizin düşüncələrinə yeni baxış sərgiləyə bilmişdir. Hər iki hissənin elmi redaktoru kimi öz üzərimə düşən məsuliyyəti dərk edərək bəzi qeydlərimi, fikir və mülahizələrimi lazım gəldikcə müəllifə bildirmiş, çoxlu fikir müzakirələri aparmış, obyektivliyi qorumağa çalışmışıq. Azərbaycanda bu sahənin bilicisi hesab edildiyindən və dərin istedadına, elmi qətiyyətinə bələd olduğumdan onun fikirləri ilə razılaşmağa üstünlük vermişəm.
Kitabın I hissəsində müəllif Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin (XVIII-XIX əsrin birinci yarısı) inkişaf yollarını üç istiqamətdə - 1) Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsinin davamı: sxolastik fəlsəfədən dünyəvi fəlsəfəyə, dini təfəkkürdən dünyəvi təfəkkürə dönüş: Abbasqulu Ağa Bakıxanov, Zeynalabdin Şirvani, Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Seyid Əbülqasim Nəbati, Heyran xanım, Əbuturab Axundoğlu, Mir Həmzə Nigari və başqaları; 2) Azərbaycanda Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü: avropaçılıq təsirindən radikal-inqilabçı fəlsəfəyə doğru: Mirzə Şəfi Vazeh, Tahirə (Zərintac) Qürrətul-Eyn, Mirzə Məhəmməd Əli Kazım bəy, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Zeynalabdin Marağalı və başqaları; 3) Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və Qərb-Avropa mədəniyyətinin “sintezi” problemi və həll yolları: Cəmaləddin Əfqani, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə Əbdürrəhim Talıbzadə və başqaları,- araşdırıb.
Bu hissədə Azərbaycan Türk mütəfəkkirlərinin Şərq mədəniyyəti, o cümlədən də əsasən İslam mədəniyyəti və Türk mədəniyyəti-fəlsəfəsi ilə bağlılığı ətraflı tədqiq olunub. Müəllifə görə, əvvəlki dövrlərlə müqayisədə XVIII əsrin sonu – XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan Türk mütə¬fək¬kirləri dini-fəlsəfi məsələlərlə müqayisədə ictimai-siyasi prob¬lem¬lərə də öz yaradıcılığında böyük yer ayırmışlar. Bunun səbəbi həmin dövrdə ictimai-siyasi həyatda baş verən mürəkkəb kataklizmlərlə bağlıdır ki, mütəfəkkirlərimiz bu məsələlərə diqqət verməyə bilməzdilər. Müəllifin fikrincə, Azərbaycan xalqının da, onun fəlsəfəsinin də nüvəsində, mərkəzində türk faktoru dayanır. Azərbaycanda irandilli, qafqazdilli etnosların varlığı inkar olunmasa da, ancaq buradakı fəlsəfi fikri tarixi qədim dövrlərdən günümüzədək əsasən, Türk mütəfəkkirləri ilə bağlıdır.
Filosof yazır ki, Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsinin davamçıları arasında sxolastik fəlsəfədən dünəyvi fəlsəfəyə, dini təfəkkürdən dünyəvi təfəkkürə dönüş arasında müəyyən fərqliliklərin olması danılmazdır. Əslində XIX əsrdə Azərbaycan Türk mədəniyyətinin və fəlsəfəsinin təşəkkülündə sxolastik fəlsəfi təfəkkürdən dünəyvi fəlsəfi təfəkkürə dönüşdə ortaya çıxan ziddiyyətlər, fərqliliklər onun yeni bir mərhələyə keçməsinin təməlini qoymuşdur.
Müəllifə görə, XIX əsrdə Azərbaycan Türk fəlsəfi və ictimai fikrini özün¬dən əvvəlki iki inkişaf xətti ilə müqayisədə daha dolğun şəkildə əks etdirənlər Şərq-İslam-Türk mədəniyyəti ilə Qərb-Avropa mədəniyyəti arasında ortaq nöqtələri tapıb “sintez” etməklə bu poblemi həll etmək istəyən mütəfəkkirlərimiz (C.Əfqani, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə Əbdürrəhim Talıbzadə, Ə.Gorani və başqaları) olmuşlar.
Kitabın II hissəsində XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə - 1) Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, müasirlik və islamçılıq (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, F.Köçərli, Ə.Tobçubaşov, M.B.Məhəmmədzadə, Ü.Hacı¬bəyli, N.Yusifbəyli, H.Bayqara və başqaları); 2) Marksizm-leninizm ideologiyası: milli təma¬yül¬çülük və beynəlmiləlçilik (N.Nərimanov, S.M.Əfəndiyev, R.Axundov, H.Hüs¬eyn¬ov, C.Nağıyev və başqaları); 3) Milli maarifçilik fəlsəfəsi: realizm və roman¬tizm (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, H.Cavid, A.Şaiq, A.Səhhət, M.Hadi və başqaları) təhlil edib.
Kitabın bu hissəsində XX əsr Quzey Azərbaycan Türk mütəfəkkirlərinin irsində dörd problem - Türklük (Türk dünyagörüşü), İslamlıq (İslam dini), sosial-demokratiya (marksizm), İnsanlıq (əsil İnsan problemi) tədqiqata cəlb olunmuş, onların hər birinin fəlsəfi və ictimai-siyasi aspektləri araşdırılmışdır.
Kitabda Azərbaycan Türk mütəfəkkirlərinin İslamlıq ideyasına münasibəti məsələsinə gəlincə, müəllif hesab edir ki, islam dinini dövrün şərtlərinə görə dəyərələndirilib burada islahatlar aparılmasının zəruriliyi məsələsində XX əsrdə yaşamış Azərbaycan Türk aydınlarının əməyi olmuşdur. Onlar müsəlman Türk xalqları, o cümlədən Azərbaycan türkləri arasında ifrata yuvarlanmış İslamın yenidən nəzərdən keçirilməsini, əsl İslama qayıdışın zəririliyini vurğulayırdılar. Müəllifə görə, Ə.Ağaoğludan fərqli olaraq Ə.Hüseynzadə islamlıq ideyasını vaxtında real dəyərləndirmiş, onun Türk xalqlarının həyatında oynadığı rolun çərçivəsini daha doğru cızmağa çalışmışdır. Əgər Ə.Ağaoğlu islamlığın tarixini, mədəniyyətini, fəlsəfəsini ortaya qoyurdusa, Ə.Hüseynzadə türklüyün tarixini, fəlsəfəsini, mədəniyyətini ortaya qoyurdu.
Müəllif hesab edir ki, türklük, islamlıq, sosial-demokratiya və digər ideyalar, təlimlərlə yanaşı Azərbaycan Türk mütəfəkkirlərinin diqqət yetirdiyi əsas problemlərindən biri İnsanlıq fəlsəfəsi olmuşdur. Ələkbərlinin fikrincə, insanlıq fəlsəfəsi Azərbaycan Türk aydınları üçün bir qırmızı xətt üzərində inkişaf etmişdir. O, yazır: “İnsanlıq fəlsəfəsi ideyası ilə bağlı biz yalnız Hüseynzadələr, Ağaoğlular, Rəsulzadələr deyil, onlarla yanaşı Cavidlər, Səhhətlər, Şaiqlər, Köçərlilər, Hadilər və başqalarının da adlarını çəkə bilərik. Bizcə Azərbaycan Türk bilgələrinin türklük, islamlıq, sosial-demokratiya, liberalizm və başqa təlimlərlə yanaşı, İnsanlıq üzərində də dayanmaları təsadüfdən çox zərurətlə bağlı olmuşdur. Hər halda bu təlimlərin özü bu və ya digər formada insanlığın təbliği üzərində qurulmuşdur. Sadəcə, onlar müxtəlif səbələrə görə, siyasiləşdiyi hətta, dövlətçlik fəlsəfəsinin bir parçasına çevrildiyi üçün insanlıq məsələsi¬nin ayrıca dəyərləndirilməsi bəzi mütəfəkkirlərimizcə daha məqsədə¬uyğun olmuşdur. Başqa sözlə, Dünya, Yaradan, Cəmiyyət və İnsanla bağlı olan fikir və düşüncələrini bir çox səbəblərə görə, türklük, islamlıq, sosial-demokratiya və digər təlimlər üzərindən ifadə edə bilməyən bəzi aydınlarımız bunu, İnsanlıq çərçivəsində əks etdirməyə çalışmışlar”. Ziyalı-maarifçilərimizin hər birinin İnsanlıqla bağlı görüşlərində əsasən Türk fəlsəfəsinə əsaslanan ədalətlilik, bərabərlik, humanizm prinisipləri ön planda olmuşdur. Başqa sözlə, bizcə, onların İnsanlıq təlimi ilə bağlı düşüncələrində məhz Türk fəlsəfəsi, Türk dünyagörüşü digər ideyaların bir-birilə uzlaşdırılması, ortaq nöqtələrin tapılması yolunda mötədil və əsas meyar olmuşdur.
Azərbaycan Türk fəlsəfə elminin daha da zənginləşməsinə xidmət edən yüksək elmi-nəzəri səviyyədə yazılmış monoqrafiya həm də bu istiqamətdə tədqiqat aparan araşdırmaçılar üçün dəyərli vəsait, düzgün istiqamət, yol göstərən mayak olacaqdır. İnanırıq ki, müəllif növbəti hissələrdə Güney Azərbaycan Türk fəlsəfəsini də araşdırıraq elmə verdiyi töhfələrin sayını artıracaq, bu istiqamətdə araşdırmaların yolunu gözləyənlərin sevincinə səbəb olacaqdır.

Zeynəddin Şabanov,
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Oxşar xəbərlər
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri