“Ərdoğanın dönəmində Qarabağ məsələsi öz həllini tapacaq” - Vahid Əhmədov
Oxunub: 1450
15 Aug 2020 | 10:38
“Ərdoğanın dönəmində Qarabağ məsələsi öz həllini tapacaq” -  Vahid Əhmədov
“Gələcək nəsillərə Azərbaycanı bütöv təhvil verməliyik”

Budəfəki həmsöhbətimiz bir neçə il əvvəl “Yeni Müsavat”a müsahibəsində TANAP layihəsinin önəmindən bəhs etmiş, həmçinin vaxtilə “Əsrin layihəsi”nə qarşı olan qüvvələrin təzyiqlərindən danışaraq, bu layihənin də asan başa gəlməyəcəyini söyləmişdi. Sonrakı dönəmlərdə TANAP-TAP layihəsi əleyhinə “şimal küləyi”nin əsməsi, İtaliyada yaradılan süni əngəllər, ən sonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “Ermənistanın boyunu aşan” Tovuz təxribatı vaxtilə deyilənləri təsdiqlədi.

O zaman narahatlıqlarını bölüşən Milli Məclisin deputatı Vahid Əhmədovla müsahibəmizə elə bu mövzudan başladıq:

- Vahid bəy, bütün bu maneələrlə bağlı o zaman sizdə konkret məlumatlar var idi, yoxsa sadəcə, təcrübədən çıxış edərək narahatlığınızı ifadə edirdiniz?

- Mən gedən prosesləri izləyirdim. Çünki 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman mən Milli Məclisin üzvü idim, ondan qabaq hökumətdə təmsil olunurdum, bütün proseslərdən xəbərim var idi. Bunlar çox ağır proseslər idi - istər “Əsrin müqaviləsi”, istər TANAP-TAP layihəsinin icrası və s. Mən ona görə demişəm ki, əgər Bakı-Tiflis-Ceyhan “20-ci əsrin müqaviləsidirsə, TANAP-TAP müqaviləsi də ”21-ci əsrin müqaviləsi"dir. İlham Əliyevin rəhbərliyi altında belə nəhəng layihə həyata keçirildi. Ümumiyyətlə, bu iki layihə Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Mən o vaxt da demişdim, indi də deyirəm, əlbəttə, bu layihələrin həyata keçirilməsi üçün birincisi, dövlət başçısı öz siyasi iradəsini ortaya qoydu. TANAP-TAP layihəsinin həyata keçirilməsində çox böyük təzyiqlər oldu, hətta dövlət çevrilişi həyata keçirmək niyyəti var idi, amma İlham Əliyev iradəsini ortaya qoyaraq, layihənin Rusiya vasitəsilə yox, Türkiyə vasitəsilə reallaşdırılmasına, Avropaya gedib çıxmasına nail oldu. Artıq TAP da istifadəyə verilib, ciddi problem qalmayıb.

Niyə bu layihəyə mane olmağa çalışırdılar? Əlbəttə, ilkin olaraq 30 milyard kubmetr qazdan söhbət gedir. Amma bu layihənin çox böyük perspektivi var. Gələcəkdə Türkmənistan qazının da Xəzər dənizi vasitəsilə bu layihəyə qoşulması və xaricə çıxarılması böyük əhəmiyyət kəsb edir. Ona görə də layihəyə çox ciddi əngəllər yaratmaq istədilər. Tovuz istiqamətində baş verən hadisələr də bununla əlaqədar idi.

- Amma bir məsələ var, 90-cı illərdə iri layihələrə qarşı cəbhə boyu təxribatlar, hətta dövlət çevrilişi cəhdləri olarkən Türkiyə dövləti Azərbaycana bu qədər yaxından dəstək verdirdi. Bu gün isə ortada qəti iradə var, Türk ordusu, ordu rəhbərliyi bu günlərdə Azərbaycandadır, bütün dünyaya birlik mesajları verilir. Bunun əsas səbəbi nədir?

- Bəli, bu dəfə Türkiyə Prezidenti, XİN başçısı, müdafiə naziri, millət vəkilləri faktiki olaraq Azərbaycanı tək buraxmadılar, dedilər ki, biz Azərbaycanın yanındayıq, bundan sonra da həmişə yanında olacağıq. Burada bir neçə məsələ var. Birincisi, sizə açığını deyim, Azərbaycan dövləti Türkiyəyə kifayət qədər sərmayə qoyub. İkincisi, Azərbaycanın bütün strateji kəmərləri, neft-qaz və s. Türkiyədən keçir. Türkiyə də kifayət qədər maraqlıdır ki, Azərbaycanın Qarabağ məsələsi müsbət həll olunsun. Üçüncüsü, son 5-6 ildə Türkiyə dövləti Suriya, Liviya, İraqda ortaya qəti iradə qoyub. Son olaraq Aralıq dənizində neft hasilatı ilə bağlı Yunanıstanla müəyyən problemlər yaşandı. O cümlədən Fransa məsələyə müdaxilə etmək istədi, alınmadı... Belə qətiyyət sahibi olan Türkiyə dövləti Tovuz təxribatında Azərbaycanı tək buraxa bilməzdi. Bununla bir daha həm qonşu dövlətlərə, həm beynəlxalq aləmə göstərmək istədi ki, Qafqazın yiyəsi var, Qafqazda, Azərbaycanda stabilliyin qorunub-saxlanılması üçün Türkiyə dövləti həmişə Azərbaycanın yanında olacaq. Fikir verdinizsə, bu məsələlərdə Rusiya da çox sərt mövqe bildirmədi.

“Türkiyə onsuz da regiona girəcəkdi”

- Bu, anlaşmanın nəticəsidir, yoxsa Rusiya artıq reallıqla barışmalı olub?

- Mənim aldığım məlumata görə, burada anlaşma var, həm Qərblə, həm də Rusiya ilə. Açığını deyim, Türkiyə onsuz da buraya girəcəkdi. Öz mövqelərini möhkəmləndirmək, Azərbaycanı qorumaq üçün Türkiyə dövləti buna getməliydi, getdi də.  

- Bəs bundan sonra nələr olacaq?

- Müəyyən variantlar var, yəqin ki, onların üzərində işləyirlər. Bizim xarici işlər naziri ilk olaraq Türkiyəyə səfər etdi. Həmişə XİN başçısı Rusiyaya gedirdi, sonra Türkiyəyə. Bu dəfə onunla bir yerdə müdafiə naziri də Türkiyəyə getdi. Ondan qabaq müdafiə nazirinin müavinləri Türkiyədə olmuşdular. Daha sonra Türkiyə ordusunun rəhbərliyi böyük heyətlə Bakıya gəldi və Azərbaycanın yanındadır. Artıq məsələlər necə həll olunacaq, hansı qərarlar veriləcək, görəcəyik.

- Gözləntiniz nədir?

- Mənim gözləntim odur ki, Türkiyə və Azərbaycan dövlətləri ölkə başçılarının birgə razılığı ilə Qarabağ məsələsini həll edəcəklər. İndi buna necə, hansı səviyyədə nail olunacaq. Mənim aldığım məlumata görə, müəyyən variantlar var, ancaq həmin variantları açıqlamaq istəmirəm. Ancaq bizim əsas istəyimiz odur ki, torpaqlar azad olunsun və biz birdəfəlik bu məsələni bitirək. Qarabağ məsələsinin ədalətli həlli ümumilikdə Qafqazda stabilliyə gətirib çıxaracaq. Ondan sonra ola bilər ki, hətta Türkiyə ilə Ermənistan, hətta Azərbaycanla Ermənistan arasında müəyyən iqtisadi əlaqələr bərpa olunsun.

- Amma Türkiyə-Azərbaycan müttəfiqliyi heç də hamını məmnun etmir...

- Bəli. Burada narahatlıq doğuran məqam nədir? Mən bu haqda mətbuata demişəm. Bəzi ekspertlər, hətta cənab prezidentin tənqid etdiyi “5-ci kolon”un nümayəndələri fəallaşıblar. Mən çıxışları izləyirəm, Milli Məclisin deputatları arasında da belə insanlar var, vəzifədən çıxıb kənarda oturan, kifayət qədər vəsaiti olan şəxslər də var - hansı ki, Rusiyanı müdafiə edirlər, “Rusiya nə deyər” düşüncəsindədirlər. Birincisi, Rusiya nə deyə bilər? Rusiya özü Gürcüstana, Ukraynaya girəndə, Moldovada o vəziyyəti yaradanda ona nə dedilər? Azərbaycanda Qarabağ münaqişəsini mən yaratmamışam ki. Rusiya yaradıb da. Yəni hərbi əməliyyatlar aparılacaq, o torpaqlar azad ediləcək. Onsuz da Azərbaycan dövləti buna hazırlaşır, güclü ordu yaradıb, kifayət qədər texnika alıb və sair. Sonda da bu məsələ həllini tapacaq. Bu, Türkiyə dövləti ilə hansısa müqavilələrin imzalanacağından da asılıdır, hərbi müqavilələr, ya hərbi-strateji müqavilələr...

Mən istəyirəm hər kəs bilsin ki, biz heç bir dövlətə qarşı deyilik. Amma bizim daxili işlərimizə də heç kim qarışmamalıdır. Biz müstəqil dövlətik. Dövlət başçısının da iradəsi bundan ibarətrdir ki, Azərbaycanın daxili işlərinə kimsə qarışa bilməz. Kimliyindən asılı olmayaraq, “5-ci kolon”un üzvləri anlamalıdırlar ki, Azərbaycan dövləti tamamilə başqa yöndə siyasət aparır. Demirik ki, burdan köçəcəyik, ya qonşularla əlaqəni kəsəcəyik. Biz İranla da, Rusiya və Türkiyə ilə də, bütün digər dövlətlərlə bərabər xarici siyasətimizi aparırıq. Amma bizim torpağımız işğal altındadır və onu azad etməliyik, gələcək nəsillərə Azərbaycanı bütöv təhvil verməliyik. Ona görə də həmin insanlara müraciət edirəm, başa düşsünlər ki, Azərbaycanda nəsə etmək istəyirlərsə, çox çətin problemlərlə üzləşəcəklər və qarşılarında Azərbaycanı sevən, millətini, dövlətini sevən, Azərbaycan-Türkiyə münasibətlərinə üstünlük verən insanları görəcəklər. Gec-tez özləri də bunun şahidi olacaqlar. Ona görə də tövsiyə edərdim ki, onlar Azərbaycanın dövlət başçısının apardığı siyasətə, yəni Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməsinlər.  

 - Vahid bəy, bəs Türkiyə-Azərbaycan konfederasiyası təşəbbüsünə necə baxırsınız? Bu, mümkündürmü?

- Açığını deyim, o da müsbət ideyadır. Federasiya aydındır, daha ağır prosesdir. Amma konfederasiyada müstəqilliyin itirilməsindən söhbət getmir. Elə Avropa İttifaqı özü konfederasiya kimi bir şeydir. Yəni burda da dövlətlər bir çətir altında birləşir, hansısa məsələlər baş verəndə bir-birinin yanında olurlar, kömək edirlər, amma hər ikisi suveren dövlət kimi fəaliyyət göstərir, xarici, daxili siyasətlərini aparırlar və s.

- Deputat həmkarınız Qüdrət Həsənquliyev bir müddət əvvəl demişdi ki, nə qədər Rəcəb Tayyib Ərdoğan hakimiyyətdədir, Türkiyə ilə birgə Qarabağ məsələsinin həllinə nail olmaq lazımdır, çünki Türkiyə prezidenti lazım olan dəstəyi verəcək. Bu yanaşma ilə razısınız?

- Mən o fikirlə tamamilə razıyam. Çünki Ərdoğanın son vaxtlar ümumiyyətlə, dünya siyasətində rolu həddən artıq böyükdür. Apardığı siyasət, FETÖ-ya qarşı mübarizəsi, 2015-də dövlət çevrilişinin qarşısını alması onu dünya siyasətində önə çıxartdı. Onun həm Rusiya ilə münasibətlərində müsbət məqamlar çoxdur, həm ABŞ, həm də Avropa ilə. Biz çox məsələləri mətbuatdan oxuyuruq, amma siyasətin pərdə arxasında qalan hissələri var, onları görmürük. Ərdoğanın Suriya, Livan, İraqda, Aralıq dənizində apardığı siyasət, Qarabağla bağlı Azərbaycanın yanında olması və sair məsələlər onu göstərir ki, o, dünya siyasətində çox yetkin siyasi liderə çevrilib, xüsusilə də Turan dünyasında özünə möhkəm yer tutub. O fikirlə razıyam ki, Ərdoğanın dövründə Qarabağ məsələsi öz həllini tapacaq. Üstəlik, Azərbaycan və Türkiyə prezidentlərinin münasibətləri yüksək səviyyədədir, strateji münasibətlərdir, bizim bilmədiyimiz çox ciddi məsələlər müzakirə olunur. Ərdoğanın prezidentliyi dövründə Türkiyənin Azərbaycana dəstəyi çox böyükdür. Ona görə də biz qısa bir müddətdə Qarabağ məsələsini həll etməliyik. Nəzərə almaq lazımdır ki, Azərbaycanı müdafiə edən dövlətlər çox azdır. Türkiyədir, Pakistandır və bir də İsrail bizi çox yerlərdə müdafiə edir. Bizim hərbi sənayemizin inkişafına, hərbimizin təkmilləşməsinə Türkiyə kimi, İsrail də dəstək verir. Elə Türkiyəni də dəstəkləyən dövlətlərin sayı çox azdır. Son vaxtlar Ərdoğanın siyasətini qəbul etməyən dövlətlərin sayı çoxalıb. Çünki heç kim istəmir ki, kimsə ondan güclü olsun. Türkiyə güclənib, kifayət qədər təcrübəli dövlət başçısı var. Ona görə də biz Qarabağ məsələsini bu dövrdə həll etməliyik. 
Oxşar xəbərlər
05:58, Bu gün
Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...-FOTOLAR+VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
18 Mar 2024 | 23:27
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
18 Mar 2024 | 23:24
Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO
18 Mar 2024 | 23:22
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb
18 Mar 2024 | 23:21
Paşinyan Putini təbrik etmədi: - gözləyir…
18 Mar 2024 | 23:18
Krımda hərbi yük maşını Rusiyanın sabiq top-məmurunun avtomaşınını əzib
18 Mar 2024 | 22:50
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar
18 Mar 2024 | 22:42
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub
18 Mar 2024 | 22:35
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
18 Mar 2024 | 22:30
Lənkəranda yeni istifadəyə verilmiş penitensiar müəssisədən ƏN SON görüntülər - FOTOLAR
18 Mar 2024 | 22:27
İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır 
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 22:24
Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
18 Mar 2024 | 22:18
O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy olur...
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO
18 Mar 2024 | 22:11
Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir 
18 Mar 2024 | 22:05
Gömrük Akademiyasında Novruz şənliyi keçirilib - FOTOLAR
18 Mar 2024 | 22:01
Zamiq doğulduğu torpaqda konsert verdi
18 Mar 2024 | 22:00
Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
18 Mar 2024 | 22:00
"Putinin qələbəsindən sonra Rusiyanı nə gözləyir?" - CNN
18 Mar 2024 | 21:59
"Rusiya ərazisində könüllülərin reydinin məqsədi nədir?.."
18 Mar 2024 | 21:53
BMT-də Fransanın məsuliyyətsiz şəkildə dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb
18 Mar 2024 | 21:47
Bakı Bulvarında bayram ab-havası - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 21:39
Bakıda avtomobil keçiddən istifadə etməyən qadını vurub - FOTO
18 Mar 2024 | 21:30
“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı
18 Mar 2024 | 21:15
Niyaməddin Musayevin bu VİDEOsu gündəm oldu
18 Mar 2024 | 21:04
“Kurtlar Vadisi” Hakan Fidandan bəhs edir? – Özü danışdı
18 Mar 2024 | 20:59
“Uber” avstraliyalı taksi sürücülərinə fantastik məbləğ ödəyəcək
18 Mar 2024 | 20:53
NATO Baş katibi: Gələcəkdə Azərbaycanın Avropa üçün enerji təminatçısı kimi rolu artacaq
18 Mar 2024 | 20:47
Professordan oruc tutanlara XƏBƏRDARLIQ - 10 gün ərzində…
18 Mar 2024 | 20:45
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
18 Mar 2024 | 20:44
Möminə Xatun türbəsi ətrafında tikinti APARILMASI xəbərinə AYDINLIQ GƏTİRİLDİ – RƏSMİ
18 Mar 2024 | 20:43
“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb
18 Mar 2024 | 20:40
Paşinyan elə bir etiraf etdi ki..., - Mirzoyan TƏSDİQLƏDİ: Sülh müqaviləsi bu  tarixdə İMZALANACAQ
18 Mar 2024 | 20:39
Stoltenberq: Azərbaycanın əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində oynadığı rolu alqışlayırıq
18 Mar 2024 | 20:34
BDU-da Novruz şənliyi - FOTOLAR
18 Mar 2024 | 20:32
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı
18 Mar 2024 | 20:30
Bu bürclər üçün "ağ zolaq” başlayır - xoşbəxtlik yaxındadır
18 Mar 2024 | 20:26
Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var
18 Mar 2024 | 20:22
Balaəli estetik əməliyyat etdirəcək – Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
18 Mar 2024 | 20:20
Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - YENİLƏNİB
18 Mar 2024 | 20:16
Rəqsanə canlı efirdə "OD PÜSKÜRDÜ": "Kimsə çaşarsa..." - VİDEO
18 Mar 2024 | 20:09
Qəhvə yuxusuzluğa necə təsir edir? - AÇIQLAMA
18 Mar 2024 | 20:08
Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir
18 Mar 2024 | 20:07
Hande Yenerə ağır itki
18 Mar 2024 | 20:02
Martın ikinci yarısında arzularını həyata keçirəcək 3 BÜRC
18 Mar 2024 | 20:00
Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib
18 Mar 2024 | 19:52
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
18 Mar 2024 | 19:48
Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
18 Mar 2024 | 19:44
“Nicat Lənkəranski” ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? - VİDEO
18 Mar 2024 | 19:37
Nura Suridən Xəyyam Nisanov barədə ŞOK SÖZLƏR - VİDEO
18 Mar 2024 | 19:33
"İnşaat Konstruksiyaları" MMC məhkəməyə verilib
18 Mar 2024 | 19:27
Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alınıb
18 Mar 2024 | 19:25
Ceyhun Bayramov Türkiyəni təbrik etdi - FOTO
18 Mar 2024 | 19:22
Azərbaycan-Gürcüstan münasibətləri yeni müstəvidə
18 Mar 2024 | 19:20
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
18 Mar 2024 | 19:16
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
18 Mar 2024 | 19:10
Alimlərdən anadangəlmə qüsur riskini azaldacaq yeni kəşf
18 Mar 2024 | 19:10
Türkiyədə fabrikdə partlayış: Ölənlər var
18 Mar 2024 | 19:03
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
18 Mar 2024 | 19:01
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
18 Mar 2024 | 18:51
Millimizin baş məşqçisi: “İngiltərədən xal almağı kim istəməz?” - MÜSAHİBƏ
18 Mar 2024 | 18:44
Bərdədə it dişləyən azyaşlının vəziyyəti AÇIQLANDI - YENİLƏNİB
18 Mar 2024 | 18:37
Dilarə Kazımova həyat yoldaşı ilə ayrılığından danışdı - VİDEO
18 Mar 2024 | 18:30
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
18 Mar 2024 | 18:24
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18 Mar 2024 | 18:18
Azərbaycan Premyer Liqasının klubları cərimələndi
18 Mar 2024 | 18:12
16 yaşlı yeniyetmə tüfəng və bıçaqla üç saatda səkkiz nəfəri yaraladı: Ankarada dəhşət - FOTO
18 Mar 2024 | 18:06
Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artdı
18 Mar 2024 | 18:00
Muxtar Babayev İsveçrənin Azərbaycandakı səfiri ilə COP29-a hazırlığı müzakirə edib
18 Mar 2024 | 17:56
"Azad" və "demokratik" Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı - ŞƏRH + FOTO
18 Mar 2024 | 17:52
Ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs TUTULDU - VİDEO
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 17:46
Mahnısı ermənilər tərəfindən oğurlanan Ağadadaş Ağayevdən AÇIQLAMA - VİDEO
18 Mar 2024 | 17:44
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
18 Mar 2024 | 17:40
UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi - FOTO
18 Mar 2024 | 17:35
Xocalıda qalıqları tapılan Bəsirə xanımın qızı: “Ümid edirdik ki, sağdırlar” - FOTO
18 Mar 2024 | 17:30
Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib - FOTO
18 Mar 2024 | 17:25
"İsrail Qəzzada aclığa təhrik edir və əsl qətliam törədir" - Jozep Borrel
18 Mar 2024 | 17:20
Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - "Rang Rover"lə qəza...
18 Mar 2024 | 17:15
Ceyhun Bayramov Türkiyəni təbrik etdi - FOTO
18 Mar 2024 | 17:10
Azərbaycanlı gənc ifaçı Varşavada klip çəkdirdi - VİDEO
18 Mar 2024 | 17:06
Şəhid ailələri və müharibə əlillərinə bu il neçə mənzil və fərdi ev veriləcək?
18 Mar 2024 | 16:58
Tehranda iraqlı aktrisaların hicabsız görüntüsü sosial mediada geniş əks-səda doğurub - FOTO/VİDEO
18 Mar 2024 | 16:55
“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR
18 Mar 2024 | 16:52
Böyük Britaniya kralı III Çarlzın ölümü ilə bağlı iddialara aydınlıq gətirildi - YENİLƏNİB
18 Mar 2024 | 16:51
Gəncədə görmə üzrə əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil edilib
18 Mar 2024 | 16:48
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb - RƏSMİ + FOTO
18 Mar 2024 | 16:44
Bakı həbsxanasında məhkum öldü
18 Mar 2024 | 16:40
Xalası onu təhqir etdiyini deyən müğənnini məhkəməyə verdi: 30 min təzminat istədi
18 Mar 2024 | 16:36
Deputat Ağalar Vəliyev şəhid və qazi ailələrinə bayram sovqatları göndərib - FOTOLAR
18 Mar 2024 | 16:32
“Azerçay” Novruz bayramı münasibətilə “Park Bulvar”da festival təşkil edəcək
GÜNLÜK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
18 Mar 2024 | 09:31
Laçında təmir olunan ev Fədayə Laçınındır?-AÇIQLAMA+VİDEO
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 09:00
“Efirlərdə Rəşad Dağlının adını çəkməyə qoymurlar, Baloğlan Əşrəfov atamı təriflədiyi görüntüləri...” - FOTO+ÖZƏL
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 07:17
Sülhməramlıllara hücum olundu, 16 ölü var
18 Mar 2024 | 10:51
Qarabağdan köçmüş neçə min erməni artıq Ermənistanı da tərk edib?..-RƏSMİ MƏLUMAT 
18 Mar 2024 | 07:44
"Birdəfəlik deyin ki, "RƏDD OLUN bu şəhərdən!" - EKSPERT OD PÜSKÜRDÜ-VİDEO 
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
HƏFTƏLİK
12 Mar 2024 | 10:20
“Efirə çıxandan sonra işimi itirdim, əlim çörəyə çatmadı”-Bazarda işləyən müğənni xanım-VİDEO+EKSKLÜZİV 
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
AYLIQ
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
18 Mar 2024 | 09:31
Laçında təmir olunan ev Fədayə Laçınındır?-AÇIQLAMA+VİDEO
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 09:00
“Efirlərdə Rəşad Dağlının adını çəkməyə qoymurlar, Baloğlan Əşrəfov atamı təriflədiyi görüntüləri...” - FOTO+ÖZƏL
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 07:17
Sülhməramlıllara hücum olundu, 16 ölü var
18 Mar 2024 | 10:51
Qarabağdan köçmüş neçə min erməni artıq Ermənistanı da tərk edib?..-RƏSMİ MƏLUMAT 
18 Mar 2024 | 07:44
"Birdəfəlik deyin ki, "RƏDD OLUN bu şəhərdən!" - EKSPERT OD PÜSKÜRDÜ-VİDEO 
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO