Bugün “Bilgə dədə” ləqəbi ilə tanınmış Cavad Heyətin anım günüdür
Oxunub: 1350
12 Aug 2020 | 17:28
Bugün “Bilgə dədə” ləqəbi ilə tanınmış Cavad Heyətin anım günüdür
Bugün Azərbaycanlı cərrah-alim, Beynəlxalq Cərrahlar Cəmiyyəti İdarə heyətinin üzvü, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən (İranda eksperimental cərrahiyyənin təməlini qoyan), “Varlıq” jurnalının təsisçisi, türkologiyaya aid 7 cildlik kitabın müəllifi, 5 nüfuzlu elmi qurumun fəxri üzvü, 5 universitetin fəxri doktoru və professoru, “Bilgə dədə” ləqəbi ilə tanınmış Cavad Heyətin anım günüdür.
Cavad Heyət (Cavad Mirzə Əli oğlu Heyət; 24.05.1925, Təbriz – 12.08.2014, Bakı) 
Azərbaycan xalqının XX yüzildə yetişdirdiyi böyük şəxsiyyətlərdən hesab olunur. Dünya azərbaycanlıları arasında yüksək səviyyədə tanınır. Türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olub. Alim dogma dilimizlə yanaşı, fars və ingilis dillərini də mükəmməl bilirdi. 

Cavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda alıb. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olub; ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək, 1943-1946-cı illərdə burada Tibb fakültəsində oxuyub. İstanbulda tibb tǝlǝbǝsi olarkǝn türkologiya elminǝ dǝ dǝrin maraq bǝslǝyən Cavad Heyət, oradakı böyük türkoloq alim vǝ ǝdiblǝrlǝ yaxın ǝlaqǝlǝr quraraq, bilgisini genişlǝdib vǝ ardından ixtisas üçün Parisǝ cərrahlıq ixtisasını tamamlamaq üçün gedib.

Heyət ailəsi Azərbaycanın seçkin ailələrindən biri olub. Ailənin soyadı Mirzə Əlinin məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin başçısı olduğu üçun “Heyət” adı ilə tanınıb. Cavad Heyətin atası Mirzə Əli Heyət və ondan öncəkilər Qacar şahzadələrinin müəllimləri və eyni zamanda onların güvəndiyi şəxslərdən olub. Pəhləvi hakimiyyəti zamanı isə bu nəsilə qarşı hakimiyyətin münasibəti bir qədər dəyişib. Cavad Heyət Mirzə Əli Heyətin 9 övladından biri olub.
C.Heyət “Varlıq” dǝrgisinin imtiyazının özündǝn sonra, qardaşıoğlu Rza Heyətin adına keçmǝsini rǝsmi şǝkildǝ vǝsiyyǝt edib.

Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan C.Heyət, 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışıb, daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin cərrahlıq kafedrasında işləyib.

O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdıb, 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara başçılıq edib. Doktor C.Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoyub. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıdıb. Doktor 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini uğurla həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub. Tibb sahəsində qazandığı nailiyyətlər C.Heyətə geniş şöhrət gətirib.

Doktor C.Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınıb. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilib. Bir sıra beynəlxalq elmi toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında gün üzü görüb. C.Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olub.

C.Heyət bütün həyatını və fəaliyyətini əsasən cərrahlığa, həmin sahə üzrə araşdırmalara sərf edərək İranda nəzəri və eksperimental cərrahiyyənin əsasını qoyub, elmi-nəzəri və əməli uğurlarına görə 1983-cü ildə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib. Bundan sonra, 8 ildən artıq Tehranda Azad İslam Universitetinin Cərrahiyyə kafedrasına başçılıq edib. 

Fars dilində cərrahlıqla bağlı üçcildlik dərsliyin müəllifidir.

C.Heyət dostu Prof.Dr. Həmid Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoyub.
C.Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də, islamşünaslığa dair tədqiqatlar önəmli yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanıb.

Böyük alimin türkologiya sahəsində 300, tibb sahəsində 100 məqaləsi vardır.

İranda sonuncu inqilabdan sonra Azərbaycan dilinin elmi tarixi ilə doktor C.Heyət və doktor H.Nitqi məşğul olub. C.Heyət fars dilində çap etdirdiyi “Türk dilinin tarixi və ləhcələri” əsərini Pəhləvi rejimi zamanı İran dilçilik elminin və hakim ideologiyanın Azərbaycan dilinin özünə-məxsus müstəqil və zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq yazıb. 

Bundan əlavə, Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir.

“Varlıq” jurnalı  İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnaldır. Azərbaycan və fars dillərində çıxır. “Varlıq” İran islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılıb. Jurnalın gün üzü görməsində, özəlliklə C.Heyətin böyük rolu olub. (Prof.Dr. Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli jurnalın yaradılmasında və yaşamasında yaxından iştirak edib). C.Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib. Yazıların 80%-i Azərbaycan dilində, 20%-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Jurnalda Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. “Varlıq” jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.

C.Heyət 12 il “Daneşe pezeşki” (“Tibbi bilik”) jurnalını da nəşr etdirib. Jurnalda onun 70-ə yaxın elmi məqaləsi yayınlanıb. (1976-cı ildə Məhəmməd Rza Pəhləvi səltənətinin 50-ci və İran şahlarının 2500 ildönümü ilə bağlı yazı yayınlamadığı səbəbindən jurnal İranın dövlət təhlükəsizlik orqanı tərəfindən qapadılıb.)

C.Heyət BDU-nun, ATU-nun, “Xəzər” Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, ADPU-nun fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü olub.

Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb.

Türk Dil Qurumunun fəxri sədri, eləcə də, İstanbul Universitetinin fəxri doktoru olub.
C.Heyət II Fəxri Xiyabanda dəfn edilib.

RUHU ŞAD OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva
Oxşar xəbərlər
11:22, Bu gün
AMB-nin sədri: "Insurtech"lərin fəailiyyətinə təkan verəcəyik"
11:13, Bu gün
Azərbaycanda istehlakçılara qaytarılan vəsait 5 dəfə artıb
11:10, Bu gün
İcma beynəlxalq təşkilatları radikal erməni millətçi dairələrinə qarşı mübarizə aparmağa çağırıb
11:07, Bu gün
İranla İsrail arasında gərginlik davam edir: TƏFƏRRÜATLAR
11:00, Bu gün
Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək
10:56, Bu gün
Masazırda evdən 85 min manatlıq qızıl oğurlandı
10:54, Bu gün
Bakıda 10 yaşlı oğlan itkin düşüb
10:53, Bu gün
Taleh Kazımov: "Azərbaycanda sığorta sektoru son 3 ildə 34 % böyüyüb"
10:36, Bu gün
Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı
10:35, Bu gün
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
10:34, Bu gün
Naxçıvanda I rübdə 2 mindən çox daşınmaz əmlaka çıxarış verilib
10:28, Bu gün
"İqtisadiyyat uzunmüddətli şou qəbul eləmir"- İQTİSADÇI EKSPERT 
10:25, Bu gün
Bayram günlərində 32 avtoqəza olub, 9 nəfər ölüb
10:18, Bu gün
Kriştianu Ronaldu 2 oyunluq diskvalifikasiya ediləcək
10:11, Bu gün
Türkiyə HƏMAS ilə danışıqlar aparacaq
10:00, Bu gün
MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ: "Avtomobillərimiz buna görə tez-tez xarab olur"
09:52, Bu gün
Yerin dərinliyində nəhəng okean tapıldı: Bu nəzəriyyə dağıldı, aimlər çaş-baş qalıb
09:44, Bu gün
Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq
09:42, Bu gün
Qobudakı qəzalı hamamla bağlı rəsmi açıqlama: “Biz də maraqlıyıq...”
09:34, Bu gün
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
09:29, Bu gün
Şəkərin yeni təhlükəsi aşkarlanıb
09:25, Bu gün
Cəfəri və şüyüd xərçəngə qarşı- Yeni kəşf
09:19, Bu gün
Bu gecə Ukrayna ordusu ölkə ərazisinə atılmış bütün İran dronlarını məhv etdi...-RƏSMİ
09:15, Bu gün
Cəbrayılda minalar aşkarlanıb
09:11, Bu gün
Bu BÜRCLƏR ciddi sağlamlıq problemləri ilə üzləşəcək
08:58, Bu gün
İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
08:49, Bu gün
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?
08:39, Bu gün
İran İsrailə raket atdı, öz şəhərini vurdu
08:29, Bu gün
Yaşıl bananın faydaları nələrdir?
08:20, Bu gün
Rusiya irəliləyə bilər, özümüzü müdafiə etməliyik
08:17, Bu gün
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
08:12, Bu gün
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
08:04, Bu gün
ABŞ Ukraynaya dəstəyi DAYANDIRIR?
07:50, Bu gün
Çətir şimşəkdən qoruyurmu?
07:38, Bu gün
KİV: ABŞ İsrailin İrana hərbi cavabının “miqyas baxımından məhdud” olacağını gözləyir
07:32, Bu gün
Bu ölkə Tehrandakı konsulluğunu bağladı
07:25, Bu gün
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
07:22, Bu gün
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
07:14, Bu gün
Zibil sanıb atdığınız - Dərdlərə dərman
07:03, Bu gün
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
06:48, Bu gün
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
00:05, Bu gün
Semih Kılıçsoy üçün transfer təklifləri gəlməyə başladı
00:03, Bu gün
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
15 Apr 2024 | 23:58
Mətanət Əsədova: “Bacım gəlin gedəndə fikirdən sarılıq olmuşdum”
15 Apr 2024 | 23:52
Gürcüstanda "xarici agentlər" haqqında qanuna qarşı kütləvi etirazlar baş verib
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 23:42
Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - VİDEO
15 Apr 2024 | 23:33
DİN: Tbilisidə aksiyada təxribat törətmək istəyənlər var  
15 Apr 2024 | 23:31
Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşir, saxlanılanlar var
15 Apr 2024 | 23:29
91 yaşlı ana Kəlbəcərdə oğlunun şəhid olduğu ərazidə: Göz yaşlarını saxlaya bilmədi - VİDEO
15 Apr 2024 | 23:27
Amerikada yaşayan məşhur aparıcı pişik kafeyə gedib, VİDEO hazırladı-MARAQLI
15 Apr 2024 | 23:22
ABŞ Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib
15 Apr 2024 | 23:04
Bakıda çoxmərtəbəli binanın lifti işləmir: “Bələdçi rəhmətə gedib” - VİDEO
15 Apr 2024 | 22:58
Miller: ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır
15 Apr 2024 | 22:52
Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib
15 Apr 2024 | 22:48
Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - VİDEO
15 Apr 2024 | 22:45
Polşada məcburi ev tapşırığı LƏĞV OLUNDU
15 Apr 2024 | 22:39
Tikinti şirkəti məhkəyə verildi
15 Apr 2024 | 22:37
Bir neçə ölkənin XİN-i İranın səfirlərini İsrailə hücumlarla bağlı çağırıb
15 Apr 2024 | 22:32
Müntəzəm qarabaşaq yarması yemək üçün 5 səbəb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 22:25
Qırğız Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
15 Apr 2024 | 22:23
Naxçıvanın keçmiş maliyyə naziri və DGK-sinin sabiq şöbə rəisinin məhkəmə prosesi keçirilib
15 Apr 2024 | 22:23
“Şuşa sadəcə elmi və tarixi deyil, həm də dini mədəniyyətimizin ən parlaq nümunəsidir”
15 Apr 2024 | 22:20
Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq mədəniyyət günü”ndə iştirak edib
15 Apr 2024 | 22:15
Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi
15 Apr 2024 | 22:12
Gürcüstan DİN aksiyaçıları ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb
15 Apr 2024 | 22:03
2024-cü ilin ən dəbli şalvar modeli
15 Apr 2024 | 22:02
Türkiyədə sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürüb
15 Apr 2024 | 21:55
100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - VİDEO
15 Apr 2024 | 21:48
Ərdoğan: İslam dünyası birlik üçün səylərini artırmalıdır
15 Apr 2024 | 21:43
Bakıda məşhur həkim telefon nömrəsini şok qiymətə SATIR – FOTO
15 Apr 2024 | 21:42
“Azəralüminium”la şüşə zavodu arasında alqı-satqı qalmaqalı
15 Apr 2024 | 21:33
Polşa Avropanın raketdən müdafiə sisteminə qoşulmağı planlaşdırır
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 21:20
“Mançester Siti”nin oyunçusu qiymətli malikanəsinə sauna quraşdırdı
15 Apr 2024 | 21:17
Fahriye və Burakın oğlunun 5 yaşı tamam oldu - FOTO
15 Apr 2024 | 21:16
Onun fırçası şəhid atasının xatirələrini çəkir: Qanı ilə boyanan torpağı qızı kətana hopdurur - VİDEO
15 Apr 2024 | 21:15
Türkiyənin İQ-sü ən yüksək şəhərləri - SİYAHI
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:11
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
15 Apr 2024 | 21:09
Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:58
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
15 Apr 2024 | 20:56
39 yaşlı azərbaycanlı müğənninin toyudur: “Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” - VİDEO
15 Apr 2024 | 20:47
Seneqalda bir tondan çox kokain ələ keçirilib
15 Apr 2024 | 20:45
Ayın sonu ilə bağlı MÜJDƏ - Bu bürc sahibləri çoxlu pul qazanacaq
15 Apr 2024 | 20:39
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 20:13
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
15 Apr 2024 | 20:09
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
15 Apr 2024 | 20:03
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
15 Apr 2024 | 20:01
Şakiradan tamaşaçılarına xoş xəbər
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 19:50
İsrail Rəfaha hərbi hücumunu təxirə saldı
15 Apr 2024 | 19:42
O dünyaya gedənin ölüm sənədini bu dünyada niyə vermirlər? - VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
GÜNLÜK
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 11:48
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu - YENİLƏNİB
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
15 Apr 2024 | 11:56
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb - YENİLƏNİB + FOTO
15 Apr 2024 | 13:23
Maaş və pensiyalarda yeni artımlar olacaq? - VACİB AÇIQLAMA - VİDEO
15 Apr 2024 | 11:52
“Mən də Ajda Pekkan kimi olacağam” - Xoşqədəm
HƏFTƏLİK
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
09 Apr 2024 | 13:44
Pensiya alanların DİQQƏTİNƏ: "Yaxın günlərdə..." - RƏSMİ
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
09 Apr 2024 | 15:13
“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”-ÖZƏL+FOTO
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
AYLIQ
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 11:48
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu - YENİLƏNİB
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
15 Apr 2024 | 11:56
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb - YENİLƏNİB + FOTO
15 Apr 2024 | 13:23
Maaş və pensiyalarda yeni artımlar olacaq? - VACİB AÇIQLAMA - VİDEO
15 Apr 2024 | 11:52
“Mən də Ajda Pekkan kimi olacağam” - Xoşqədəm