Məşhur professordan Qazilərimizlə bağlı I vitse-prezidentə müraciət: "Vətəndən uzaqda olsam da..."
Müsahibə
Oxunub: 12306
09 Aug 2020 | 11:16
Məşhur professordan Qazilərimizlə bağlı I vitse-prezidentə müraciət:
Bu gün xaricdə bir çox soydaşlarımız öz elmi ixtiraları ilə rekord nailiyyətlər əldə edirlər. Onların hər hansı uğuru Azərbaycanın tanıtımına, eləcə də azərbaycançılığa xidmət edir. Bu baxımdan dünyada möcüzələr yaradan və görkəmli travmatoloq-ortoped kimi məşhur olan professor Hüseynəli İsmayılovun adı fəxrlə çəkilir. Qeyd edək ki, tibb elmləri doktoru, professor H.İsmayılov 1961-ci ildə Borçalı mahalının Dmanisi rayonunun Qızıl Kilsə kəndində hamının xeyir-şərinə yarayan zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunda ümumi cərrahlıq ixtisasına yiyələnən H. İsmayılov sonralar həyatını Kurqan şəhərində yerləşən və hazırda həmyerlimiz akademik İlizarovun adını daşıyan travmatologiya-ortopediya elmi mərkəzinə bağlayıb.
2003-cü ildə H.İsmayılov Rusiya prezidenti V.V.Putin tərəfindən Rusiyanın Əməkdar səmərələşdiricisi adına layiq görülüb. 2007-ci ildə isə o, Rusiyada elmin inkişafına göstərdiyi xidmətə və elmi ixtiralarına görə Əməkdar elm və təhsil xadimi adına, “Alfred Nobel” və “Vernadiski” qızıl medallarına layiq görülüb, adı Rusiyanın görkəmli alimlərinin internet ensiklopediyasına daxil edilib.
Həmyerlimiz İlizarov adına fondun mükafatı laureatı, Pəncə və Pəncə-baldır üzrə Rusiya Cərrahiyə Cəmiyyətinin fəxri üzvü, Beynəlxalq və Ümumrusiya Estetik və Plastik Əl Cərrahiyyəsi Cəmiyyətinin, Dünya və Avropa Travmatologiya və Ortopediya Cəmiyyətlərinin, Amerika Travmatologiya və Ortopediya Cəmiyyəti Akademiyasının üzvü, həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının akademikidir. Professor H.İsmayılov hazırda Yaxın Şərqdə akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin rəhbəridir.
- Azərbaycandan neçənci ildə getmisiniz?

- 1986-cı ildə getmişəm. 

- Hər il Azərbaycana gəlirsinizmi?

- Əvvəllər daha tez-tez gəlmək imkanım olurdu. 

- Hal-hazırda oturduğunuz baş ofis harada yerləşir? Belə deyək ki, dara düşəndə sizi hansı ölkədə arayaq?

- Hal-hazırda İraqın Ərbil şəhərində yaşayıb işləyirəm. 

- Neçə ildir İraqda çalışırsınız?

- Artıq 10 ildir. 16 il Rusiyada çalışdım. Orada ordinaturanı, aspiranturanı keçdim, namizədlik dissertasiyasını müdafiə etdim. Dünyaca nüfuzlu klinikada əvvəl laboratoriya müdiri, sonra şöbə müdiri oldum. Cərrahiyyə Şurasının sədri seçildim və mənim imzam olmadan heç bir xəstə əməliyyata götürülə bilməzdi. Sonra 10 il Tehranda çalışdım. 
- İran müharibədən sonra sizin kimi peşəkar həkimlərə, xüsusən də travmatoloqlara ciddi ehtiyac hiss edirdi. Ona görə də yəqin sizi əllərinin üstündə saxlayıblar orda. 

- İranda təbabət Amerika sistemidir. Mən İranda 4800 xəstə əməliyyat etdim. 

- Neçə il ərzində?

- Mən 1995-ci ildən gedib gəlirdim Tehrana. Amma 2002-ci ildə kontrakt bağladım. 2008-ci ilə qədər. Əməliyyat etdiyim həmin 4800 xəstənin 90 faizi mənə qədər ən azı 2 dəfədən 68 dəfəyə qədər əməliyyat olunmuş xəstələr idi. Təsəvvür edirsinizmi? Özü də təkcə İranda deyil, Almaniyada, İngiltərədə, hətta Amerikada uğursuz əməliyyat olunan xəstələr idi. Orada İran-İraq savaşında iştirak etmiş elə xəstələr vardı ki, onlara Avropada, Amerikadakı nüfuzlu xəstəxanarında demişdilər ki, ayaqlarınız kəsilməlidir. Amma mən onların hamısını yenidən aktiv həyata qaytardım. Mən İrana getməmişdən əvvəl, 2001-ci ildə 3 ay İngiltərədə oldum və ingilis ortepedlərinə masterklass təşkil etdim. Mən orada İngiltərə kral xəstəxanasının fəxri fərmanı ilə təltif olundum. Mən 2002-ci ildə İranın ən böyük və nüfuzlu xəstəxanası olan Tehranın Milad klinikasında çalışmağa başladım. Mənim xəstələrimin içərisində sadə vətəndaşlardan tutmuş ölkənin ali rəhbərlərinin, nazir və deputatlarının özləri və ya yaxın qohumları olub. Yadımda qalanlardan eks-prezident Hatəminin bacısı nəvəsi, Əhmədinejatın yaxın ailə üzvləri vardı. Xameneyinin qardaşı oğlu da ortopeddir. O, həmişə mənim yanıma xəstələr gətirərdi. Mən demək olar ki, İran parlamentində hamını tanıyırdım. Ona görə ki, mən spiker Laricaninin müavinin oğlunun ayağının əyriliyini düzəltdim və 17 sm də uzatdım. 
- Sözlərinizdən bəlli olur ki, İran parlamentinin bir çox üzvləri və hətta dövlət rəhbərləri ilə birbaşa və dolayı yolla təmaslarınız olub. Elə isə yalnız peşənizlə bağlı danışmamısınız yəqin. Azərbaycan-İran və İran-Ermənistan münasibətləri ilə bağlı da söhbətləriniz olubmu?

- Çox söhbətlərimiz olub. (Bu yerdə professor səmimiyyəıti ilə hətta danışılması mümkün olmayan məqamlara toxundu, İranın nüfuzlu şəxsləri ilə Azərbaycan, Qarabağ və Ermənistanla bağlı çoxsaylı epizodlar danışdı. Amma bunların ictimailəşməsi iki ölkə arasındakı münasibətlər baxımından məsləhət deyil - red.) Azərbaycanın İranda Fuad Əliyev adlı baş konsulu vardı. O, İrandan sonra gəlib Azərbaycanın Rusiyada baş konsulu oldu. O, İranda işləyəndə bir dəfə əməkdaşları yığıb məni də dəvət etmiçşdi. Dedi ki, mən 4 ildir İranda baş konsul işlədiyim dövrdə hansı idarəyə getdimsə, özümü təqdim edəndə dedilər ki, sən professor İsmayılıovun yerlisisənsə sənə zaval yoxdur, keç yuxarı başa. Bildirdi ki, bu adam təkcə alim deyil, həm də bizi İrana mənəvi tellərlə bağlayan bir adamdır. Mən o zaman Rusiyanın baş prokurorunun müavini Kolmoqorov Vasili Vasilyeviçin qızını müailəcə etmişdim. Mənə dedi ki, gəl səni Rusiya səhiyyə nazirinin müavini təyin etdirim. Etiraz etdim ki, məndən məmur alınmaz. Özü də İranla çox cəlbedici kontrakt bağlamışam və Rusiyadan getməliyəm artıq. Ola bilərdi ki, mən gedib nazir müavini olum. Amma düşündüm ki, mən minlərlə soydaşımıza həyat verirəmsə bundan gözəl nə ola bilər? Vəzifə mənim nəyimə lazımdır?

- İranda ermənilər çoxdurmu? Heç erməni xəstəniz oldumu?

- Ermənilərin bir çoxu ad-soyadını dəyişib. İranda xalqın ermənilərə münasibəti mənfidir. Amma rəsmilər öz fikirlərini aydın şəkildə ifadə etməkdən çəkinirlər. Hətta ermənilərə nifrət edənlər də dövlətin siyasətinə boyun əymək zorundadırlar. Bu gün rəsmi olaraq İranda 300 min erməni yaşayır. Amma onlar ölkənin siyasətinə o qədər də ciddi təsirlərə malik deyillər. Rəsmi Tehranın Azərbaycana və Ermənistana yönəlik siyasətinə onların müdaxilə etmək gücləri yoxdur.

- Heç erməni milliyyətindən olan adam əməliyyat etmisinizmi?

- Milliyyətcə erməni olsa da İran vətəndaşı olub və bəziləri heç öz ad-soyadlarını dəyişiblər deyə bilmək olmur. 

- Ermənilər hansı ölkədə yaşasalar saylarının nə qədər olmağından asılı olmayaraq çox imkanlı olurlar. İranda da varlı erməni çoxdurmu?

- İranda ən varlı yaşayan elə bizim öz soydaşlarımızdır. İran iqtisadiyyatı azərbaycanlıların üzərində və çiyinlərində qurulub. Ən çalışqan və ən cəfakeş də nə farslar, nə ermənilər, nə də kürdlərdir, elə azərbaycanlılardır. 

- Sizə bu sualı verməyə bilmirəm. Əgər İranda hər şey sizin üçün güllük-gülüstanlıq idisə, niyə Tehranı İraqın Ərbilinə dəyişdiniz?

- Bilirsiniz, mən İranda farslardan gördüyüm hörmət-ehtiramı öz soydaşlarımız olan azərbaycanlılardan görmədim. İrandan getməyimə əsas səbəb artıq müəyyən qısqanclıqların baş qaldırması oldu. Eyni zamanda İran iqtisadiyyatında nəzərəçarpacaq tənəzzül yaşandı və insanların durumu xeyli pisləşdi. 2010-cu ildə mənə dedilər ki, İraqda işləmək daha rahatdır və  gəldim İraqa. 2 il ərzində həm İranda, həm də İraqda çalışdım. 2012-ci ildə isə İraqda kontrakt bağladım. 

- Bir neçə gündür Bakıdasınız və Azərbaycandakı dostlarınızın israrlı xahişi ilə gələrək bir neçə ağır xəstəni əməliyyat etdiyinizi bilirəm. Ölkə səhiyyəsinin mövcud durumu barədə təəssüratınız necədir? Vəziyyət iranlılar demişkən, xamuşudurumu?

- Mən açıq deyəcəm, nəinki ürəkaçan deyil, acınacaqlıdır. Gəlin açıq danışaq, əgər səhiyyə bərbad deyilsə, niyə milyonlarla xəstə İrana üz tutur? Deməli, nə səhiyyəyə inam qalıb, nə həkimlərə. Bəli, son illər Azərbaycanda klinikaların sayı yağışdan sonra çıxan göbələklərin sayı kimi ölkəni başına götürb. Amma sayı çox, sanbalı yox. Bir çoxlarından xəbərim var. Adam dəhşətə gəlir ki, ağlı başında olan insanlar özlərinin və yaxın ailə üzvlərinin həyatını necə onlara etibar edirlər? Çoxmərtəbli binaların altında yerləşən klinikaları isə heç cür anlaya bilmirəm. Nəzərə almırlar ki, ora bir çox rentgen aparatı və digər sağlamlıq üçün zərərli avadanlıqlar qoyulur. Xəstələr bir yana, həmin binalarda yaşayanlar necə təhlükə ilə üz -üz qala biləcəklərini doğrudanmı hesablamırlar? Ad çəkməyəcəm, bəzi klinikalarda ən elementar gigiyena qaydalarına riayət olunmur, əməliyyat otaqları vahimə saçır, avadanlıqlar yararsız vəziyyətdə...(Həmsöhbətimiz az qala 10 məşhur klinikada baş verən xoşagəlməz olayları, yanlış və acınacaqlı fəsadları olan əməliyyatları sadaladı. Bu barədə nəsə yazmaq istəmədik, çünki elə dəhşətli ittihamlar idi ki, məhkəmə çəkişmələrinə əlimizdə sübut olmasına rəğmən vaxt itirməyi lazım bilmədik. Müxtəsəri, ağlamalı gündəyik, ölkədə səhiyyə adına elə də çox şey qalmayıb... - red.)

- Niyə paytaxt Bağdada deyil, əyaləti - İraq Kürdüstanının paytaxtı Ərbili seçdiniz?

- Bağdad qarışıqlıqdır. Müharibə 17 il öncə qurtarsa da sabitlik yoxdur Bağdadda. Amma əyalət olduğuna baxmayın, Ərbildə elə bir xəstəxana yaratmışıq ki, Avropanın və Amerikanın ən məşhur klinikaları həsəd apar bilər. 

- Bu dəfəki gəlişinizdə Bakıda neçə xəstəni əməliyyat etdiniz?

- 4 xəstəni. Hansı ki, Bakıdan dostlarım israrla məni dəvət etdilər ki, bu xəstələri səndən başqa normal 
həyata qaytaran olmayacaq. Ona görə də məcbur olub gəldim.

- İndi qayıdırsınız Ərbilə. Növbəti gəlişiniz nə zaman olacaq? 

- Onu dəqiq bilmirəm. Yəqin ki, ən tezi 3 aydan sonra. 

- Elə xəstə olub ki, Azərbaycandan uçub gəlsinlər Ərbilə sizin yanınıza?

- Ərbilə yox, amma Tehrana çox gəlib. Onsuz da mən təkcə Tehranda və Ərbildə deyil, dünyanın dörd bir yanında vaxtaşırı əməliyyatlar edirəm. Yaponiyada, İngiltərədə, Amerikada. 

- Yaxşı, klinika açmağı necə, planlaşdırmırsınız ki?

- Bilirsiniz, klinikanı boş-bekar adamlar aça bilər və ora rəhbərliyi həyata keçirməlidir. Mənim klinika açmağa, onu idarə etməyə, menecment və marketinqlə uğraşmağa nə vaxtım var, nə həvəsim.

 - Sözlərinizdən belə anlaşılır ki, deyəsən yaxşı pul qazanmaq fikriniz olmayıb heç zaman...

- And içməklə kimisə nəyəsə inandırmaq niyyətində deyiləm. Mən bu günədək minlərlə xəstədən nəinki pul almamışam, istər xaricdə, istərsə də Bakıda etdiyim əməliyyatın xəstəxana xərclərini öz cibimdən ödəmişəm. Çünki bilmişəm ki, ya onun maddi imkanı yoxdur, ya da vətən, dövlət qarşısında xidmətləri var. Tutaq ki, Tehranda 100-dən artıq müharibə veteranını pulsuz əməliyyat etmişəm. İrandakı zəlzələ zamanı bir çox xəstələri pulsuz əməliyyat etmişəm. Fürsətdən istifadə edib Azərbaycanın rəsmi dairələrinə, xüsusən də Heydər Əliyev Fonduna, daim Qarabağ Qaziləri üçün köməyini əsirgəməyən I Vitse - Prezident Mehriban xanım Əliyevaya müraciət edirəm, Qarabağ Qazilərimizi tamamilə təmənnasız əməliyyat və müalicə etməyə hazıram. Mən Vətəndən uzaqda olsam da Qarabağ savaşında bir əsgər kimi səngərdə döyüşməyə, yaxud yaralılarımızı həyata qaytarmağa hazıram.
Oxşar xəbərlər
08:34, Bu gün
Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı - VİDEO
08:26, Bu gün
Uber-dən taksi sürücülərinə "178 milyon"luq TƏZMİNAT
08:10, Bu gün
“Qadınlar kişiləri passiv görməyə başlayıblar, çünki...” - Məşhur psixoloq
08:02, Bu gün
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
07:54, Bu gün
Teleqram 330 milyon dollarlıq istiqraz buraxır
07:20, Bu gün
Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO
07:03, Bu gün
Pakistanda güclü zəlzələ
05:58, Bu gün
Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...-FOTOLAR+VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
18 Mar 2024 | 23:27
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
18 Mar 2024 | 23:24
Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO
18 Mar 2024 | 23:22
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb
18 Mar 2024 | 23:21
Paşinyan Putini təbrik etmədi: - gözləyir…
18 Mar 2024 | 23:18
Krımda hərbi yük maşını Rusiyanın sabiq top-məmurunun avtomaşınını əzib
18 Mar 2024 | 22:50
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar
18 Mar 2024 | 22:42
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub
18 Mar 2024 | 22:35
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
18 Mar 2024 | 22:30
Lənkəranda yeni istifadəyə verilmiş penitensiar müəssisədən ƏN SON görüntülər - FOTOLAR
18 Mar 2024 | 22:27
İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır 
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 22:24
Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
18 Mar 2024 | 22:18
O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy olur...
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO
18 Mar 2024 | 22:11
Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir 
18 Mar 2024 | 22:05
Gömrük Akademiyasında Novruz şənliyi keçirilib - FOTOLAR
18 Mar 2024 | 22:01
Zamiq doğulduğu torpaqda konsert verdi
18 Mar 2024 | 22:00
Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
18 Mar 2024 | 22:00
"Putinin qələbəsindən sonra Rusiyanı nə gözləyir?" - CNN
18 Mar 2024 | 21:59
"Rusiya ərazisində könüllülərin reydinin məqsədi nədir?.."
18 Mar 2024 | 21:53
BMT-də Fransanın məsuliyyətsiz şəkildə dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb
18 Mar 2024 | 21:47
Bakı Bulvarında bayram ab-havası - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 21:39
Bakıda avtomobil keçiddən istifadə etməyən qadını vurub - FOTO
18 Mar 2024 | 21:30
“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı
18 Mar 2024 | 21:15
Niyaməddin Musayevin bu VİDEOsu gündəm oldu
18 Mar 2024 | 21:04
“Kurtlar Vadisi” Hakan Fidandan bəhs edir? – Özü danışdı
18 Mar 2024 | 20:59
“Uber” avstraliyalı taksi sürücülərinə fantastik məbləğ ödəyəcək
18 Mar 2024 | 20:53
NATO Baş katibi: Gələcəkdə Azərbaycanın Avropa üçün enerji təminatçısı kimi rolu artacaq
18 Mar 2024 | 20:47
Professordan oruc tutanlara XƏBƏRDARLIQ - 10 gün ərzində…
18 Mar 2024 | 20:45
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
18 Mar 2024 | 20:44
Möminə Xatun türbəsi ətrafında tikinti APARILMASI xəbərinə AYDINLIQ GƏTİRİLDİ – RƏSMİ
18 Mar 2024 | 20:43
“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb
18 Mar 2024 | 20:40
Paşinyan elə bir etiraf etdi ki..., - Mirzoyan TƏSDİQLƏDİ: Sülh müqaviləsi bu  tarixdə İMZALANACAQ
18 Mar 2024 | 20:39
Stoltenberq: Azərbaycanın əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində oynadığı rolu alqışlayırıq
18 Mar 2024 | 20:34
BDU-da Novruz şənliyi - FOTOLAR
18 Mar 2024 | 20:32
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı
18 Mar 2024 | 20:30
Bu bürclər üçün "ağ zolaq” başlayır - xoşbəxtlik yaxındadır
18 Mar 2024 | 20:26
Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var
18 Mar 2024 | 20:22
Balaəli estetik əməliyyat etdirəcək – Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
18 Mar 2024 | 20:20
Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - YENİLƏNİB
18 Mar 2024 | 20:16
Rəqsanə canlı efirdə "OD PÜSKÜRDÜ": "Kimsə çaşarsa..." - VİDEO
18 Mar 2024 | 20:09
Qəhvə yuxusuzluğa necə təsir edir? - AÇIQLAMA
18 Mar 2024 | 20:08
Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir
18 Mar 2024 | 20:07
Hande Yenerə ağır itki
18 Mar 2024 | 20:02
Martın ikinci yarısında arzularını həyata keçirəcək 3 BÜRC
18 Mar 2024 | 20:00
Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib
18 Mar 2024 | 19:52
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
18 Mar 2024 | 19:48
Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
18 Mar 2024 | 19:44
“Nicat Lənkəranski” ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? - VİDEO
18 Mar 2024 | 19:37
Nura Suridən Xəyyam Nisanov barədə ŞOK SÖZLƏR - VİDEO
18 Mar 2024 | 19:33
"İnşaat Konstruksiyaları" MMC məhkəməyə verilib
18 Mar 2024 | 19:27
Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alınıb
18 Mar 2024 | 19:25
Ceyhun Bayramov Türkiyəni təbrik etdi - FOTO
18 Mar 2024 | 19:22
Azərbaycan-Gürcüstan münasibətləri yeni müstəvidə
18 Mar 2024 | 19:20
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
18 Mar 2024 | 19:16
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
18 Mar 2024 | 19:10
Alimlərdən anadangəlmə qüsur riskini azaldacaq yeni kəşf
18 Mar 2024 | 19:10
Türkiyədə fabrikdə partlayış: Ölənlər var
18 Mar 2024 | 19:03
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
18 Mar 2024 | 19:01
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
18 Mar 2024 | 18:51
Millimizin baş məşqçisi: “İngiltərədən xal almağı kim istəməz?” - MÜSAHİBƏ
18 Mar 2024 | 18:44
Bərdədə it dişləyən azyaşlının vəziyyəti AÇIQLANDI - YENİLƏNİB
18 Mar 2024 | 18:37
Dilarə Kazımova həyat yoldaşı ilə ayrılığından danışdı - VİDEO
18 Mar 2024 | 18:30
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
18 Mar 2024 | 18:24
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18 Mar 2024 | 18:18
Azərbaycan Premyer Liqasının klubları cərimələndi
18 Mar 2024 | 18:12
16 yaşlı yeniyetmə tüfəng və bıçaqla üç saatda səkkiz nəfəri yaraladı: Ankarada dəhşət - FOTO
18 Mar 2024 | 18:06
Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artdı
18 Mar 2024 | 18:00
Muxtar Babayev İsveçrənin Azərbaycandakı səfiri ilə COP29-a hazırlığı müzakirə edib
18 Mar 2024 | 17:56
"Azad" və "demokratik" Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı - ŞƏRH + FOTO
18 Mar 2024 | 17:52
Ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs TUTULDU - VİDEO
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 17:46
Mahnısı ermənilər tərəfindən oğurlanan Ağadadaş Ağayevdən AÇIQLAMA - VİDEO
18 Mar 2024 | 17:44
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
18 Mar 2024 | 17:40
UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi - FOTO
18 Mar 2024 | 17:35
Xocalıda qalıqları tapılan Bəsirə xanımın qızı: “Ümid edirdik ki, sağdırlar” - FOTO
18 Mar 2024 | 17:30
Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib - FOTO
18 Mar 2024 | 17:25
"İsrail Qəzzada aclığa təhrik edir və əsl qətliam törədir" - Jozep Borrel
18 Mar 2024 | 17:20
Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - "Rang Rover"lə qəza...
18 Mar 2024 | 17:15
Ceyhun Bayramov Türkiyəni təbrik etdi - FOTO
18 Mar 2024 | 17:10
Azərbaycanlı gənc ifaçı Varşavada klip çəkdirdi - VİDEO
18 Mar 2024 | 17:06
Şəhid ailələri və müharibə əlillərinə bu il neçə mənzil və fərdi ev veriləcək?
18 Mar 2024 | 16:58
Tehranda iraqlı aktrisaların hicabsız görüntüsü sosial mediada geniş əks-səda doğurub - FOTO/VİDEO
18 Mar 2024 | 16:55
“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR
GÜNLÜK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
18 Mar 2024 | 09:31
Laçında təmir olunan ev Fədayə Laçınındır?-AÇIQLAMA+VİDEO
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 09:00
“Efirlərdə Rəşad Dağlının adını çəkməyə qoymurlar, Baloğlan Əşrəfov atamı təriflədiyi görüntüləri...” - FOTO+ÖZƏL
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 10:51
Qarabağdan köçmüş neçə min erməni artıq Ermənistanı da tərk edib?..-RƏSMİ MƏLUMAT 
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 09:57
Ukrayna tərəfdə vuruşan rus könüllülər Rusiyanın daha 2 məntəqəsini  tutdu...-FOTO
18 Mar 2024 | 10:46
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirildi - VİDEO
HƏFTƏLİK
12 Mar 2024 | 10:20
“Efirə çıxandan sonra işimi itirdim, əlim çörəyə çatmadı”-Bazarda işləyən müğənni xanım-VİDEO+EKSKLÜZİV 
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
AYLIQ
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
18 Mar 2024 | 09:31
Laçında təmir olunan ev Fədayə Laçınındır?-AÇIQLAMA+VİDEO
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 09:00
“Efirlərdə Rəşad Dağlının adını çəkməyə qoymurlar, Baloğlan Əşrəfov atamı təriflədiyi görüntüləri...” - FOTO+ÖZƏL
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 10:51
Qarabağdan köçmüş neçə min erməni artıq Ermənistanı da tərk edib?..-RƏSMİ MƏLUMAT 
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 09:57
Ukrayna tərəfdə vuruşan rus könüllülər Rusiyanın daha 2 məntəqəsini  tutdu...-FOTO
18 Mar 2024 | 10:46
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirildi - VİDEO