Bugünlərdə mötəbər mənbədən Moderator.az saytına daxil olan məlumatda Naxçıvandakı “N” saylı hərbi hissənin beş əsgərinin onlara təhkim edilən silah-sursatla birlikdə hərbi hissəni özbaşına tərk etdikləri ilə bağlı informasiya yer alıb. Mənbənbin bildirdiyinə görə, hadisə ilə əlaqədar olaraq əsgərlərin valideynləri polis bölməsinə dəvət edilib və onlardan müvafiq izahat alınıb. Mənbənin sözlərinə görə, bir neçə gündür ki, yoxa çıxan qaçaq əsgərlərin aqibəti hələ də bilinmir. Bununla bağlı Moderator.az-ın sualını cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bu informasiyanın həqiqətdən uzaq olduğunu qeyd etdi: “Naxçıvandakı hərbi hissədə heç bir insident baş verməyib. Bu barədə deyilənlər əsassızdır”.
Seymur Əliyev