“Azəbaycanda Türkiyənin hərbi bazasının yaradılması ölkəmizin maraqlarına tam olaraq cavab verir və belə bir addımın atılması arzuedilən olardı”.
Bunu Moderator.az-a
açıqlamasında hərbi ekspert Azad İsazadə bildirib. Ekspertin sözlərinə görə,
indiki məqamda ölkəmizin maraqları bunu tələb etsə də, məsələnin mənfi tərəfləri
də mövcuddur:
“Ölkəmizdə Türkiyənin hərbi
bazasının yerləşdirilməsi maraqlarımıza uyğundur. Lakin bu da sirr deyil ki,
heç vaxt ideal çıxış yolu olmur və ən müsbət addımın da mənfi tərəfləri olur.
Əgər Azərbaycanda Türkiyənin hərbi bazası yaradılsa, bəzi dövlətlər, xüsusilə də
Rusiya və İran bunu NATO bazası kimi qəbul edəcəklər. NATO və Rusiya arasında
münasibətlər isə hər kəsə məlumdur. Bu isə o deməkdir ki, əgər nə vaxtsa tərəflər
arasıdna hərbi qarşıdurma osla, o zaman ilk zərbələrdən biri ölkəmizdəki bu
bazaya endirilə bilər. Belə bir qarşıdurma ehtimalı real olmasa da, tam olaraq
istisna da edilə bilməz.
Bununla yanaşı, qeyd edim
ki, ölkəmizdə Türkiyənin hərbi bazasının yaradılmasını zəruri hesab etsəm də,
düşünürəm ki, ölkəmiz siyasi təzyiqlər fonunda belə bir qərar almayacaq”.
Seymur ƏLİYEV