Moderator.az-ın Fövqəladə
Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Quba rayonu,
Mirzə Məmməd kəndində “Audi” markalı minik avtomobili sürücünün idarəetməsindən
çıxaraq yol kənarındakı hovuza düşüb.
Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri
cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub
ki, minik avtomobilinin sürücüsü, 1983-cü il təvəllüdlü Səmədov Rasim Səməd
oğlu və sərnişin, 1977-ci il təvəllüdlü Səmədov Cəsarət Səməd oğlu aldığı ağır
bədən xəsarətindən hadisə yerində ölüblər.
Yanğınsöndürən-xilasedicilər R.Səmədovun və
C.Səmədovun cəsədlərini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik
qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq
aidiyyəti üzrə təhvil veriblər.