Məlum olduğu kimi, pandemiya ilə əlaqədar olaraq ölkəmizdə iqtsiadi artım tempinin səngiməsi müşahidə olunur.
Maraqlıdır, iqtisadi
artım tempinin səngiməsi ölkə iqtisadiyyatına nə vəd edir? Digər ölkələrlə
müqayisədə Azərbaycanda bu sahədə vəziyyət nə dərəcədə qənaətbəxşdir?
Moderator.az-a açıqlama
verən millət vəkili Vahid Əhmədov digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətin
daha qənaətbəxş olduğunu söylədi:
“Birinci yarımildə
ümumdaxili məhsulda 2,5% azalma var. İlin axırına qədər bu rəqəmin 5%-ə qədər
olması gözlənilir. Lakin elə dövlətlər var ki , pandemiya və neftin qiymətindəki
azalma ilə bağlı bu rəqəm 10%-dən çoxdur. Ölkəmizdə iqtsiadi artım tempini yüksəltmək
üçün gərəkli addımlar atılır.
Bu gündən etibarən bəzi
xidmət sahələrinin də açılması nəzərdə tutulur. Çünki yoluxanların sayında
azalma gedir. Xidmət sahələri açılmalı, insanlar işləməlidir. Vətəndaşlar işləməlidir
ki, həm dövlət büdcəsinə əlavə gəlir gəlsin, həm də insanlar müəyyən məvacib
ala bilsinlər. Bu baxımdan yumşaldılmaların davam etdirilməsi doğru addımdır”.
Seymur ƏLİYEV