Rusiyanın Tovuz döyüşlərindən sonra Ermənistana 400 ton dəyərində sialh-sursat verməsi Azərbayacnda ciddi narazılığa səbəb olub. Bununla bağlı dövlətimizin mövqeyini açıq şəkildə Rusiya prezidentinin diqqətinə çatdıran prezident İlham Əliyev, Rusiyanın Azərbaycan tərəfinin suallarına aydınlıq gətirməsinin vacibliyini vurğulayıb.
Maraqlıdır, Rusiyanın məlum addımı onun Minsk qrupundan uzaqlaşadırılması üçün əsas ola bilərmi? Azərbaycan bu faktdan istifadə edib Rusiyanın beynəlxalq müstəvidə hansısa şəkildə cəzalandırılmasına nail ola bilərmi?
Moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bunu mümkün hesab etmədiyini bildirdi:
"Rusiyanın Ermənistana silah verməsi yeni hal deyil. Moskva bundan öncə də Ermənistanı müdafiə edib. Bu, hər zaman özünü aydın hiss etdirib. Bu fakt Rusityanın həmsədrlikdən uzaqlaşdırılması üçün yetərli faktor deyil. Bizim buna gücümüz çatmaz. Çünki bu faktor elə seçilib ki, hər güc mərkəzindən bir nümayəndə burada təmsil olunub. ABŞ və Rusiya ilə yanaşı, Avropanı təmsil edən Fransa Minsk qrupunda yer alır. Bura hansısa dövləti əlavə etmək və ya hansısa dövləti buradan çıxarmaq mümkün deyil. Biz torpaqlarımızı işğaldan azad etməliyik. Biz qalib gəlməliyik. Çünki qalib gələcəyimiz halda, mühakimə olunmayacağımıza əminəm”.
Seymur ƏLİYEV