Xəbər lenti
28/09/2020 [09:27]:
Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir - VİDEO
28/09/2020 [09:24]:
Ermənistan daha 15 hərbçisinin öldüyünü təsdiqlədi
28/09/2020 [09:14]:
Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir
28/09/2020 [09:11]:
XİN: Düşmən qüvvələri mülki şəxsləri və obyektləri hədəfə alır
28/09/2020 [09:11]:
Almaniyada yaşayan gənc ziyalılardan Ali Baş Komandana MÜRACİƏT...
28/09/2020 [09:10]:
Düşmənin daha 2 tankı məhv edilib
28/09/2020 [08:59]:
Müdafiə Nazirliyi: Düşmən sonuncu dəfə xəbərdar edilir
28/09/2020 [08:57]:
Sinan Oğan: “Paşinyanın beynini arvadı doldurub”
28/09/2020 [01:51]:
İranın Xarici İşlər naziri cəbhədəki gərginlikdən narahatlığını ifadə edib
28/09/2020 [01:50]:
Ceyhun Bayramovla ABŞ Dövlət katibinin müavininin telefon danışığı olub
28/09/2020 [01:31]:
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib - VİDEO
28/09/2020 [01:28]:
Müdafiə Nazirliyi: Düşmənin 550 nəfərdən artıq itkisi var
28/09/2020 [00:37]:
"Bunu ermənilər, onların havadarları istəyirdi və istədiklərini də alacaqlar..."
28/09/2020 [00:26]:
ABŞ Dağlıq Qarabağdakı vəziyyəti şərh edib
28/09/2020 [00:06]:
Azərbaycanda hərbi vəziyyət elan olundu
27/09/2020 [23:56]:
Azərbaycan Həkimləri İctimai Birliyi bəyanat yaydı
27/09/2020 [23:50]:
Murovdan Araza qədər – Zəfər sənindir, əsgər!
27/09/2020 [23:37]:
"Qədirbilən xalqımız nə pislikləri, nə də ədalətin yanında olanları yaddan çıxaracaq..."
27/09/2020 [23:28]:
Ömər aşırımından Araza qədər - bütün cəbhə xətti boyu döyüşlər gedir...
27/09/2020 [23:14]:
"1-2 günə Ermənistanda cəbhədə savaşacaq əsgər qalmayacaq" - Briqada generalı
27/09/2020 [23:08]:
BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi
27/09/2020 [23:06]:
Əslən azərbaycanlı olan məşhur aşpaz: “Nikol alınmadı” - VİDEO
27/09/2020 [22:45]:
XİN-dən ermənilərin mülki şəxslərin atəşə tutması ilə bağlı açıqlama
27/09/2020 [22:43]:
Ukraynanın ən böyük aviaşirkəti Qarabağdakı vəziyyətə görə İrəvana uçuşları dayandırdı
27/09/2020 [22:29]:
"Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm" - “Qarabağ”ın futbolçusu
27/09/2020 [22:28]:
Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı növbəti paylaşım - FOTO
27/09/2020 [22:11]:
Gürcüstan patriarxı cəbhədəki qarşıdurma ilə bağlı bəyanat yaydı
27/09/2020 [21:49]:
İstanbulda Qarabağa dəstək yürüşü - VİDEO
27/09/2020 [21:39]:
Gürcüstan parlamentinin deputatı: “Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar keçirir”
27/09/2020 [21:14]:
Hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir - Səfərbərlik Xidməti
27/09/2020 [21:05]:
Milli Məclisin Sədr müavini Adil Əliyev: "Qələbə Şanlı Ordumuzundur!"
27/09/2020 [21:03]:
Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib - VİDEO
27/09/2020 [20:50]:
Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ
27/09/2020 [20:49]:
Türkiyədə COVID-19-dan ölənlərin sayı 8 minə çatır
27/09/2020 [20:48]:
“Qalatasaray”dan Azərbaycan ordusuna dəstək - FOTO
27/09/2020 [20:37]:
"Azərbaycan tarixi bir fürsət əldə edib"
27/09/2020 [20:28]:
Diaspor sədri: “Yenilməz mif olan erməni lobbisi buz kimi əriyir”
27/09/2020 [20:19]:
Azərbaycanlı hakerlər 90-dək erməni saytını dağıdıblar
27/09/2020 [20:18]:
Pakistan Müdafiə Nazirliyindən Azərbaycana dəstək
27/09/2020 [20:15]:
Hikmət Hacıyev: “Sosial şəbəkələrin Ermənistan seqmentində yayılmış məlumatlar tamamilə yalandır”
27/09/2020 [20:01]:
Kamikadze-dronumuz Qarabağda Ermənistanın S-300 zenit-raketini məhv etdi
27/09/2020 [20:01]:
Mövlud Çavuşoğlu: “Ermənistan yenə həddini aşıb”
27/09/2020 [19:59]:
Ermənilərin top atəşi nəticəsində Naftalanda bir ailənin 5 üzvü həlak olub
27/09/2020 [19:34]:
FHN-in müvafiq qüvvələri Ağdam və Tərtərə cəlb edilib
27/09/2020 [19:22]:
Prezident hərbi vəziyyətin elan edilməsi haqqında fərman imzalandı
27/09/2020 [19:20]:
Ordumuzun azad etdiyi ərazilər - XƏRİTƏ
27/09/2020 [19:14]:
Xaricdə yaşayan azərbaycanlılar bəyanat yayıb Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib
27/09/2020 [19:12]:
Müdafiə Nazirliyi: Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib
27/09/2020 [19:11]:
Ermənilər yaşlı və qocaları da orduya çağırır
27/09/2020 [19:10]:
Murovdağdakı yüksəkliklərin işğaldan azad olunmasının əhəmiyyəti açıqlandı
27/09/2020 [19:06]:
Ermənistan Azərbaycana qarşı kiberhücumlar həyata keçirir - RƏSMİ
27/09/2020 [19:05]:
Ermənistan ordusunun itkiləri açıqlandı
27/09/2020 [19:03]:
Komendant saatı elan olunan şəhər və rayonlar açıqlandı - SİYAHI
27/09/2020 [18:56]:
Hikmət Hacıyev: "Mülki obyektlərə dəymiş ziyan araşdırılır"
27/09/2020 [18:50]:
Prezidentin köməkçisi: "Azərbaycan-Ermənistan sərhədində əməliyyat aparılması informasiyası yalandır"
27/09/2020 [18:49]:
Prezidentin köməkçisi: "İşğal olunan ərazilərin azad edilməsi üçün əməliyyatlar davam edir"
27/09/2020 [18:46]:
Hərbi vəziyyətin tətbiq edildiyi rayonlar açıqlandı
27/09/2020 [18:45]:
Ermənilər Ağdərədən qaçırlar - VİDEO
27/09/2020 [18:42]:
Ceyhun Bayramov Sergey Lavrovla cəbhədəki vəziyyəti müzakirə ediblər
27/09/2020 [18:41]:
Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub - Rəsmi XƏBƏR
27/09/2020 [18:39]:
Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub
27/09/2020 [18:14]:
“Vəziyyət gərgindir, itkilərimiz var” - Paşinyan
27/09/2020 [18:05]:
Müdafiə Nazirliyinin saytında yaranmış problemin səbəbi açıqlandı
27/09/2020 [17:53]:
MM bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib - YENİLƏNİB
27/09/2020 [17:50]:
NATO-nun xüsusi nümayəndəsindən cəbhədəki vəziyyətlə bağlı açıqlama
27/09/2020 [17:45]:
Milli Məclis hərbi vəziyyət elan edilməsi ilə bağlı məsələni müzakirə edir
27/09/2020 [17:31]:
Türkiyə və Azərbaycan Xarici İşlər nazirləri Qarabağdakı vəziyyəti müzakirə ediblər
27/09/2020 [17:10]:
İran cəbhədəki vəziyyətə münasibət bildirib
27/09/2020 [17:07]:
"Biz Ordumuzun qalibiyyət əzminə, Dövlətimizin gücünə inanırıq!"
27/09/2020 [17:02]:
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib
27/09/2020 [17:00]:
“Silahlı Qüvvələrimizin hər bir uğurunun arxasında xalqın orduya, ali baş komandana olan sevgi və dəstəyi dayanır”
27/09/2020 [16:57]:
“Bu, zəfərin başlanğıcıdır - artıq şəhadət çağıdır...”
27/09/2020 [16:43]:
Qələbə xəbərini verən İTV aparıcısı göz yaşlarını saxlaya bilməyib - VİDEO
27/09/2020 [16:38]:
BQXK tərəfləri mülki şəxsləri fərqləndirməyə çağırır - AÇIQLAMA
27/09/2020 [16:34]:
Ordumuz Ağdərə qarnizonunu mühasirəyə aldı: Komandanlığa təslim olmaq təklif edildi...
27/09/2020 [16:24]:
Zakir Həsənov Ermənistanın təxribatının detallarını açıqladı
27/09/2020 [16:21]:
Səfərbərlik Xidmətindən düşmənin təxribat xarakterli məlumatlarına SƏRT REAKSİYA
27/09/2020 [16:18]:
Mülki əhalidən yaralananların sayı 14-ə çatıb - Baş Prokurorluq
27/09/2020 [15:55]:
Düşmənin döyüş texnikaları belə məhv edildi - VİDEO
27/09/2020 [15:49]:
“Bayrağımız Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə dalğalanmalıdır”
Bütün arxiv bir sırada
14/08/2020 [10:37] - Cəmiyyət - ( 2645 dəfə baxılıb)

“Məmmədyarovun rəhbərlik etdiyi dövr XİN tarixində ”qara səhifə"dir"




Xarici İşlər Nazirliyindəki (XİN) həbslərdən 40 gün keçir. Ötən müddət ərzində üzə çıxanlar Azərbaycanın xarici siyasətini müəyyən edən qurumda rüşvət və korrupsiya bataqlığının gerçək olduğunu təsdiqləyir. Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) iyulun 3-ü və 10-da XİN-də keçirdiyi əməliyyatlar zamanı tutulan məmurların ifadələri, onların qeyd dəftərçələri deməyə əsas verir ki, XİN-in “kolxoz bazarı” səviyyəsinə endirilməsi uzun bir prosesin nəticəsi olub.

Keçmiş xarici işlər naziri, 10 il Latviya və Estoniyada ölkəmizin səfiri olmuş Tofiq Zülfüqarov hələ 2016-cı ilin yanvarında XİN-də böhran yetişdiyini söyləmişdi.

Tofiq Zülfüqarov XİN-dəki son hadisələri, həbsləri “Yeni Müsavat”a şərh edərkən Elmar Məmmədyarovun quruma rəhbərlik dövrü indi də “qara səhifə” adlandırıb. Bu səhifənin qapanmasına sevindiyini gizlətməyib.

“Bizim XİN-dəki problemlər adi gözlə də görünürdü. Və belə görünür ki, bu problemlər təkcə bizə yox, prezidentə də məlumdur. Ancaq nöqsanların aradan qaldırılması üçün artıq  addımlar atılır. XİN-də nöqsanlar çoxdur və bunu orada işləyən insanlar yaxşı bilirlər. Hesab edirəm ki, bəzi məsələlərə çox ciddi şəkildə aydınlıq gətirilməlidir”,- deyə o bildirib.  

- Siz XİN-dəki həbslərə münasibət bildirərkən demişdiz ki, bu təkcə korrupsiya məsələsi deyil, milli maraqlar məsələsidir. Söhbət nədən gedir?

- Prezident də XİN-lə bağlı danışarkən dedi ki, müxtəlif hallar var, hətta xaricdə olan qüvvələrə xidmət məsələsi də var. Bəzi vacib olan bəyanatlar verilməyib, bəziləri isə kimlərinsə xoşuna gəlmək üçün verilib. Hazırda XİN-lə bağlı proses gedir,   yoxlamalar var.

- Elmar Məmmədyarov ötən müddət ərzində özünü heç nə baş verməmiş kimi aparıb,  “mən ilin çox hissəsini səfərlərdə olmuşam” deməklə bütün yükü müavinlərinin üzərinə atıb. Vəziyyət həqiqətən də Elmar Məmmədyarovun dediyi kimidir?

- Təbii ki, belə deyil. Büdcədə nəzərdə tutulan pullar  bu və digər ehtiyaclara xərclənir. Təbii ki, bütün pullar nazirin imzası ilə xərclənir. Maliyyə məsələlərində söz sahibi, sonuncu imza atan şəxs odur. Maliyyə hesabatları hər bir təşkilatda aparılır. Nə olsun ki, xarici səfərlərdə olub? Bu bir az gülməli bəhanə kimi gəlir.

- Elmar Məmmədyarovun fəaliyyətini necə qiymətləndirərdiniz?

- Onun rəhbərlik etdiyi dövr XİN tarixində “qara səhifə”dir”. Maliyyə-büdcə yeyintiləri, rüşvətxorluq, hətta prezidentin qeyd etdiyi kimi, digər qüvvələrə işləmək və Azərbaycanın maraqlarının lazımi səviyyədə təmin olunmaması, ölkəmizin maraqlarına zidd olan əməllərin törədilməsinin şahidi olmuşuq. Qarabağ danışıqlarından sonra yalançı ümidlər verilir, hər dəfə fərqli fikirlər söylənilirdi. Əslində isə danışıqlar imitasiyadan başqa bir şey deyildi. Doğrusu, həbslərdən sonra xeyli vaxt keçib və bunun davamı yoxdur. Xoşagəlməz vəziyyət odur ki, bütün baş verənləri müavinlərə “yükləmək” cəhdini görürük. Hamı bilir ki, orada kadr təyinatı məsələsində böyük yanlışlar, rüşvətxorluq vardı.

- Yeri gəlmişkən, Elmar Məmmədyarovun nazirliyinin son dövründə, DTX-nin məlum əməliyyatlarından 1 ay əvvəl eks deputatlardan birinin 1 milyon dollar qarşılığında səfir göndərilməsi iddiaları da vardı. Sonradan həmin təyinat da baş tutdu. Sizcəb belə təyinatlarla ölkəmizin milli maraqlarını təmin etmək mümkündürmü?

- Konkret bu haqda bilgim yoxdur, amma müxtəlif iddialar mövcud idi. Digər hallarla bağlı da iddialar vardı və əməliyyatlar zamanı biz bunu gördük. Bunlar Azərbaycanın milli maraqlarına ziddir. İndiki mərhələdə bu işlərdə adları keçən hər kəs qanunla nəzərdə tutulmuş qaydada istintaq cəlb olunmalıdırlar. Amma XİN-lə bağlı məsələlərin bir qədər çox ictimailəşdirilməsinin tərəfdarı da deyiləm. Burada dövlətin də maraqları mövcuddur. Bu təşkilata aid bəzi məsələlər məxfi qalmalıdır. Bu mənə də xoş deyil, amma milli maraqlar baxımından məxfi olması yaxşıdır.

- Elə bu gizli saxlanılma, məxfilik XİN-də və digər dövlət qurumlarında rüşvət və korrupsiya bataqlığı yaratmır ki?

- Razıyam, haqlısız. Amma biz müharibə şəraitindəyik və bəzi məqamlarda bu məlumatlardan qarşı tərəf istifadə edəcək. Bunu biz başa düşməliyik. Bu işlərdə əli olan hər kəs qanun qarşısında cavab verməlidir, bu, birmənalıdır. Amma məsələnin çox da, ictimailəşməsinin tərəfdarı deyiləm. XİN-lə bağlı məhkəmələrin bəzi hallarda qapalı keçirilməsinin tərəfdarıyam.

- Elmar Məmmədyarovun müavinlərindən Ramiz Həsənov və Nadir Hüseynovun istintaqa çağırılaraq saatlarla dindirilməsi haqda məlumatlar var. Sizcə, proses Elmar Məmmədyarovun həbsi ilə nəticələnəcəkmi?

- Cinayət törədən insanlar adətən çalışırlar ki, digər insanları da ləkələsinlər. Təbii ki, istintaq hər bir məsələni araşdırıb nəticəyə gələcək. 

- Ramiz Həsənov haqda da fikirləriniz maraqlı olardı.

- Onunla işləməmişəm. Barəsində nəsə deyə bilmərəm. Adətən günahı olan insanlar çalışırlar ki, günahlarını başqa insanların üzərinə atsınlar.

- Elmar Məmmədyarovun məsuliyyət məsələsi həll edilməlidirmi?

- Qanun çərçivəsində aparılan araşdırmalarla günahkar sayılsa, cinayətləri sübuta yetirilsə, təbii ki, hər bir vətəndaş kimi qanun qarşısında cavab verməlidir.

loading...
Potensiyanı gücləndirən və əhval-ruhiyyəni yaxşılaşdıran məhsul... - MARAQLI
20 yaşlı qıza təcavüz edib, dilini kəsdilər - DƏHŞƏT...
"90 faizi elmi işini pulla yazdırır, ona görə də ortaya çıxarmağa 5-6 dəyərli alimimiz yoxdur"
Maskasız qadın elektroşok cihazı ilə zərərsizləşdirildi - VİDEO
"Naməlum ölkə" Azərbaycan almalarına Rusiya bazarında "meydan oxuyur"...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Hadisə
"Bunu ermənilər, onların havadarları istəyirdi və istədiklərini də alacaqlar..."
Cəmiyyət
Ömər aşırımından Araza qədər - bütün cəbhə xətti boyu döyüşlər gedir...
Cəmiyyət
Kamikadze-dronumuz Qarabağda Ermənistanın S-300 zenit-raketini məhv etdi
Cəmiyyət
Murovdağdakı yüksəkliklərin işğaldan azad olunmasının əhəmiyyəti açıqlandı
Cəmiyyət
Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım

Yazar
İlham İsmayıl
Murovdan Araza qədər – Zəfər sənindir, əsgər!
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Seymur Verdizadə
Kartofu da, kokaini də xaricdən alırıq...
Həftənin ən çox oxunanları
10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO
Şəbnəm Tovuzlunun erotik dərdi...
Azərbaycanda nazir erməni gözəlçəsinin gecə təklifini rədd edib kabinetindən qovdu...
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı...”+FOTOLAR
Separatçı rejim ermənilərin Qarabağdan təcili təxliyyəsi  haqda qərar verdi?..- FOTO-SƏNƏD
Zərurət yaransa, bu maşınları sizdən ala bilərlər: Bilməli olduğumuz müharibə qanunları...
Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ
Röya, Natəvan və Elnarənin elə arxiv şəkili yayıldı ki..- FOTO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247