Məşhur konfliktoloq Rusiya XİN başçısını ifşa etdi: "Lavrov Azərbaycanla bağlı BMT TŞ – nın qətnamələrini həzm edə bilmir"
Müsahibə
Oxunub: 9146
27 Aug 2020 | 05:04
Məşhur konfliktoloq Rusiya XİN başçısını ifşa etdi:
Bildiyiniz kimi dünən Moskvada Azərbaycan XİN naziri Ceyhun Bayramovla RF XİN rəhbəri Sergey Lavrovun görüşü olub. Azərbaycan diplomatiyasının yeni rəhbərinin bu görüşünü sınaq görüşü də adlandırmaq olar. 

Göüşün maraq doğurduğunu nəzərə alaraq Moderator.az tanınmış konfliktoloq Elxan Mehdiyevdən olduqca maraqlı müsahibə alıb.

- Siz Azərbaycan xarici işlər nazirinin Lavrovla görüşünü izlədinizmi?

- Mən S. Lavrovun Ceyhun Bayramovla mətbuat konfransına baxdım. Təbii ki, hər kəsi Lavrovun və bizim nazirin mətbuat konfransında işğal altındakı torpaqlarla bağlı verəcəyi cavablar maraqlandırırdı. Hesab edirəm ki, Ceyhun Bayramov daha çox erməni işğalına diqqəti yönəltmək istəyirdi və onun şərhlərini də normal qəbul edirəm, ancaq bir izahatdan başqa. Tovuz döyüşlərinin səbəblərinin nədən ibarət olduğunu izah etmək istədikdə, bunun Ermənistandakı daxili vəziyyətlə əlaqələndirməyin bizə nə dəxli var və ya nə faydası var...

Onların daxili vəziyyəti ağırdır, pandemiya ilə bacarmırlar və ona görə də bu addımı atıblar deməklə, sanki biz düşmən tərəfin günahını və təcavüzünü yüngülləşdirməyə çalışırıq. Bizim torpaqları işğal edən düşmənin daxili vəziyyətinin nə cür olub - olmaması bizim nazirin və ya prezidentin niyə söhbət mövzusu olmalıdır? Bizim bu qədər torpaqlarımızı 27 ildir işğal edib həyatımızı məhv ediblər, biz düşək deyək ki, onların daxili vəziyyətləri ağırdır və xalqın fikrini yayındırmaq üçün torpaqlarımızı tutub işğal altında saxlayırlar? Bu nə yanaşmadır? 
Keçək əsas məsələyə. Əvvəla, Lavrova sual verən savadlı jurnalisti təbrik etmək və digər mənasız suallar verən Azərbaycan jurnalistlərini isə qınamaq lazımdır. Bu mətbuat konfransında erməni jurnalistləri olsaydı 6 sualın 5-i Qarabağla bağlı olacaqdı. Yoxsa neçə rus məktəbi açılıb və ya pandemiya ilə necə mübarizə aparılır suallarını Azərbaycanın təhsil idarələrinin işçisinə və ya TƏBİB-in sözçülərinə hər gün Bakıda verə bilərdilər. O mənasız suallar üçün Moskvaya getməyin və ya  bu  cür mühüm görüşü heçə endirməyin məqsədi nədir? Onlar faktiki olaraq, nazirin əleyhinə, onun Qarabağa köklənmiş fikirlərinin heç də ictimai rəydə dominant olmadığını göstərməyə çalışdılar.

- Siz Lavrovun Qarabağla bağlı suala cavabını necə qiymətləndirirsiz?

- Jurnalist ona BMT TŞ qətnamələrini xatırlatdı, o isə dərhal bu qətnamələri təhrif edərək onların ancaq atəşkəslə bağlı hissəsini vurğuladı və 27 il işğalı uzadan danışıqlar prosesinə-imitasiya prosesinə işarə etdi. Rusca mətnə baxsanız daha da aydın olar: “Согласен с тем, что надо руководствоваться теми решениями, которые приняты международным сообществом, включая резолюции Совета Безопасности ООН, которые преследовали немедленную задачу в то время – остановить войну, а также разработанные на последующих этапах параметры переговорного процесса с целью мирного урегулирования”. (Onunla razıyam ki, beynəlxalq ictimaiyyətin qəbul etdiyi o qərarları, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının müharibəni dayandırmaq, habelə sülh yolu ilə nizamlanması məqsədi ilə sonrakı mərhələlərdə hazırlanmış danışıqlar prosesinin parametrlərini əsas götürmək lazımdır). Tam saxtakarlıq və riyakarlıq... O açıq - aşkar ermənilərə mesajı göndərdi. Yəni məsələ torpaqlardan çıxmaq deyil, işğalın davam etməsidir. 
Mən 3 gün əvvəl Lavrovun bu cür cavab verəcəyini elə Moderator.az-da yazmışdım. Onun BMT TŞ qətnamələrini bu cür təhrif etməsi saxtakarlıq və riyakarlıqdan başqa bir şey deyil. Artıq onun bu ifadələrini son illər erməni tərəfi də təkrarlayır. Əvvəllər erməni rəsmiləri heç bir zaman BMT TŞ-nın qətnamələrinin adını belə çəkməzdilər. Onlar qətnamələri yox sayırdılar.  Amma Lavrovun təlimatından sonra Nalbandyan bu işə başladı və tutuquşu kim BMT TŞ-nın qətnamələri atəşkəsə çağırır və Azərbaycan bu qətnamələri yerinə yetirmir deyirdi. Buna bizlərdə belə deyirlər: oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.
 
O hər belə çıxış etdikdən sonra mən yenidən BMT TŞ – nın 4 qətnaməsinə baxıram. Burada nə deyilir?  Kəlbəcərlə bağlı BMT TŞ 822  qətnaməsi: Qətnamənin 1-ci Maddəsi bütün döyüş əməliyyatlarının dayandırılmasını və Kəlbəcərdən və son zamanlar işğal edilmiş bütün ərazilərdən işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edir. Ağdamın işğalı ilə bağlı 853 nomrəli qətnamənin 1-ci bəndi Ağdamın  işğalını və son zamanlar işğal edilmiş əraziləri pisləyir, ikinci maddəsi yaşayış məskənlərinin bombardman edilməsini  pisləyir, 3-cü bəndi  bütün döyüş əməliyyatlarının dayandırılmasını və Ağdam daxil bütün son zamanlar işğal edilmiş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeydsiz-şərtsiz çıxarılmasını tələb edir və sonrakı 874 və 884 qətnamələr bütün bu qətnamələri bir daha dəstəkləyərək  Zənqilan və Horadizin işğalı daxil bütün son zamanlar işğal edilmiş ərazilərdən işğaılçı qüvvələrin çıxmasını tələb edir. 

Lavrov isə hər zaman deyir ki, bu qətnamələr hərbi əməliyyatların dayandırlmasını və sonra danışıqlar masasına oturub ortadakı problemləri həll etmək üçün razılaşmalara gedilməsini tələb edir və riyakarcasına biz də ona çalışırıq deyir. Mən burada bir məsələni qeyd etmək istəyirəm. Lavrov  Azərbaycanla bağlı BMT TŞ –nın qətnamələrini həzm edə bilmir. Onun özü uzun illər BMT –də çalışmış və Azərbaycanla bağlı bu qətnamələrin dilinin nə qədər birqiymətli və güclü olduğunu yaxşı bilir. Mən inanıram ki, bu cür işğal indiki dönəmdə baş versəydi və ya 10 il öncə baş versəydi heç bir zaman BMT TŞ-dan belə qətnamələr çıxmayacaqdı. Ona sadəcə Rusiya izn verməyəcəkdi. Qətnamə qəbul edilsə də, onun dilini dəyişdirb indiki həmsədrlərin bəyanatlarına uyğun qətnamə qəbul ediləcəkdi. 
Qətnamələr qəbul edildiyi 1993- cü ildə Rusiyanın dünyada rolu çox zəifləmişdi və bu qətnamələr Türkiyə, ABŞ və Pakistanın dəstəyi və sponsorluğu ilə qəbul edilmişdi. Rusiya bu qətnamələrdən Ermənistanın adını çıxararaq məcburən səs vermişdi.  Bu baxımdan, bütün başqa beynəlxalq forumlarda və görüşlərdə ancaq BMT-nin rolunu və qətnamələrini və bəyənatlarını irəli çəkən Lavrov bu qətnamələrin güçünü bilərək onları hər zaman qulaqardına vurmağa çalışır və ya təhrif edir. Biz çox istərdik ki, bu cür hallarda Ceyhun Bayramov Lavrova qətnamələrin mahiyyətini iki cümlə ilə izah etsin. Görək o zaman o nə deyir.  
Bir məsələni də vurğulamaq lazımdır ki, Dağlıq Qarabağ  ətrafındakı rayonların işğalı ilə bağlı danışıqlar aparmağa ATƏT Minsk qrupu həmsədlərinin heç bir mandatı yoxdur. Mandatı olsaydı, o zamankı XİN-i Tofiq Qasımov ATƏT-in iclasını tərk edib birbaşa Nyu-Yorka uçmazdı. Çünki o zaman artıq DQ-dan kənar ərazinin, Kəlbəcərin Ermənistan tərəfindən işğalı gündəliyə çıxmışdı. ATƏT-in 1992 –ci ildə yaranmış Minsk Qrupu Dağlıq Qarabağ üzrə Minskdə konfrans keçirmək mandatı almışdır. Onların mandatı Dağlıq Qarabağın  statusunu, təbii ki Azərbaycan daxilində yenidən müəyyən etmək idi. Ona görə də, Dağlıq Qarabağ erməni və azərbaycanlı əhalisinin nümayəndələri də maraqlı tərəflər kimi danışıqlarda iştirak etmək statusu almışdı. Torpaqların işğalı ilə bağlı BMT TŞ qətnamələri işğal edilmiş ərazilərdən dərhal, sonra isə tam və qeydsiz şərtsiz və birtərəfli olaraq erməni işğalçı qüvvələrinin çıxmasını tələb edirdi.  Qətnamələr bu rayonları danışıq mövzusu kimi, mübahisəli ərazi kimi qəbul etmirdi. Bu rayonlardan çıxmaq ATƏT Minsk Qrupu danışıqlarının predmeti də deyildi. Ter Petrosyanın 1997-ci ildə bu plana razılıq verməsi, o zamana qədər tutulan yanaşmanın nəticəsi idi.  
Burada mənfi rolu yeni yaranmış həmsədrlər İnstitutu oynadı. Ter-Petrosyan devriləndən sonra Koçaryanın tələbi ilə həmsədrlər bu məsələni və DQ-ın statusu məsələsini vahid platformaya qoyub danışıqların tərkib hissəsinə cevirdilər və bununla da torpaqların azad edilməsi statusdan asılı bu cür vəziyyətə düşdü. Burada gedişi pozan həmsədrlər oldu. Bu məsələ birləşdiyindən DQ erməniləri də danışıqlardan kənarda qaldı və nəticədə danışıqlar Heydər Əliyev-Koçaryan arasında aparıldı. Duz 1998-ci ilə qədər, ayrı-ayrı bəyanatlar olsa da DQ-ın statusu danışıqlarda önə çıxmırdı və ermənilər işğal edilmiş torpaqlarda gözümüz yoxdur deyirdilər.
Oxşar xəbərlər
21:06, Bu gün
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
21:05, Bu gün
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
20:52, Bu gün
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
20:47, Bu gün
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
20:30, Bu gün
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
20:08, Bu gün
Şagirdlərin tətil günləri AÇIQLANDI
20:05, Bu gün
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:55, Bu gün
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
GÜNLÜK
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?