“Hələlik səni məhkəməyə vermirəm - Onsuz da ağır tənəzzül günləri yaşayırsan...”
5417
01 Sep 2020 | 10:46

“Hələlik səni məhkəməyə vermirəm - Onsuz da ağır tənəzzül günləri yaşayırsan...”

Xəbər verildiyi kimi, avqustun 25-də Milli Elmlər Akademiyasının prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev AMEA-nın rəsmi saytında son vaxtlar barəsində tənqidi açıqlama və məqalələrlə çıxış edən bir sıra deputatlar, sabiq məmurlar, jurnalistlər, politoloqlar, partiya sədrlərinixa0 və s. məhkəmə ilə hədələyən təhdid xarakterli növbəti bəyanat yayıb.xa0

Bundan sonra AMEA rəhbərinin bəhs edilən bəyanatında adları çəkilən keçmiş məmur və deputatlardan biri – Maksim Musayev Moderator.az-axa0 açıqlamasında “Ramiz, məni məhkəməyə vermək üçün sənə 3 gün vaxt verirəm.xa0 Əgər bu tələbimi yerinə yetirməsən, mənə səni məhkəməyə vermək üçün hüquqi əsas verirsən. Sənin qərarını gözləyirəm...” - söyləyib.

M.Musayev saytımız vasitəsilə keçmiş Prezident Administrasiyası rəhbərinə ünvanladığı “Ramiz Mehdiyevin hədələrinə cavab” adlıxa0 növbəti müraciətində hələlik məhkəmə fikrindən daşındığını bildirib. Sabiq deputat və icra başçısı bunun səbəbini də izah edib.

Müraciəti olduğu kimi müzakirənizə buraxırıq:

xa0“Ramiz, əzizim, digərləri kimi, məni də Cinayət Məcəlləsininxa0 iki maddəsi ilə hədələməyindən sonra, bir neçə gündür, məhkəməyə çağırılacağımıxa0 gözlədim. Nədənsə səs-səmir yoxdur...xa0 Mən isə cavab olaraq artıq səni məhkəmə ilə hədələmək fikrində deyiləm. Ona görə ki, sən onsuz da ağır tənəzzül günləri yaşayırsan...xa0

Ramiz, əzizim,xa0 məlumdur ki, danışdığın yalan,xa0 etdiyin talan, pisliklər səni boğur. Səndən hələlik yalnız bir ciddixa0 tələbim var.xa0 5-6 il öncə Xızı rayon mərkəzindəki yeganə uşaq bağçasını necə mənimsəmisənsə, eləcə də qaytar qaçqın-köçkün balalarına!.. Təyin etdiyin, arxasındaxa0 dayandığın icra başçısı uşaq bağçası binasını söküb materiallarını evinə apardığına görə cavab verməlidir. Sən vəxa0 icra başçısı həmin bağça binasını bərpa etməli, onun ərazisini abadlaşdırmalısınız. Çünki ora xaraba qalıb...xa0

Bu gün ermənilərxa0 işğalxa0 altındakı torpaqlarımızda öz balaları üçün bağça tikir, sizlər isə bizim balalarımıza xidmət etməli olanxa0 salamatxa0 bağçaları da özəlləşdirirsiniz. Hər ikiniz mənim dözümlü millətimin uşaqlarına xəyanət etmisiniz...xa0

İnanırıq ki, respublikanın inzibati orqanları xalqımızın, millətimizin gələcəyi sayılan körpələrimizə edilən bu “ölkədaxili faşizm hərəkatı”na hüquqi qiymət verəcəkdir...xa0
Xatırladaq ki, uşaq bağçalarına qarşı belə “repressiya”lar bəzi digər şəhər və bölgələrdə də aparılır..."


Link kopyalandı!
Son xəbərlər