Xəbər verdiyimiz kimi, avqustun 12-də Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə telefon danışığında Rusiyanın Ermənistana göstərdiyi çoxsalı hərbi yardımlarla bağlı narahatlığını dilə gətirib, qarşı tərəfin bununla bağlı Azərbaycan tərəfinin suallarına aydınlıq gətirməsini tələb edib. Düşmənin Tovuz təxribatından sonra Rusiyadan Ermənistana hərbi yüklərin daşınmasının intensivləşdiyinə diqqət çəkən Azərbaycan prezidenti, işğlaçının son təxribatları fonunda sərhədyanı ərazidə məskunlaşan mülki insanlara cidid ziyan dəydiyini, bir çox evlərin dağıldığını vurğulayıb.
İlham Əliyevdən dünyanı heyrətləndirən siyasi cəsarət nümunəsi...
Prezident İlham Əliyevin Putinlə telefon danışığı zamanı Rusiyanın Ermənistana hərbi yardım göstərməsini faktlar əsasında ortaya qoyması və ciddi şəkildə qınaması, hər şeydən öncə ölkə başçımızın siyasi cəsarət nümunəsi hesab edilə bilər. Hansı ki, bu siyasi cəsarət nümunəsinin bütün dünyanı heyrətləndirəcək səviyyədə olduğu inkaredilməzdir. Latın Amerikasından tutmuş Afrika və Uzaq Şərqə qədər dünyanın istənilən nöqtəsində ciddi aktivlik sərgiləyən, ABŞ, Çin kimi ənənəvi rəqiblərinə belə bir çox məsələlərdə ciddi problemlər yaşadan, az qala bütün dünyaya öz iradəsini qətiyyətlə diktə edən Rusiyaya İlham Əliyevin bu şəkildə etirazı, Azərbaycan prezidentinin cəsarətindən, onun özünü haqlı bildiyi hər hansı bir məsələdə istənilən gücə qarşı etiraz etmək, milli maraqlarımızı qorumaq qüdrətinə malik olduğunu göstərdi. Baş verənlər göstərdi ki, prezident İlham Əliyev Azərbaycan maraqlarını yalnız Ermənistan kimi işğalçı dövlət qarşısında deyil, Rusiya kimi “dünya devi” qarşısında belə uğurla müdafiə etməyə, onu həqiqətin soyuq üzü ilə qarşı-qarşıya qoymağa, verdiyi qərarlara yenidən nəzər salmaq məcburiyyətində qoymağa qadirdir.
Heydər Əliyev gedişi və ya Kremlə verilən məntiq dərsi
İlham Əliyevin Vladimir Putinlə məlum telefon danışığı Heydər Əliyevin vaxtiylə Rusiyaya etdiyi oxşar məzmunlu etirazını yada salır. Hansı ki, ümummili lider də zaman-zaman Rusiyanın Ermənistanı silahlandırmasına ciddi etiraz etmiş, öz narazılığını açıq şəkildə Rusiya tərfinin diqqətinə çatdırmış, ondan izahat tələb etmişdir. Məhz Heydər Əliyevin bnu məsələdəki qəti mövqeyi, dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etməsi, Rusiyanın davranışında müəyyən redaktələrə səbəb olmuş, rəsmi Moskvanı bu məsələdə daha diqqətli olmağa vadar etmişdir. Heydər Əliyev konkret faktlar əsasında sübut etmişdir ki, Rusiyanın Ermənistana göndərdiyi silah-sursatlar heç də Gümrüdəki 102-ci rus bzasının möhkəmlənməsinə, Türkiyə ilə sərhədlərə malik Ermənistanın mümkün NATO təhlükəsindən müdafiəsinə xidmət etmir. Heydər Əliyev bu silahların Ermənistana verildiyini, İrəvanın isə bu fürsətdən istifadə edərək öz işğalçılıq siyasətinə davam etdiyini faktlar əsasında sübut etmiş, Rusiya tərəfinə sözün həqiiq mənasında məntiq dərsi keçmişdir. Hansı ki, Rusiya tərəfinin bu gün eyni dərsi prezident İlham Əliyevin timsalında yenidən aldığına şahid olmaqdayıq.
Bir telefon zəngi ilə gerçəkləşən beynəlxalq ifşa...
Prezident İlham Əliyevlə Rusiya prezidenti arasındakı 12 avqust tarixli telefon danışığını işğalçı Ermənistana havadarlıq edən dövlətin bir telefon zəngi ilə beynəlxalq miqyasda ifşası kimi də dəyərləndirmək mümkündür. Azərbaycan prezidentinin bu telefon danışığında qaldırdığı problem bir daha göstərdi ki, Rusiya for-postu sayılan Ermənistanı intensiv şəkildə silahlandırmaqla regionda hərbi qüvvələr balansını pozmağa, siyasi-iqtsiadi müstəqillikdən məhrum Ermənistanın əli ilə bölgəni nəzarətdə saxlamağa çalışır. Onu da unutmaq olmaz ki, Rusiyanın bu addımı hər şeydən öncə onun Minsk qrupunun həmsədri kimi siyasi-diplomatik fəaliyyətinə ziddir.
Baş verənlər həm də onu göstərdi ki, Rusiya Ermənistanı özü nəhəngliyində hərbi bazaya çevirməklə sadəcə Azərbaycan, Gürcüstan kimi region dövlətləri üçün deyil, Türkiyə və İran kimi dövlətlər üçün də ciddi təhdid mənbəyi formalaşdırır. Bu, həm də Rusiyanın Ermənistanı NATO və sivil dünyaya qarşı mübarizə mərkəzinə çevirdiyini, ondan öz maraqlarını qorumaq üçün vasitə kimi istifadə etdiyini göstərdi.
Bir sözlə, Azərbaycan prezidentinin 12 avqust tarixli telefon zəngi Rusiyanın Cənubi Qafqaz regionu ilə bağlı çoxillik siyasətinin əsl mahiyyətini ifşa etdi, bu siyasətin sülh və əminamanlığa xidmət etmədiyini isbatladı. Hansı ki, bunu Azərbaycan dövlətinin siyasi-diplomatik uğuru kimi qiymətləndirmək mümkündür və heç şübhəsiz ki, bu uğur dövlətimizin digər uğurları üçün də vəsilə rolunu oynayacaq.
Seymur ƏLİYEV
e-mail: [email protected]