\"Türkiyənin də hərbi-siyasi dəstək verəcəyi antiterror əməliyyatı yeganə çıxış yoludur...\"
Oxunub: 4872
08 Sep 2020 | 12:08
\
Mətbuatın daim diqqət mərkəzində olan Azərbaycan-Türkiyə münasibətləri son vaxtlar aktuallığını bir qədər də artırdı. Tovuz sərhəddində baş vermiş son erməni təxribatından və qardaş ölkələrin növbəti birgə hərbi təlimindən sonra cəmiyyətdə yeni çağırışlar səslənməkdədir. İctimai fikir türk ordusunun Azərbaycanda qalmasını və fəaliyyətinin genişlənməsini dəstəkləyir. Bu barədə Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevlə həmsöhbət olduq. 
- Cavanşir müəllim, bu yaxınlarda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri zamanı Azərbaycan ictimaiyyətində Türk ordusunun Azərbaycanda qalması haqqında çağırışlar səsləndirildi. Bu çağırışlar geniş müzakirələrə səbəb oldu və mövzu bu günə qədər gündəmdən düşmür. Görünür ki, bu məsələdə cəmiyyətdə bir fikir yekdilliyi var. Sizcə, bu yekdillik nədən qaynaqlanır?

- Burada təəccüblü və gözlənilməz bir şey yoxdur. Azərbaycanla Türkiyə arasında münasibətlər ölkə başçısının da bu yaxınlarda vurğuladığı kimi, sadəcə qonşu və dost yox, əsl qardaşlıq münasibətləridir. Bu tarixən də belə olub, bu gün də belədir. 1918-ci ildə Azərbaycanda ilk respublika quruculuğu illərində Türk ordusunun təmənnasız və əvəzsiz xidməti hamıya yaxşı məlumdur. Ona görə cəmiyyətimizdə türk ordusuna rəğbət və inam birmənalıdır. Azərbaycan cəmiyyətində son vaxtlar bu təkliflərin daha inadla səslənməsi isə  Ermənistan-Azərbaycan qarşıdurmasındakı mövcud durumla bağlıdır. Son 30 il ərzində nə BMT, nə ATƏT, nə digər dövlətlər, o cümlədən cəmiyyətin bir hissəsinin sadəlövhcəsinə ümid bəslədiyi Rusiya işğal olunmuş torpaqlarımızın azad olunması üçün heç bir əməli addım atmayıb. Bütün dünya münaqişənin dinc yolla həll olunmasına çağırır, amma onun doğrudan da həlli üçün heç bir addım atılmırsa indiki durumda əhalinin ümidi ancaq türk ordusuna qalır.

- ATƏT-in Mİnsk Qrupu bu münaqişənin həlli ilə məşğul olmaq üçün beynəlxalq mandat almış yeganə qurumdur və dünyanın 3 güclü dövləti bu qrupun həmsədridir.  Niyə Minsk Qrupu bu münaqişənin həllinə nail ola bilmir, onlara nə mane olur?

- ATƏT-in Mİnsk Qrupu 11 üzv dövlətdən ibarətdir, lakin Minsk Qrupu timsalında bu münaqişənin həlli ilə məşğul olmaq üçün 3 dövlətdən ibarət həmsədrlik institutu yaradılıb. Həmsədr dövlətlər də bildiyiniz kimi, ABŞ, Fransa və Rusiyadır. Bu 3 dövlətdən ən azı ikisinin bu münaqişədə maraqlı tərəf olduğu göz qabağındadır və onların işğalçı dövlətə rəğbətini, bəzi hallarda isə hətta əməli dəstəyini sezməmək mümkün deyil. İşğal əməliyyatları həyata keçirilən zaman, eləcə də sonrakı illərdə Ermənistana Rusiyadan birbaşa dəstək verilməsi heç kimə sirr deyil. Elə bu yaxınlarda sərhəd bölgəsində erməni təxribatı zamanı da Rusiyadan Ermənistana 400 ton  həcmində silah-sursat daşınması aşkarlandı və Rusiya tərəfindən Azərbaycanın sorğusuna inandırıcı bir cavab verilmədi. Fransada kök salmış güclü erməni diasporunun da Fransa hökümətinə təsiri az deyil və zaman-zaman biz bunun şahidi oluruq. Ona görə bu formatda münaqişənin həllinə, özü də ədalətli həllinə ümidlər əvvəldən çox az idi, bu gün isə demək olar ki, belə bir ümid heç yoxdur.

- Məntiqlə bu münaqişədə Ermənistanın müdafiəsi qeyri-qanuni işğala, etnik təmizləməyə dəstək vermək  və ən azı bir milyon insanın faciəsinə biganəlik deyilmi? Niyə demokratiyadan, ədalətdən ağızdolusu danışan dövlətlər buna göz yumurlar?

-  Bu həmin dövlətlərin tarixi və bü günkü geo-siyasi maraqları ilə bağlıdır. Bunu başa düşmək üçün hələ 100 il əvvəl Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılmasını yada salın. Hələ o zaman həmin dövlətlərin təkidi ilə torpaqlarımızda Ermənistan dövləti yaradıldı. Ermənilərin çoxsaylı uydurmalarına rəğmən bu dövlət ermənilərin tarixdə ilk rəsmi dövləti idi. Həmin ərazidən vaxtaşırı, imkan düşən kimi soydaşlarımız deportasiya olundu və 9 min kv km-dən başlayan Ermənistan tədricən 29 min kv.km-ə çatdırıldı. İndi də bu siyasət davam etdirilməkdədir. O zaman məqsəd Ermənistan adlı dövlət yaratmaqla Anadoludan uzaq Şərqi Sibirə qədər uzanan türk zolağını parçalamaq və Osmanlının gələcəkdə güclənmək potensialını birdəfəlik aradan qaldırmaq idi. Bu günkü qloballaşma şəraitində də Cənubi Qafqaz bölgəsi dünya siyasətində mühüm geo-strateji əhəmiyyətə malik olan mərkəz kimi qəbul olunur. Ona görə bu  bölgədə hegemonluq mübarizəsində öz təsir gücünü artırmaq istəyən böyük dövlətlər tərəfindən həmin siyasət davam etdirilir, ermənilər isə bu siyasətin reallaşması üçün onların əlində oyuncaq katalizator rolunu oynayır. Kənar güclər Ermənistanı bu bölgədə özlərinin forpostu kimi görür və onu bölgə dövlətlərinə təzyiq üçün plasdarm kimi istifadə edirlər.  

-  Minsk Qrupu həmsədrliyinin tərkibində dəyişiklik etməklə münaqişənin həllinə nail olmaq mümkün deyilmi?

-  Təəssüf ki yox. Çünki Minsk Qrupunun protokol qaydalarına görə hər hansı bir üzv dövlətin həmsədrliyə qəbul olunması üçün  münaqişə tərəflərinin hər birinin razılığı olmalıdır. Bu halda Azərbaycan tərəfindən təklifi verilən digər dövlətlərin həmsədrliyinə Ermənistan razılıq vermir və ona görə də bu mandatın işləməsi elə buradaca dalana dirənir. Ona görə də Azərbaycan cəmiyyətində artıq belə bir inam yaranıb ki, Minsk Qrupu vasitəçiliyi ilə münaqişə uzun müddət dondurulmuş vəziyyətdə saxlanacaq və torpaqlarımız ATƏT vasitəsilə heç vaxt işğaldan azad edilməyəcək. Ona görə də Türkiyənin də hərbi-siyasi dəstək verəcəyi anti-terror əməliyyatları ilə torpaqların işğalçılardan azad olunması yeganə və son çıxış yolu kimi görünür.

-  Sizin Türk Dövlətləri Birliyi haqqında fikirləriniz coxsaylı məqalə və kitablarınızda geniş əks olunur. Bu mövzuda kitabınız türkdilli ölkələrdə də nəşr olunub və böyük rəğbətlə qarşılanıb, hətta geniş müzakirə obyekti olub.  Tədqiqatçıların qənaətinə görə bu kitabda irəli sürülən siyasi birlik modeli böyük türk birliyin yaranmasını təsdiqləyir və zəruri edir.  Sizcə, belə bir birliyin yaranması realdırmı və bu nə qədər zaman ala bilər?

- Son 70 il ərzində Avropa Birliyinin yaratdığı nümunə bütün çatışmazlıqlarına baxmayaraq müasir dövrdə siyasi birlik yaratmağın ən optimal nümunəsidir. Türkdilli dövlətlərin arasında da siyasi-iqtisadi və mədəni birliyin elementlərini özündə daşıyan müəyyən üstqurumlar artıq yaranıb.  Məsələn, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Parlament Assambleyası  və s. fəaliyyət göstərir,  türk dövlətləri arasında çoxsaylı iqtisadi, mədəni-humanitar yönümlü birgə fəaliyyətlər həyata keçirilir. Bu istiqamətdə inteqrasiya proseslərinin genişləndirilməsi  Avropa ilə Asiyanın qovşağında 6 türkdilli dövləti özündə birləşdirən siyasi birliyin təşəkkül tapmasına gətirib çıxara bilər. Türk Dövlətləri Birliyi adı altında belə bir İttifaqın meydana çıxması nəinki realdır və ya mümkündür, hətta mən deyərdim ki, zəruridir. Bu bütün Avrasiya miqyasında sülhün və sabitliyin təmin olunmasına xidmət edən bir İttifaq ola bilər. İndi qloballaşma dövrüdür, bütün dövlətlər qloballaşma proseslərindən faydalanmağa çalışırlar. Dünya miqyasında bu proseslər getdikcə sürətlənir və biz də doğru seçimimizi edib ilk öncə öz aramızda, yəni türkdilli dövlətlər arasında, mənsub olduğumuz sivilizasiya hüdudları çərçivəsində siyasi birliyimizin yaranmasına nail olmalıyıq. Əks halda inanıram ki, hər bir türk dövləti ayrı-ayrılıqda qloballaşmadan fayda yox, zərər görə bilər. Belə bir birliyin yaranması isə bütün türk dünyasının mövcud problemlərinin həlli üçün yeni imkanlar açacaq, eyni zamanda qloballaşma proseslərində qarşılaşdığımız və ya qarşılaşa biləcəyimiz problemlərin sayını da kəskin surətdə azaldacaq. Bunun üçün bütün ilkin şərtlər mövcuddur, ilk növbədə bu zərurətin bütün türk dövlətləri tərəfindən qəbul edilməsinə və daha sonra ideyadan əməli fəaliyyətə keçilməsi üçün birgə siyasi iradənin ortaya qoyulmasına ehtiyac var. (xalq qəzeti)
Oxşar xəbərlər
22:27, Bu gün
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
22:20, Bu gün
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub - FOTO
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:35, Bu gün
Səhər Günəş doğandan sonra açılır...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
GÜNLÜK
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO