“Rusiya yox e, nəfsimiz imkan versə, Qarabağı azad edəcəyik...”
Köşə
Oxunub: 5590
05 Sep 2020 | 14:07
“Rusiya yox e, nəfsimiz imkan versə, Qarabağı azad edəcəyik...”
...O günləri bir qonşumla Qarabağ mövzusunda söhbət zamanı dedim ki, əgər Türkiyənin bizə gərəkli dəstəyinə, birliyimizə kifayət qədər şərait yaratsaq, tezliklə torpaqlarımızı azad edəcəyik... Cavabında qonşum şühbəli-şübhəli soruşdu: “Bəs Rusiya buna imkan verəcək?..” Dedim, ay qonşu, Rusiya yox e, nəfsimiz imkan versə, mütləq Qarabağı azad edəcəyik...

*** 
...Son əsrlərdə öz işimizi, vəzifəmizi başqasının boynuna qoyduğumuz, yadlardan “böyük qardaşlıq” umduğumuz kimi,  öz xətalarımızın, günahlarımızın da hamısını başqalarının belinə yükləməyə çalışırıq....

***

İndi bir dəstə 1920-ci illərdə olduğu kimi, “nicatımız, gələcəyimiz Rusiyadadır, günəşimiz Şimaldan doğacaq” deyir, digərləri də əksinə, “Rusiya qoymaz müstəqil olaq”, “Rusiya qoymaz Qarabağı azad edək” şüarlarını dəstəvuz edərək bir müsəlman, türk xalqı kimi Allahın buyurduğu ardıcıl mübarizə yoluyla getməyimizə əngəl olurlar...

***

Bəli, qonşuluğumuzdakı, uzaqlığımızdakı bir sıra qonşu, yaxın-uzaq dövlət və imperiyalar kimi  Rusiya da Azərbaycanı hər baxımdan ləzzətli bir pay olaraq ələ keçirmək üçün daim onun xalqını, dövlətçiliyini məhv etməyə, ən azı, manqurtlaşdırmağa, torpaqlarını işğal etməyə çalışıb... Bu haqda on illərdir, xüsusən, Qarabağ məhz Kremlin  və yerli “hakimiyyət dahiləri və aşiqləri”nin dəstəyi ilə ermənilərə işğal etdiriləndən bəri kifayət qədər danışılıb...

Amma həmin dövrdə eyni zamanda bizim keçmişimizdəki şanlı səhifələrdən – Cavanşir igidliyindən, Babək dönməzliyindən, Dədə Qorqud müdrikiyindən, Şah İsmayıl fatehliyindən, Cavad xan əyilməzliyindən və s. də çox bəhs edilib... Fəqət, bizlər çoxumuz nədənsə müstəmləkə olduğumuz uzun əsrlərdə  xarakterimizə artıq genetik olaraq hopmuş köləlik xüsusiyyətlərimizi daha çox qabartmağa çalışırıq...

*** 
 
Doğrudur, həm daxili, həm xarici siyasətimizdə, o cümlədən torpaqlarımızın azad olunması məsələsində mütləq yalnız Rusiya deyil, İran,  ABŞ, Avropa, Britaniya, İsrail, Çin amillərini də nəzərə almalıyıq... Fəqət, daim “ay aman, Rusiya qoymayacaq, Fransa qoymayacaq Qarabağı almağa”, “ABŞ da bərk ayaqda Ermənistana dəstək verəcək” kimi fikirləri həyatımıza, gündəmimizə hakim etməməliyik... Əvəzində ardıcıl, düşünülmüş, sistematik, operativ proqram və planlarla, özü də qətiyyət və prinsipiallıqla məqsədimizə - üçrəngli bayrağımızı Şuşaya, Laçına, Kəlbəcərə, Xankəndinə... sancmağa doğru addımlamalıyıq... Bir xalq kimi  vəzifəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər birimiz  bu istiqamətə köklənməli, hər kəs bu mübarizəyə öz payını verməlidir... Yoxsa, daim qorxaq, gözüqıpıq vəziyyətdə "Rusiya imkan verməyəcək", "Amerika qoymayacaq" kimi dülşüncələrlə yaşasaq, olan-qalan torpağımızı da, dövlətçiliyimizi də itirəcəyik...

***

Bu yerdə rəhmətlik Məmməd Araz yada düşür: “Dur, içində dovşanı boğ! Dur, özünü bozqurd elə!..”

***

Yaxşı, Qarabağı Rusiya, Amerika qoymur almağa, bəs ölkədəki digər həyati məsələlərdə də Putin, ya Tramp başımızın üstündə durub bizlərə göstəriş verir?.. 

***

Ay qonşu, sənə Putin, ya Tramp başının üstündə durub göstəriş verir ki, o biri qonşuların qeybətini elə, hesabını apar, yaxşı yaşayanların, irəli gedənlərin paxıllığını çək... Sənə rus, yoxsa ingilis deyir ki, evindən yığdığın zir-zibili aşağı enib zibil qabına yox, birbaşa eyvandan küçəyə qolazla?..

*** 

Ay kartofsatan, sənə Medvedev, Pompeo, bəlkə Likaşenko deyir ki,  tərəzidə, qiymətdə, keyfiyyətdə öz soydaşını, fəhləni, müəllimi, həkimi aldat...

***

Ay asfalt  döşətdirən, sənə Moskvadan əmr gəlir ki, asfaltı, məsələn, 8-10 sm yox, 3-4 sm vur...

*** 
Ay müəllim, sənə birbaşa Putin, ya Tramp məsləhət verir ki, şagird, yaxud tələbədən müxtəlif bəhanələrlə pul yığ və ya yanına  hazırlığa gələnə  yaxşı qiymət  yaz, gəlməyənə pis?..

*** 

Ay direktor, sənə Kremldən, yaxud Ağ Evdən əmr gəlir ki, müəllimlərdən, valideynlərdən pul topla, öz payını götür, qalanını təhsil müdirinə, yaxud icra başçısına ver?..

***

Ay həkim, sənə Moskvadan qayda qoyublar ki, xəstəyə insan kimi yox, bir qazanc obyekti kimi bax, onu saxta firma dərmanlarıyla “müalicə et” ki, ölüncə sənin müştərin olsun, yaxud pulunu almamış ölmək üzrə olan birinə yaxın da durma?..

***
Ay "jurnalist" adlanan kəs, sənə Ağ Ev, yoxsa Kremldən təlimat gəlir ki, hər hansı bir vəzifə sahibinin xalqa qarşı nəinki nöqsanları, cinayətləri haqda faktları qələmə al, sonra həmin şəxsdən babat pul alıb yaz ki, bağışlayın, səhv eləmişik, bu kişi(?), ən vətənpərvər adam imiş?..

***

Ay icra başçısı, sənə Tramp, ya Putin əmr verir ki,  işə başlayan kimi, rayonun bütün vəzifəlilərini, iş adamlarını başına toplayıb “haqq”ını tələb elə və gerçəkdən haqqını tələb edən yoxsula “radikal müxalifət”, “vətən xaini” damğası vurub zindana atdır, rayonun hər qarışını özəlləşdir, şəhid adı daşıyan məktəblərdən belə, rüşvət yığdır, bir neçə “plandan kənar”  narkotik satan kasıb-kusubu tutdurub narkobiznesə özün rəhbərlik elə və yeniyetmə qızları belə, narkomanlığa, narkotik alverinə təhrik et...

***

Ay hüquq-mühafizə əməkdaşı, sənə ABŞ, yaxud Rusiya Daxili İşlər Nazirliyindən göstəriş gəlir ki,  günahsız birinin cibinə nəşə ataraq həbs olunub türmədə çürüdülməsinə şərait yarat?

***

Ay məhkəmə, ay hakim, ay prokuror, sizə Moskvadan, ya Vaşinqtondan əmr verilir ki, varlının pulunu al, azadlığa burax, cinayəti kasıbın boynuna yıxıb həbs elə, yaxud kimlərinsə sifarişi ilə kiminləsə cüzi mübahisəyə, davaya məcbur edilmiş birinə 5-6 il nallayıb qazamata basdır?.. 

*** 

Ay nazir, sənə Tramp, yaxud Putindən göstəriş gəlir ki, Aygün Kazımova, Röya, Brilyant kimiləri “xalq artisti” elə, xalqın başına çıxart və oğul-qızlarımızın, nəvə-nəticələrimizin əxlaqının pozulmasına şərait yarat?..
 
*** 

...Belə suallar saysız-hesabsızdır. Və çoxları sözdə cavab verməyə cəsarət tapmasalar da, vicdanları onlara deyəcək: “ Sən özün, öz nəfsin, öz tamahın, öz şəhvətin günahkardır bu cinayətlərin baş verməsində...”

*** 

Bu alçaq xislətlər,  nə yazıqlar ki, Qarabağ savaşında da özünü göstərib; döyüş gedə-gedə əsgərlərin maaşına, gələn yardıma, ərzağa göz dikən üzdəniraq zabitlərimiz, polis rəislərimiz də olub, arxa cəbhədə ön cəbhə üçün toplanan paranın, ləl-cəvahiratın arxasına keçənlər də...

*** 

Elə iki əsr öncə Rusiya imperiyası tərəfindən torpaqlarımıza köçürülən ermənilərin də Qərbi Azərbaycanda, Qarabağda, elə Bakıda, Sumqayıtda, Gəncədə də möhkəmlənməsinə dəstək verən həm də öz tamahımız, nəfsimiz olub... Bizə, bizim şahlara, xanlara, bəylərə, kəndxudalara, yüzbaşılara, sonra da 1-ci katiblərə, nazirlərə, raykomlara, kolxoz sədrlərinə və s. Birinci Pyotr, Yekaterina, Nikolay, yoxsa Stalin, Brejnev göstəriş verirdi ki, erməni axçilərinin, harsınlarının sevdasına qapılıb torpaqları, mülkləri dığalara paylasın, erməni qızlarının özlərinə katibə edib nazirliklərin, rayonların bütün məlumatlarını, sirlərini onlarla bölüşsün, onların qardaş, bacılarını, qohum-əqrəbalarını vəzifələrə yerləşdirsin?..

***  

...Qarabağın işğalı da öncə ruhumuzun işğalından, ruhumuzun nəfsimizin əsarətinə düşməsindən başladı... 

***

Bizi Xruşov, yoxsa Brejnev  məcbur edirdi müsəlman ola-ola ermənilərdən tut arağı, zoğal arağı çəkməyi öyrənib onlarla badə-badəyə vurub, o haram içkilərlə tuluqlarımızı doldurub  İsa bulağında, Cıdır düzündə acgözlüklə onların axçilərinə sarılaq?..

***

Bu minvalla öncə dindən-dondan çıxdıq, sonra da torpaqlarımızdan...  

***

Fəqət, bu gün də türklükdən, azərbaycançılıqdan, müsəlmanlıqdan danışıb ermənilərə, ruslara, fransızlara xas əməllər törədirik... Araq da içirik, çaxır da içirik, bir-birimizə kələk də gəlirik, saxtakarlıq, dələduzluq da edirik... Üstəlik, rüşvət də alıb-verməkdə davam edirik... Bu yandan Qarabağın azad olunmasından danışıb, o biri yandan rüşvət verib oğullarımızı “erməni gülləsindən uzaq, rahat bir yerə saldırmağa” çalışırıq, özümüzə, övladlarımıza “babat, çörəkli vəzifə” axtarırıq... Azərbaycan qız-qadınlarının yarıçılpaq olub səhnələrə çıxmasından ləzzət alırıq... Və yavaş-yavaş öz qızlarımızın, arvadlarımızın da bu cür geyim, həyat tərzi ilə”irəli gedib, varlanmasıyla” razılaşırıq...

*** 

...Bu gün Vətənimiz “olum-ölüm” dilemması qarşısındadır... Ölkəmizin nicatının, o cümlədən Qarabağın azadlığı yolunun artıq Rusiya ilə yox, Türkiyə ilə birlikdə olması sözsüzdür. İndi görək, aşağı-yuxarıdakı vəzifə sahiblərimiz Rusiyanın yuxarılardakı adamlarının sözünü qulaqardına vurub Türkiyənin Azərbaycanda möhkəmlənməsi təbliğatına şərait yaradacaqlarmı, yoxsa kürsü, vəzifə, var-dövlət xatirinə dərhal təslim olub bayraqları endirəcəklər?..

***

Bir sözlə, qonşuma dediyim kimi, Rusiya yox e, nəfsimiz imkan versə, Qarabağı azad edəcəyik...

*** 

Və nəfsimizin əsarətindən qurtulmayınca torpaqlarımızı da erməni əsarətindən qurtara bilməyəcəyik...

Sultan Laçın

Oxşar xəbərlər
21:36, Bu gün
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
21:36, Bu gün
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
21:34, Bu gün
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
21:33, Bu gün
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
21:31, Bu gün
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
21:06, Bu gün
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
21:05, Bu gün
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
20:52, Bu gün
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
20:47, Bu gün
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
20:30, Bu gün
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
20:08, Bu gün
Şagirdlərin tətil günləri AÇIQLANDI
20:05, Bu gün
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:55, Bu gün
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
GÜNLÜK
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir