Bəxtiyar ömrün 95 illiyi...
Oxunub: 1502
29 Aug 2020 | 11:21
Bəxtiyar ömrün 95 illiyi...
Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsinə söykənən Azərbaycanın dövlət təhlükəsiziliyi orqanları bu gün ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin təmin olunması istiqamətində bütün imkan, qüvvə və intellektual potensialını səfərbər edib. Sözsüz ki, bu nailiyyətlərin bünövrəsində Ulu Öndərin şanlı irsi, eyni zamanda təhlükəsizlik orqanlarının mükəmməlliyini özündə daşıyan və şəxsi heyətə bir mayak kimi əməliyyat-xidməti fəaliyyətini daha təkmil səviyyədə təşkil etmək üçün yol göstərən zəngin ənənələr durur. Bu peşəkarlıq irsinin və ənənələrin gənc nəsilə aşılanmasında vaxtilə təhlükəsizlik orqanlarında Ümummilli Lider ilə çiyin-çiyinə çalışmış, xalqımızın mənafelərinə ləyatəqlə xidmət etmiş, hazırda təqaüddə və istefada olan veteranlarımızın da payı vardır. Onlar daim özlərini xidmətdə, işdə-gücdə, bir sözlə təhlükəsizlik orqanlarının sırasında hiss edirlər.
Şərəfli həyat yolu keçmiş veterenlarımızdan olan, ömrünün 35 ildən artıq hissəsini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş, Böyük Vətən Müharibəsinin iştirakçısı Süleymanlı Bəxtiyar İbrahim oğlu da hələ sovet dövründə azərbaycançılıq məfkurəsinin xüsusi xidmət orqanlarına daşınması və bu sistemdə milliləşdirmə prosesinin həyata keçirilməsi kimi çətin bir missiyanı cəsarətlə gerçəkləşdirməyə müvəffəq olmuş ulu öndər Heydər Əliyevin yaxın silahdaşlarındandır.
Avqustun 29-da Bəxtiyar müəllimin 95 illik yubileyidir.
O, 1925-ci ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olub. Atası İbrahim kişi ötən əsrin əvvəllərində Bakıya gəlib. Xeyli müddət Hacı Zeynalabdin Tağıyevin neft mədənlərində işləyib. Yığdığı qazancla doğma kəndinə qayıdıb torpaq alıb özünə güzəran qurub. İbrahim kişinin 9 övladı olub. Çox arzulayıb ki, hamısını sənət sahibi etsin. Lakin həyatdan tez köçüb.
Bəxtiyar evin üçüncü uşağı olsa da kiçik yaşlarından ailənin qayğısını çəkmək onun üzərinə düşüb. 1939-cu ildə kəndlərindəki yeddillik məktəbi bitirdikdən sonra Zəngilanda orta məktəb təhsilini davam etdirib. 1942-ci ilin yayında isə təhsilini yarımçıq qoyub... - O vaxt mənim 17 yaşım var idi. Kəndimiz çox əlverişli coğrafi mövqedə yerləşirdi. İran və Ermənistanla həmsərhəd idik. Elə sərhəd bölgəsində yaşadığımızdan, az da olsa rus dilini öyrənmişdim...Bəxtiyar müəllim bir anlıq fikrə gedir. Xəyalən həmin günlərə qayıdır.
- Müharibə hamı kimi bizim də həyat şəraitimizi ağırlaşdırmışdı. Ona görə də işləməli oldum. Əvvəlcə məni kəndimizdəki poçt bölməsinə rəis qoydular. 1943-cü ilin fevralından isə Əmirxanlı kənd məktəbində müdir və həm də müəllimlik etməyə başladım. O vaxt respublikada müəllimlərə böyük ehtiyac vardı. Kadr çatışmırdı. 1943-cü ilin sentyabr ayında, yəni, 18 yaşım tamam olandan bir neçə gün sonra çağırış vərəqəsi aldım. İşin tərsliyindən möhkəm soyuqlamışdım. Qızdırma içərisində olsam da komissarlıqda xəstə olduğumu dilə gətirmədim. Çünki müharibənin o çağında belə söz deməyi özümə sığışdırmadım. Fikirləşdim ki, mənə “dezertir” deyib lağa qoyarlar. Bu adı daşımaq ölümdən betər idi...Biz Bakıya qatarla getdik. Biləcəri toplanış məntəqəsində həkimlər bizi yoxladılar. Özüm bir söz deməsəm də qonşu kənddən Mamed adlı birisi mənim xəstə olduğumu həkimə bildirdi. Həkim məni diqqətlə yoxlayıb, başını buladı. Oradan məni indiki “Semaşko” adına xəstəxanaya göndərdilər. Bir müddət xəstəxanada müalicə olundum və nəhayət 1944-cü il ildə orduya göndərildim. General Əliyarbəyovun komandanlıq etdiyi 402-ci diviziyanın 839-cu alayına düşdüm. General Əliyarbəyov əsgərlərə xüsusi qayğı göstərirdi. Lakin təlim-məşqlərin, hərbi intizam qaydalarının düzgün yerinə yetirilməsi üçün sərt qaydalar qoymuşdu. Təsəvvür edin, içi qumla dolu kisələri kürəyimizə alıb Ələt stansiyasından üzü Salyana kimi qaçırdıq. Ələtdə avtomatçı və pulemyot atıcısı kimi hazırlandıqdan sonra müxtəlif hərbi hissələrə göndərildik. Mən Qafqaz hərbi dairəsinin 191-ci nişançı alayına düşdüm.
Vəziyyət çox çətin və gərgin olsa da heç kəs qələbəyə ümidini itirməmişdi. Hamı qələbə çalacağımıza inanırdı. İnsanlarda böyük ruh yüksəkliyi vardı. Qələbə gününü indiyədək xatırlayıram. Uşaq, böyük hamı sevinir, sevincindən ağlayır, bir-birlərini qucaqlayıb təbrik edirdilər. Hər il Qələbə günü o sevinci, o həyəcanı yenidən yaşayıram”... – deyə, bir anlıq fikrə dalan, üzündəki ifadələrin ciddiləşdiyi Bəxtiyar müəllim belə bir qələbə sevincinin tezliklə düşmən tapdağı altında olan torpaqlarımızda, Dağlıq Qarabağda da yaşanacağına əmindir: “ermənilər həmişə torpağımıza göz dikib, milli varlığımıza düşmən kəsiliblər. İndi Qarabağdan əlavə, gör, neçə rayonumuz düşmən işğalı altındadır?! O cümlədən, mənim doğulub boya-başa çatdığım Zəngilan da düşmən əsarətindədir. Belə bir deyim var: “Azadlıq qılıncların kölgəsindədir”. Bizim ordumuzun gücü torpaqlarımızı azad etməyə tam imkan verir. Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, atəşkəs əbədi ola bilməz. Biz öz torpaqlarımızı mütləq qaytaracağıq. Azərbaycan qüdrətli ölkədir. Onun sərvəti var, qədim mədəniyyəti, cəng ənənələri var. Bizim güclü ordumuz, qətiyyətli dövlət başçımız var. Biz torpaqlarımızın düşmən əsarətindən azad ediləcəyinə inanırıq. Mənə elə gəlir ki, o günə lap az qalıb.
...1945-ci ilin sentyabr ayında ordudan tərxis olundum. Müharibə qurtardıqdan sonra hərbi komissarlığa gəlib qayıtmağımla bağlı məruzə etdim. Komissarlıqda mənə ərizə yazdırdılar. Rus dilini bilməyim və xəttim onların xoşuna gəldi. Əvvəlcə məni məxfi işlər müdiri, sonra isə şöbə rəisi təyin etdilər. O vaxt rayon hərbi komissarı, Əsgərov soyadlı eloğlumuz mənə orta təhsilimi tamamlamağı məsləhət gördü. Elə də etdim. İşləyə-işləyə oxudum.
Bəxtiyar Süleymanlı 1952-ci ildə dövlət təhlükəsizlik orqanlarına xidmətə qəbul olunub. Kiyev və Daşkənd şəhərlərində Dövlət Təhlükəsizlik Komitəsinın (DTK) rəhbər işçilərinin təkmilləşdirilməsi kurslarında təhsil alıb. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1987-ci ilədək DTK-da müxtəlif məsul vəzifələrdə çalışıb, polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. Çoxlu sayda medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr onun şərəfli işinə verilən dəyərin bariz nümunələridir.
Bəxtiyar müəllim həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 100-dən artıq publisistik məqaləsi dərc olunub, bir neçə kitabın müəllifidir.
Bəxtiyar Süleymanlı Heydər Əliyev peşəkarlıq məktəbinin yetirmələrindəndir. Qocaman çekist Ümummilli Lideri xüsusi hörmət və məhəbbətlə xatırlayır: “Ulu Öndərlə ilk dəfə 1955-ci ilin payızında tanış olmuşam. O vaxt SSRİ DTK-nın Azərbaycan Dəmiryolu idarəsinin Culfa bölməsində xidmət edirdim. Nəqliyyat və ərazi DTK orqanları tabeçilik baxımından fərqli strukturlar olduğuna görə 1959-cu ilə kimi Ulu öndər Heydər Əliyevlə görüşlərim sırf təsadüfi xarakter daşıyırdı. Amma həmin ilin iyun-iyul aylarında respublika DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi və kollegiyanın üzvü kimi Füzulidə təhlükəsizlik orqanları əməkdaşları üçün keçirilən zona seminar-müşavirədəki çıxışını dinləyərkən mən Heydər Əliyevi sanki yenidən kəşf etdim. O, təcrübəli çekist, respublikadakı mövcud əməliyyat şəraiti, qarşıda duran vəzifələrlə bağlı təklif və tapşırıqlarını verdikdən sonra öz zəngin xidməti fəaliyyəti zamanı həyata keçirdiyi əməliyyat tədbirlərindən söhbət açaraq müşavirəni xüsusilə gənclər üçün maraqlı və yaddaqalan tədbirə çevirdi...
Sonrakı illərdə bu cür görüşlərin sayı çoxaldı. Çünki Bəxtiyar müəllim artıq respublika DTK-sının Zəngilan rayon şöbəsinin rəisi vəzifəsində xidmət ediridi: “Ulu öndər Heydər Əliyev o vaxt ilk azərbaycanlı idi ki, dövlət təhlükəsizlik orqanlarında general rütbəsinədək yüksəlmişdi. İlk azərbaycanlı idi ki, respublika DTK-sına rəhbərlik edirdi. Yaxşı yadımdadır, 1969-cu ilin fevral ayı idi. “Dzerjinski” adına klubda ilin yekunlarına dair müşavirə keçirilirdi. Müşavirəyə mərkəzi aparatın və rayon şöbələrinin işçiləri dəvət olunmuşdular. Bu Heydər Əliyevin təhlükəsizlik orqanının sədri kimi keçirdiyi son müşavirə oldu. Bundan sonra Ümummilli Lider Azərbaycanın rəhbəri seçildi. Az müddətdən sonra mən Mingəçevir şöbəsinə rəis təyin olundum. O vaxtlar biz doqquz rayona baxırdıq. Yəni bu şöbə geniş bir ərazi üzrə əməliyyat təminatını həyata keçirirdi. İşimiz çətin olsa da öhdəsindən gəlməyə çalışırdıq. 1970-ci ildən 1981-ci ilədək orada işlədim.
Bəxtiyar Süleymanlı anadan olmasının 70 illiyi münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin 24 avqust 1995-ci il sərəncamına əsasən “Mingəçevir şəhərinin fəxri vətəndaşı” adına layiq görülüb. Onun üçün bu mükafat çox əzizdir.
Xatirələri içində Bəxtiyar müəllimin xüsusilə sevib əzizlədiyi daha bir xatirə böyük alim, qayğıkeş həkim və misilsiz insan Zərifə xanımla bağlıdır. 1964-cü ildə anası Əzət xanımın gözündə yaranmış problemlə bağlı DTK sədrinin birinci müavini Heydər Əliyevdən iki gün icazə istəyən Bəxtiyar Süleymanlı nəinki həmin icazəni alır, hətta rəisinin təklifi ilə anasını Zərifə xanımın yanına aparır. İnsanlardan ürəyinin və əlinin şəfqət və nur payını əsirgəməyən Zərifə xanım əlindən gələn köməyi edir və xəstəni bir neçə il nəzarətində saxlayır.
Bəxtiyar müəllim dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğıdan da söz açıb: “Sağ olsunlar, digər veteranlar kimi məni də heç vaxt unutmurlar. Bayramlarda, ad günümdə, Qələbə günündə həmişə təbrik edirlər. Bu da mənə yaşamağa güc verir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant cənab Əli Nağıyevə biz veteranlara göstərilən diqqət və qayğıya görə çox sağ olun, deyirəm. İnsan xatırlandıqca yaşayır deyirlər. Ömrümün 35 ilini həsr etdiyim, mənə doğma və əziz olan bir təşkilatın bu cür münasibətini görəndə qəlbim sevinclə dolur. Dövlətin təhlükəsizliyinin keşiyində dayanan xüsusi xidmət orqanını heç bir təşkilatla müqayisə etmək olmaz. Sırf dövlətçiliklə bağlı olduğundan bu orqanda işləməyin özü böyük şərəfdir. Dövlət təhlükəsizlik orqanlarındakı xidmətimlə hər zaman qürur duyuram”.
Biz də Böyük Vətən müharibəsinin və Azərbaycan dövlət təhlükəsizlik orqanlarının veteranı, əziz və səmimiyyətinə görə hamının böyük hörmət bəslədiyi Bəxtiyar müəllimi 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq.

Samirə İbrahim
“Azad Azərbaycan” qəzeti, 27.08.2020
“Respublika qəzeti”, 28.08.2020
Oxşar xəbərlər
00:16, Bu gün
PSJ vaxtından əvvəl Fransa çempionu oldu
28 Apr 2024 | 23:45
Mülkiyyət və əmlak məsələləri, problemin təsirində qalan uşaqlar: Vətəndaş nikahının mənfiləri - VİDEO
28 Apr 2024 | 23:40
"COP29-un keçirilməsi böyük məsuliyyətdir" - Elçin Əmirbəyov
28 Apr 2024 | 23:35
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
28 Apr 2024 | 23:29
Dağın ətəyində “ayı mağarası”: Oğuz sakinindən maraqlı əl işi - VİDEO
28 Apr 2024 | 23:20
İlahiyyat İnstitutunun məzunu vəfat etdi
28 Apr 2024 | 23:15
Abşeronda 49 yaşlı qadın qətlə yetirildi: Əri saxlanıldı
28 Apr 2024 | 23:05
Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO
28 Apr 2024 | 23:00
Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır
28 Apr 2024 | 23:00
Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI - YENİLƏNİB + VİDEO
28 Apr 2024 | 22:54
Əməkdar artistin dayanacaqlarla bağlı şikayətinə RƏSMİ CAVAB - YENİLƏNİB + VİDEO
28 Apr 2024 | 22:49
May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...
28 Apr 2024 | 22:49
Premyer Liqa: “Qarabağ” “Sumqayıt”a uduzub - VİDEO
28 Apr 2024 | 22:46
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
28 Apr 2024 | 22:00
Makron "Avropanı müdafiə etmək üçün" radikal addım atmağa hazırdır
28 Apr 2024 | 21:55
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
28 Apr 2024 | 21:51
Dövlət Komitəsi xalq artisti Əlixan Səmədovu 60 illik yubileyi münasibətilə təbrik edib
28 Apr 2024 | 21:48
DGKA və BMU-nun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçirilib
28 Apr 2024 | 21:15
“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”
28 Apr 2024 | 21:12
İsDB-nin illik toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masada müzakirələr aparılıb
28 Apr 2024 | 21:06
"İsrail yaxın zamanlarda Rafahda əməliyyata başlayacaq" - Mahmud Abbas
28 Apr 2024 | 21:01
Qarabağın koloritini yazan yazıçı İsi Məlikzadə - FOTO
28 Apr 2024 | 20:50
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
28 Apr 2024 | 20:49
Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Apr 2024 | 20:38
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
28 Apr 2024 | 20:33
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
28 Apr 2024 | 20:30
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
28 Apr 2024 | 20:29
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
28 Apr 2024 | 20:25
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
28 Apr 2024 | 20:03
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
28 Apr 2024 | 19:57
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
28 Apr 2024 | 19:56
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
28 Apr 2024 | 19:54
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
28 Apr 2024 | 19:52
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
28 Apr 2024 | 19:51
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
28 Apr 2024 | 19:50
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
28 Apr 2024 | 18:55
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Apr 2024 | 18:49
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
28 Apr 2024 | 18:44
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
28 Apr 2024 | 18:42
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
28 Apr 2024 | 18:05
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
28 Apr 2024 | 17:50
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
28 Apr 2024 | 17:49
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
28 Apr 2024 | 17:41
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
28 Apr 2024 | 16:50
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
28 Apr 2024 | 16:15
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
28 Apr 2024 | 16:13
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
28 Apr 2024 | 16:09
Bu havalarda ilanlar aktivləşir - Ekspert
28 Apr 2024 | 16:03
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
28 Apr 2024 | 16:03
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
28 Apr 2024 | 16:00
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
28 Apr 2024 | 15:59
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
28 Apr 2024 | 15:53
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
28 Apr 2024 | 15:53
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
28 Apr 2024 | 15:49
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
28 Apr 2024 | 15:43
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
28 Apr 2024 | 15:38
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
28 Apr 2024 | 15:31
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
28 Apr 2024 | 15:27
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
28 Apr 2024 | 15:21
Fatiməni məhkəməyə verdilər
28 Apr 2024 | 15:16
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
28 Apr 2024 | 15:11
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
28 Apr 2024 | 15:04
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
28 Apr 2024 | 15:03
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
28 Apr 2024 | 14:59
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
28 Apr 2024 | 14:53
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
28 Apr 2024 | 14:49
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
28 Apr 2024 | 14:37
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
28 Apr 2024 | 14:31
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
28 Apr 2024 | 14:23
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
28 Apr 2024 | 14:20
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
28 Apr 2024 | 14:12
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
28 Apr 2024 | 14:05
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
28 Apr 2024 | 13:59
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
28 Apr 2024 | 13:53
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
28 Apr 2024 | 13:49
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
28 Apr 2024 | 13:44
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
28 Apr 2024 | 13:39
Sürücülərin NƏZƏRİNƏ! 
28 Apr 2024 | 13:31
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
28 Apr 2024 | 13:24
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
28 Apr 2024 | 13:19
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
28 Apr 2024 | 13:12
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
28 Apr 2024 | 13:07
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Apr 2024 | 13:01
Həftənin ilk iş gününün HAVA PROQNOZU
28 Apr 2024 | 12:59
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
28 Apr 2024 | 12:57
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
28 Apr 2024 | 12:53
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
28 Apr 2024 | 12:53
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
28 Apr 2024 | 12:49
Bu meyvənin tumu botoks effekti verir
28 Apr 2024 | 12:48
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
28 Apr 2024 | 12:33
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
28 Apr 2024 | 12:28
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
28 Apr 2024 | 12:11
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
28 Apr 2024 | 11:59
“Avroviziya” klipimiz təqdim edildi - Video 
28 Apr 2024 | 11:53
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
28 Apr 2024 | 11:39
Bu məhsul da ucuzlaşdı - VİDEO
28 Apr 2024 | 11:36
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
28 Apr 2024 | 11:32
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
GÜNLÜK
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
28 Apr 2024 | 10:18
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
28 Apr 2024 | 10:42
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
28 Apr 2024 | 09:34
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
28 Apr 2024 | 10:49
Rusiyada xüsusi rejim elan edildi
28 Apr 2024 | 11:16
Maaşlar yenidən artırıla bilərmi? - Video
28 Apr 2024 | 09:00
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
28 Apr 2024 | 09:27
Röyanın yataq şəkilləri yayıldı-FOTO
28 Apr 2024 | 23:00
Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI - YENİLƏNİB + VİDEO
28 Apr 2024 | 08:34
Bu suları içən insan sağlam ola bilməz...
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
28 Apr 2024 | 10:18
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
28 Apr 2024 | 10:42
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
28 Apr 2024 | 09:34
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
28 Apr 2024 | 10:49
Rusiyada xüsusi rejim elan edildi
28 Apr 2024 | 11:16
Maaşlar yenidən artırıla bilərmi? - Video
28 Apr 2024 | 09:00
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
28 Apr 2024 | 09:27
Röyanın yataq şəkilləri yayıldı-FOTO
28 Apr 2024 | 23:00
Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI - YENİLƏNİB + VİDEO
28 Apr 2024 | 08:34
Bu suları içən insan sağlam ola bilməz...