"Elçibəyin yanında ola-ola arxasınca iş görən o qədər adam vardı ki..."
Oxunub: 3989
22 Aug 2020 | 21:21

Bu gün eks-president Əbülfəz Elçibəyin anım günüdür. 

Bu münasibətlə onun oğlu Ərtoğrul Əliyevlə atası haqqında müsahibəni yenidən təqdim edirik.

- Bu gün burda, Elçibəyin doğulduğu Kələki kəndində 80 illik yubileyi qeyd olundu. Hansı hisslər keçirdiniz, nələr yaşadınız?

- Onu deyim ki, bizim cəmiyyət Elçibəyi anlamağa tam hazır deyildi. Bunun üçün hələ bir 20 il lazımdır.

- Bəs şəxsən özünüz nə hisslər keçirdiniz?

- Sağlığında adamın arxasınca çox danışırlar. Rəhmətə gedəndən sonra görəndə ki, mövqeyindən. düşüncəsindən asılı olmayaraq hamı onu hörmətlə anır, bu, adamı sevindirir. O adamlar hamısı bu il Elçibəyin 80 illik yubileyində qəbrinin üstündəydilər. Ən çox bu sevindirdi məni. Vaxtı ilə Elçibəyin arxasınca danışanlar onu ziyarətə gəlirlər.

- Elçibəyi daha çox necə xatırlayırsınız; ata kimi, yoxsa siyasətçi kimi, milli azadlıq hərəkatının lideri kimi?

- Ata kimi o qədər çox xatirəm yoxdur. Atamla bağlı bir-iki xatirəm var, vəssalam. Ancaq siyasətçi kimi tanıyıram.

Gallery

- Bir yerdə çox vaxt keçirirdiniz?

- Xeyr. Prezident olduğu dövrdə demək olar ki, üzünü görmürdüm. Onda mənim 5 yaşım vardı. Kələkidən Bakıya qayıdandan sonra bir yerdə daha çox vaxt keçirmişik. Vaxt keçirmişik deyəndə, atamın asudə vaxtı gecə saat 12-dən sonra olurdu. Hardasa 15-20 dəqiqə ünsiyyətdə olurduq. Bu, mənə bəs edirdi. Uşaqların çoxunda ata-oğul münasibətləri var. Mən elə münasibətləri görəndə qısqanıram, təəssüf ki, bizim aramızda elə münasibət olmayıb. Amma atam məni sevməyib də deyə bilmərəm.

- Gəzməyə aparmırdı?

- Xeyr.

- Kələkidə də?

- Xeyr. Yenə vaxt olmurdu. 1993-cü ildən 1997-ci ilə kimi Kələkidə yaşamışıq. Dostları, qonaqları, gələn-gedən çox olurdu deyə bizə vaxt ayıra bilmirdi.

- Təəssüf edirdiniz?

- Uşaq olursan, istər-istəməz sən də ata sevgisi istəyirsən.

- Hər hansı mövzuda sizinlə söhbət eləmirdi?

- Bizdə hamı utancaqdı, bircə mən loru dildə desək, bir az üzlüyəm. Bununla belə aramızda siz deyən söhbətlər olmurdu. Bircə otağına rahat girib-çıxa bilirdim.

- Heç sizi danlayıb?

- Xeyr. Bir dəfə belə bir hadisə olmuşdu, o yadımda qalıb. Hardasa 8-9 yaşım vardı, dələduz uşaq idim. Küçədə tozanaq qaldırmışdım. Bunun üstündə ağsaqqallar atama şikayətlənmişdilər. Atam da məni çağırıb xəbərdarlıq elədi, dedi, ağsaqqallara hörmətsizlik eləmə.

- Türkçülük, millətçilik barədə danışır və ya kitab tövsiyə edirdi?

- Aramızda elə bir şey heç vaxt olmayıb. 10-11 yaşlarımda Kemal Sunal vurğunuydum. Demək olar, bütün filmlərinə baxmışdım. Ona görə atam adımı Şaban qoymuşdu (gülür). Deyirdi, sənin filmlərin başladı, get bax.

Gallery

- Özü baxmırdı?

- Yox. Mən baxırdım. İndi də Şabanın filmlərinə baxmağı xoşlayıram.

- Bəy Kələkidə olanda sizinlə bir yerdə qalırdı?

- Əvvəl-əvvəl bir yerdə qalırdıq, sonra qonaqlar çox gəlib-getməyə başladı. Bizim gündəlik həyatımızda problemlər yaşanmasın, vaxtında yatıb-dura, dərslərimiz oxuya bilək deyə atam bizi ayrı evə köçürdü.

- Ad günlərində iştirak edirdi?

- Xeyr. Açığı elə çox ad günü də keçirməmişik. Bir dəfə 12 yaşım olanda kənddə ad günü keçirmişik. Onu da əmim oğlanları təşkil etmişdilər. O ad günümdə bugünkü yığıncaqdakından çox adam var idi. Atam Bakıda idi. İştirak etməmişdi (pauza). Ad günümdə atamın iştirak etməyi yadıma gəlmir.

- Yanınızda olmadığına görə atanızı qınayırdınız?

- Təklikdə olanda, öz-özlüyümdə çox qınamışam. Ən azından mən də ata sevgisi görə bilərdim. Neyləyək (pauza).

- Qəlbinizdə nisgil qalıb?

- Elə sözlər var ki, ürəyimdə qalıb, atama deyə bilməmişəm.

Gallery

- Ürəyinizdən keçib ki, kaş atanız milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy yox, adi, sıradan bir adam olaydı?

- Xeyr. Bu, xəbislik olardı.

- Atanızın prezidentlik dövründən yadınızda nə qalıb?

- Onda heç dostum da yox idi. Mən kəndə gələndən sonra dostun nə olduğunu bilmişəm. O vaxtı biz Zağulbadakı iqamətgahda qalırdıq. Orda tanıdığım uşaqlar İsa Qəmbərin övladları, Pənah Hüseynin oğlu idi; Turqut, İlkin, Vaqif. Uşaqlığım onlarla keçib. Böyüyəndən sonra isə mənim siyasətçi və ya siyasətçilərə bağlı dostlarım olmayıb. Dostlarım ya məhlədən, ya da kənddən olub.

- Nə əcəb atanızdan sonra siyasətə can atmamısınız?

- Elçibəy kimi bir adam olmaq mənə görə imkansızdır. İkincisi də Elçibəyin yanında ola-ola arxasınca iş görən o qədər adam vardı ki. Onun arxasınca iş görən adam mənim arxamca nələr edər?! Həm də hamı istəyər ki, övladı ondan ata sevgisi görsün.

- Yəni demək istəyirsiniz ki, siyasətçi olsanız ailənizə ayırmağa kifayət qədər vaxtınız olmaz?

- Bəli.

- Ona görə siyasətçi olmaq istəmədiniz?

- Bəli.

- Elçibəyin oğlu kimi sizə münasibət necədir?

- Həmişə insanlardan xoş münasibət görmüşəm.

- Bayaq dediniz, dələduz-ərköyün olmusunuz.

- Atam rəhmətə gedənə qədər ərköyünlüyüm olub. O vaxta qədər əmim oğlu Ədalət mühafizəçi kimi daim yanımda gəzirdi. Şəhərdə hər yerə o aparıb-gətirirdi. Atamın vəfatından sonra özüm sərbəst gəzməyə başladım. Heç yerdə də Elçibəyin oğlu olduğumu bildirmədim. Neçə il dostluq elədiyim dostlarım vardı ki, Elçibəyin oğlu olduğumu bilmirdilər.

Gallery

- Elə çətin məqam olub ki, Elçibəyin adından istifadə edəsiniz?

- Elə çətin məqamım olmayıb. Amma o adın köməyini hər zaman hiss eləmişəm.

- Atanız vəfat edəndə hardaydınız?

- Kənddə idim, ağacları sulayırdım. Çağırdılar ki, gəl, Bakıya gedirsən. Heç kəs də demədi ki, niyə gedirəm. Bakıdakı evə girənə qədər heç nə bilmədim.

- Bəy vəfat edəndə neçə yaşınız vardı?

- Atam vəfat edəndə 13 yaşım 8 gün əvvəl tamam olmuşdu.

- Nə hiss keçirdiniz?

- 13 yaşında insan nə hiss keçirə bilər? Açığını deyim, 13 yaşımdan 18 yaşıma qədər heç bir hiss keçirməmişəm. Mən atamın yoxluğunu 18 yaşında hiss eləmişəm. Uşaq vaxtımdan mənim atam da anam olub, mənə tərbiyəni də anam verib. Mən ondan tərbiyə almışam. Atamın yanımda olmamasını hiss etdirməyib. 18 yaşdan sonra hər çətinliyə düşəndə istər-istəməz atanın yoxluğunu hiss edirsən.

- Kələkidə, həyətinizdə keçirilən yubileydə fikir verdim, camaata qaynayıb-qarışmırdınız, ortalıqda çox az görünürdünüz.

- Orda yaşca məndən böyük olanlar çox idi.

- Tədbirdə çıxış da etmədiniz.

- Özüm istəmədim. Tanınmaq, şöhrət mənlik deyil, tanınmamaq daha yaxşıdır.

Gallery

- Özlüyünüzdə atanızla danışırsınız?

- Təbii ki.

- Sirr deyilsə, nə barədə danışırsınız?

- Adi şeylər barədə danışıram. Yatmamışdan qabaq günlük olan şeylərdən danışa bilərəm; belə olmasa belə ola bilərdi...

- Sən ölməsən, başqa cür ola bilərdi.

- Bəli, o cür dediyim də olub.

- Məzarını tez-tez ziyarət edirsiniz?

- Vaxt olduqca, daha doğrusu ürəyimdən keçdikcə. Ayda iki-üç dəfə məzarına gedirəm.

- Heç atanızdan nəsə istəyirdiniz sizə alsın; velosiped, oyun kompüteri...

- Kompüter oyunlarına uşaq vaxtından marağım olmayıb. Amma Bakıya gedəndən sonra velosipedə bir az marağım var idi. 1998-ci ildə də velosiped çox baha idi. Atam ad günümdə bir qədər pul vermişdi. O pulla gedib məhlədən ikinci əl velosiped almışdım. Hətta ad günümdə verdiyi pul azlıq elədi, gedib təzədən pul istədim. “Şirvan” vaxtları idi, özü də atamın “şirvan”, “məmməd”, “nizami” deməkdən xoşu gəlmirdi. O velosipedi 17 yaşıma qədər sürdüm.

Gallery

- Maddi məhrumiyyətləriniz çox olub?

- Vallah, hamı necə yaşayıbsa biz də elə yaşamışıq. Çox şükür bu günlərə gəlib çıxmışıq. Amma həqiqətən o dövrdə necə yaşadığımızı bilmək istəyirsinizsə sizə deyim: 93-94-cü illərdə çəkilmiş bir şəklim var. İnternetdə də yayılıb. Türk jurnalist çəkmişdi. O şəklə baxsanız ayaqqabılarımın vəziyyətindən görərsiniz necə yaşamışıq (gülür).

- Bildiyim qədərilə atanızdan cib telefonu istəmisiniz, o da deyib ki, Türkiyədən qayıdanda alaram. Ancaq Türkiyədən ölüm xəbəri gəlib.

- Yox, o hadisə elə olmayıb. 6-7-də oxuyanda bayaq dediyim kimi dalımca əmioğlum Ədalət gedib-gəlirdi. Bir də gördün ya mən dərsdən tez çıxırdım, ya o gec gəlirdi. Bir gün atam soruşdu ki, niyə gec gəlirsən? Vəziyyəti izah elədim, dedi, mən sənə bir telefon alaram. O da elə həmən il rəhmətə getdi, telefon ala bilmədi. Onun yerinə Rüstəm Behrudi telefon alıb hədiyyə elədi.

- Atanız haqqında söhbətləri dinləməyi sevirsiniz?

- Baxır kim danışır. Onun əhəmiyyəti çoxdur. Elə adamlar var ki, bildiyimiz şeyləri danışır. Bilmədiyimiz şeyləri danışanda xoş gəlir. Altı-yeddi il əvvəl avtobusda gedirəm, bir kişi qayıdıb dedi ki, Elçibəyin oğlu mənim qucağımda böyüyüb. Baxıb gördüm ki, tanımıram. Mən də yolpulumu verib avtobusdan düşdüm. Nə deyərdim?

- Yanınızda Elçibəy haqqında tənqidi danışanda necə reaksiya verirsiniz?

- Tənqidə normal yanaşıram, təhqirə dözmürəm. Atamı təhqir edəndə dava salmışam, yumruqla payını vermişəm. Bəzən atamı tənqid edib deyirlər ki, Elçibəy zəif siyasətçi idi. Zəif siyasətçi Rusiya ordusunu Azərbaycandan necə çıxara bilərdi? O, bunu bacarıbsa deməli böyük siyasətçidir.

- Sevdiyi filmlər, musiqilər hansılar idi?

- Sevdiyi filmlər barədə məlumatım yoxdur. Amma sevdiyi musiqiləri bilirəm. “Səkinə dayıqızı” mahnısını çox sevirdi. Bir də “Ay ana, bu yarım niyə gəlməz oldu” və “Bu qala daşlı qala” mahnılarını sevirdi.

- Siz də o mahnıları sevirsiniz?

- Yox (gülür). “Bu qala daşlı qala”ya arada mən də qulaq asıram.

- Bəyi içki məclisləri ilə çox bağlayırlar.

- Azərbaycanda içməyən adam var? Mən kimsədən eşitməmişəm ki, desin, Elçibəy nə vaxtsa içib keflənib, özünü apara bilməyib.

- Evində canamaz, möhür gördüm. Namaz qılırdı?

- Namaz qılmağını deyə bilməyəcəm. Amma oruc tuturdu. Obaşdan atamla durub yemək yeyirdim, sonra gedib yatırdım (gülür).

Gallery

- Bayaq dediniz “şirvan”, “məmməd” deməkdən xoşu gəlmirdi. Başqa nələrdən xoşu gəlmirdi?

- Azərbaycanlı ailələrdə “mama-papa” müraciətləri çox işlədilir. Atamın bundan xoşu gəlmirdi. Arada əsəbiləşdirmək istəyəndə “papa” deyərdim, hirslənərdi (gülür). Onun uşaqlardan xoşu gəlirdi, qucağına alıb oynadardı. Ancaq uşaq “mama, papa” deyən kimi o dəqiqə yerə qoyardı (gülür). Bir də deyirdi ki, rus dilini oxumayın, lazım deyil sizə.

- Əməl elədiniz onun sözlərinə, rus dilini bilirsiniz?

- Yox, öyrənməmişəm, heç marağında da olmamışam.

- Atanızla aranızda olan yaş fərqi münasibətlərinizə təsir edirdi?

- Nə bilim? Heç bu barədə fikirləşməmişəm.

- Özünüzü bir oğul kimi bəyə borclu hesab edirsiniz?

- Bəli.

- Bəs vətəndaş kimi?

- Vətəndaş kimi də borclu hesab edirəm.

- Hansı daha çoxdur?

- Oğul kimi daha çoxdur. Atamın borcundan çıxmaq mümkün deyil. Onun üçün çalışıram özümü elə aparım ki, sonra deməsinlər atasının adını batırdı. Bir dəfə Facebook səhifəmdə qəlyanla şəkil qoymuşdum. Tənqid atəşinə tutdular ki, Elçibəyin oğluna baxın, qəlyanla şəkil çəkdirir. Mən də məcbur qalıb özümə gizli profil açdım (gülür).

- Heç gələcəkdə atanız haqqında kitab yazmaq və ya onun adını necəsə başqa cür əbədiləşdirmək kimi bir fikriniz, ideyanız varmı?

- Mənim yaza biləcəyim bir şey yoxdur. Amma yazanlara dəstək ola bilərəm. Qohumlarının bəy haqqında xatirələri çoxdur.

- Söhbətimizin əvvəlində dediniz ki, bəyi başa düşməyə hələ 20 il var...

- Tək mənim yox, elə çox adamın bəyi başa düşməyinə 10-20 il gərəkdir. Nəinki cəmiyyətin, yaxın qohumların belə buna ehtiyacı var. Qohumları da Elçibəyin kim olduğunu tam dərk edə bilmir. Buna görə düşünürəm ki, Elçibəyin kimliyini başa düşməyimiz üçün uzun illər keçməlidir. Yalnız ondan sonra biz Elçibəyin böyüklüyünü, şəxsiyyətinin əhəmiyyətini tam anlaya biləcəyik. (kulis.az)

2018

Oxşar xəbərlər
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
GÜNLÜK
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya