“Türkiyə öz sözünü dedi – İndi top bizim meydandadır...”
Oxunub: 9804
13 Aug 2020 | 18:18
“Türkiyə öz sözünü dedi – İndi top bizim meydandadır...”
Qarabağ savaşının ilk  ən qaynar illərində Azərbaycanın yenicə formalaşan Müdafiə Nazirliyinin rəhbərlərindən olmuş general-mayor Tacəddin Mehdiyev Moderator.az-a müsahibəsində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən, qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi perspektivlərindən, torpaqlarımızın tezliklə azad edilməsi üçün görülməli olan digər həyati vacib işlərdən bəhs edib. 

-Tacəddin müəllim, Qarabağ savaşının ilk ən qaynar illərində yenicə yaranan Azərbaycan Müdafiə Nazirliyində nazir və müavin kimi çalışmış təcrübəli bir general olaraq son iki həftədə, az qala, bütün dünyanın diqqətini özünə cəlb etmiş Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini necə dəyərləndirirsiniz?..

-Son günlər uğurla davam edən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini çox yüksək dəyərləndirirəm.  Türk ordusunun  tərkibində yalnız quru qoşunları deyil, aviasiya, artilleriya və digər qoşun növlərinin də olduğu böyük bir qüvvə ilə Azərbaycana gəlməsi qardaş ölkənin bu tədbirə çox ciddi yanaşdığını göstərir.... 

Türkiyə ordusu hazırda dünyanın ən  güclü ordularından  biridir. NATO dövlətləri arasında da Türkiyənin quru qoşunları ən güclü hesab olunur. Türk ordusunun gücünü biz, xüsusən son illərdə Suriyada gördük, Liviyada gördük. Türk ordusu Türk dövlətinin, türk xalqının  təhlükəsizliyini təmin etmək üçün şücaətlər göstərdi və hansı uğurlara nail olduğunu bütün dünyaya nümayiş etdirdi....

Türk ordusunun əsas gücü nədədir? Ondadır ki, türk əsgərində, türk zabitində öz Vətəninə, xalqına, millətinə, dövlətinə, bayrağına böyük və sarsılmaz sevgi, Allaha sonsuz iman var. Hər bir türk hərbi qulluqçusu türk olduğu üçün qürur hissi keçirir... 

Mən  Qarabağ savaşının ilk illərində Müdafiə naziri  və nazirin müavini kimi çalışdığım dövrdə Türkiyə hərbçiləriylə çox təmasda olmuşam. Sizi əmin edirəm ki, Türk ordusunda olan nizam-intizam hətta Almaniya ordusunda da yoxdur.  Bu orduda belə bir hal yoxdur ki, komandir, general, zabitin verdiyi əmr yerinə yetirilməsin... Açığı, mən Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyində çalışan bir şəxs kimi Türkiyə Silahlı qüvvələrindəki nizam-intizama, subordinasiyaya həsəd aparırdım. Hələ 27-28 il öncə... Bu gün isə Türkiyə ordusu daha da inkişaf edib, daha da peşəkarlaşıb və o dövrdəkindən də qat-qat güclüdür... Bu gün hər bir Türk əsgərində  öz komandanlığına, zabit heyyətinə güclü inam və etibar var... Onlar daim inanır ki, Türkiyə ordusunun başında duranlar onları yalnız qələbəyə apara bilərlər...

Onu da vurğulamaq istərdim ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vaxtında Rusiyalı həmkarı Vladimir Putinin SSRİ-nin bərpası və Naxçıvanla bağlı sərsəm çıxışlarını anladı və buna adekvat tədbir görməyə qərar verdi. Naxçıvanın ermənilərə verilməsiylə də bağlı Rusiyada səslənən fikirlər artıq rəsmi Ankaranın səbir kasasını daşdırdı. Türklər də anladı ki, Moskvaya vaxtında cavab verilməsə, onun iştahı daha da artacaqdır... Miqyas və ərazicə misli görünməmiş   Azərbaycan-Türkiyə birgə təlimləri də bu cavabın tərkib hissələrindən biri oldu.  Və mən bir daha həmin təlimləri alqışlayıram... 

Mən səmada  Türkiyə və Azərbaycan təyyarə və vertolyotlarınınn birgə uçuşlarını görəndə çox böyük fərəh hissi keçirdim...  Bəziləri bu təlimlərə adi bir olay kimi yanaşır. Lakin əslində  hər bir təlimin öz hərbi-siyasi məqsədi, hədəfləri var.  Belə təlimlərdə yaxın gələcəkdə aparılacaq döyüş əməliyyatlarının modelləşdirilməsi aparılır. Və bu təlimlərin  nəzərdə tutulduğundan uzun çəkməsi və Türkiyə Müdafiə naziri və Baş Qərargah rəisinin böyük bir nümayəndə heyyəti ilə Azərbaycana gələrək həmin təlimlərin son mərhələsini müşahidə etməsi də diqqətəlayiqdir... Bu göstərir ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı yeni, həlledici bir mərhələyə qədəm qoyur...

-Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi  nə dərəcədə məqsədəuyğundur?

-Türk Silahlı Qüvvələrinin rəhbərlik, komandanlıq və şəxsi heyyət çərçivəsində böyük bir tərkiblə Azərbaycana gəlişindən sonra torpaqlarımızın azadlığı istiqamətində heç  bir ciddi nəticə əldə olunmadan geri dönməsi qətiyyən doğru olmaz. Bu, növbəti dəfə xalqın ümidlərini sarsıtmaq olardı... Əgər Rusiya və Ermənistan  25 ildir ki, birgə hərbi baza yaradıbsa, biz nədən Türkiyə ilə birgə öz ərazimizdə bazalar formalaşdırmayaq? Biz hələ çox gecikmişik...

Azərbaycanda Türkiyə bazalarının yaradılması regionda qüvvələr balansını sabitləşdirər və Rusiyanın bundan sonrakı bəd əməllərinin qarşısını alar... Son vaxtlar, xüsusən Tovuz döyüşləri və Türk-Azərbaycan birgə təlimləri başlandıqdan sonra Putinin qeyri-rəsmi sözçüsü hesab edilən Jirinovskinin çıxışlarına hamımız diqqət edirik... O deyir ki, Türkiyəni qətiyyən Azərbaycana yaxın buraxmaq olmaz, onlar gələcəkdə Turan dövləti yaradacaqlar. Odur ki, Rusiya ermənilərə görə Türkiyəyə güzəşt etməməli və türklərin Azərbaycanda baza yaratmasına imkan verməməliyik...

Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan dövlət rəhbərliyinin ən düzgün qərarı Türkiyənin Azərbaycanda hərbi bazalarının yaranmasına razılıq verməsi olacaq... Ona görə ki, biz qardaş xalqlarıq və təhlükəsizliyimizi də birgə təmin etməliyik. 

Bir sözlə, Türkiyə öz sözünü dedi – indi top  bizim meydandadır... Yəni biz qəti qərarımızı verərək qardaş ölkənin Azərbaycanda bazalarını qurmasına “hə” deməliyik... Və heç zaman Rusiyadan çəkinmək lazım deyil...  Belə bir məsəl var ki, qaçanı tez tutarlar... Odur ki,  biz Rusiya-Ermənistan birliyinin qarşısından qaçmalı deyilik. Əksinə, onların üstünə getməliyik ki,  bizim mübarizə aparmağa gücümüz olduğunu bir daha anlasınlar...

(Davamı var) 

Sultan Laçın

Oxşar xəbərlər
20:22, Bu gün
Türkiyədə “TikTok” qadağan oluna bilər
20:18, Bu gün
Hindistanda aeroport bomba xəbərinə görə döyüş hazırlığı vəziyyətinə gətirilib
20:13, Bu gün
Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?
20:04, Bu gün
Vüqar Əhmədov Qazaxda vətəndaşları qəbul edib
19:54, Bu gün
Heydər Əliyev Fondu və Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq müzakirə olunub
19:48, Bu gün
Sabah Yardımlı və Masallının bəzi ərazilərində qaz kəsiləcək
19:45, Bu gün
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
19:27, Bu gün
Cavanşir Məmmədovun ailəsi ilə son FOTOsu
19:22, Bu gün
Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib - YENİLƏNİB
19:21, Bu gün
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
19:20, Bu gün
Pakistanda kömür mədənində partlayış baş verib
19:17, Bu gün
Azərbaycanda azyaşlı məktəbdən sonra yoxa çıxdı
19:12, Bu gün
AK-nın qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Cənubi Qafqaza gəlir
19:02, Bu gün
Gürcüstan Parlamentinin Hüquq Komissiyası “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib
18:59, Bu gün
İran əlaqələri normallaşdırmaq istəyirsə, bu addımlardan əl çəkməlidir - Fazil Mustafa
18:53, Bu gün
“Evdar xanımlar estetik etdirməsin”
18:52, Bu gün
“Azərbaycanda toxunulmaz şəxs yoxdur və bundan sonra da olmayacaq”
18:51, Bu gün
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
18:45, Bu gün
Azərbaycan dünyada qızılcaya ən çox yoluxma olan ölkələr  sırasındadır - RƏSMİ
18:39, Bu gün
Siçanlarla genlərimiz eynidir? Tibbi araşdırmalarda niyə onlardan daha çox istifadə olunur?
18:31, Bu gün
Lənkəranda iki ay əvvəl yol qəzası nəticəsində komaya düşən şəxs xəstəxanada vəfat edib
18:19, Bu gün
Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək
18:15, Bu gün
Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub - Ermənistan Ədliyyə Nazirliyi
18:11, Bu gün
Şotlandiyanın baş naziri istefa verdi
18:10, Bu gün
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
18:00, Bu gün
Bakı və İrəvan arasında vasitəçilik cəhdi: sülh Azərbaycanın səylərini dəstəkləməklə mümkündür - ŞƏRH + FOTO
17:55, Bu gün
DİQQƏT! Bu şəxslər evsiz qala bilər - Mühüm XƏBƏRDARLIQ
17:50, Bu gün
Məktəbdən çıxıb itkin düşdü
17:47, Bu gün
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
17:45, Bu gün
Azərbaycan və BMT COP29 çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyəti müzakirə etdi - FOTO
17:43, Bu gün
Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi
17:39, Bu gün
Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi - FOTOLAR
17:35, Bu gün
Bayden Netanyahuya Rafaha hücumla bağlı öz mövqeyini ifadə edib
17:30, Bu gün
BDU-da yeni antimikrob təbiətli birləşmələrə dair tədqiqatlar aparılır - FOTO
17:25, Bu gün
Abşeronda narkokuryerlərə qarşı əməliyyat keçirildi - FOTO/VİDEO
17:21, Bu gün
Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO
17:17, Bu gün
Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı
17:14, Bu gün
İngiltərə klubundan Arda Gülər üçün 50 milyonluq təklif
17:12, Bu gün
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
17:10, Bu gün
Dövlət Neft Fondu bu il üç tona yaxın qızıl alıb
17:07, Bu gün
İspaniyanın baş naziri gözlənilən istefası ilə bağlı qərarını açıqladı - FOTO
17:03, Bu gün
"Nədən Putin nüvə silahını tətbiq etməyəcək?" - Polşa XİN rəhbəri
16:59, Bu gün
Azərbaycanda bu il ilk dəfə “Meta” platformasının səhmlərinə 179 milyon sərmayə qoyulub
16:58, Bu gün
BDU-nun adı 7 dəfə dəyişdirilib - Araşdırma
16:56, Bu gün
Mikayıl Cabbarov Əbdülhəmid Əlxəlifə ilə görüşdü - FOTO
16:52, Bu gün
Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
16:50, Bu gün
Hakan Fidanla Antoni Blinken arasında görüş olub - FOTO
16:48, Bu gün
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO
16:45, Bu gün
Temperatur iqlim normasından 12 dərəcə yuxarı olub
16:42, Bu gün
ABŞ-də şəhəri viran qoyan tornadonun qorxunc nəticələri: Ölənlər var - VİDEO
16:39, Bu gün
Təbrizdə kanalizasiya borusu partladı: Yaralılar var - FOTO/VİDEO
16:37, Bu gün
Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə görüşdü - FOTO
16:35, Bu gün
ADP İdarə Heyəti ABŞ-dan gələn zəngə münasibət bildirdi
16:33, Bu gün
ABŞ səfiri Qırmızı Qəsəbədə oldu - FOTO
16:31, Bu gün
Almaniya və Azərbaycan əlaqələrindəki inkişaf...
16:27, Bu gün
V “Raquf Orucov kuboku” beynəlxalq turniri keçiriləcək
16:24, Bu gün
Qadınlardan ibarət voleybol millimiz Qızıl Avropa Liqasının hazırlığına başlayıb - FOTO
16:22, Bu gün
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - TARİXDƏ İLK
16:20, Bu gün
"Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi olmayacağıq" - Qazaxıstan XİN
16:16, Bu gün
“PashaPay” - fintex dünyasında ikiillik innovasiya
16:12, Bu gün
Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olundu
16:07, Bu gün
Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı, bəzi məhsulların satışı dayandırıldı - FOTO
15:58, Bu gün
Azad edilmiş ərazilərdə 159 mina aşkarlandı
15:54, Bu gün
Salam Sarvanın son vəziyyəti açıqlandı
15:49, Bu gün
"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO
15:46, Bu gün
Anar Məmmədli saxlanıldı
15:43, Bu gün
İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu
15:38, Bu gün
Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi
15:33, Bu gün
Urmiya gölü altı aya quruyacaq - FOTO
15:27, Bu gün
Qırmızı dənizdə daha bir gəmiyə hücum olub - FOTO
15:22, Bu gün
DSMF Britaniyada 2024-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb
15:17, Bu gün
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
15:12, Bu gün
"Cəbhədə vəziyyət ağırdır, lakin hələlik nəzarət altındadır" - Sırski
15:07, Bu gün
Bakıda piyada özünün və sürücünün həyatını təhlükəyə atdı - ANBAAN VİDEO
15:02, Bu gün
Tavuşda UAZ markalı avtomobilin nümayişçilərin üzərinə sürülməsi ilə bağlı beş nəfər həbs edildi - VİDEO
14:57, Bu gün
Azərbaycanın Əməkdar jurnalisti VƏFAT ETDİ
14:52, Bu gün
Ermənistanda “avanqard müxalifət” boşluğu - Paşinyan cəmiyyəti necə “oyadacaq?”
14:47, Bu gün
“Volkswagen” brendinin Yenilənmiş Touareg avtomobili təqdim olundu - FOTOLAR
14:43, Bu gün
Blinkendən Əliyevə edilən zəngin “səsi” - TƏHLİL
14:38, Bu gün
Günel Zeynalova: "Qorxaq kişi sevməyin" - FOTO
14:34, Bu gün
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul etdi - YENİLƏNİB + FOTO
14:30, Bu gün
Yayda keçiriləcək imtahanlarla bağlı YENİLİK
14:26, Bu gün
Bakıda üç uşaq anasının iki sevgilisi də varmış: "Anası da bilirdi..." – ŞOK TƏFƏRRÜAT
14:25, Bu gün
“Bu, işğaldan azad edilən ərazilərin enerji ilə fasiləsiz təminatına imkan verəcək”
14:20, Bu gün
Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİ
14:16, Bu gün
Ermənistanda Robert Koçaryanın əmlakının müsadirə olunması tələb edilir
14:14, Bu gün
Qadından hədə-qorxu ilə pul tələb edən Lənkəran sakini saxlanıldı
14:09, Bu gün
Ceyhun Bayramov Qətərə getdi
14:05, Bu gün
Britaniya Rusiyanın Ukraynaya qarşı müharibədə itkilərini AÇIQLADI
13:55, Bu gün
FHN metroda təlim keçirdi - VİDEO
13:50, Bu gün
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı, açarlar təqdim olundu - YENİLƏNİB + FOTO
13:46, Bu gün
Prezident Yan Vanmini qəbul etdi - YENİLƏNİB + FOTO
13:42, Bu gün
FHN bu müəssisələrin lisenziyalarını ləğv etdi
13:38, Bu gün
"Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq" - Kamaləddin Qafarov
13:34, Bu gün
Xırdalanda gecə ilə ağacları kökündən çıxarıb izini itirdilər - FOTO/VİDEO
13:30, Bu gün
Sabah 32 dərəcə isti olacaq - HAVA PROQNOZU
13:27, Bu gün
BDU və ETSN-in təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi - FOTO
13:22, Bu gün
“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat müddəti uzadılıb
13:18, Bu gün
Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək
13:14, Bu gün
Xalq artisti Ramiz Quliyevlə görüş keçiriləcək
GÜNLÜK
28 Apr 2024 | 20:33
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
28 Apr 2024 | 23:00
Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI - YENİLƏNİB + VİDEO
07:21, Bu gün
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 22:49
May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...
06:37, Bu gün
Azərbaycanda ən çox və ən az çörək yeyilən  REGİONLAR - SİYAHI
28 Apr 2024 | 21:15
“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”
28 Apr 2024 | 21:55
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
28 Apr 2024 | 22:54
Əməkdar artistin dayanacaqlarla bağlı şikayətinə RƏSMİ CAVAB - YENİLƏNİB + VİDEO
28 Apr 2024 | 23:05
Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO
28 Apr 2024 | 22:00
Makron "Avropanı müdafiə etmək üçün" radikal addım atmağa hazırdır
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
28 Apr 2024 | 20:33
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
28 Apr 2024 | 23:00
Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI - YENİLƏNİB + VİDEO
07:21, Bu gün
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 22:49
May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...
06:37, Bu gün
Azərbaycanda ən çox və ən az çörək yeyilən  REGİONLAR - SİYAHI
28 Apr 2024 | 21:15
“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”
28 Apr 2024 | 21:55
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
28 Apr 2024 | 22:54
Əməkdar artistin dayanacaqlarla bağlı şikayətinə RƏSMİ CAVAB - YENİLƏNİB + VİDEO
28 Apr 2024 | 23:05
Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO
28 Apr 2024 | 22:00
Makron "Avropanı müdafiə etmək üçün" radikal addım atmağa hazırdır