Rübabə Muradovanın qızı: "Atam anama səhnədə güllə atdı, o da atamı tutdurdu..."
Müsahibə
Oxunub: 13329
28 Aug 2020 | 20:16
Rübabə Muradovanın qızı:

Xalq artisti Rübabə Muradovanın qızı Qəmər Muradovanın müsahibəsini təqdim edirik.

- Yaxşı səsiniz olub, amma Rübabə xanım oxumağınıza icazə verməyib. Səbəb nə idi?

- Qoymurdu. Bilirsən, necə döyürdü məni?! Ciddi qadın idi. Biz ondan qorxurduq. Bir dəfə mən ondan xəlvət gözümə sürmə çəkmişdim, sonra yumuşdum, amma yeri qalmışdı. Bildi, mənə dedi, sən gözünə qara çəkmisən. İnanın, o, məndən bunu soruşanda qorxumdan ölmüşdüm. O ölüb, mən indi də ondan qorxuram.

- Bu qorxunu nə ilə yaratmışdı?

- Çox zəhmli adam idi. Qılığı da yox idi ki, gəlib səni bir uşaq kimi qılıqlasın. Yox idi onda belə şeylər. Sovet dövrünün adamları ilə indiki dövrün adamları tamam başqadı. O vaxtı oxuyanlara, aktrisalara pis gözlə baxırdılar.

- Ancaq özü bütün bunları gözə almışdı?

- Özü, hə. Ona görə də bizi oxumağa qoymurdu. O, müğənni olmaq söhbətini heç bizim yaxınımıza da buraxmazdı.

- Səhv etmirəmsə, bu məsələyə görə də sizi döyüb?

- Mən 6-da oxuyanda ondan xəbərsiz məktəbdən qaçıb Əlibaba Abdullayevin ansamblına getmişdim. Orda həm rəqs edirdim, həm də oxuyurdum. Bir ay yarım beləcə orda məşq etdim. Sonra bizi Moskvaya festivala göndərmək istədilər. Əlibaba müəllim mənə deyəndə ki, anana de, icazə versin, mən qorxumdan dinmədim. Bir həftə də ora getmədim. Sonra o, evimizə zəng vurur, deyir ki, Rübabə, Qəməri hazırla, Moskvaya aparacam. Anam əvvəl inanmır, elə bilir, onu Moskvaya festivala göndərirlər. Biləndə ki, söhbət məndən gedir, deyir, mən Qəmərlə danışaram, amma bəri başdan deyirəm ki, Qəmər heç yerə getməyəcək. Mən də həmin gün dünyadan xəbərsiz çantamı çiynimə atıb oxuya-oxuya evə gəlirəm. Qapıdan içəri girən kimi anam mənim başımı tutub soyuducunun qapısına çırpdı. Nənəm mənə çatana kimi anam məni elə pis döydü ki, nə baş verdiyinin fərqində olmadım. Nənəm güclə məni onun əlindən almışdı.

Gallery

- Nənənizlə hesablaşırdı?

- Hə. Həm də onu çox istəyirdi. Onların ölümünün altı il arası oldu. Nənəm öləndən sonra anam elə hey ağlayıb deyirdi ki, anamı istəyirəm. Nənəm də mən yetimin əlində öldü. O rəhmətə gedəndə anam qastrolda idi. Onu xəstəxanaya mən aparmışdım. Ora çatandan bir az sonra keçindi. Beyninə qan sızmışdı. Buna görə anam məni bir il danışdırmadı (ağlayır).

- Niyə?

- Dedi, sən onu xəstəxanaya aparmasaydın, heç nə olmayacaqdı. Anası ölən gündən sonra anam elə hey onun üçün ağladı.

- Rübabə xanımı ilk dəfə səhnəyə gətirən aktyor Ələsgər Ələkbərov olub.

- Anamgil İrandan gələndən sonra bir çox rayonlarda yaşayıblar. Axırda gəlib Əlibayramlıda məskunlaşıblar. O vaxtı mədəniyyət sarayları vardı. Orada anam Qulu Əsgərovla səhnədə Xuraman rolunda çıxış edirmiş. Aktrisa xəstələndiyi üçün anam onu əvəz edib. Ələsgər Ələkbərov anamı görür, aktrisa kimi çox bəyənir. O, anama deyir ki, qızım, gəl Bakıya, sənin yerin Bakıdı, qəşəng də səsin var. Anam da onun sözünə qulaq asıb Bakıya gəlir, filarmoniyaya daxil olur, Qız qalasının yanında kirayə ev tutub yaşamağa başlayır. Bakıda da Tələt adlı bir kişi ilə ailə qurur.

- Bu evliliyin də kədərli tarixçəsi var.

- Hə, Tələtin bacısı özünü yandırmışdı. Anam onu özü ilə operaya aparır. O da qardaşından icazə almamış gedir. Qayıdanda qardaşı onu sorğu-sual edir, sonra da basıb qızı döyür. Ertəsi gün qız özünü yandırır. Bundan sonra Tələt deyir ki, mən Rübabəni alacam. Onlar evlənirlər, bacım olur, adını da Şahnaz qoyurlar.

- Sizin atanızla Rübabə xanımın qəribə tanışlığı olur. Atanızın onları ölümdən xilas etməsi doğrudur?

- Bəli. Mənim atam anamın bütün nəslini xilas etmişdi. O, İranda zindan rəisi olub. Mənim ağam, yəni anamın atası da siyasi məhbus idi. Atam görüb ki, farslar onlara hücum edirlər, onda babamdan xahiş edir ki, bəs qurban olum, mənim balalarımı tankların altından xilas elə. Anamgil evlərində olan hər şeyi yorğan-döşəyə bürüyüb "Vilis" maşınına yığırlar. Atam onları Arazın bu tayına keçirir. Atam özü də bu tayda qalır. İranda atamın atasını tutub güllələyirlər ki, oğlun hardadı. Atam İrana qayıdanda görür ki, atasını öldürüblər, onu da axtarırlar. Bundan sonra həmişəlik Azərbaycana gəlir. Babam da ona deyir ki, mənə görə həyatını təhlükəyə atdın, atanı itirdin, mən də Rübabəni sənə ərə verirəm.

Gallery

- Rübabə xanımın özünün könlü olur?

- Hə, olur. Mənim atam çox yaraşıqlı kişi olub. Nənəm deyirdi ki, o, atın üstündə oturanda, adam tamaşasından doymazdı. Anam onun qədər gözəl olmayıb. Kifir qadın olub. Nə isə bunlar evlənirlər, atam gedir Gəncəyə oxumağa. Anam da mədəniyyət sarayında səhnəyə çıxır. Atam çox ağırxasiyyət kişi olub. Anamın oxumaq xəbəri ona çatanda anama sifariş yollayır ki, oxumasın, evdə otursun. Anam da deyir ki, oxuyacam. Mən anadan olandan sonra atam anama deyib ki, evdə oturmursansa, onda get, oxumağının dalınca. Beləliklə, ayrılırlar. Anam ondan sonra Bakıya gəlib Tələtlə evlənir. Atam məni bir illik yanına aparır, amma anam məni ondan alıb nənəmə verir. Məni demək olar ki, nənəm saxlayıb.

- Bir neçə il əvvəl bir qadın Rübabə xanımın internata verilən qızı olduğunu iddia edirdi. Əslində isə internatda olan qız siz olmusunuz.

- Anamın Şahnazdan və məndən başqa qızı olması şayiədir. Həmin internatdakı qız mən olmuşam. Başqaları anamın neçə qızı olmasını məndən yaxşı bilməyəcəklər ki. Atam o vaxtı anamdan ayrılandan sonra anama səhnədə güllə atır, anam onu məhkəməyə verir ki, səni tutduracam. Tutdurur da. Məhkəmə olanda məni Moskvaya beynəlxalq internata yolladılar.

- Sizi internata niyə verdilər?

- Mən anamla atamın arasında qalmışdım. Məhkəmə belə qərar çıxarmışdı ki, sizin məsələniz həll olunana qədər uşaq sizdən ayrı qalmalıdır. Bir ildən sonra məni təzədən Bakıya gətirdilər.

- Siz özünüz kimin yanında qalmaq istəyərdiniz?

- Anamın...

Gallery

- Sizin başqa müsahibələrinizi də oxumuşdum. İndi də hiss edirəm ki, ananız nə qədər zəhmli olsa da siz ona bağlı olmusunuz və həmişə onun həsrətini çəkmisiniz...

- Hə, mən indi də onu çox istəyirəm (ağlayır). O, 36 ildir ki, ölüb, amma mən hər gün elə bilirəm mənim yanımdadı, mənimlə söhbət edir. Şəklini də divardan asmışam. Hər səhər durub salamlayıram, salavat edib, adını zikr edirəm. Şəklinə baxıb onunla tez-tez danışıram.

- Rübabə xanımda ana məhəbbətini dərindən nə zaman hiss etmisiniz?

- Mənim ad günümdə elə gözəl qonaqlıqlar, məclislər düzəldərdi ki! Qarmonçalan Kübra vardı, onu da dəvət edərdi. Sonralar oğlum anadan olanda da qonaqlıqlar verdi. Münəvvər Kələntərlini, Sona Hacıyevanı, başqa məşhurları evimizə yığıb mənim oğlum üçün gözəl ad günü keçirtmişdi. O, deyilən qədər zəhmli, lap əzazil də olmayıb. Bizi sevirdi. Sadəcə olaraq oxumaq barədə qadağa qoymuşdu. Biz də bilirdik ki, olmaz. Çox valideyncanlı idi. Onun qazandığının yarısı anasında, atasında, bacı qardaşında idi. Hamısına baxırdı.

- Ümumilikdə Rübabə xanımın çox acı taleyi olub. Asan həyat yaşamayıb...

- Hə. Bilirsiniz, o vaxtı yaşamaq asan deyildi. Sonra da taleyi gətirmədi. Özü xoşbəxt xanım idi, amma taleyi qəmgin oldu. Babam, qoşa dayılarım, nənəm hamısı onun üstündə idi. Hamısına o baxıb, təmin edirdi. Bacı qardaşlarının hamısını oxutdurdu. Toylara gedirdi, ordan qazandıqlarını qohum-əqrəbasına paylayırdı.

- Onun səsindəki yanğını bir az da taleyinə və yaşadığı qəribçiliyə, həsrətə bağlayırlar. Siz onun səsi haqqında nə düşünürsünüz?

- Onun səsi Allahın ona verdiyi nemət idi. İndi hərə öz səsi ilə oxuyur. Hərənin özünə xas səsi var. Sadəcə olaraq, kimi beyni ilə oxuyur, kimi də ürəyi ilə. Bunlar ayrı-ayrı şeylərdi. Mənim səsim ürəyimdəndi. Hərdən elə oxuyuram ki, özümün öz səsimə ağlamağım gəlir. Amma anamın səsi beynindən gəlirdi. Mənim səsimdəki yanğı da mənə anamdan keçib.

Gallery

- Bakıda xanəndəliyə başlayandan sonra ona sənət aləmində münasibət necə olmuşdu?

- Bu barədə çox danışmırdı. Qulu Əsgərovla dostluğu vardı. Mən, demək olar ki, onun qucağında böyümüşdüm. Sonra Qulu müəllim bizim bağımıza gələndə məni görüb inanmamışdı ki, mən o balaca qızam. Sənət məsələlərini öz aralarında danışardılar. Mənə də maraqlı olmadığı üçün qulaq asmazdım.

- Mən bildiyimə görə Şövkət Ələkbərova, Sara Qədimova ilə eyni nəslin xanəndələri olsalar da, o qədər yaxın olmayıblar?

- Onlar heç biri bir-biri ilə yaxın əlaqədə deyildilər. Amma mənim anam rəhmətə gedəndə Sara, Şövkət bir də Elmira Rəhimova qırx gün bizim evimizdə olublar. Hər gün sübh açılandan gəlirdilər, düz axşama kimi bizdə otururdular. Anam rəhmətə gedəndə mən anamı ağı deyib oxşayırdım. Onda Sara xanıma dedim ki, mənim anamı oxşayın da, niyə onun üçün səsli ağlamırsınız? Sara xanım dedi ki, Qəmər, mən sənin səsinin qabağında heç nə deyə bilmirəm. Oxumadı. Amma Sara da, Şövkət də vəsiyyət elədilər ki, biz öləndə bizim qəbrimizin üstündə ananı oxşayan kimi oxşayarsan.

- Oxşadınız?

- Sara rəhmətə gedəndə ağladım onu. Amma Şövkət rəhmətə gedəndə ürəyimdən əməliyyat olunmuşdum, xəstəxanadaydım. Onun heç yas məclisinə də gedə bilmədim. Sara rəhmətə gedəndə getdim. Oğlu Akif zəng vurub mənə dedi ki, bilirsən də, sənin ağlamağını vəsiyyət edib. Getdim. Onu Rəşid Behbudov adına Mahnı Teatrından götürürdülər. Mən ora çatanda Akif camaata dedi ki, çıxın zaldan, çünki artıq saat iki idi, yerdən götürməliydilər. Dedim, Akif, adamları çıxartma, onsuz da qayıdacaqlar. Dedi, niyə? Dedim, indi görərsən. Səsimi başıma alıb, Saranı ağladım. Onda Polad Bülbüloğlu soruşmuşdu ki, bu hansı xanəndədi, kimdir belə gözəl oxuyur? Akif də demişdi ki, xanəndə deyil, molladı, Rübabənin qızıdı.

Gallery

- Özünüzün ailə həyatınız uğurlu olub. Ailəniz, övladlarınız, indi də nəvələriniz var. Amma danışdıqca anidən kövrəlirsiniz. Sizi kövrəldən, Rübabə xanımın həyatı ilə bağlı ağladan nələrdi?

- Hər şey. Anamın, nənəmin yoxluğu (ağlayır). Atamın olmaması. İnsanı dərd kövrəldir də. Allah mənə məişət narahatlığı da verib, dərd də. Çox kövrək adamam. Həm də anamı çox istəyirdim. Mən heç anamdan doymadım. Tez ailə qurdum, ondan doya bilmədim.

- Müğənni həyatı yaşayırdı. Toylardan, çəkilişlərdən vaxt edib sizə nəvaziş göstərə bilirdi?

- Anam toylara gedirdi. O vaxtlar da toylar xoruz banlayanda başa çatırdı. Anam evə səhərə yaxın, üçdə, dörddə, bəzən beşdə, altıda gəlirdi. Uzanıb bütün günü yatırdı. Axşam yenə yuxudan oyanıb başqa toya gedirdi. Yəni anam bizimlə oturub doyunca söhbətləşməyə belə vaxt tapmırdı. Belə fürsət bizim əlimizə ancaq bağa gedəndən-gedənə düşürdü. O, maraqlı qadın idi. Səliqə-sahmanı, gözəlliyi xoşlayırdı. Evində mebellərin içini, çölünü heç kimə həvalə etməzdi. Deyərdi ki, qoyun, Qəmər bəzəsin.

Gallery

- Hiss olunur ki, sizə də doğmalıqla yanaşıb, nisgilli münasibəti olub...

- Məni çox ağıllı hesab edirdi. Sənəd-sübut işinə məni yollayardı. O vaxtlar oxunan musiqilərdə şeirlərin, qəzəllərin sözlərinə ciddi fikir verirdilər. Allah eləməsin ki, xanəndə gələrəm sözünün yerinə, gəlirəm deyəydi. O dəqiqə qərar verib, onu altı ay efirdən uzaqlaşdırırdılar. Anam da muğamın qəzəllərini yazıb verirdi mənə, aparırdım, filarmoniyada möhürlədib gətirirdim.

- Rübabə xanım bu baxımdan senzuraya məruz qalıb?

- Yox. Heç vaxt elə şeylər olmayıb. Mən o biri xanəndələr haqqında eşitmişəm, amma anam barədə olmayıb. Bilirsən, insanın bəxti gətirməyəndə pis olur. Mən ailə qurandan sonra yoldaşım məni hərtərəfli təmin etmişdi. İndi bu divara vurulan şəkildə anamın əynindəki paltarı ona mən almışdım. 60-cı illər idi. Oğlumun ad günündə qarmonçalan Kübra bu paltardan geyinib bizə gəlmişdi. O vaxtı belə mallar Kubinkadan alınırdı. Heç yerdə tapılmazdı. Anam o paltarı gördü, qonaqlar gedəndən sonra mənə dedi ki, Kübranın əynində nə gözəl paltar vardı, çox xoşuma gəldi. Sübh tezdən yuxudan oyanıb, yoldaşımın mənim adıma banka qoyduğu puldan üç yüz manat çıxarıb getdim Kubinkaya. O pulun üstünə də iki yüz manat qoyub həmin paltarı, bir də corab alıb on birdə anamın evinə çatdım. Anam paltarı görüb təəccübləndi, dedi, bunu almağa pulu hardan tapmısan? Biləndə ki, yoldaşımın puludu, ehtiyat elədi. Dedi, birdən sənə acıqlanar, nə isə deyər. Onu arxayın saldım ki, narahat olmasın. Ondan sonra çox sevindi, o dəqiqə paltarı əyninə geyindi. O şəkli də onda çəkdirdi.

Gallery

- Rübabə xanım nəyi sevmirdi?

- Gülüb-danışmağı xoşlayırdı, amma tünlüyü, çox adam olan yerləri sevmirdi. Ancaq bir də görərdin ki, rəfiqələrinin hamısını yığardı başına, səhərə qədər loto oynayardılar. Nənəm aş bişirərdi. O qadınlar hərəsi səhərə qədər bir bulud aş yeyərdilər. Nimçədə yox e, iri-iri buludlarda. Onun üstündən nənəmə teştlə bir halva bişirtdirərdilər, bir diri qoyunu şaqqalatdırıb diri-diri qızartdırardılar. Səhərə gedər səslə-küylə yeyib, söhbətləşib, əylənərdilər. Hamısı da qəribə şəkildə yeyən qadınlar idilər. Bax belə qəfildən anam üçün məclis əhvalı gəlirdi, sonra da anasına tapşırardı ki, zəng edənlərə desin ki, evdə yoxdur. Bizə də bərk-bərk tapşırırdı ki, o yatan otağa tərəf baxmayaq. Toydan gələndən sonra hiss edirdim ki, onun canı çox ağrıyır. Yatağa uzanırdı, hər qolunun altına bir yastıq qoyub yatırdı. O, toydan gələndən sonra evə inanılmaz bir sakitlik çökürdü. Hər cür əhvalda olan qadın idi. Amma danışıb-gülən adam idi. Mısmırıqlı adam deyildi. Həmişə Mahirə xalamın oxumaqlarını lağa qoyardı, deyərdi oxu, kefimiz açılsın, gülək. Musiqinin bilicisi idi. Xaric səsləri, ifaları dərhal tuturdu

- Dünyasını dəyişəndə ailə həyatı vardı?

- Yox, subay idi.

- Amma sevən qadın idi...

- Həm sevən, həm də sevilən qadın idi. Onu sevirdilər. Amma o vaxtı yazıq xanəndələrin adları da bədnam idi. Artist adı çox ağır təsir bağışlayırdı. O vaxtı katib Vəli Axundovun anası bizimlə balkon qonşusu idi. Anam harasa gedəndə həyətə düşüb taksi çağırardı. Bəzən Vəli Axundovun Rəna adlı bacısı da anamla bir vaxtda evdən çıxıb həyətdə üzləşərdilər. Rəna deyərdi ki, Rubuş, hara gedirsən, elə mən də səninlə bir taksidə gedim. Anam ona deyirdi ki, Rəna, sən Allah, bizim adımız ağırdı, sən bizimlə getmə, ayrı get. Yəni işini bilən arvad idi. Özü bilirdi ki, nə olar, nə olmaz.

Gallery

- Rübabə xanım haqqında yayılan fikirlərdən biri də bu idi ki, Ərdəbildə sevdiyi oğlan qalıb. Nə dərəcədə doğrudur?

- Yalan söhbətdir. Bu sözlər Anarın anama həsr etdiyi “Sil gözünü, Qaragilə” romanından sonra yarandı. Ordakı əhvalat siz deyən kimi idi. Amma anama aidiyyəti yox idi.

- Ümumiyyətlə, o, Ərdəbil həsrəti sona qədər davam etdi?

- Ölənə qədər bu həsrət səngimədi. Elə hey deyirdi ki, evimizi istəyirəm. Hərdən nənəmlə ikisi diz-dizə oturub elə ağlaşırdılar ki, adamın ürəyi ağrıyırdı. Anasına da deyirdi ki, evimizi istəyirəm. Nənəm də dərdli idi. Onun bütün qardaşları, qardaşının balaları hamısı İranda qalmışdı. Bir dəfə anam toydan gəlib bir mahnı mızıldanırdı. Nənəm dedi ki, ay Rubuş, o nə mahnıdı elə oxuyursan? Anam dedi ki, toylara dəb düşüb, “Səkinə dayıqızı” mahnısıdı. Nənəm o mahnını əzbər oxudu anam üçün. Dedi ki, bu, İran mahnısıdı, İrandan gəlib Bakı toyxanalarına. Sonra anam o mahnının sözlərini əzbərləyib, toylarda oxudu. Yəni nənəm də İrana bağlı adam idi. Orda doğulub, yaşamışdı.

- O dövrün toylarında, xüsusən də kişi məclislərində böyük izdiham yaşanırmış. Sonda toyda böyük davalar düşür, qanqaralıq olurmuş. Rübabə xanımın apardığı toy məclislərində belə hallar baş verirdi?

- Heç vaxt. Əvvəla anam qadın məclisləri aparırdı. Əgər kişi toylarına gedirdisə də, sanballı adamların toylarına gedirdi. Onda da ev adamlarından bir neçəsi gəlib toyxanada oturub vəziyyətə nəzarət edirdilər. O vaxtı oxuyana hörmət olub. Anam apardığı toylarda biri gəlirdi, misalçün, yüz manat qoyurdu masaya, deyirdi, "Segah"ın filan şöbəsini oxu. Hamı oturub həmin mahnıya diqqətlə qulaq asardı. Milçək uçmazdı belə məclislərdə. Biləndə ki, toya Rübabə gəlib, hamı təəccüblə pıçıldayırdı. Yəni bu toy adamı və toya gələnlər üçün bu adi məsələ deyildi.

- Etiraz etdiyi toy olub?

- Hə. Xəstə olub gedə bilməyib. Və yaxud da toy günü başqa toya da aparmaq istəyiblər, deyiblər, o toya getmə, bu toya get. Etiraz edib, deyib ki, yox, mənim üçün toy, toydu. Hamının da balası özünə əzizdi.

Gallery

- Rübabə xanımın opera həyatı olub. Tamaşaları üçün evdə məşqlər edirdi?

- Yox. Mən rollarını evdə hazırladığını görməmişəm. Mən evimizdə Şəfiqə Axundovanı, oğlu Talehi görmüşəm. Gəliblər bizə, məşq ediblər. “Gəlin qayası”nı bizdə məşq ediblər, mən bunun şahidi olmuşam. Bəxtiyar Kərimov daim bizim evimizdə olub. O, bütün mahnılarını anama oxutdururdu.

- Kimlərlə dostluq edirdi?

- Onun xüsusi dostluq etdiyi adamlar olmayıb. Gülxar Həsənovanın oğlunun, Şövkət Ələkbərovanın balalarını toyuna gedib. Canəli Əkbərovla yaxın olublar.

- Qəmər xanım, Rübabə xanım bakılı ola bildi?

- Hə, o, elə bakılıydı da. Düzdü pasportunu heç vaxt dəyişdirmədi, amma Bakıya bağlı idi. Pasportunun yaşıl olmasına görə də narahatlıqlar yaşadı, xarici ölkələrə çox çıxa bilmədi. Çox qadağalar qoyuldu. Rac Kapur Bakıya gələndə anamı Hindistana aparmaq istəmişdi. Anam getmədi. Dedi, nə danışırsan, mən Hindistana getsəm, məni məhv edərlər. Hətta o vaxtı anama İrandan məktub gəlmişdi. Atamın orda evi vardı, mən atamın vərəsəsi hesab olunurdum. Onda məni çağırdılar Xrici İşlər Nazirliyinə. Başıma bir oyun açdılar ki. Dedilər bu məktubun heç yerdə adını çəkməyin, elə bilin, heç belə bir məktub gəlməyib. Mənə dedilər ki, sən cavansan, ona görə də sənin adını heç yerdə hallandırmırıq, səni burdan gülərüzlə yola salırıq. Ancaq vərəsə olmağın haqqında bir kəlmə də heç kimə heç nə demə.

- Rübabə xanım səhnədən nə vaxt çəkildi?

- Ölməmişdən iki il qabaq. Onda artıq ağır xəstə idi.

Gallery

- Xəstəliyi nə idi?

- Serroz idi. Yüksək təzyiqi, mədəsində yarası vardı. Hamısı bir-birinə qarışmışdı. Amma ölüm kağızında ürək çatışmazlığından öldüyü yazılmışdı. Xəstəlikləri harasına isə vurmalı idi, görünür ürəyinə vurmuşdu.

- Ananız haqqında ən çox dolaşan fikirlərdən biri də onun içkiyə olan aludəçiliyi idi. Hətta onun özü ilə termosda toylara içki apardığı deyilir. Bu nə dərəcədə həqiqətə uyğundur?

- Deyim də sizə. Anam oxuyan idi. İndi kafedə, restoranda oxuyan da, oxumayan da ərli-arvadlı hamısı içir. O vaxtı içki içən tək-tük idi. Əgər anam da o vaxtı toyda və yaxud da bir məclisdə bir qədəh içki içirdisə, o dəqiqə söz-söhbət yayılırdı ki, Rübabə filan məclisdə lül-piyan idi. Sonralar bu söz-söhbətləri anamdan yanıqlı olan bir müğənni yaydı. Onunla anamın arasında nəsə baş vermişdi, o da anamdan belə yolla acıq çıxırdı. O, anam haqqında demişdi ki, guya anam hansısa toyda dəm çaynikinə konyak töküb içirmiş. Biz onunla danışdıq. Mən ona dedim ki, anam xalq artisti idi, bəs sən kimsən ki, onun haqqında danışırsan. O məsələdə də günah Tahirə xalamda olmuşdu ki, onu anam haqqında danışmaq üçün efirə çağırmışdı.

Əgər hansısa bir məclisdə Rübabə, Şövkət, Sara yeyib-içmişdilərsə, bunun kiməsə dəxili yox idi. O vaxtı belə söhbətlər Sara xanım haqqında da çıxmışdı. Amma Rübabə axı gündə içib, tində yatan arvad deyildi. Bir evdə olan qonaqlıqdakı məclisi sonradan söz-söhbətə çevirib, şayiə yayırdılar. Bu da anamın paxıllığını çəkən adamların işi idi. Anamın paxıllığını çəkənlər çox olub. Azərbaycanda üç xanəndə qadın olub. Rübabə, Sara, Şövkət. O adlara çatmaq kimlər üçünsə asan məslə deyildi. Ona görə də onlar haqqında danışırdılar.

Gallery

- Son günlərini necə xatırlayırsınız?

- Xəstə idi. Canı ağrıyırdı... Gedirdik, yanına, başına yığışırdıq. Anam xəstə olanda mənim qızım təzə doğulmuşdu, ona görə də anama bacım Şahnaz baxırdı. Özü öləcəyini bilmirdi. Elə hey deyirdi ki, bu zəhrimar xəstəlik məndən əl çəkmir. Evdəkilər ona hər şeyi vermirdilər. Mənə zəng edirdi, deyirdi, acam e, ay Qəmər. Nəsə istəyirdi, bişirib gətirirdim. Yeyirdi, bir az keçirdi, qaytarırdı hamısını. Çox vaxt gəlib görürdüm ki, sistemin altında uzanıb. Mənə deyirdi ki, bircə bu sistem qutarsaydı, çörək yeyərdim. Çox ac idi, elə ac idi ki, indi də yadıma düşəndə dözə bilmirəm. Axır-axırda elə arıqlamışdı ki, az qala orqanları görünürdü. Ətinin hamısını tökmüşdü, nazik bir dəri qalmışdı bədənində. Son çəkilişləri Bulvarda dəniz kənarında oldu. Yaşıl paltarda getdi. Ona qədər çox gəlib-gedirdilər, razılaşmırdı. Axır onu birtəhər razı saldıq ki, çəkilsin. O, çəkilişini anam görmədi, bir həftədən sonra rəhmətə getdi (ağlayır). Son dəfə qaraciyərindən “pristup” tutmuşdu, mənə zəng vuranda ayılmamışdım. Səhərə yaxın yoldaşım məni durğuzub dedi ki, ananın vəziyyəti ağırdı, səni görmək istəyir. Yolda mənə dedi ki, anan ağır vəziyyətdədir, özün də xəstəsən, orda çox ağlama, həyatdır da... Dedim, anama nə isə olub? And içdi ki, yox. Mən evimizə gəlib zəngi basanda, gördüm bizim qapıdan həkimlər çıxdı. Onlar başlarını yelləyib getdilər. Girdim içəri, anam qonaq otağındakı divanın üstündə uzanmışdı. Onu səslədim, cavab gəlmədi. Bacım gözlərini bərəldib, mənə dəli kimi baxır. Birdən anamın göz qapağını qaldırdım, gördüm gözünün qarası gedib. Ölməmişdən bir neçə saat əvvəl bacıma deyib ki, yuxuda gördüm, univermağa getmişik, orda çoxlu parça vardı, mən də özüm üçün parça seçirdim. Yəni huşu-başı özündə idi. Ölümündən də xəbərsiz idi. Anamı şəkər xəstəliyi əritdi.

Gallery

- Zaman dərdləri yumşalda, həsrətinizi azalda bilir, ya elə hər şey əvvəlki kimi qalır?

- Yumşaldır. Mən indi durum deyim ki, səhərdən axşama qədər anamı fikirləşirəm, bu, yalan olar. Gün ərzində mən də hamı kimi balalarımı, yeməymi, məişətimi fikirləşirəm. Amma bax, belə məqamı gələndə hər şey yenidən yadıma düşür, xatırlayıram. Bu gün mən bütün günü belə olacam. Siz indi çıxıb gedəcəksiniz, amma mən elə bu əhvalda qalacam, onunla danışacam, onunla olacam. Nələr yadıma düşmədi, danışmadımsa, onlar yadıma düşəcək. Mən bunlardan qaça bilmərəm, hamısı kino lenti kimi yaddaşıma yazılıb. (kulis.az)

Oxşar xəbərlər
21:36, Bu gün
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
21:30, Bu gün
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
21:20, Bu gün
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
21:15, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
21:02, Bu gün
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb