ABŞ-ın Azərbaycandakı Səfiri Riçard Morninqstar 21-22 sentyabr tarixlərində Gəncəyə səfər etdi. Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, səfir Gəncə İcra hakimi Elmar Vəliyevlə, Gəncə yerli seçki komissiyasının nümayəndələri ilə və yerli qeyri-hökumət təşkilatları ilə görüşüb və Azərbaycandakı seçkiqabağı vəziyyəti müzakirə edib. O həmçinin ABŞ Sülh Korpusunun könüllüləri ilə görüşmüş və onların regionda azərbaycanlı həmkarları ilə işləri haqqında öyrənib.
Səfir Morninqstar və xanımı Feys Morninqstar həmçinin
qadınların liderlik konfransında iştirak etmiş və məcburi köçkünlər üçün yeni
inşa edilmiş qəsəbəyə baş çəkib.
ABŞ-ın Azərbaycandakı missiyasının İctimai
əlaqələr şöbəsinin rəhbəri Stiven Qays cənab səfiri Gəncə səfərində müşayiət
edib. Cənab Qays həmçinin Tovuz və Şəkiyə səfər etmiş, yerli media qurumları
ilə görüşüb, mübadilə və mədəni proqram imkanları barədə və Amerika Mərkəzləri
proqramları barədə müzakirələr aparıb.
Moderator.az