Parlamentdən məhbəsə,məhbəsdən parlamentə - VİDEO VİDEO
Siyasət
Oxunub: 3990
21 Sep 2013 | 13:05
Parlamentdən məhbəsə,məhbəsdən parlamentə - VİDEO VİDEO

 Azərbaycanın azadlığı yolunda hərəkatçı, dovlətinin qurulması yolunda “müstəqillik aktı”-nı hazırlayan və onun qəbulunda iştirak etmiş istiqlalçı deputat, ərazi bütövlüyü yolunda döyüşçü, əqidə dönməzliyi səbəbindən məhbus, millətinin milli iradəsinin önündə gedərək hərəkat və partiya lideri, xalqının etimadını qazanaraq yenidən millət vəkili olmuş Fərəc Quliyev Azərbaycan Respublikasının prezidentliyinə namizəddir.

 Fərəc İbrahim oğlu Quliyev, 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1980-cı ildə orta məktəbi, 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1989”“1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri, Əbülfəz Elçibəyin 1-ci müavini olmuşdur. 1990-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, Demokratik Blokun üzvü olmuşdur. Parlamentdə "müstəqillik aktı"nın həmmüəlliflərindəndir. Müstəqilliyə səs verən-siqnator deputatdır.

Fərəc Quliyev o dövrdə Azərbaycan siyasətində ciddi fiqur kimi görünən simalardan olub. Xalq hərəkatının aparıcı simalarından, AXC-nin təsisçilərindən və AXC Naxçıvan şöbəsinin yaradıcılarından biri olan Fərəc Quliyev 1988-1993-cü illərdə Azərbaycan siyasətində kifayət qədər tanınmış şəxs idi.

1989-cu ildə Sərhəd Hərəkatının ideoloq və təşkilatçılarından biri olmuşdur. Hakimiyyətin iflic olduğu həmin vaxt, Fərəc Quliyev fövqəladə vəziyyət şəraitində doğru qərarlar verə biləcək bir siyasətçi olduğunu sübut edə bildi. O günlərdə Naxçıvanda rus və erməni birlikləri tərəfindən qırğınların baş verməməsində də Fərəc Quliyev önəmli rol oynamışdır. Rus hərbçiləri ilə danışığa gedən Fərəc Quliyev onları inandıra bilmişdi ki, artıq Naxçıvanda hər şey hakimiyyətin və AXC-nin nəzarəti altındadır, sakitlik təmin olunub və buna görə də Naxçıvanda fövqəladə vəziyyət yaratmaq üçün zərurət yoxdur.

1990-cı il yanvar qırğınından dərhal sonra Ordubadda “Ordubad ”“Azadlıq  radiosu” və “Ordubadın Səsi”  qəzeti onun rəhbərliyi ilə işə başlamışdır.

1990-cı il “20 yanvar” soyqırımından sonra Bakıda rus işğalçılarına qeyri-leqal dirəniş üçün Güney Azərbaycandan olan hərakatçıların da iştirakı ilə yarım hərbi "Qisas" təşkilatı formalaşdırmışdır. Bu addım mübarizliyin nümunəsi idi. Çünki, bir çoxları həmin vaxt mövqelərində ciddi dönüş edərək müxtəlif adlar altında mübarizənin əsas prinsiplərindən yayınan təşkilatlar yaratdılar. “Qisas” isə ortaya qoyduğu sərt mövqe ilə imperiyanı silkələdi və yaddaşlarda silinməz iz buraxdı.

 

Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə ”“könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. Ordubad rayonu ərazisində 5 sərhəd zastavasını rus ordusundan müsadirə edib milliləşdirilməsinin, bu ərazidəki bütün Sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik etmişdir.

1989-1991-ci illərdə Naxçıvanın erməni hücumlarından müdafiəsinin əsas təşkilatçılarından biri olub. Naxçıvanda özünümüdafiə dəstələri yaradan Fərəc Quliyev ermənilərin Naxçıvanı işğal etməsinin qarşısını alan önəmli işlərə imza atıb ki, bunlardan ən əsaslarından biri Naxçıvan “Ermənistan” sərhəddində olan- Soyuq adlanan yüksəklikdə yerləşən, Azərbaycanın bütöv ərazisinə və Uzaq Şərqə nəzarət etmək gücündə olan hərbi-lakasiya stansiyasını 24 nəfərlə birgə ələ keçirməkdir. O dövrdə Naxçıvan Azərbaycanın ən qaynar nöqtələrindən biri idi və burda vəziyyət demək olar ki, idarə olunmaz hala gəlmişdi. Buna baxmayaraq, Fərəc Quliyevin rəhbərliyi altında AXC vəziyyəti nəzarət altına almağı bacardı. Bu, yanvar hadisələri zamanı Naxçıvana rus qoşunlarının girməsini önləyən əsas faktor oldu. 1991-ci il dekabrın 17-də rus-erməni hərbi birliklərindən ələ keçirmiş həmin yüksəklikdə indi Azərbaycan milli ordusunun hərbi hissəsi yerləşib. Bu əməliyyat itkisiz ötüşsə də 5 nəfər döyüşçümüzün ayaqlarını soyuq aparmış və müxtəlif hissələrdən amputasiya olunmuşdur. Bu hərbi əməliyyata görə Fərəc Quliyev prezident Əbülfəz Elçibəy tərəfindən "Milli qəhrəman" adına layiq görülsə də, bu addan imtina etmişdir.

 

1991-ci ildə Naxçıvandan Ali Sovetə deputat seçilən Fərəc Quliyev Bakıya gəlir. Fərəc Quliyev xalq hərəkatında Elçibəy siyasi kursuna bağlılığı və praqmatik millətçi görüşləri ilə fərqlənirdi. Onun millətçi baxışları başqalarından fərqli olaraq, populist xarakter daşımırdı. O, Elçibəy komandasında daha çox radikal, eyni zamanda realist siyasətçi kimi nəzərə çarpırdı. Bir çoxları onu Elçibəyin siyasi mirasçısı kimi görürdü. Elçibəy hakimiyyəti dönəmində o, başqalarından fərqli olaraq, ölkədə siyasi çaxnaşmalar yaradan bəyanatlar vermir, özünü qruplaşmalardan kənarda tutur və sözdə deyil, işdə yeni yaranmış Azərbaycan dövlətinin milli maraqlarının müdafiəçisi kimi çıxış edirdi. Fərəc Quliyev Elçibəyin yanındakı “dəmir adam” kimi görünürdü.

 

Bu demir iradəsi və dönməzliyi səbəbindən 1995-ci ildən 2002-ci ilə qədər siyasi məhbus kimi həbsdə olmuşdur. 3 il 6 ay kamerada tək saxlanılmışdır. Müxtəlif əzabların verilməsinə və ən çətin şərtlər altında məhbus həyatı yaşamasına baxmayaraq, daim düşüncəsi millətin və dövlətin gələcəyi barədə düşünmüşdür ki, məhbəsdəykən milli strategiyamızı özündə əks etdirən 5 kitab yazmışdır.

 

Məhbəsdən çıxar-çıxmaz Fərəc Quliyev Anqlosaks-Türk Assambleyasını yaratmış, bu təşkilatın prezidenti seçilmişdir.

2002-ci ildə Hollandiyada Dünya Azərbaycanlıları Konqresinin idarə heyəti üzvü və sədr müavini seçilmiş, 2003-cü ildən DAK Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur. DAK Azərbaycan nümayəndəliyi rəhbərliyinin dünya azərbaycanlıları arasında yaratdığı dostluq körpüsünə görə "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi "Qız Qalası" diplomu ilə təltif olunmuşdur.

 

2005-ci ildə Milli Dirçəliş Hərəkatı Partiyasını (MDHP) formalaşdırmış, 07.05.2005-ci il tarixdə partiyanın 1-ci qurultayında MDHP-nin sədri seçilmişdir. Bu partiya o vaxt yarandı ki, Qərbdən gələn “narıncı küləklər” milli mövqedən çıxış edən partiyaların məramnamələrindən türkçülük və millətçiliklə bağlı olan bəndlərini süpürüb aparırdı. Qərbin dəstəyini qazanmaq üçün bir-birinin ardınca partiyaların türkçülükdən imtina etdiyi bir vaxtda, Fərəc Quliyevin təşəbbüsü ilə MDHP tam türkçü və millətçi bir siyasi qurum kimi formalaşdırıldı. Partiya bütün Türk ölkələri ilə əlaqələr quraraq, tərafdaşlar topladı və Türk Birliyinin yaranmasında siyasi marağını ortaya qoydu. Partiyanın sıralarının sürətlə artması və qatıldığı seçkidə xalqın etimadı onun dah doğru yolda olduğunu təsdiq etmiş oldu.
MDHP təşkilat quruluşu baxımdan da bütün partiyalardan fərqləndi. Partiyada yaranmış, Türk dünyası, Diaspora, Güney Azərbaycan, Qarabağ, Dərbənd, Borçalı, Qərbi Azərbaycan, Bakı və ətraf kəndlər və s. kimi Departamentlər bu bölgələrin əhalisi ilə sıx təmasda olur, onların problemləri ilə maraqlanır və problemlərin həlli üçün partiyanın mümkün imkanlarından istifadə edirlər. Bu da özlüyündə partiyanın gələcək hakimiyyət üçün, ayrı-ayrılıqda strateji və regional konsepsiyalarının fundamental və real hazırlanmasına səbəb olur. Fərəc Quliyevin bu fərqli partiya layihəsi özünün mükəmməlliyi ilə cəmiyyətdə diqqət mərkəzindədir. Nəticə etibarilə bütün bunlar MDHP-ni milli hərəkatın mərkəzinə, Fərəc Quliyevi isə bu hərəkatın liderinə çevirir.

 

Fərəc Quliyev “Yeni Dirçəliş” və “Davam” qəzetinin, “davam.az” xəbər portalının təsisçisidir. Bu qəzetlər ölkədə çox az sayda nəşr olunan milli və marifləndirici qəzetlər sırasında olmuşdur. Güney Azərbaycanda yayımlamaq üçün "qəzet içində qəzet" layihəsində "Təbriz" qəzetini təsis etmiş, "Yeni Dirçəliş" və “Davam” qəzeti ilə birgə çapını reallaşdırmışdır. Həmçinin, “davam.az” xəbər portalında “Təbriz” redaksiyası yaradaraq, portalda Güney Azərbaycan xəbərlərini ölkəmizin əsas hissəsinin xəbərləri kimi davamlı şəkildə vacib xəbər olaraq cəmiyyətə çatdırılmasını təmin etmişdir.

 

7 noyabr 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən millət vəkili seçilmişdir. O Parlamentdəki ikinci fəaliyyətinə Azərbaycanın bütövləşməsi yolunda beynəlxalq hüququn normalarından yararlanmağı təklif etməklə başladı. Millət vəkili kimi o, bütün səlayihətlərindən istifadə edərək Güney azərbaycanlılara dəstək omaqa çalışıb. Elə buna görədir ki, ona çox vaxt “Bütöv Azərbaycanın millət vəkili” deyirlər. Parlamentdəki türkçü-millətçı mövqeyi ilə seçilən Fərəc Quliyev sosial, iqtisadi, Qarabağ, xarici siyasət və digər bütün müzakirə olunan məsələlərdə milli və sosial dəyərlərlə bağlı olduqca vacib təkliflər vermişdir. O, səsləndirdiyi təkliflərin Milli Məclisdə qəbul olunmasa da belə, həyata keçməsi üçün davamlı olaraq mübarizə aparan bir siyasətçidir. Fərəc Quliyev sözün əsl mənasında millətin vəkilidir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olan Fərəc Quliyev millət vəkili kimi beynəlxalq əlaqələrin qurulmasında da aktiv rol oynayır. O, AVRONEST parlament assambleyasında Azərbaycan nümayəndə heyyətinin və Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan- Moldova, Azərbaycan-Rumıniya, Azərbaycan-Belçika  parlamentlərarası dostluq qruplarının üzvüdür.

 

Fərəc Quliyev əlavə hüquq təhsili almışdır. 5 kitab və elmi-nəzəri məqalələr müəllifidir. Sambo üzrə idman ustasıdır. Şito-Ryu Karate Do federasiyasının fəxri prezidentidir. "Sportivnaya Rossiya" Beynəlxalq Döyüş Sənəti festivalında Azərbaycan yığma komandasına xüsusi dəstəyin təşkilinə görə beynəlxalq sertifikata və medala layiq görülüb.

 Ailəlidir. 3 övladı var.

 

Fərəc Quliyevin fəaliyyətini davamlı olaraq davam.az və mdhp.az internet səhifələrindən izləyə bilərsiniz.

 

Fərəc İbrahim oğlu Quliyev ”” İstiqlalçı deputat, Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində prezidentliyə namizəddir.

 

Oxşar xəbərlər
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
08 May 2024 | 14:55
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 00:53
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
08 May 2024 | 00:45
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
08 May 2024 | 01:19
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
08 May 2024 | 01:22
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
08 May 2024 | 01:26
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 00:53
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
08 May 2024 | 00:45
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
08 May 2024 | 01:19
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
08 May 2024 | 01:22
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
08 May 2024 | 01:26
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"