Abşeron rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə rayonun Masazır
qəsəbəsində yerləşən "Romi" motelində qeydə alınıb.Moderator.az-ın “teleqraf.com”
saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini R. D. sentyabrın
18-də, axşam saatlarında tanışı olan V.K.-nı otelə çağırıb. Oğlanın çağırışını
qəbul edən V.K. taksi ilə dəvət olunan motelə gəlib. R.D. qızı motelin
qarşısında qarşılayaraq əvvəlcədən tutduğu otaqlardan birinə aparıb. Orda R.D.
qız ilə zorakı yolla cinsi əlaqədə olub. V.K. oğlana müqavimət göstərsə də,
zorlanmasının qarşısını ala bilməyib.
Onu da əlavə edək ki, qız R.D. tərəfindən
zorlanandan sonra işgəncələrə məruz qalıb. O, qızı döyüb, saçından tutaraq
otaqda sürüyüb. Zorlanan qız hadisədən bir gün sonra Abşeron rayon Polis
Şöbəsinə gələrək, təcavüzə məruz qalması ilə bağlı şikayət ərizəsi yazıb.
Onun şikayəti əsasında R.D.-nın tutulması üçün
əməliyyat qrupu yaradılıb.
R.D. ilkin ifadəsində zorlama cinayətini etiraf
etməyib. O, bildirib ki , qızın razılığı ilə moteldə onunla cinsi əlaqədə olub.
Qeyd edib ki, qızı döyməsi, işgəncə verməsi ilə
bağlı şikayət də düzgün deyil. Hazırda baş verən hadisə ilə bağlı araşdırma
aparılır. Araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək.