Məlum olduğu kimi, Belarusda avqustun 9-da keçirilən prezident seçkilərində Lukaeşnkonun ilkin nəticıələrə görə qalib elan edilməsi bu ölkədə müəyyəm iğtiaşaş və qarşıdurmalara yol açıb. Artıq polis və ordu hissələri ilə etirazçılar arasında baş verən qarşıdurmalar nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Maraqlıdır, bu
qarşıdurmalarda Rusiyanın da hər hansı payı varmı? Rusiya məlum qarşıdurmların
genişlənməsində nə dərəcədə maraqlıdır?
Moderator.az-a açıqlama
verən politoloq İlqar Vəlizadə Rusiyanın bu məsələdə o qədər də maraqlı
olamdığını vurğuladı:
“Hesab edirəm ki, Rusiya
Belarus daxilindəki qarşıdurmanın genişlənməsində maraqlı deyil. Çünki bu
proseslər hər şeydən öncə Rusiyaya da təsir göstərə, onun üçün də mənfi nəticələrə
səbəb ola bilər. Bu səbəbdən də düşünmürəm ki, Belarus daxilindəki qarşıdurmaların
genişlənməsi Rusiyanın marağına cavab versin. Onu da untumaq olmaz ki, Belarus
bir sıra regional layihələrdə yaxından iştirak edir, onun ərazisində region üçün
mühüm əhəmiyyət kəsb edən enerji xətləri keçir.
Lakin təbii ki, Belarus
daxilində vəziyyətin gərginləşməsində maarqlı olan müəyyən qüvvələr var və
onlar bu fürsətədn istifadə edib öz maraqlarını təmin etməyə çalışırlar. Rusiya
isə bu məsələdə çətin ki, maraqlı olsun”.
Seymur ƏLİYEV