“Dövlətimiz şəhid ailələrinə hər cür diqqət və qayğı göstərir, onalrla bağlı layihələrin gerçəkləşməsinə yardım edir. Lakin iş adamlarımızın, sahibkarlarımızın da bu məsələdə aktivlik göstərməsi arzuedilən olardı”.
Bunu Moderator.az-a
açıqlamasında xalq artisti Mübariz Tağıyev bildirib. M.Tağıyevin sözlərinə görə,
şəhid ailələrinə yardım və ya şəhidlərlə bağlı hər hansı layihəyə göstərilən dəstək
tarixə düşmək deməkdir:
“Təbii ki, hər hansı bir
sahibkar, yaxud iş adamı şəhid ailələrinə dəstək və ya şəhidlərimizin təbliği
ilə bağlı layihəyə dəstək verirsə, hər şeydən öncə Allah qatında xoş bir əmələ
imza atır. Çünki bu, həqiqətən də gözəl, təqdirəlayiq, nəcib bir əməldir. Bu, həm
də tarixə düşmək, tarixdə əbədi qalmaq üçün də bir vasitədir. Şəhdilərimizlə
bağlı bu cür addımları atan insanlarımız da həmin şəhidlərimiz kimi tarixdə
qalacaq, hər zaman minnətdarlıq hissi ilə xatırlanacaqlar. Ona görə də iş
adamlarımızın bu cür məsələlərdə dövlətimizə, vətəndaşlarımız dəstək verməsi
yalnız alqışlana bilər”.
Seymur ƏLİYEV