Ağa, mənim oğlum öldü - Çexovun hər kəsi ağladan hekayəsi
Oxunub: 10716
20 Aug 2020 | 00:19
Ağa, mənim oğlum öldü -  Çexovun hər kəsi ağladan hekayəsi
Anton Çexovun "Qüssə" hekayəsini təqdim edirik.

“Dərdimi kimə deyim...” (“Zəbur” dini kitabından bir mahnı)

Axşam torana qovuşmuşdu. İri, sulu qar dənələri yeni yanmış fənərlər ətrafında tənbəl-tənbəl fırlanaraq, nazik və yumşaq laylarla damların üstünə, atların belinə, adamların çiyinlərinə və papaqlarına tökülür. Faytonçu İona Potapov başdan-ayağa xəyal kimi ağappaqdır. O, canlı adamın əyilə biləcəyi qədər belini əyərək, qozlada oturmuş və tərpənmir. Böyük bir qar qalağı üstünə düşsə belə, yəqin ki, onu öz üzərindən çırpmağı lazım bilməz. Onun atcığazı da ağ və hərəkətsizdir. Öz hərəkətsizliyi, biçimsizliyi və ağac kimi dümdüz ayaqları ilə bu at hətta yaxından baxanda belə bir qəpiyə satılan qoğal atcığazlara oxşayır. Ehtimal ki, at düşüncəyə dalmışdır. Kotanda adət etdiyi boz mənzərələrdən ayrılıb buraya - əcaib odlarla, arası kəsilməyən gurultu və qaçışan adamlarla dolu girdaba düşənlər düşünməyə bilməzlər... İona və onun atcığazı xeyli vaxtdır ki, yerlərindən tərpənməyirlər. Onlar nahardan çox qabaq həyətdən çıxmışlar, lakin siftə verən yoxdur ki, yoxdur. Budur, şəhərin üzərinə axşam toranı çökür. Fənər işıqlarının solğun rəngi dəyişib canlanır, küçədə hərəkət və səs-küy çoxalır. İonanın qulağına səs gəlir:

- Faytonçu, Vıborq küçəsinə!.. Faytonçu! İona diksinir və qardan bir-birinə yapışmış kirpikləri arasından başlıqlı şinel geymiş bir hərbi xidmətçi görür.


- Vıborq küçəsinə, - deyə hərbi xidmətçi təkrar edir. - Sən yatmısan, nədir? Vıborq küçəsinə! Razılıq əlaməti olaraq İona cilovları tez çəkir, atın belindən və onun öz çiyinlərindən lopa-lopa qar tökülür. Hərbi xidmətçi xizəyə əyləşir. Faytonçu dodaqlarını marçıldadaraq boynunu ördək kimi uzadır, yerində dikəlir və ehtiyacdan daha çox adət etmiş olduğu üçün qamçını yelləyir. Atcığaz da boynunu uzadır, öz ağaca bənzər ayaqlarını əyir və istər-istəməz yerindən tərpənir.

İlk addımlardan İona, qaranlıq və irəli-geri hərəkət edən izdiham içərisindən qopan səslər eşidir:

- Hara sürürsən, qulyabanı? Şeytan səni hara çəkir? Sağdan get!
- Sən sürmək bacarmırsan? Sağa sür! - deyə hərbi xidmətçi hirslənir. Hər tərəfi örtülü bir faytonun sürücüsü deyinir, yolu keçərkən çiyni atın başına toxunan bir başqası qollarından qarı silkələyir və hirsli-hirsli baxır. İona iynə üstündə oturmuş kimi qozlada qurdalanır, dirsəkləri ilə ətrafı dümsüldəyir, buxar vurmuş adam kimi gözlərini qıyır, sanki, harada olduğunu və nə üçün buraya düşdüyünü anlaya bilmir.

- Nə əclafdır, - deyə hərbi xidmətçi ona söz atır, - elə bil ki, qəsdən səninlə toqquşmağa və ya atın altına düşməyə çalışır. Yəqin, dilbir olublar. İona dönüb sərnişinə baxır və dodaqlarını tərpədir. Bir şey demək istədiyi görünür, ancaq boğazından xırıltıdan başqa heç nə çıxmır.

- Nə var? - deyə hərbi xidmətçi soruşur. İona gülümsünərək ağzını əyir, boğazına güc verərək xırıldayır:
- Ağa, mənim bu həftə... oğlum öldü.
- Hm... Nədən öldü? İona bütün gövdəsi ilə sərnişinə çevrilərək deyir:
- Kim bilir. Yəqin ki, qızdırmadan. üç gün xəstəxanada yatdı, sonra öldü... Allahın əmridir.
- Döndər, iblis, - deyə qaranlıqda səslər eşidildi.
- Yoldan çıxmısan, nədir? Qoca köpək, gözlərini aç!

- Sür, sür! - deyə sərnişin dillənir. - Belə yerişlə biz sabaha kimi də çata bilmərik. Qov atı! Faytonçu yenə boynunu uzadır, bir qədər yerindən qalxır və ağır bir incəliklə qamçısını yelləyir. Sonra bir neçə dəfə dönüb sərnişinə baxır. Lakin o, gözlərini yummuşdur, yəqin ki, dinləmək həvəsində deyildir. İona, Vıborq küçəsində sərnişini düşürüb, aşxana qabağında faytonunu saxlayır, qozlada əyilir və yenə də tərpənməz olur... Sulu qar yenə də onu və atcığazı ağartmaqda davam edir. Beləcə bir, iki... saat keçir. Üç nəfər cavan oğlan qaloşlarını bərkdən şappıldadaraq söyüşə-söyüşə səki ilə keçir; onların ikisi ucaboy və arıq, üçüncüsü isə balacaboy və qozbeldir.

- Faytonçu, polis körpüsünün yanına! - deyə qozbel cingiltili səslə çığırır.

- Üçümüzü bir abbasıya!

İona cilovları çəkir və ağzını marçıldadır. Bir abbası o qədər də münasib qiymət deyildir, ancaq indi o, qiymətə baxmayır... Onun üçün indi bir manatla bir şahının fərqi yoxdur, təki sərnişin olsun... Cavan oğlanlar bir-birini itələyə-itələyə, nalayiq sözlər deyə-deyə yaxınlaşır və üçü də birdən xizəyə soxulur, üçündən hansı birisinin ayaq üstə durması və hansı ikisinin əyləşməsi məsələsi müzakirə olunmağa başlayır, uzun höcətdən, şıltaqlıq və məzəmmətdən sonra belə qərara gəlirlər ki, qozbel hamıdan balaca olduğu üçün ayaq üstə dursun.

- Qov görək! - deyə ayaq üstə durub nəfəsini İonanın düz peysərinə püskürən qozbel cingildəyir. - Qamçıla!.. Amma papağın lap qiyamətdir ha, qardaş... Bütün Peterburqda bundan pisini tapmazsan...
- Ha... ha... - deyə İona qaqqıldayır, - olanım budur.
- Sən də, ey, olanım budur, atı qov, bütün yolu beləmi sürəcəksən, hə? Yoxsa peysərin yumruq istəyir?.. Uzunboylulardan biri:
- Başım çatlayır, - deyir, - dünən Dukmasovgildə Vaska ilə ikimiz dörd şüşə konyak içdik.
- Başa düşmürəm ki, yalan danışmağın nə mənası varmış! - deyə o biri uzunboylu hirslənir: - Heyvan kimi yalan deyir.
-Allahın qəzəbinə gəlim ki, düzdür...
- Bəli... Bu, bitin öskürməsi kimi bir həqiqətdir.
- Hi, hi... - İona hırıldayır. - Kefcil oğlandır!
- Tfu, səni lənətə gələsən, - deyə qozbel özündən çıxır.
- Ey kaftar, azar tutmuş, bir de, görüm sürəcəksən, ya yox? Belə də at sürərlərmi? Qamçılasana atı. Hey, iblis. Bir də... Yaxşı-yaxşı vur! İona qozbelin bədəninin yırğalanmasını və onun titrək səsini öz arxasında hiss edir. O, üstünə yağdırılan söyüşləri eşidir, insanları görür və yalqızlıq hissi yavaş-yavaş qəlbindən çəkilməyə başlayır. Qozbel o qədər söyür ki, axırda altımərtəbəli, dolaşıq bir söyüşdən boğazı tutulur, az qalır ki, öskürəkdən boğulsun. Uzunboylular Nadejda Petrovna adlı kiminsə barəsində danışmağa başlayırlar. İona dönüb onlara baxır. Bir az sakit olmalarını gözləyəndən sonra dönüb bir də baxır:

- Mənim də bu həftə... bir oğlum öldü, - deyə donquldanır.
- Hamımız öləcəyik, - deyə qozbel öskürəkdən sonra dodağını silib ah çəkir. - Di sür, sür görək! Ağalar, mən daha belə dözə bilmərəm. O, bizi nə vaxt aparıb çıxaracaqdır? - Yüngülcə peysərinə ilişdirib, onu bir hərəkətə gətirsənə!
- Kaftar, azar tutmuş, eşidirsənmi? Qıraram boynunu ha!.. Siz elə məxluqsunuz ki, nazınızı çəkməkdənsə, biryolluq piyada getmək yaxşıdır.
- Eşidirsənmi, ilan vurmuş, yoxsa, bizim sözümüz vecinə deyil? İona peysərinə vurulan şillənin zərbəsini hiss etməkdən artıq onun səsini eşidir.
- Hı... hı... Kefcil ağalar... Allah sizi salamat eyləsin!
- Faytonçu, sən evlisənmi? - deyə uzunboylulardan biri soruşur.
- Mənim, hı-hı... Kefcil ağalar... Mənim arvadım indi qara torpaqdadır. Hı... hı... Yəni qəbirdədir. Oğlum da təzə öldü. Mən isə sağam... Qəribə işdir, ölüm qapını dəyişik salıb, mənim yanıma gəlmək əvəzinə, oğlumun üstünə gedir...

İona oğlunun necə öldüyünü nağıl etmək üçün çevrilir. Lakin o, sözə başlamamış qozbel yüngülcə ah çəkir, Allaha şükür, gəlib çatdıqlarını bildirir. İona abbasını alıb, uzun müddət, ta onlar qaranlıq darvazada gözdən itənə qədər bu avaraların dalınca baxır. O, yenə də yalqızdır, onun üçün yenidən sükut başlanır. Bir müddətə onu tərk etmiş qüssə yenidən baş qaldırır və onun ürəyini daha artıq gəmirməyə başlayır. İonanın təlaş və iztirabla dolu gözləri küçənin hər iki tərəfindən hərəkət edən izdihama dikilir. Görəsən, bu minlərlə adamın içərisində onun dərdini dinləyə biləcək heç olmasa bir nəfər tapılarmı? Lakin nə o, nə də onun dərdi bu qaçışan adamlann vecinə deyil. Onun nisgili böyük və sonsuzdur. Əgər İonanın sinəsi yarılıb dərdi çölə tökülsə, yəqin ki, bütün dünyanı doldurar. Ancaq bununla belə o görünmür. O, elə bir əhəmiyyətsiz qabığa bürünə bilmişdir ki, gündüz çıraqla da onu görmək olmaz...
İona əlində bağlama olan dalandarı görür və onunla danışmağı qərara alır.

- Əzizim, indi saat neçə olar? - deyə soruşur.
- Ona işləyir... Burada niyə dayanmısan? Sür, get. İona bir neçə addım irəliyə sürür, belini əyir və yenidən fikrə gedir... O artıq insanlara müraciət etməyi faydasız sayır. Ancaq beş dəqiqə belə keçmədən kəskin bir ağrı hiss edən adam kimi belini düzəldir, başını silkələyir və cilovları çəkir... Halı çox xarabdır, o daha tab gətirə bilməyir. “Həyətə doğru, - düşünür, - həyətə!” Sanki, atcığaz da onun niyyətini duyaraq, yorğa qaçmağa başlayır. Saat yarım keçdikdən sonra İona artıq böyük, çirkli sobanın yanında əyləşmişdir. Sobanın üstündə, döşəmədə, skamyaların üstündə camaat xoruldayır, hava çox kəsif və bürküdür. İona yatanlara baxır, başını qaşıyır və belə tez qayıtmasına təəssüf edir. “Yulaf pulu da çıxara bilmədim, - fikirləşir.
- Bəla elə burasındadır. Əlbəttə, adam öz işini biləndə, özü də, atı da tox olanda həmişə rahat olur...” Küçələrin birindən gənc bir arabaçı qabar və yuxulu-yuxulu hıqqıldayaraq su vedrəsinə doğru yönəlir.
- Su içməkmi istəyirsən? - deyə İona soruşur.
- Məlum işdir ki, istəyirəm.
- Hə... Nuş olsun... Ancaq, qardaş, mənim oğlum ölübdür... Eşidibsənmi? Bu həftə xəstəxanada... Uzun əhvalatdır.

İona baxır və sözlərinin nə cür təsir bağışladığını görmək istəyir. Lakin heç bir şey sezmir. Gənc yorğanı başına çəkərək yuxuya getmişdir. Qoca ah çəkir və qaşınır. Gənc, su içmək istədiyi kimi, o da danışmaq istəyir. Oğlunun ölümündən bir həftə keçir, lakin o, hələ heç kəsə doyunca danışmamışdır. O, ağıllı-başlı, yerli-yerində danışmalıdır. Oğlunun nə cür xəstələndiyini, necə əzab çəkdiyini, can verməzdən qabaq nələr söylədiyini və necə öldüyünü nağıl etmək lazımdır. Mərhumun paltarını almaq üçün xəstəxanaya getdiklərini söyləmək, dəfn mərasimini təsvir etmək lazımdır. Qızı Anisiya kənddə qalmışdır... Onun da haqqında danışmalıdır. Onun indi o qədər danışılası sözü vardır ki... Ona qulaq asan ah çəkməli, ona acımalı və dua oxumalıdır... Arvadlarla danışmaq daha yaxşıdır, onlar axmaq olsalar da, ikicə kəlmə söz deyən kimi, hönkürməyə başlayırlar. “Gedib ata baxmaq lazımdır. Sonra da yatmaq olar... Yuxu qaçmayır ki...” İona geyinib tövləyə, atının yanına gedir. O, yulaf haqqında, ot haqqında, hava haqqında fikirləşir. O tək olanda oğlu haqqında düşünə bilmir... Onun barəsində başqası ilə danışa bilər, ancaq özlüyündə onun barəsində fikirləşmək, onun şəklini öz xatirəsində canlandırmaq qorxunc və dözülməz bir dərddir.

- Gövşəyirsən? - deyə İona atının parıldayan gözlərinə baxaraq soruşur. - Gövşə, gövşə... İndi ki, yulaf pulu qazana bilmədik, ot yeyərik... Bəli... Mən qocalmışam, daha sürə bilmirəm... Oğlumun sürmək vaxtı idi, mənim yox... Ondan əsl faytonçu çıxardı... Təki yaşayaydı... İona bir qədər susur, sonra yenə davam edir.
- Bəli, mənim əziz madyanım... Kuzma İoniç daha yoxdur... Ömrünü bizə tapşırdı... Nahaq yerə öldü getdi... İndi fərz edək ki, sənin bir dayçan var və sən onun doğma anasısan. Deyək ki, birdən o öldü getdi və ömrünü sənə bağışladı... Axı yazıqdır, deyilmi? Atcığaz qulağını şəkləyib gövşəyir və nəfəsi ilə sahibinin əlini isindirirdi. İona özünü unudur və hər şeyi ona nağıl edir... (1886)(Kulis.az)
Oxşar xəbərlər
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
GÜNLÜK
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb