“Müdafiə haqqında qanunda Baş Qərargah rəisinin vəzifə və səlahiyyətləri göstərilməyib”
Qarabağ savaşının ilk ən qaynar illərində Azərbaycanın yenicə formalaşan Müdafiə Nazirliyinin rəhbərlərindən olmuş general-mayor Tacəddin Mehdiyev Moderator.az-a müsahibəsində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən, qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi perspektivlərindən, torpaqlarımızın tezliklə azad edilməsi üçün görülməli olan digər həyati vacib işlərdən bəhs edib.
(Əvvəli burada: //www.moderator.az/news/338855.html)
-Tacəddin müəllim, torpaqlarını işğaldan azad etməli ölkə genişmiqyaslı hərbi əməliyyatlara başlamamışdan öncə hansı tədbirləri görməlidir?
-Ötən söhbətimizdən birində Qarabağın azad edilməsi ilə bağlı konsepsiyamı Prezident Administrasiyasıına göndərməyimdən bəhs etmişdim. Təəssüf ki, bu günədək həmin konsepsiya barədə mənə heç bir cavab verilməyib...
Sizə müharibədən öncə səfərbərlik resurslarının hazırlanması barədə danışmışdım. Həmin konsepsiyada bir sıra digər maddələr də irəli sürmüşdüm. Əgər nəzərdə tutduğum işlər dövlətimiz tərəfindən görülübsə, lap yaxşı. Görülməyibsə, mən hərb sənətini bilən bir vətəndaş kimi onları bir daha xatırlatmağı özümə borc bilirəm...
Mən hələ neçə illər öncə hərbi doktrinanın Azərbaycana uyğun variantını yazıb hazırlamışam... Savaşı udmaq üçün ilk növbədə dövlətin uğurlu hərb siyasəti olmalıdır. Və həmin siyasətin əsasında hərbi doktrina və Müdafiə haqqında qanun qəbul olunmalıdır. Əfsuslar olsun ki, bizim bu günkü Müdafiə haqqında qanun bir sıra tələblərə cavab vermir. Həmin qanun əsasən Rusiyanın eyni qanunundan köçürmədir. Amma maraqlı odur ki, Rusiyanın Müdafiə haqqındakı qanununda hərbi məsələlərlə bağlı Prezidentin – Ali Baş Komandanın, Müdafiə nazirinin və Baş Qərargah rəisinin, eləcə də digər güc və təhlükəsizlik strukturları rəhbərlərinin vəzifə və səlahiyyətləri aydın şəkildə göstərilib. Təəssüf ki, bizim Müdafiə haqqında qanunda Baş Qərargah rəisinin heç bir vəzifə və səlahiyyəti göstərilməyib. Belə çıxır ki, Baş Qərargah rəisi hansısa müdafiə və ya hücum əməliyyatına görə heç bir məsuliyyət daşımır. Bu, nə cür ola bilər ki?.. Halbuki rusların eyni qanununda Baş Qərargah rəisinin vəzifə və səlahiyyətləri nazirinkilərdən iki dəfə artıqdır...
Müharibəni başlamaq üçün dövlətin və onun güc strukturlarının müharibəni aparmaq konsepsiyası olmalıdır. Prezident Administrasiyasına yolladığım konsepsiyada bu haqda geniş yazılıb...
Səfərbərlik ehtiyatları barədə qısa danışmışdıq. Ehtiyatda olan zabit, çavuş və əsgərlərdən ibarət ehtiyat tabor, alay və briqadalar yaradılmalı, onlar mütəmadi olaraq toplantı-təlimlərə çağırılmalıdır. Hər bir əsgər konkret hansı silaha, yaxud texikaya sahib olduğunu bilməli və onlardan döyüş şəraitində düzgün davranmağı bacarmalı, öz kiçik və böyük komandirlərini tanımalı və gərək olan kimi döyüşə hazır vəziyyətdə sırada dayanmalıdır...
Digər məsələ ehtiyat hərbi birləşmələrin işğal altındakı ərazilərimizin adlarına və relyeflərinə uyğun adlandırılması və təşkil olunmasıdır. Məsələn, Laçın dağ-atıcı briqadası, Füzuli piyada briqadası, Kəlbəcər dağ-atıcı briqadası, Ağdam, Qubadlı, Zəngilan və s. briqadaları... Və həmin briqadaları 1-ci Qarabağ savaşında adları çəkilən və çəkilməyən bölgələrimizdə döyüş əməliyyatlarında iştirak etmiş keçmiş hərbçilərdən (xüsusən həmin bölgələrin sakinləri) və son zamanlar ordudan təxris olunmuş eyni bölgə sakinlərindən təşkil olunmalıdır. Belə təcrübədən İkinci Dünya müharibəsi zamanı Sovet ordusu da yararlanıb. Məsələn, o zaman Ukrayna cəbhəsi, Belarus cəbhəsi, Taqanroq diviziyası və s. var idi...
Bizdə məsələn, Laçın briqadası yaradılsa, Laçında Arif Paşayev kimi bütün rayon camaatı arasında nüfuzu olan polkovniki həmin briqadaya komandir təyin etmək və dediyim kimi, həmin hərbi birləşmə onun rəhbərliyi ilə əsasən regional prinsiplə - yerli hərbçilərdən və o ərazilərdə döyüşlərdə olmuş keçmiç döyüşçülərdən təşkil olunmalıdır. Yaxud eyni cür briqada Tovuzda məşhur döyüşçü bozqurd Etibar Əmiraslanovun rəhbərliyi ilə yaradılmalıdır. Ona görə ki, işğal altındakı və yaxud müdafiə olunmalı sərhədyanı bölgələr yerli adamların öz vətənidir və onlar həmin torpaqlar uğrunda canla-başla vuruşacaqlar. İkincisi, onların ata-babalarının, qohum-əqrəbalarının məzarları o torpaqlardadır. Və üçüncüsü, həmin insanlar o əraziləri yaxşı tanıyırlar...
Canlı qüvvədən əlavə texnika və avadanlıqların da səfərbərlik ehtiyatı olmalıdır. Məsələn, döyüşdə irəlidə gedən tank, yaxud PDM vurulursa, artilleriya qurğusu sıradan çıxırsa, onlar vaxt itirmədən yenisi ilə əvəzlənməlidir. Odur ki, uzunmüddətli əməliyyatlar üçün hərbi texnika, tanklar, zirehli maşınlar, aviasiya, artilleriya qurğuları, rabitə, kəşfiyyat və mühəndis qurğuları, tibbi texnika və ləvazimatlar və s. mütləq hazırlanmalıdır. Bundan əlavə bütün texnikaların ehtiyat hissələrinin rezervi də təşkil olunmalıdır. Döyüş zamanı vurulan texnikaların ərazidən təxliyyə olunması və onların təmiri mexanizmləri də dəqiq işlənib hazırlanmalıdır...
Hərbi əməliyyatlar zamanı ən vacib məsələlərdən biri də ehtiyat silah-sursatın ayrıca əsgərdən tutmuş alaya, briqadaya, korpusadək lazımi və düzgün miqdarda bölüşdürülməsi və çatdırılması mexanizmlərinin işlənib- azırlanmasıdır. Məsələn, hər hansı yük maşınına müxtəlif markalı güllə və ya mərmidən neçə yeşik yükləmək mümkün olduğu, hər bir standart silah-sursat yeşiyinin çəkisi öncədən hesablanmalıdır...
Müharibə zamanı həlledici amillərdən biri də müvafiq ərzaq ehtiyatlarının toplanması və müxtəlif ölçülü və təyinatlı hərbi birləşmələr arasında öncədən bölüşdürülməsidir...
Eyni zamanda informasiya müharibəsinə ciddi hazırlaşmaq gərəkdir. Bu, müasir müharibədə qələbə qazanmaqda həlledici rol oynayır. İşğalçı Ermənistanın 1990-cı illərdən bəri necə davrandığı gözümüz önündədir. Məsələn, özləri hücum edir, amma dünyaya car çəkirlər ki, Azərbaycan bizə hücum edir... Odur ki, informasiya savaşını biz mütləq udmalıyıq. Bütün dünya bizim haqq olduğumuzu bilməlidir... Təəssüflər olsun ki, bizim diaspor təşkilatları bu sahədə çox zəif işləyir... Sadəcə, xaricdə Vətəni, dövləti, Qarabağı sevən insanlar xaricdə ermənilərə qarşı müxtəlif tədbirlər təşkil edirlər...
Müharibəni udmağın əsas şərtlərindən biri də düşmənin mövcud və ehtiyatda olan canlı qüvvəsi və texnikası haqda məlumatlı olmaqdır. Yəni kəşfiyyat məsələsi... Nə qədər texniki və texnoloji vasitələr olsa da, ən dəqiq məlumatı düşmən ərazisində kəşfiyyat məqsədilə atılan canlı qüvvədir...
Digər ən vacib məsələlərdən biri də rabitədir. Döyüşdə rabitə yoxdursa, deməli, idarəetmə yoxdur. İdarəetmə yoxdursa, pərakəndəlik, özbaşınalıq, xaos və sonda məğlubiyyət baş verir. Odur ki, rabitə sisteminin sıradan çıxacağı təqdirdə bizim ehtiyat rabitə sistemi olmalıdır ki, əlaqələr itməsin...
Genişmiqyaslı hərbi əməliyyatlara zamanı yaralıların döyüş meydanından çıxarılması, onların daşınması, müxtəlif növlərə bölünməsi(yüngül yaralı, orta yaralı, ağır yaralı) də böyük əhəmiyyət kəsb edir. Məsələn, sual olunur ki, döyüş gedə-gedə ilk növbədə hansı yaralıya yardım göstərilməlidir: ağır yaralıya, yoxsa yüngül... Çoxları elə bilir ki, öncə ağır yaralıya yardım edilməlidir. Amma insani baxımdan nə qədər ağır olsa da, müharibə gerçəkliyi ilk növbədə yüngül yaralıya yardım olunmasını tələb edir. Çünki onun tezliklə sağalıb döyüşə qayıtması vacibdir. 1-ci Qarabağ savaşında belə şeyləri çox görmüşük, bir nəfər cüzi də olsa, yaralanan kimi, 5-10 döyüşçü atılırdı, ona yardım etməyə və təbii ki, onların arasında bunu bəhanə edib döyüşdən kənarlaşmağa çalışan qorxaqlar da olurdu. Bu minvalla, deməli, 5 nəfər yaralananda artıq 25 nəfər döyüş də iştirak edə bilmirdi...
-Bəs atəşkəsdən bəri ötən bu 26 il ərzində torpaqların azad edilməsini tezləşdirmək üçün düşmənə qarşı hansı digər yardımçı əməliyyatlar aparıla bilərdi?
-Bəli, biz müharibəni başlamaq üçün, azı, 15-20 il gecikmişik. Biz çoxdan öz ərazimizdə antiterror və kəşfiyyat-diversiya əməliyyatları aparmalıydıq... Bəziləri deyir ki, Qarabağda partizan hərəkatı başlatmaq lazımdır. Ancaq onlar bilmir ki, partizan hərəkatı aparmaq üçün işğal altındakı ərazilərdə yerli əhali qalmalıdır. Hazırda Qarabağda bir nəfər azərbaycanlı qalıbmı? Odur ki, biz mümkün olanı etməliyik... Antiterror əməliyyatları apara bilməsək də, son 15-20 ildə bizim orada kəşfiyyat-diversiya qruplarımız işləməliydi. Qeyd edim ki, həmin qrupların da özəyi o ərazilərdən döyüşlərdə olmuş, yerli insanlardan təşkil olunmalıdır. Əgər həmin qruplar işləsəydi, ermənilər gecə-gündüz məcbur olub öz qoşunları ilə onlara qarşı mübarizə aparacaqdı, bu da düşmən ordusunun qüvvələrini parçalayacaq, onu əldən salacaqdı... İkincisi, heç kəs cürət edib orada nə məskunlaşmaz və ya hansısa yaşayış binası, obyekt və s. tikdirməzdi... Heç bir xarici ölkə sahibkarı, hətta Ermənistanın özü də Qarabağa sərmayə qoymazdı. Biz həmin hərbi əməliyyatları öz ərazimizdə apardığımız üçün heç bir beynəlxalq təşkilat və ya dövlət də buna görə bizi qınaya bilməzdi... Və əgər indi də biz torpaqlarımızı azad etmək üçün müharibəyə hazırlaşırıqsa, öncədən kəşfiyyat-diversiya qrupları mütləq düşmənin olduğu ərazilərdə işləməlidir. Dəqiq məlumat verməlidir: canlı qüvvələr hansı istiqamətdə, nə qədər toplanıb, artilleriyası, zirehli texnikası haradadır. Və silah-sursat anbarları, eləcə də Ermənistandan Qarabağa gələn körpülər partladılmalı, yollar sıradan çıxarılmalıdır...
Hazırda bütün bu sadalanan işlərin hamısını Baş Qərargah rəisi hazırlamalıdır, bunlara o, cavabdehdir. Amma öncədən dediyim kimi, bizim qanunda Baş Qərargah rəisinin vəzifə və səlahiyyətləri göstərilməyib. Hələ sovet dövründə biz hərbi akademiyada təhsil alanda hərbi qərargahlar haqqında təlimatı da öyrənirdik. Orada Baş Qərargahdan tutmuş, tabor hərbi qərargahınadak hər kəsin vəzifəsi dəqiqliklə göstərilirdi. Əgər hər hansı birləşmənin komandiri cəzalandırılırdısa, qərargah rəisi də onunla burgə cəzalandırılmalıydı. Bizdə belə çıxır ki, hansısa uğursuzluq baş versə, yalnız Müdafiə naziri günahkar olacaq, onu azad etmək, yaxud həbs etmək olsa da, Baş Qərargah rəisi heç bir məsuliyyət daşımayacaq....
Belə olmaz axı... Özü də müharibə dövrünün ən əsas şərtlərindən biri doğru-dürüst qanunların qəbul olunması və onların gərəyincə icra olunmasıdır...
Sultan Laçın
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
18 Mar 2024 | 23:27
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
18 Mar 2024 | 23:24
Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO
18 Mar 2024 | 23:22
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb
18 Mar 2024 | 23:21
Paşinyan Putini təbrik etmədi: - gözləyir…
18 Mar 2024 | 23:18
Krımda hərbi yük maşını Rusiyanın sabiq top-məmurunun avtomaşınını əzib
18 Mar 2024 | 22:50
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar
18 Mar 2024 | 22:42
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub
18 Mar 2024 | 22:35
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
18 Mar 2024 | 22:30
Lənkəranda yeni istifadəyə verilmiş penitensiar müəssisədən ƏN SON görüntülər - FOTOLAR
18 Mar 2024 | 22:27
İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 22:24
Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
18 Mar 2024 | 22:18
O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy olur...
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO
18 Mar 2024 | 22:11
Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir
18 Mar 2024 | 22:05
Gömrük Akademiyasında Novruz şənliyi keçirilib - FOTOLAR
18 Mar 2024 | 22:01
Zamiq doğulduğu torpaqda konsert verdi
18 Mar 2024 | 22:00
Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
18 Mar 2024 | 22:00
"Putinin qələbəsindən sonra Rusiyanı nə gözləyir?" - CNN
18 Mar 2024 | 21:59
"Rusiya ərazisində könüllülərin reydinin məqsədi nədir?.."
18 Mar 2024 | 21:53
BMT-də Fransanın məsuliyyətsiz şəkildə dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb
18 Mar 2024 | 21:47
Bakı Bulvarında bayram ab-havası - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
18 Mar 2024 | 23:27
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
18 Mar 2024 | 23:24
Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO
18 Mar 2024 | 23:22
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb
18 Mar 2024 | 23:21
Paşinyan Putini təbrik etmədi: - gözləyir…
18 Mar 2024 | 23:18
Krımda hərbi yük maşını Rusiyanın sabiq top-məmurunun avtomaşınını əzib
18 Mar 2024 | 22:50
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar
18 Mar 2024 | 22:42
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub
18 Mar 2024 | 22:35
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
18 Mar 2024 | 22:30
Lənkəranda yeni istifadəyə verilmiş penitensiar müəssisədən ƏN SON görüntülər - FOTOLAR
18 Mar 2024 | 22:27
İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 22:24
Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
18 Mar 2024 | 22:18
O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy olur...
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO
18 Mar 2024 | 22:11
Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir
18 Mar 2024 | 22:05
Gömrük Akademiyasında Novruz şənliyi keçirilib - FOTOLAR
18 Mar 2024 | 22:01
Zamiq doğulduğu torpaqda konsert verdi
18 Mar 2024 | 22:00
Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
18 Mar 2024 | 22:00
"Putinin qələbəsindən sonra Rusiyanı nə gözləyir?" - CNN
18 Mar 2024 | 21:59
"Rusiya ərazisində könüllülərin reydinin məqsədi nədir?.."
18 Mar 2024 | 21:53
BMT-də Fransanın məsuliyyətsiz şəkildə dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb
18 Mar 2024 | 21:47
Bakı Bulvarında bayram ab-havası - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 21:39
Bakıda avtomobil keçiddən istifadə etməyən qadını vurub - FOTO
18 Mar 2024 | 21:30
“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı
18 Mar 2024 | 21:15
Niyaməddin Musayevin bu VİDEOsu gündəm oldu
18 Mar 2024 | 21:04
“Kurtlar Vadisi” Hakan Fidandan bəhs edir? – Özü danışdı
18 Mar 2024 | 20:59
“Uber” avstraliyalı taksi sürücülərinə fantastik məbləğ ödəyəcək
18 Mar 2024 | 20:53
NATO Baş katibi: Gələcəkdə Azərbaycanın Avropa üçün enerji təminatçısı kimi rolu artacaq
18 Mar 2024 | 20:47
Professordan oruc tutanlara XƏBƏRDARLIQ - 10 gün ərzində…
18 Mar 2024 | 20:45
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
18 Mar 2024 | 20:44
Möminə Xatun türbəsi ətrafında tikinti APARILMASI xəbərinə AYDINLIQ GƏTİRİLDİ – RƏSMİ
18 Mar 2024 | 20:43
“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb
18 Mar 2024 | 20:40
Paşinyan elə bir etiraf etdi ki..., - Mirzoyan TƏSDİQLƏDİ: Sülh müqaviləsi bu tarixdə İMZALANACAQ
18 Mar 2024 | 20:39
Stoltenberq: Azərbaycanın əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində oynadığı rolu alqışlayırıq
18 Mar 2024 | 20:34
BDU-da Novruz şənliyi - FOTOLAR
18 Mar 2024 | 20:32
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı
18 Mar 2024 | 20:30
Bu bürclər üçün "ağ zolaq” başlayır - xoşbəxtlik yaxındadır
18 Mar 2024 | 20:26
Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var
18 Mar 2024 | 20:22
Balaəli estetik əməliyyat etdirəcək – Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
18 Mar 2024 | 20:20
Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - YENİLƏNİB
18 Mar 2024 | 20:16
Rəqsanə canlı efirdə "OD PÜSKÜRDÜ": "Kimsə çaşarsa..." - VİDEO
18 Mar 2024 | 20:09
Qəhvə yuxusuzluğa necə təsir edir? - AÇIQLAMA
18 Mar 2024 | 20:08
Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir
18 Mar 2024 | 20:07
Hande Yenerə ağır itki
18 Mar 2024 | 20:02
Martın ikinci yarısında arzularını həyata keçirəcək 3 BÜRC
18 Mar 2024 | 20:00
Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib
18 Mar 2024 | 19:52
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
18 Mar 2024 | 19:48
Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
18 Mar 2024 | 19:44
“Nicat Lənkəranski” ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? - VİDEO
18 Mar 2024 | 19:37
Nura Suridən Xəyyam Nisanov barədə ŞOK SÖZLƏR - VİDEO
18 Mar 2024 | 19:33
"İnşaat Konstruksiyaları" MMC məhkəməyə verilib
18 Mar 2024 | 19:27
Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alınıb
18 Mar 2024 | 19:25
Ceyhun Bayramov Türkiyəni təbrik etdi - FOTO
18 Mar 2024 | 19:22
Azərbaycan-Gürcüstan münasibətləri yeni müstəvidə
18 Mar 2024 | 19:20
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
18 Mar 2024 | 19:16
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
18 Mar 2024 | 19:10
Alimlərdən anadangəlmə qüsur riskini azaldacaq yeni kəşf
18 Mar 2024 | 19:10
Türkiyədə fabrikdə partlayış: Ölənlər var
18 Mar 2024 | 19:03
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
18 Mar 2024 | 19:01
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
18 Mar 2024 | 18:51
Millimizin baş məşqçisi: “İngiltərədən xal almağı kim istəməz?” - MÜSAHİBƏ
18 Mar 2024 | 18:44
Bərdədə it dişləyən azyaşlının vəziyyəti AÇIQLANDI - YENİLƏNİB
18 Mar 2024 | 18:37
Dilarə Kazımova həyat yoldaşı ilə ayrılığından danışdı - VİDEO
18 Mar 2024 | 18:30
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
18 Mar 2024 | 18:24
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18 Mar 2024 | 18:18
Azərbaycan Premyer Liqasının klubları cərimələndi
18 Mar 2024 | 18:12
16 yaşlı yeniyetmə tüfəng və bıçaqla üç saatda səkkiz nəfəri yaraladı: Ankarada dəhşət - FOTO
18 Mar 2024 | 18:06
Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artdı
18 Mar 2024 | 18:00
Muxtar Babayev İsveçrənin Azərbaycandakı səfiri ilə COP29-a hazırlığı müzakirə edib
18 Mar 2024 | 17:56
"Azad" və "demokratik" Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı - ŞƏRH + FOTO
18 Mar 2024 | 17:52
Ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs TUTULDU - VİDEO
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 17:46
Mahnısı ermənilər tərəfindən oğurlanan Ağadadaş Ağayevdən AÇIQLAMA - VİDEO
18 Mar 2024 | 17:44
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
18 Mar 2024 | 17:40
UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi - FOTO
18 Mar 2024 | 17:35
Xocalıda qalıqları tapılan Bəsirə xanımın qızı: “Ümid edirdik ki, sağdırlar” - FOTO
18 Mar 2024 | 17:30
Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib - FOTO
18 Mar 2024 | 17:25
"İsrail Qəzzada aclığa təhrik edir və əsl qətliam törədir" - Jozep Borrel
18 Mar 2024 | 17:20
Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - "Rang Rover"lə qəza...
18 Mar 2024 | 17:15
Ceyhun Bayramov Türkiyəni təbrik etdi - FOTO
18 Mar 2024 | 17:10
Azərbaycanlı gənc ifaçı Varşavada klip çəkdirdi - VİDEO
18 Mar 2024 | 17:06
Şəhid ailələri və müharibə əlillərinə bu il neçə mənzil və fərdi ev veriləcək?
18 Mar 2024 | 16:58
Tehranda iraqlı aktrisaların hicabsız görüntüsü sosial mediada geniş əks-səda doğurub - FOTO/VİDEO
18 Mar 2024 | 16:55
“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR
18 Mar 2024 | 16:52
Böyük Britaniya kralı III Çarlzın ölümü ilə bağlı iddialara aydınlıq gətirildi - YENİLƏNİB
18 Mar 2024 | 16:51
Gəncədə görmə üzrə əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil edilib
18 Mar 2024 | 16:48
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb - RƏSMİ + FOTO
18 Mar 2024 | 16:44
Bakı həbsxanasında məhkum öldü
18 Mar 2024 | 16:40
Xalası onu təhqir etdiyini deyən müğənnini məhkəməyə verdi: 30 min təzminat istədi
18 Mar 2024 | 16:36
Deputat Ağalar Vəliyev şəhid və qazi ailələrinə bayram sovqatları göndərib - FOTOLAR
18 Mar 2024 | 16:32
“Azerçay” Novruz bayramı münasibətilə “Park Bulvar”da festival təşkil edəcək
18 Mar 2024 | 16:28
Prezident: "Bundan sonra hər kəs bizimlə hesablaşmalıdır"
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
18 Mar 2024 | 09:31
Laçında təmir olunan ev Fədayə Laçınındır?-AÇIQLAMA+VİDEO
18 Mar 2024 | 09:00
“Efirlərdə Rəşad Dağlının adını çəkməyə qoymurlar, Baloğlan Əşrəfov atamı təriflədiyi görüntüləri...” - FOTO+ÖZƏL
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 07:17
Sülhməramlıllara hücum olundu, 16 ölü var
18 Mar 2024 | 07:44
"Birdəfəlik deyin ki, "RƏDD OLUN bu şəhərdən!" - EKSPERT OD PÜSKÜRDÜ-VİDEO
18 Mar 2024 | 10:51
Qarabağdan köçmüş neçə min erməni artıq Ermənistanı da tərk edib?..-RƏSMİ MƏLUMAT
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 09:57
Ukrayna tərəfdə vuruşan rus könüllülər Rusiyanın daha 2 məntəqəsini tutdu...-FOTO
12 Mar 2024 | 10:20
“Efirə çıxandan sonra işimi itirdim, əlim çörəyə çatmadı”-Bazarda işləyən müğənni xanım-VİDEO+EKSKLÜZİV
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” – Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
18 Mar 2024 | 09:31
Laçında təmir olunan ev Fədayə Laçınındır?-AÇIQLAMA+VİDEO
18 Mar 2024 | 09:00
“Efirlərdə Rəşad Dağlının adını çəkməyə qoymurlar, Baloğlan Əşrəfov atamı təriflədiyi görüntüləri...” - FOTO+ÖZƏL
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 07:17
Sülhməramlıllara hücum olundu, 16 ölü var
18 Mar 2024 | 07:44
"Birdəfəlik deyin ki, "RƏDD OLUN bu şəhərdən!" - EKSPERT OD PÜSKÜRDÜ-VİDEO
18 Mar 2024 | 10:51
Qarabağdan köçmüş neçə min erməni artıq Ermənistanı da tərk edib?..-RƏSMİ MƏLUMAT
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 09:57
Ukrayna tərəfdə vuruşan rus könüllülər Rusiyanın daha 2 məntəqəsini tutdu...-FOTO