Yoluxma sayı artanda inanmırdıq, azalanda şübhə edirik - bəs mütəxəssislər nə deyir?
Oxunub: 1290
11 Aug 2020 | 12:09
Yoluxma sayı artanda inanmırdıq, azalanda şübhə edirik -  bəs mütəxəssislər nə deyir?
Son bir həftədə Azərbaycanda COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə edilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı infoqrafikada qeyd olunub ki, avqustun 3-də qeydə alınan yoluxma sayı 241 olubsa, avqustun 9-da bu rəqəm 87-yə düşüb. Yoluxma sayının kəskin azalması isə cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Koronavirusun  ölkəmizdə yeni yarandığı zaman necə inamsızlıq hökm sürürdüsə, hazırda yoluxmanın bu qədər azalmasına da  inanmayanlar var. Hətta koronavirusla bağlı statistikada “pripiska” olduğu iddiaları da var.

Cəmiyyəti narahat edən nədir, bu inamsızlıq hardan qaynaqlanır? İnsanların belə ziddiyyətli fikirləri hər hansı bir təhlükəyə yol aça bilərmi?

“Yeni Müsavat” bu və digər suallarla bağlı ölkəmizin ictimai-siyasi həyatında rolu olan, tanınmış şəxslərdən mövqe öyrənib.

“Maarifləndirmə olmadığı üçün insanlar panikaya düşdülər”

Ağciyər xəstəlikləri uzmanı (pulmonoloq) Həsən Həsənzadə “Yeni Müsavat”a deyib ki, bu anlaşılmazlığın əsas qaynağı insanlarda maarifləndirmənin yetərli olmamasındadır: “İlk vaxtlardan xəstəliklə bağlı strategiyada müəyyən sərtliklərin olduğunu düşünürəm. Pandemiyanın əvvəlindən bəri heç bir şikayəti olmadığı halda, COVİD-19-un nəticəsi pozitiv çıxan kimi insanları xəstəxanaya apardılar. Amma bir müddətdən sonra xəstə sayı çoxaldıqda COVİD-19 nəticəsi müsbət olsa belə, adamları evdə saxladılar. Onsuz da öncədən maarifləndirmənin yetərsiz olmasına görə əhali inanmırdı, çünki heç bir şikayəti olmayan adam xəstəxanaya aparılırdı. Yaxud testi neqativ çıxırdı, amma COVID-19 diaqnozu qoyulurdu. Virus artdıqca COVID-19 nəticəsi müsbət olanların xəstəxanaya aparılmaması inamın daha da qırılmasına səbəb oldu.

Pulmonoloq Həsən Həsənzadə: “Mütləq gənc insanlar çox rahat keçirəcək, heç bir problem yaranmayacaq" kimi fikirlər yanlışdır"

Bununla bağlı ətraflı şəkildə insanları maarifləndirmək lazım idi ki, nəyə görə aparırdıq, indi nəyə görə aparmırıq. Test niyə neqativ çıxır və niyə COVID -19 kimi qəbul edilir. Burada da maarifləndirmənin yetərsiz olduğunu düşünürəm. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının da verdiyi bəyanatlar insanlarda inamsızlıq yaratdı. Əvvəl dedilər maska virusdan qoruyur, sonra dedilər qorumur. Bunu da açıqlamaq, insanlarımıza ətraflı izah etmək lazım idi ki, əvvəlcə niyə belə məlumat verdilər, sonra niyə belə yanaşma oldu. Yəni əsaslandırmaq lazım idi. Nəzərə almaq lazımdır ki, COVID-19 yeni bir xəstəlikdir, bu virus həkimlər üçün də yenidir. Gördükcə öyrənirik və insanlarımızı da sıra ilə hər bir yeniliklə bağlı məlumatlandırmalıyıq”. 

“Bəhram Bağırzadə ilə bağlı səhv bəyanat verildi”

Pulmonoloq onu da əlavə edib ki, xəstəliklə bağlı çox yanlış anlaşılmalar var: “Belə açıqlama oldu ki, gənc insanlar xəstəliyi daha yüngül keçirə bilir. Əlavə xəstəlikləri olmayanların - şəkəri, qan təzyiqi, böyrək, qaraciyər xəstəliklərindən əziyyət çəkməyənlərin xəstəliyi yüngül keçirmək ehtimalı yüksəkdir. Amma bu mütləq göstərici deyil. ”Mütləq gənc insanlar çox rahat keçirəcək, heç bir problem yaranmayacaq" kimi fikirlər yanlışdır. Bundan dolayı insanlarda, xüsusən də gənclərimizdə bir arxayınlaşma baş verdi. Xəstəliyi ağır keçirənlər arasında xeyli gənclərimiz oldu. Nəzərə almaq lazımdır ki, insanlar arasında xəstəliyi ağır keçirənlər var, bu hələ də davam edir. Xəstəlik bitdikdən sonra isə bəzi insanlarda həyatı boyu təsirləri olacaq. Bəzilərində heç bir mənfi təsiri olmasa da, bəzilərində təngnəfəsliyi olacaq. Bununla bağlı ətraflı məlumat vermək lazımdır. Eləcə də, əlavə xəstəlikləri olan insanlar mütləq deyil ki, virusu ağır keçirsin və həyatını itirsin. Maarifləndirmə olmadığı üçün insanlar xəstəliyə panika şəklində yanaşdılar.

Bundan əlavə, ən çox manipulyasiya olunan mövzulardan biri əməkdar artist Bəhram Bağırzadə ilə bağlı oldu. Əvvəlcə bəyanat verildi ki, onun ağciyəri 90 faiz zədələnib. Nəzərə almaq lazımdır ki, ağciyərin 90 faiz zədələnməsi hələ onun sıradan çıxması demək deyil. Bu 90 faiz geriyə, normala qayıdacaq bir vəziyyət deməkdir. Sosial şəbəkələrdə yazdılar, “Bu, şou idi, 90 faiz ciyər sıradan çıxıbsa, necə geriyə qayıda bilər?!” Qayıda bilər, tamamilə normaldır".

İlham Bayramov:  “İnsanlar əvvəllər də deyirdilər ki, xəstəlik yoxdur, amma gəlib xəstəxanada əziyyət çəkəndən sonra inandılar”

Azərbaycan Tibb Universitetinin infeksionisti İlham Bayramov isə deyilənlərlə razılaşmayıb:

“Bizim xəstəxanada koronavirus xəstələrinin sayı azalıb. Amma digər xəstəxana, poliklinikalar haqqında məlumatım yoxdur. İnsanlar əvvəllər də deyirdilər ki, xəstəlik yoxdur. Amma gəlib xəstəxanada əziyyət çəkəndən sonra inandılar. İnsanların da ayrı-ayrı düşüncələri var. Bu virus 213 ölkədə yayılan bir pandemiyadır. Yalandan niyə danışılsın ki. Hazırda xəstələrin sayı azalıb”.

“Camaat elə bil çimərlik görməyib...”

Adil Qeybulla: “Karantinin öz qaydaları var və əməl olunmalıdır”

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə insanların bu kimi fikirlərinin yanlış olduğunu bildirib. Onun sözlərinə görə, ölkəmizdə insanlar müxtəlif intellektə, dünyagörüşə, psixoloji prototipə malik olduqlarına görə, fikirləri də müxtəlifdir: “Bizdə biri falçıya, digəri qonşuya inanır. Bu cür məsələlər əhalinin əhval-ruhiyyəsi ilə həll olunmamalıdır. Karantinin öz qaydaları var və əməl olunmalıdır. Bəli, insanlar uzun müddət evdə qala bilməz. Bu, onların psixikasına da mənfi təsir edir, immun sisteminə də təsir edir, depressiyaya salır. Amma insanların kənarda, açıq havada, qapalı məkanlarda davranışları ilə bağlı təlimatlar olmalıdır. Yaxın kommunikasiya olmamalıdır, sosial məsafə gözlənilməlidir. Görüşüb, qucaqlaşmaq, öpüşmək olmamalıdır. Qapalı məkanlarda mütləq sosial məsafə gözlənilməlidir, mütləq maska geyinmək, əlləri dezinfeksiya etmək lazımdır.

Baxın, çimərliklər açılıb, amma heç də orda vəziyyət ürəkaçan deyil. Camaat elə bil çimərlik görməyib. Əslində bunlar hamısı karantin qaydalarının pozulmasıdır. Bu isə olduqca təhlükəlidir. Ona görə də narahat olmaqdansa,  daha çox öz davranışlarımıza nəzarət etsək, daha məqsədəuyğun olar".   

“Statistikanı kiminsə artırıb-azaltması inandırıcı deyil”

Fazil Mustafa: “Statistika aşağı düşdükcə insanlar sanki heç bir təhlükə yoxdur kimi rəftar edir, daha çox arxayınlaşmağa başlayır”

Deputat Fazil Mustafa insanların inamsızlığının əsassız olduğunu deyib: “Kimin marağı ola bilər ki, bu məsələdə saxtakarlıq edilsin. Hökumət, əksinə, maraqlıdır ki, vətəndaş bu yumşalmadan sonra arxayınlaşmasın. Statistika aşağı düşdükcə insanlar sanki heç bir təhlükə yoxdur kimi rəftar edir, daha çox arxayınlaşmağa başlayır. Qaydalara daha az əməl etməyə çalışırlar. Belə bir vəziyyətdə bunu göstərməyin bir adı yoxdur. Amma indi görünür, havanın istiləşməsi yoluxma sayına təsir edib. İkinci də, kənardan həkimlərin gətirilməsi, yeni xəstəxanaların açılması da müsbət nəticənin yaranmasına səbəb olub. Statistikanı artırmaq, azaltmaq kimin nəyinə lazımdır. İnandırıcı görünmür. Hər bir məsələyə müəyyən dərəcədə şübhə ilə yanaşan insanlar həmişə olur. Amma ümumi tendensiya budur ki, həqiqətən azalma var. Elə etməliyik ki, artan miqyasda getməsin. Amma son iki gündə çimərliklərdə müşahidə etdiklərim heç də ürəkaçan olmadı. Çimərliyi həm də yemək yerinə çevirmək, xüsusi bir ritualları orda gerçəkləşdirmək doğru deyil. Bu gün dənizdə şüşə qırıqlarının, yemək qalıqlarının yerə atıldığını gördüm. Bu qədər təbliğatdan sonra yenə də dəyişmirik. Necəyiksə, o cür də pandemiyadan əziyyət çəkəcəyik”.  

Mövzu ilə əlaqədar rəsmi qurumlardan da münasibət öyrənməyə çalışdıq.

Rəvanə Əliyeva: “Bu məsələyə bizim münasibət bildirməyimiz doğru olmaz”

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Yeni Müsavat”a bildirib ki, koronavirusla bağlı ümumi statistika Operativ Qərargah tərəfindən rəsmi olaraq verilir: “Bu məsələyə bizim münasibət bildirməyimiz doğru olmaz”.  

İbrahim Məmmədov: “NK rəsmi qurum olaraq düzgün statistikanı təqdim edir”

Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, NK rəsmi qurum olaraq düzgün statistikanı təqdim edir: “Bununla bağlı əlavə şərh etmək bizim səlahiyyətimizdə deyil”.
Oxşar xəbərlər
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
GÜNLÜK
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...