Azərbaycan Demokrat Partiyası Mərkəzi Seçki Qərargahından Moderator.az-a daxil olan məlumatlara görə prezidentliyə namizəd S.Cəlaloğlunun təbliğat-təşviqat kompaniyası ilə bağlı ayrı-ayrı seçki məntəqələrində namizədin hüquqlarının pozulması haqqında faktlar daxil olub.
Məlumatda bildirilir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsi 7, 8, 16, 17, 23 saylı məntəqələrdə S.Cəlaloğlunun lövhələrdən asılan şəkilləri cırılıb atılıb:
"9 saylı Binəqədi 2-ci seçki dairəsi 15, 16 saylı məntəqələrdə yerləşən löhvələrdən S.Cəlaloğoğlunun şəkilləri çırılıb, yerinə namizəd F.Quliyevin şəkilləri asılıb.
20 saylı Nərimanov 2-ci seçki dairəsi 1, 31 saylı məntəqələrdə S.Cəlaloğluna məxsus plakatlar löhvələrdən çıxarılıb.
19 saylı Nərimanov 1-ci seçki dairəsi 22, 24 saylı məntəqələrdə namizəd S.Cəlaloğlunun şəkilləri çırılıb kənara atılıb.
74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı seçki daairələrində yerləşən məntəqələrdə S.Cəlaloğlunun şəkilləri çırılıb kənara atılıb.
33 saylı Xətai 1-ci seçki dairəsi 20, 21 saylı məntəqələrdə, 34 saylı Xətai 2-cü seçki dairəsi 19, 18, 20, 21 saylı məntəqələrdə, 35 saylı Xətai 3-cü seçki dairəsi 1, 2, 3 saylı məntəqələrdə prezidentliyə namizəd S.Cəlaloğluya məxsus plakatlar çırılıb kənara atılıb".
Baş verənlərlə bağlı müvafiq tədbir görülməsi üçün ADP Mərkəzi Seçki Qərargahının rəhbəri T.Əliyev Mərkəzi Seşki komissiyasına müraçiət edib.