Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov mətbuata açıqlamasında bildirib ki, Azərbaycan ordusu işğaldakı torpaqları maksimum bir həftə ərzində işğaldan azad edəcək. Bununla bağlı Moderator.az saytının sualını cavablandıran “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri polkovnik Üzeyir Cəfərov Z.Əsgərovun bu bəyanatının normal məntiqə sığmadığnı qeyd edib: “Bu il seçki ilidir. Buna görə də, İlham Əliyevin komandasına daxil olan siyasilərin hər biri çalışır ki, yeni bir fikir səsləndirsin. Ziyafət Əsgərovun açıqlaması da seçki kampaniyasına hesablanmış bəyanatdır. Z.Əsgərov Milli Məclisdə Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri olsa da, o, bu vəzifədə təmsil olunması üçün yetərincə savad və təcrübəyə malik deyil. Şübhəsiz, mən də hesab edirəm ki, Azərbaycan ordusu istər insan resursu, istər digər göstəricilərinə Ermənistan ordusundan üstündür. Əgər Rusiyanın dəstəyi olmasa, Azərbaycan qısa zamanda işğaldakı torpaqları azad edə bilər. Lakin bu məsələdə müddət demək çətindir. Z.Əsgərovun bu müddəti hansı hesablama əsasında müəyyənləşdirdiyi məlum deyil. Lakin əgər Z.Əsgərov həqiqətən də hesab edirsə ki, işğaldakı torpaqların azad edilməsi üçün maksimum bir həftə vaxt lazımdır, o zaman adamdan soruşarlar ki, madam ki hər şey bu qədər sadə və asan idi, niyə 20 ildir ki, bu problemi həll etmirsiniz?”
Seymur
Əliyev