Yaxın 2 gün ərzində Abşeron
yarımadasında atmosfer təzyiqinin normadan aşağı olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron
yarımadasında sentyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi
ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 18-21, gündüz 25-30 dərəcə isti
olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bu gün hava şəraitinin
əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21, gündüz 27-32, dağlarda
gecə 9-14, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer
təzyiqinin normadan aşağı olacaq.