“Azərbaycan Türkiyə ilə Konfenderativ əsasda birləşərsə...” - "Bununla təhlükəsizliyimiz ömürlük təmin olunacaq"
Cəmiyyət
Oxunub: 2330
12 Aug 2020 | 19:24
“Azərbaycan Türkiyə ilə Konfenderativ əsasda birləşərsə...” -
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimlərinin avqustun 10-dək keçiriləcəyi bildirilsə də, Müdafiə Nazirliyinin rəsmi məlumatında təlimlərin birinci mərhələsinin yekunlasmasından söhbət gedir. Əslində Azərbaycan ictimaiyyəti təlimlərin tez bitməsini gözləmir, hətta Türkiyə ordu bölmələrinin və döyüş texnikalarının ölkəmizdə qalmasını çox arzulayır.

Çünki artıq heç kəsə sirr deyil ki, himayədarlarının arxasında gizlənib Azərbaycan ərazilərinə iddia edən işğalçı Ermənistan Türkiyə ordusunun bölgəmizə gəlişindən və İrəvanın 56 km-liyində hərbi təlimlər keçirməsindən sonra Ankara-Bakı hərbi müttəfiqliyinin ciddiliyini anlamağa başlayıb. Artıq düşmənin “kürkünə birə düşüb” və Turan ordusunun yaradıldığı barədə vaxtaşırı materiallar dərc etməklə özlərinə dəstək axtarışına çıxıblar. Ancaq düşmənin nə söyləməsindən asılı olmayaraq, Azərbaycan və Türkiyə qardaşlığı öz sözünü deməkdədir. Elə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bu statusda ilk səfərini Türkiyəyə etməsi də Bakı-Ankara qardaşlığının əbədi olmasına növbəti sübutdur. Hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri çox mühüm mesajlar veriblər.

Ceyhun Bayramov deyib ki, Azərbaycan həmişə Türkiyənin haqq işini dəstəkləyir və türk xalqının yanındadır.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməlidir. “Türkiyə ilə münasibətlərin genişlənməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətidir. Bu münasibətlərin inkişafında iki ölkə rəhbərinin şəxsi dostluq münasibətləri, aralarındakı səfərlər xüsusi önəm kəsb edir. Bu gün hərtərəfli dinamik inkişafın müzakirəsi aparıldı. Çoxsaylı enerji və nəqliyyat məsələləri müzakirə edilib”, - nazir deyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumunu xatırladaraq deyib ki, Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq".

Göründüyü kimi, hər iki qardaş ölkənin XİN rəhbərləri dövlətlərarası əlaqələrin daha da inkişafında, ortaq maraqların və təhlükəsizliyin təmin olunmasında israrlıdırlar və ortaya konkret iradə qoyulub. Azərbaycanda əksər insanlar bu qənaətdədirlər ki, Türkiyə və Azərbaycan ordusu 102 il əvvəlki Qarabağ zəfərini təkfrarlamalıdır. Ermənistanın öhdəsindən gəlmək Azərbaycan ordusu üçün elə də çətin məsələ deyil, amma Türkiyə prezidenti demişkən, son baş verənlər göstərdi ki, bunlar Ermənistanın boyunu aşan məsələlərdir. O halda Bakı və Ankaranın bir yerdə olmasına əşhədü-ehtiyac yaranır.

Ancaq hansı şəkildə? Azərbaycan və Türkiyə silahlı qüvvələri hansı çətir altında bir araya gələ bilər, bu, Turan ordusunda mümkündür, yoxsa NATO-ya inteqrasiya halında? İllərdir ki, Türkiyə və Azərbaycanın konfederasiyada birləşməsi təklifi də vaxtaşırı gündəmə gətirilir. Necə ki, Belarus-Rusiya ittifaqı, yaxud Ermənistan-Rusiya hərbi birləşmələri mövcuddur, nədən Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi, yaxud iki dövlətin konfederasiyada birliyi mümkün olmasın?

Qeyd edək ki, artıq beynəlxalq ictimai rəy Azərbaycan və Türkiyənin bu istiqamətdə irəliyə addım atacağına şübhə etmir və ictimai rəy buna hazırdır. Düşmənin gözünü çıxaran, dostları isə qürurlandıram ötən 13 günlük hərbi təlimlərin sonucunda hansı qərar verilə, addımlar atlıla bilər? Ümumən geridə qalan təlimləri necə dəyərləndirmək olar? Ekspertlərimizdən maraqlı cavablar var.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a dedi ki, iyulun 29-dan start götürən və davam edən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri tarixə düşəcək: “Hər mənada bu təlimlər həm iki ölkədə, həm də ölkələrimizdən kənarda böyük ajiotaja və səs-küyə səbəb oldu. Əslində bunun belə olması çox yaxşı oldu. İki qardaş ölkələrin Silahlı Qüvvələri bu dəfə də Quru Qoşunları bölmələri və HHQ-nin aviasiya və döyüş helikopterləri ilə çox mürəkkəb döyüş elementlərini həm nəzəri, həm də praktiki şəkildə yerinə yetirdilər. Bu təlimlərin ən önəmli məqamlarından biri Quru Qoşunlarının bölmələrinin indiyə kimi sınaqdan keçirtmədikləri mürəkkəb taktiki elementləri məşq etmələri oldu. Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetirdilər. 

Əlbəttə ki, bu, ordumuzun həm təkbaşına, həm də lazım olan anda qardaş Türkiyə ordusu ilə bərabər sabah verilə biləcək hər hansı döyüş tapşırığının yerinə yetirilməsi elementlərini sınaqdan keçirilməsi üçün yaxşı fürsət oldu. Bu təlimlərin bir vacib elementi də iki qardaş ölkənin ordularının bir vahid komandanlıq altında bundan sonrakı təlim və real döyüş əməliyyatları zamanı istifadə olunması məqsədinə xidmət edəcək qərarların tez bir zamanda hüquqi bazasının yaradılmasıdır ki, bu istiqamətdə təcili addımlar atılmalıdır”. 

Ü.Cəfərov hesab edir ki, vaxt itkisi yolverilməzdir: “Baxın, qardaş Türkiyə ordusu qısa bir zamanda Nigerdə hərbi baza yaradacağını artıq bəyan etdi və bu istiqamətdə konkret addımlar da atılır. Biz də eyni şəkildə vaxt itirmədən bunu reallaşdırmalıyıq. Yəni Türkiyə ilə Azərbaycan arasında daimi əsaslarla orduların fəaliyyət göstərməsi və lazımı anda istifadəsi işləri beynəlxalq hüquqa söykənən prinsiplər əsasında möhkəmləndirilməlidir. Bunun üçün hər cür imkanlar mövcuddur və yalnız qətiyyətli qərarlar qəbul olunmalı və bunu birdəfəlik həll etməyimiz lazımdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qəzetimizə dedi ki, Türkiyə ilə Azərbaycan arasında birgə hərbi təlimlərin indiki gedişində də müttəfiqlər arasındakı əməkdaşlığın yeni konturlarının müzakirəsi davam edir: “Bu, təbiidir. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək istəyir və bu zaman Türkiyənin siyasi və hərbi dəstəyinə ehtiyac duyur. Əlbəttə, Azərbaycan ordusu qarşısına qoyduğu hədəflərə çatmaq iqtidarındadır. Ancaq Ermənistanın arxasında müxtəlif güclər var və həmin güclər Azərbaycanın hədəfinə çatmasını istəmirlər. Azərbaycanın həmin güclərlə mübarizədə Türkiyənin hərtərəfli dəstəyinə ehtiyacı var. 

Cəmiyyətimizdə Türkiyə ilə bağlı iki təklif gündəmdədir. Birinci təklif bundan ibarətdir ki, Türkiyənin Azərbaycanda hərbi bazaları olmalıdır. Bu, Azərbaycan üçün niyə vacibdir? 1990-cı illərin əvvəllərində torpaqlarımızı işğaldan azad etmək, gözlənilməz hücumların qarşısını almaq istəyəndə, müxtəlif güclər, ayrı-ayrı siyasi mərkəzlər, şimallı cənublu fərqli dövlətlər Azərbaycana problemlər yaratdılar. Hətta daxildə xaricdən idarə olunan çox ciddi təxribatların şahidi olduq. Biz nəinki döyüşlər zamanı əldə etdiyimiz torpaqları itirdik, düşmən daha çox ərazilərimizi işğal etdi. Bu acı təcrübədən çıxış edərək Türkiyənin Azərbaycanda hərbi bazalarının olmasını vacib hesab edirəm. Məsələn, Naxçıvan kimi strateji ərazimizdə qardaş ölkənin hərbi bazası olmalıdır ki, düşmən burada nə vaxtsa bizə problemlər yaratmağı ağlına gətirməsin. Abşeronda isə Türkiyənin hərbi hava qüvvələrinin bazası olmalıdır və türklərin müasir təyyarələri burada yerləşdirilməlidir”.

E.Şahinoğlu qeyd etdi ki, Türkiyənin hərbi bazaları Azərbaycanın təhlükəsizliyinin təminatçısı rolunda çıxış edəcək: “Necə ki, hazırda işğalçı ölkə olan Ermənistanda düşünürlər ki, Rusiyanın məlum hərbi bazaları onlara təhlükəsizlik üçün təminat verir, eynilə Türkiyənin də Azərbaycanda hərbi varlığı bizim təhlükəsizliyimizin qarantı rolunu oynayacaq. Bu, o demək deyil ki, türk ordusu Azərbaycanda yerləşməklə problemlərimizi bizim əvəzimizə həll etməlidir. Qətiyyən belə anlaşılmamalıdır. Ordumuz ilbəil öz gücünü xeyli artırır. Bunu ayrı-ayrı beynəlxalq hərbi araşdırma mərkəzlərinin hesabatlarında da görmüşük, keçirdiyimiz hərbi əməliyyatlar və təlimlərdə də bunun şahidi olmuşuq. Sadəcə olaraq dəstək lazımdır ki, sabah ərazilərimizi azad etməyə qalxanda, bütün gücümüzü ön cəbhəyə sərf edəndə ən azından arxa cəbhədəki təhlükəsizliyimizdən arxayın olaq. Əmin olmalıyıq ki, çətin günlərdə kimsə bizə 1990-cı illərdə olduğu kimi, arxadan zərbə vurmayacaq. Belə olan təqdirdə həqiqətən də biz Qarabağ istiqamətində işimizi rahat və effektiv görə biləcəyik”.

“Atlas” rəhbəri də qeyd etdi ki, Türkiyə ilə bağlı aparılan ikinci müzakirə mövzusu konfederasiyadır: “Bu mövzunun müzakirəsini də təbii sayıram. Bəziləri fikirləşir ki, Türkiyə ilə konfederativ əsasda birləşsək, bu, Azərbaycanın müstəqilliyinin itirilməsinə səbəb olacaq. Müstəqilliyimizə təhlükələr başqa istiqamətlərdəndir. Bəzən belə bir sual ağlıma gəlir ki, Atatürk Türkiyədə Cumhuriyyəti bir neçə il tez formalaşdırıb Azərbaycan Cumhuriyyəti ilə konfederasiya yaratsaydı, Rusiya məmləkətimizi işğal edə bilərdimi? Aydındır ki, Atatürkün o illərdə rus bolşevikləri ilə əlaqəsi var idi, onlardan silah alırdı və Azərbaycan Cumhuriyyətini işğaldan qorumaq çətin idi. Ancaq kommunistlərdən xoşu gəlməyən Atatürkün Azərbaycanın rus bolşevikləri tərəfindən işğalı ilə daxilən barışdığını söyləmək çətindir, əks halda o, ”Cumhuriyyəti bizdən əvvəl Azərbaycanda qurdular" ifadəsini işlətməzdi. Türkiyə ilə konfederativ əsasda birləşmək istəsək, sazişdə hər iki tərəfin hüquq və məsuliyyətləri müəyyənləşəcək, bu, o deməkdir ki, müstəqilliyimiz əsas tutulacaq".

NATO-ya inteqrasiya məsələsinə gəldikdə, politoloq bunları söylədi: “Gürcüstan NATO və Avropa İttifaqının üzvü olmaq istəyir. Gürcüstan bu yolla müstəqilliyini qorumaq və təhlükəsizliyini təminat altına almaq istəyir. Azərbaycanın NATO üzvü olması müxtəlif səbəblərdən problematikdir. Ancaq Azərbaycanın da təhlükəsizliyini əbədi təminat altına almaq istəyi var. Azərbaycan Türkiyə ilə konfederativ əsasda birləşməklə təhlükəsizliyinə ömürlük təminat almış olacaq. Buna baxmayaraq, xarici siyasətdə fərqli çalarlar mümkündür. Məsələn, Türkiyənin İsraillə münasibətləri soyuqdur, Azərbaycanınki isə yaxşıdır. Konfederativ əsasda birləşmə o demək olmamalıdır ki, Azərbaycan da Türkiyə kimi, İsraillə münasibətlərinə yenidən baxmalıdır. Əksinə, Türkiyənin Azərbaycanın yaxşı münasibətldə olduğu dövlətlərlə Bakı üzərindən dialoq imkanı yaranacaq və əksinə. Əlbəttə, konfederasiya mövzusu uzun müzakirələrin predmetidir. Bütün müsbət və mənfi tərəfləri öyrənilməlidir. Ancaq hərbi baza məsələsini uzatmaq olmaz”.

Ekspertlərimiz də ictimai rəyin qənaətini bölüşür. Heç şübhəsiz hökumətlər də “Bir millət”in rəyinə sayğılı və həssasdırlar. İnanaq ki, siyasi iradə xalqın səsini nəzərə alacaq, necə ki, 14 iyulda orduya dəstək məqsədilə küçələrə çıxan Azərbaycan xalqı əmr gözlədiyini bir nəfər kimi bəyan etdi və ölkənin birinci şəxsi də buna görə vətəndaşa təşəkkürünü bildirdi. İndilikdə nəzərlər Bakı və Ankaraya dikilib. Türkiyə ordusu ilə birgə addımlamağımız gücümüzü qat-qat artıracaq, bəlkə heç o zaman torpaqlarımızın azadlığı üçün böyük savaşada ehtiyac qalmayacaq...(azpolitika.info)
Oxşar xəbərlər
23:58, Bu gün
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
23:56, Bu gün
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
23:54, Bu gün
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
23:50, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
23:47, Bu gün
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
23:47, Bu gün
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
23:41, Bu gün
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
23:41, Bu gün
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
23:37, Bu gün
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
23:35, Bu gün
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
23:32, Bu gün
Bakıda bu evlər bahalaşdı
23:26, Bu gün
Gəncədə yaşayış binasın dam örtüyü yanır
23:20, Bu gün
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
22:55, Bu gün
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
22:50, Bu gün
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
22:47, Bu gün
İşıqforda güllə yağışı: Yaralılar var
22:44, Bu gün
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
22:43, Bu gün
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
22:41, Bu gün
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
22:38, Bu gün
İndoneziya Cakartaya xüsusi status verir
22:35, Bu gün
Dostunun ad günündə dava saldı: Həbs olundu
22:33, Bu gün
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
22:30, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
22:30, Bu gün
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
22:27, Bu gün
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
22:22, Bu gün
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
22:18, Bu gün
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
22:07, Bu gün
Quzu ətindən baha olan göbələk növü - VİDEO
22:03, Bu gün
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
21:59, Bu gün
Ən şanssız 4 bürc
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:30, Bu gün
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var