"ABŞ, Fransa və Britaniya sadəcə olaraq özlərini xəyali düşmənləri olan Suriyaya qarşı müharibədə qalib etmək istəyirlər". Suriya prezidenti Bəşər Əsəd Çin telekanallarından birinə müsahibəsində belə deyib. Moderator.az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, müsahibəsində Əsəd ABŞ, Böyük Britaniya və Fransa tərəfindən hazırlanmış BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsindən narahat olmadığını deyib.
Suriya lideri həmçinin BMT TŞ-də Rusiya və Çinin
müsbət rol oynadığını, Suriyaya qarşı hər hansı bir hərbi müdaxilə üçün heç bir
bəhanənin şuradan razılıq ala bilməməsinə zəmanət olduqlarını deyib.
Xatırladaq ki, ötən həftə adıçəkilən 3 ölkə BMT
TŞ-nin daimi üzvlərinə Suriya üzrə qətnamə layihələrini təqdim ediblər. Qətnamə
Suriyaya hərbi müdaxilə imkanlarını istisna etmir. Rusiya isə açıq şəkildə buna
qarşı etiraz edir.