Bu gün 12 avqust - Beynəlxalq Gənclər Günüdür.
Maraqlıdır, bu gün gənclik ölkəmizin iqtisadi-siyasi, elmi-mədəni həyatında kifayət qədər yaxından iştirak edə bilirmi? Gənclərimizin bu yöndəki aktivliyi nə dərəcədə qənaətbəxşdir?
Moderator.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov, dövlətimizin gənclərin inkişafı üçün hər cür şərait yaratdığına diqqət çəkdi:
“Azərbaycanda gənclərə, gənclər siyasətinə böyük önəm verilir. Gənclərimiz ölkənin iqtisadi-siyasi, elmi-mədəni həyatında aktiv iştirak edir. Dövlət gənclərin asudə vaxtının səmərəli şəkildə təşkili, onların bilik və bacarıqlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu istiqamətdə ölkəmizdə böyük işlər görülür. Gənclərin yüksək vəzifələrə təyin olunması gənclərə verilən diqqəti göstərir.
Son illər ölkəmizdə gənclərə diqqət və qayğı daha da artırılıb. Son parlament seçkilərində çoxlu sayda gənc Milli Məclisin üzvü seçilib. Gənclərimiz bir sıra mühüm postlara təyin olunub. Bu, gənclərə verilən önəmi əks etdirməklə yanaşı, həm də cənab pörezidentin gənclərdən olan gözləntisindən xəbər verir.
Ölkləmizdə ASAN xidmətin genişləndirilməsi, könüllülük institutunun inkişaf etdirilməsi istiqamtində böyük işlər görülür. ASAN könüllüləri ölkəmizin ictimai həyatında yaxından iştirak edir. Bütün bunlar olduqca sevindirici və qürurvericidir.
Bu gün dövlət gənclərin özlərini ifadə etməsi üçün gərəkən şəraiti yaradıb. Bir çox dövlət qurumlarında könüllü layihələri mövcuddur. Gənclər həmin qurumlara müraciət edərək bu layihələrdə aktiv şəkildə iştirak edə bilər. Gənclərin bir hissəsi ölkənin ictimai-siyasi həyatında aktiv iştrak edir. Gənclərimizin bir qismi xaricdə təhsil allır, öz bilik və bacarıqlarını inkişaf etdirməyə çalışırlar. Bu məsələdə dövlətimiz gənclər üçün hər cür şərait yaradıb.
Gənclər gələcəyin idarəçiləridir. Onlar dövlətimizin gələcəyidir. Gənclərin savadlı və bilikli olmaları, öz bilik və bacarıqlarını inkişaf etdirmələri çox vacibdir. Bu gün dünyada ciddi proseslər gedir. Təəssüf ki, bir sıra müsəlman ölkələrində zaman-zaman gənclər arasında zərərli fikir və ideyaların, cərəyanların yayılmasına səy göstərilir. Bu baxımdan gənclərimizin öz üzərlərində işləməsi, öz biliklərini, dünyagörüşlərini artırması, bu kimi məsələlərdə diqqətli olmaları çox vacibdir. Eyni zamanda, özlərini zərərli xarici təsirlərdən qorumaq üçün çalışmalıdırlar.
Ölkəmizin inkşafı gənclərimizdən bilavasitə asılıdır. Gənclərimiz nə qədər savadlı, bilikli olsa, ölkəmiz o qədər güclü olacaq.
Bir daha qeyd edirəm ki, dövlət gənclərimiz üçün lazım olan bütün imkanları yaradır. Gənclərə diqqət və qayğı göstərir. Gənclər müxtəlif layihələr vasitəsi ilə özlərini ifa edə bilirlər.
Mən gənclərimizə, onların timsalında gələcəyimizə inanıram. İnanıram ki, bu gələcək uğurlu və parlaqdır”.
Seymur ƏLİYEV