Xəbər lenti
28/09/2020 [10:18]:
Füzulidə döyüşlər davam edir - düşmənin ən çox itki verdiyi cəbhə bölgəsi
28/09/2020 [10:16]:
G20 liderləri sammitinin keçiriləcəyi tarix və format məlum olub
28/09/2020 [10:14]:
Angela Merkel Aleksey Navalnı ilə görüşüb
28/09/2020 [10:07]:
Azərbaycanın tanınmış idmançıları orduya dəstək olur
28/09/2020 [09:56]:
Pentaqonda çalışan azərbaycanlı polkovnikdən Azərbaycana dəstək
28/09/2020 [09:56]:
Ukraynada təyyarə qəzasından sağ çıxan yeganə şəxs danışdı
28/09/2020 [09:55]:
Türkiyənin tanınmış siyasətçisindən Azərbaycan dəstək
28/09/2020 [09:49]:
Talış ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi: Düşmən xeyli itki verdi
28/09/2020 [09:27]:
Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir - VİDEO
28/09/2020 [09:24]:
Ermənistan daha 15 hərbçisinin öldüyünü təsdiqlədi
28/09/2020 [09:14]:
Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir
28/09/2020 [09:11]:
XİN: Düşmən qüvvələri mülki şəxsləri və obyektləri hədəfə alır
28/09/2020 [09:11]:
Almaniyada yaşayan gənc ziyalılardan Ali Baş Komandana MÜRACİƏT...
28/09/2020 [09:10]:
Düşmənin daha 2 tankı məhv edilib - VİDEO
28/09/2020 [08:59]:
Müdafiə Nazirliyi: Düşmən sonuncu dəfə xəbərdar edilir
28/09/2020 [08:57]:
Sinan Oğan: “Paşinyanın beynini arvadı doldurub”
28/09/2020 [01:51]:
İranın Xarici İşlər naziri cəbhədəki gərginlikdən narahatlığını ifadə edib
28/09/2020 [01:50]:
Ceyhun Bayramovla ABŞ Dövlət katibinin müavininin telefon danışığı olub
28/09/2020 [01:31]:
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib - VİDEO
28/09/2020 [01:28]:
Müdafiə Nazirliyi: Düşmənin 550 nəfərdən artıq itkisi var
28/09/2020 [00:37]:
"Bunu ermənilər, onların havadarları istəyirdi və istədiklərini də alacaqlar..."
28/09/2020 [00:26]:
ABŞ Dağlıq Qarabağdakı vəziyyəti şərh edib
28/09/2020 [00:06]:
Azərbaycanda hərbi vəziyyət elan olundu
27/09/2020 [23:56]:
Azərbaycan Həkimləri İctimai Birliyi bəyanat yaydı
27/09/2020 [23:50]:
Murovdan Araza qədər – Zəfər sənindir, əsgər!
27/09/2020 [23:37]:
"Qədirbilən xalqımız nə pislikləri, nə də ədalətin yanında olanları yaddan çıxaracaq..."
27/09/2020 [23:28]:
Ömər aşırımından Araza qədər - bütün cəbhə xətti boyu döyüşlər gedir...
27/09/2020 [23:14]:
"1-2 günə Ermənistanda cəbhədə savaşacaq əsgər qalmayacaq" - Briqada generalı
27/09/2020 [23:08]:
BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi
27/09/2020 [23:06]:
Əslən azərbaycanlı olan məşhur aşpaz: “Nikol alınmadı” - VİDEO
27/09/2020 [22:45]:
XİN-dən ermənilərin mülki şəxslərin atəşə tutması ilə bağlı açıqlama
27/09/2020 [22:43]:
Ukraynanın ən böyük aviaşirkəti Qarabağdakı vəziyyətə görə İrəvana uçuşları dayandırdı
27/09/2020 [22:29]:
"Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm" - “Qarabağ”ın futbolçusu
27/09/2020 [22:28]:
Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı növbəti paylaşım - FOTO
27/09/2020 [22:11]:
Gürcüstan patriarxı cəbhədəki qarşıdurma ilə bağlı bəyanat yaydı
27/09/2020 [21:49]:
İstanbulda Qarabağa dəstək yürüşü - VİDEO
27/09/2020 [21:39]:
Gürcüstan parlamentinin deputatı: “Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar keçirir”
27/09/2020 [21:14]:
Hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir - Səfərbərlik Xidməti
27/09/2020 [21:05]:
Milli Məclisin Sədr müavini Adil Əliyev: "Qələbə Şanlı Ordumuzundur!"
27/09/2020 [21:03]:
Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib - VİDEO
27/09/2020 [20:50]:
Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ
27/09/2020 [20:49]:
Türkiyədə COVID-19-dan ölənlərin sayı 8 minə çatır
27/09/2020 [20:48]:
“Qalatasaray”dan Azərbaycan ordusuna dəstək - FOTO
27/09/2020 [20:37]:
"Azərbaycan tarixi bir fürsət əldə edib"
27/09/2020 [20:28]:
Diaspor sədri: “Yenilməz mif olan erməni lobbisi buz kimi əriyir”
27/09/2020 [20:19]:
Azərbaycanlı hakerlər 90-dək erməni saytını dağıdıblar
27/09/2020 [20:18]:
Pakistan Müdafiə Nazirliyindən Azərbaycana dəstək
27/09/2020 [20:15]:
Hikmət Hacıyev: “Sosial şəbəkələrin Ermənistan seqmentində yayılmış məlumatlar tamamilə yalandır”
27/09/2020 [20:01]:
Kamikadze-dronumuz Qarabağda Ermənistanın S-300 zenit-raketini məhv etdi
27/09/2020 [20:01]:
Mövlud Çavuşoğlu: “Ermənistan yenə həddini aşıb”
27/09/2020 [19:59]:
Ermənilərin top atəşi nəticəsində Naftalanda bir ailənin 5 üzvü həlak olub
27/09/2020 [19:34]:
FHN-in müvafiq qüvvələri Ağdam və Tərtərə cəlb edilib
27/09/2020 [19:22]:
Prezident hərbi vəziyyətin elan edilməsi haqqında fərman imzalandı
27/09/2020 [19:20]:
Ordumuzun azad etdiyi ərazilər - XƏRİTƏ
27/09/2020 [19:14]:
Xaricdə yaşayan azərbaycanlılar bəyanat yayıb Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib
27/09/2020 [19:12]:
Müdafiə Nazirliyi: Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib
27/09/2020 [19:11]:
Ermənilər yaşlı və qocaları da orduya çağırır
27/09/2020 [19:10]:
Murovdağdakı yüksəkliklərin işğaldan azad olunmasının əhəmiyyəti açıqlandı
27/09/2020 [19:06]:
Ermənistan Azərbaycana qarşı kiberhücumlar həyata keçirir - RƏSMİ
27/09/2020 [19:05]:
Ermənistan ordusunun itkiləri açıqlandı
27/09/2020 [19:03]:
Komendant saatı elan olunan şəhər və rayonlar açıqlandı - SİYAHI
27/09/2020 [18:56]:
Hikmət Hacıyev: "Mülki obyektlərə dəymiş ziyan araşdırılır"
27/09/2020 [18:50]:
Prezidentin köməkçisi: "Azərbaycan-Ermənistan sərhədində əməliyyat aparılması informasiyası yalandır"
27/09/2020 [18:49]:
Prezidentin köməkçisi: "İşğal olunan ərazilərin azad edilməsi üçün əməliyyatlar davam edir"
27/09/2020 [18:46]:
Hərbi vəziyyətin tətbiq edildiyi rayonlar açıqlandı
27/09/2020 [18:45]:
Ermənilər Ağdərədən qaçırlar - VİDEO
27/09/2020 [18:42]:
Ceyhun Bayramov Sergey Lavrovla cəbhədəki vəziyyəti müzakirə ediblər
27/09/2020 [18:41]:
Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub - Rəsmi XƏBƏR
27/09/2020 [18:39]:
Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub
27/09/2020 [18:14]:
“Vəziyyət gərgindir, itkilərimiz var” - Paşinyan
27/09/2020 [18:05]:
Müdafiə Nazirliyinin saytında yaranmış problemin səbəbi açıqlandı
27/09/2020 [17:53]:
MM bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib - YENİLƏNİB
27/09/2020 [17:50]:
NATO-nun xüsusi nümayəndəsindən cəbhədəki vəziyyətlə bağlı açıqlama
27/09/2020 [17:45]:
Milli Məclis hərbi vəziyyət elan edilməsi ilə bağlı məsələni müzakirə edir
27/09/2020 [17:31]:
Türkiyə və Azərbaycan Xarici İşlər nazirləri Qarabağdakı vəziyyəti müzakirə ediblər
27/09/2020 [17:10]:
İran cəbhədəki vəziyyətə münasibət bildirib
27/09/2020 [17:07]:
"Biz Ordumuzun qalibiyyət əzminə, Dövlətimizin gücünə inanırıq!"
27/09/2020 [17:02]:
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib
27/09/2020 [17:00]:
“Silahlı Qüvvələrimizin hər bir uğurunun arxasında xalqın orduya, ali baş komandana olan sevgi və dəstəyi dayanır”
27/09/2020 [16:57]:
“Bu, zəfərin başlanğıcıdır - artıq şəhadət çağıdır...”
Bütün arxiv bir sırada
14/08/2020 [11:32] - Cəmiyyət - ( 1039 dəfə baxılıb)

Böyüklərin uşaqpulu problemi - yeni gəlişmələr



Milli Məclis işçi qrup yaradır, dinləmə keçirir, ekspertlər təkliflərini təqdim etməyə hazırdırlar...
2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin Milli Məclisdə müzakirələri zamanı diqqət mərkəzində olan məsələlərdən biri də uşaqpulu oldu. Parlamentin çoxsaylı üzvləri hökuməti uşaqlı ailələrə dəstək mexanizminin işə salınmasına çağırdılar.

Belə ki, müzakirələr zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli  ən kasıb ölkələrdə belə uşaq pulu verildiyini deyib: “Pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaqpulu isə strateji məsələdir. 600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. Uşaqpulu verilsəydi, daha yaxşı olardı”. O bildirib ki, pensiya qocalar üçün sığorta puludur, uşaqpulu isə uşaqlar, ailələr üçün sığorta pulu olardı: “Nazirimiz deyir ki, buna 2,5 milyarddan artıq pul lazımdır. Əgər sosial müavinət məsələsini saxlamaq mümkündürsə, saxlayaq.

Tahir Kərimli parlament jurnalistlərini ittiham edib | Report.az
Tahir Kərimli

Saxlamaq mümkün deyilsə, bunu ləğv edək, yerinə uşaqpulu verək. Bu sosial müavinət 15-20 faizin xeyrinədir. Bu, Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi uşaqpulunu istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq, bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir. Bizim valyutaehtiyatımız var, ildə onun 1 milyardını bunun üçün ayıraq. Biz populistlik etmirik. Bu yaşımızdan sonra özümüzü kimə göstəririk?”

Sabir Rüstemhanlı - Vikipedi
Sabir Rüstəmxanlı

Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır: “Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir. Uşaqpulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik. İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaqpulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaqpulu verilməsi məsələsinin bərpası ilə bağlı addım atmalıdır”.

Deputat Musa Quliyev: “Tələbləri yerinə yetirmək lazımdır”
Musa Quliyev

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, uşaqpulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib: “Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Sovet vaxtından qalan uşaqpulunun məbləği o qədər az idi ki, verilməsə, ondan yaxşı idi. Bu gün uşaqpulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədə uyğundur. Uşaqpulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verilə bilər. Təklif edirəm ki, deputatlardan ibarət işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq bunun, büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq”.

Bu müzakirələrdən bir həftə sonra T.Kərimli Milli Məclisin rəhbərliyi səviyyəsində uşaqpulu ilə bağlı işçi qrup yaradıldığını deyib. O, “Report”a açıqlamasında bildirib ki, parlamentin payız sessiyasında xüsusi komitədə uşaqpulu məsələsi müzakirə olunacaq: “Məni də həmin işçi qrupun işində iştirak etməyə dəvət ediblər. Hesab edirəm ki, uşaqpulu çox vacib məsələdir”.

Xeyli insan işsiz siyahısına qoşulub - Əli Məsimli
Əli Məsimli

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli isə qeyd edir ki, Milli Məclisə seçkilər zamanı görüşlərdə əhalinin qaldırdığı məsələlər arasında uşaqpulu məsələsi xüsusi yer tutub: “Ona görə də Milli Məclisin istər yaz sessiyasında, istərsə də ondan sonra keçirilən növbədənkənar sessiyalarında uşaqpulu məsələsi deputatlar tərəfindən ən çox qaldırılan məsələlərdən birinə çevirildi. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi payız sessiyasında bir neçə sosial xarakterli məsələ üzrə dinləmələr keçirməyi planlaşdırır. Həmin dinləmələrdən biri də uşqapulu məsələsinə həsr olunacaq”.

Əli Məsimli bildirib ki, müzakirədə qeyri-hökumət təşkilatları və digər ekspertlər də iştirak edəcək: “Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev tərəfindən həm parlamentdə, həm də mətbuatda səsləndirilən fikirlərə istinad edərək demək olar ki, payızda qeyri-hökumət təşkilatlarını və digər ekspertləri də dəvət etməklə, dinləmə şəklində, ya da İşçi Qrup yaradıb araşdırma aparmaqla həmin sosial xarakterli məsələlərə, o cümlədən uşaqpulu məsələsinə də baxılacaq” (Qaynarinfo).

Vüqar Bayramov: Dəstək proqramı çərçivəsində bir sıra sahibkarlar ...
Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, payızda qurumda uşaqpulu da daxil olmaqla, bir neçə sosial məsələ ilə bağlı dinləmələr keçirilməsi nəzərdə tutulur: “Uşaqpulu məsələsi Milli Məclisin növbədənkənar sessiyasının son plenar iclasında müzakirə olundu, payızda bununla bağlı dinləmələrin keçirilməsi qeyd olundu. Bundan sonra məsələ ilə bağlı hansısa işçi qrupunun yaradılması, onun üzvlərinin kimlər olması barədə məndə məlumat yoxdur. Parlament həmin iclasdan sonra yenidən tətilə getdi, bu baxımdan, Tahir müəllimin dediyi işçi qrupla bağlı məlumatlı deyiləm. Amma Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvüyəm. Komitəmiz parlamentdə sosial məsələlərlə məşğuldur. Bu baxımdan, belə bir işçi qrup yaradılacaqsa, ondan bizim komitənin də məlumatı olacaq”.

V.Bayramov bildirir ki, işçi qrup yaradılarsa, özlərinin uşaqpulunun ödənməsi mexanizmi ilə bağlı təkliflərini ora təqdim edəcəklər: “Biz bununla bağlı inkişaf etmiş ölkələrdən İtaliya təcrübəsinin tətbiqinin daha məqsədəuyğun olduğunu hesab edirik. İtaliya təcrübəsində uşaqpulu ünvanlı verilir - ailələrin illik gəlirinə uyğundur. İllik gəliri müəyyən həddən aşağı olan ailələlərə dövlət uşaqların böyüdülməsi üçün dəstək verir. Bu təcrübənin Azərbaycanda tətbiq olunması üçün illik gəlir bəyannamələrinin təqdim olunması mexanizmi tətbiq edilməlidir. Mən bununla bağlı gəlir deklarasiyalarının təqdim olunmasına dair qanunverici bazanın yaradılmasını təklif etmişəm. Gəlir deklarasiyaları təqdim olunarsa, ailələrin gəlirləri barədə dəqiq məlumatlar əldə olunar və ona uyğun aşağı gəlirli ailələrə dövlət tərəfindən dəstək verilər. Biz digər ölkələrin, həmçinin MDB ölkələrinin təcrübəsini də öyrənmişik. İşçi qrupu formalaşdırılarsa, öz bilgilərimizi və təkliflərimizi təqdim edərik”.

Sahib Məmmədov (ictimai-siyasi xadim) — Vikipediya
Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, “uşaqpulu” verilməsini təklif edənlər konkretləşmə aparmalıdırlar: “Hazırda Azərbaycanda 10 növ uşaq müavinəti (uşaq pulu) verilir. Ümumiyyətlə isə uşaq müavinətlərinin növləri çoxdur. Birdəfəlik, ünvanlı və s.

Ona görə də kimsə “uşaq pulu” verilməsini tələb və ya təklif edirsə, bildirməlidir ki, nəyi nəzərdə tutur. Məsələn, mənim bir sıra təkliflərim var. Onlardan birini deyim nümunə üçün: Ölkədə Ünvanlı Dövlət Sosial Yardımı alan ailələrdə 1 yaşınadək uşaqlara əlavə müavinət verilir. Mən təklif edirəm ki, bu yaş həddi 3 olsun. Bu yaxşı təklifdi, ya pis, onu qoyaq kənara. Amma bu konkret təklifdi. Yoxsa “uşaq pulu” deyilən müavinət sistemi haqqında elementar məlumatı olmayanların mücərrəd təklifləri havaya deyilən sözdən başqa heç nə deyil".

S.Məmmədovun sözlərinə görə, Azərbaycanda demoqrafik problem yalnız cinslə bağlıdır: “Yəni selektiv abort nəticəsində qızların sayı azalır. Bu halda doğuşun stimullaşdırılması üçün bəzi mənfi göstəriciləri olan ölkələrin ”ana kapitalı" tipli müavinətləri bizdə keçərli deyil. Bizdə əhali hər il hər 1000 nəfərə 8,4 nəfər artır. Az qala dünya rekordu sayıla bilər. Misal üçün Rusiyada uzun illərin səylərindən sonra bu rəqəm 0-a çatıb. Macarstanda isə mənfi 7-dir".

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”
Rəşad Həsənov

Qeyd edək ki, bəzi hökumət təmsilçiləri pandemiya nəticəsində gəlirlərin azaldığı indiki şəraitdə uşaqpulu verilməsini təklif etməyin düzgün yanaşma olmadığını bildirirlər. İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, uşaqpulu mexanizmi orta və uzunmüddətli dövr üçün hesablanan addım olaraq pandemiya yaratdığı böhran kimi qısamüddətli təsirlərlə əlaqələndirilməli deyil: “Bu gün parlamentdə müzakirələrin başlanması, işçi qrupunun yaradılması hələ uşaqpulu mexanizminin işə salınması demək deyil. Hətta hökumət məsələyə liberak yanaşsa belə, bunun üçün qanunverici bazanın formalaşdırılması, konkret icraya başlanması ən yaxşı halda bir il vaxt aparacaq. Ümid edirəm ki, başlanan müzakirələr məsələnin sosial problemlərin qabardığı hazırkı dövrdə gündəmi məşğul etmək üçün müvəqqəti aktuallaşdırılması deyil”.

Pandemiyanın fiskal gəlirlərə ciddi mənfi təsir göstərdiyini deyən ekspertin sözlərinə görə, hətta büdcənin indiki parametrləri ilə xərclənməsinə effektiv nəzarətin təmin olunması yolu ilə uşaqpulu mexanizminin işə salınması üçün vəsait tapmaq mümkündür: “Büdcə xərcləmələrində korrupsiyanın aradan qaldırılması, səmərəsiz xərclərin ixtisar olunması, qeyri-effektiv layihələrin kənara qoyulması yolu ilə xeyli miqdarda vəsaitə qənaət etmək mümkündür. Daha bir mənbə dövlət şirkətlərində idarəetmənin effektivliyinin artırılması yolu ilə bu şirkətlərə ayrılan subsidiyalara qənaət edilməsi ola bilər. Nəzərə almaq lazımdır ki, il ərzində belə dövlət şirkətlərinə 1,5 milyard manatdan yuxarı subsidiya ayrılır. Bu qədər vəsaitə qənaət olunması uşaqpulu mexanizmini tətbiq etmək üçün yetər də, artar da. Hökumət nəzərə almalıdır ki, uşaqpulunun verilməsi sosial tələbdir. Bu tələbin nəzərə alınması, ailələrə ciddi dəstək mexanizminin işə salınması çox vacibdir”.

loading...
Potensiyanı gücləndirən və əhval-ruhiyyəni yaxşılaşdıran məhsul... - MARAQLI
20 yaşlı qıza təcavüz edib, dilini kəsdilər - DƏHŞƏT...
"90 faizi elmi işini pulla yazdırır, ona görə də ortaya çıxarmağa 5-6 dəyərli alimimiz yoxdur"
Maskasız qadın elektroşok cihazı ilə zərərsizləşdirildi - VİDEO
"Naməlum ölkə" Azərbaycan almalarına Rusiya bazarında "meydan oxuyur"...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Hadisə
"Bunu ermənilər, onların havadarları istəyirdi və istədiklərini də alacaqlar..."
Cəmiyyət
Ömər aşırımından Araza qədər - bütün cəbhə xətti boyu döyüşlər gedir...
Cəmiyyət
Kamikadze-dronumuz Qarabağda Ermənistanın S-300 zenit-raketini məhv etdi
Cəmiyyət
Murovdağdakı yüksəkliklərin işğaldan azad olunmasının əhəmiyyəti açıqlandı
Cəmiyyət
Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım

Yazar
İlham İsmayıl
Murovdan Araza qədər – Zəfər sənindir, əsgər!
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Seymur Verdizadə
Kartofu da, kokaini də xaricdən alırıq...
Həftənin ən çox oxunanları
10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO
Şəbnəm Tovuzlunun erotik dərdi...
Azərbaycanda nazir erməni gözəlçəsinin gecə təklifini rədd edib kabinetindən qovdu...
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı...”+FOTOLAR
Separatçı rejim ermənilərin Qarabağdan təcili təxliyyəsi  haqda qərar verdi?..- FOTO-SƏNƏD
Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ
Zərurət yaransa, bu maşınları sizdən ala bilərlər: Bilməli olduğumuz müharibə qanunları...
Röya, Natəvan və Elnarənin elə arxiv şəkili yayıldı ki..- FOTO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247