BMT Təhlükəsizlik Şurasının sədri, Avstraliyanın daimi nümayəndəsi Geri Kuinlan Təhlükəsizlik Şurasının Suriya ilə bağlı növbədənkənar iclasını çağırıb.Moderator az-ın Musavat.com-a istinadən məlumatına görə, bu barədə elanı BMT-nin mətbuat xidməti “TƏCİLİ” qeydi ilə yayıb.
BMT-nin baş katibi Pan Gi Mun bildirmişdi ki, BMT ekspertlərinin Suriyada kimyəvi silahdan istifadə ilə bağlı hazırladığı hesabatın BMT Təhlükəsizlik Şurasına bu gün təqdim ediləcəyi gözlənilir. Bir neçə dəqiqə əvvəl Qərb KİV-i ekspertlərin hesabatına istinadən məlumat yaydılar ki, avqustun 21-də Dəməşq yaxınlığında zəhərli zarin qazı olan “yer-yer” tipli raketlərdən istifadə olunub.
Müfəttişlərin kimyəvi silahdan istifadə ilə bağlı sübutları əsaslı saydığı bildirilir. Amma kimyəvi silahdan kimin istifadə edildiyi açıqlanmayıb. Çünki BMT-nin komissiyasının günahkarı müəyyənləşdirmək üçün mandatı olmayıb.